Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6721/2019 28.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X2 və vəkili ** oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.05.2019-cu il tarixli, 2(103)-6665/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim İ.Əliyev) 14.02.2019-cu il tarixli, 2(001)301/ 2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, aparılmış tədqiqatın 179 manat dəyərinin İddiaçı aid edilməsi, həmin məbləğin ondan tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Həsənov, Ş.Məmmədova, X.Sarıyev) 21.05.2019-cu il tarixli, 2(103)-6665/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14.02.2019-cu il tarixli, 2(001)-301/2019 nömrəli qətnaməsinin İddiaçı olğuna münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti ver mişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 13.02.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, X5 ilə Cavabdeh1 arasında bağlanmış nikahın etibarsız (saxta nikah) hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili ** oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, qətnaməsi formal halla əsaslandırmışdır. İş materiallarında olan ekspert-psixiatr rəyindən görünür ki, nikah bağlanılarkən mərhum kəskin ağıl zəifliyi nəticəsində öz iradə ifadəsini bildirmək imkanına malik olmamışdır. Bu o deməkdir ki, mərhum nəinki bu nikahın dövlət qeydiyyatı anında ümumiyyətlə öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmamışdır. Bundan əlavə, məhkəmə subyektiv hüquqa dair məsələni müəyyən edərkən işin hallarını nəzərə almadan formal yanaşmaya üstünlük vermişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, Ailə Məcəlləsinin 26.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər də nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Bu nikah öz-özlüyündə saxta və etibarsız olmaqla yanaşı, həm də iddiaçının bilavasitə hüquqlarına toxunur. Belə ki, mərhum X6 onun doğma qardaşıdır və analarından onlara miras olar q qalmış təxminən 50000 manat dəyəri olan ev ½ hissədə iddiaçının, ½ hissədə qardaşının adına qeydiyyata alınmışdır. Nikah etibarsız hesab edilməyəcəyi təqdirdə cavabdeh qeyd edilən əmlakın qardaşına aid ½ hissəsini ələ keçirəcəkdir ki, bu da onun hüquqlarına toxunur. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.05.2019-cu il tarixli, 2(103)-6665/2019 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 41 5.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 və vəkili ** oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqİ məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, X6 ilə Cavabdeh1 arasında nikah bağlanmış və bağlanmış nikah haqqında 31.08.2004-cü il tarixdə 672 nömrəli akt qeydi tərtib edilmişdir. X1 qardaşı olan İddiaçı X6 ilə Cavabdeh1 arasında bağlanmış nikahın etibarsızlıl ığını mübahisələndirməkdədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10-12ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 28 mart 2016-cı il tarixli qərarında nəzərdə tutulmuşdur ki, nikahın etibarsız hesab olunması haqqında iddia ərizəsi icraata qəbul edilərkən nikahın həqiqiliyinin hansı əsasa görə mübahisələndirildiyi, iddiaçının bu əsas üzrə məhkəmədə iddia qaldırmaq hüququna malik şəxslər kateqoriyasına (Ailə Məcəlləsinin 26.1-ci maddəsi) aid olub-olmaması məhkəmə tərəfindən aydınlaşdırılmalıdır. Nikahın etibarsız sayılması üçün Ailə Məcəlləsinin 25.1-ci maddəsində nəzərdə tutulmuş əsasların siyahısı qətidir və genişləndirilə bilməz. Bu əsaslar aşağıdakılardır: nikahın bağlanması üçün qanunla müəyyən olunmuş şərtlərin pozulması (Ailə Məcəlləsinin 10, 11-ci maddələri); nikahın bağlanmasına mane olan halların mövcudluğu (Ailə Məcəlləsinin 12-ci maddəsi); nikaha daxil olan şəxslərdən birinin özündə dəri-zöhrəvi xəstəliyin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını digərindən gizlətməsi (Ailə Məcəlləsinin 13.7-ci maddəsi); nikahın saxtalığı (Ailə Məcəlləsinin 25.1ci maddəsi). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, nikah bağlanan zaman həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə tam əməl edilmiş və X6 ölmüş elan edilənə kimi, nə özü, nə də nikahın etibarsızlığını tələb etmək hüququ olan şəxsl ər tərəfindən nikahın etibarlılığı mübahisələndirilməmişdir. mövcud iddia tələbi üzrə iddiaçıнın nikahın etibarsız sayılmasını tələb etmək hüquqları olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Еkspertin X6 onda olan kəskin ifadə olunmuş ağıl zəifliyi nəticəsində Cavabdeh1 ilə 31 avqust 2004-cü il tarixdə nikah bağlanarkən öz iradə ifadəsini sərbəst bildirmək iqtidarında olmaması ilə bağlı gəldiyi nəticə Rauf Həsənovun qardaşı İddiaçı həmin nikahın etibarsız sayılm asını tələb etmək hüququna malik olmasını təsdiq etmir. Azərbaycan Respublikasının qanunvericiliyi isə tərəflər arasında bağlanmış nikahın onlardan birinin qardaşı tərəfindən mübahisələndirilərək, nikahın etibarsız sayılmasına dair tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmadığından iddia rədd edilməlidir. Digər tərəfdən hətta subyektiv hüquqa malik olması təsdiq edilmiş olsa belə, həmin halda tərəflər arasında olan nikahın etibarsızlığı sübut olunmur. Şəxs nikah bağlanarkən fəaliyyət qabiliyyətli olmuş, məhkəmə qaydasında o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməmişdir. Onda olan xəstəlik isə bağlanmış nikahın etibarsızlığına əsas ola bilməz. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılamış və şikayətin təmin edilməməsi qən aətinə gəlmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya baxışı zamanı apelyasiya instansiya məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Ona görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Beləliklə kassasiya kollegiyası belə qənaətə gəli r ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bİlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.05.2019-cu il tarixli, 2(103)6665/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6721/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6721/2019
28.10.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver