Məhkəmə qərarları › İş №2(102)-6724/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6724/2019

07.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6724/2019 07.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi X3 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı ASC-nin ləğvedicisi X1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(004)-1062/2019, hakim R.B.Cavadzadə) iddiaçı ləğv prosesində o lan İddiaçı ASCnin ləğvedicisi X1 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, əsas borca hesablanmış faizlərin tutulmasına, tələbin girovpredmetinə yönəldilməsinə” dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-6696/2019, hakimlər V.N.Sadıqov, A.Q.Hüseynov, A.N.İmanov) İddiaçı ASC-nin ləğvedicisi X1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib, işin yenidən apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 may 2010-cu il tarixli kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən 36 ay müddətinə illik 26 f aiz dərəcəsi olmaqla, 8800 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə borclunun öhdəliklərinin təminatı kimi bağlanmış ipoteka müqaviləsinə əsasən borcluya məxsus avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 09 yanvar 2019-cu il tarixdə İddiaçı ASC-nin ləğvedicisi X2 hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə 3370 manat məbləğində əsas borc, 4894 manat məbləğində faiz borcunun, ümumilikdə 8265 manat məbləğində pulun tutulması, tutmanın ipoteka müqaviləsi ilə yüklü edilmiş avtomobilə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əs aslandırmışdır ki, həmn müqavilə üzrə öhdəliklərin icra müddətinin 36 ay müəyyən edilməsi baxmayaraq kredit müqaviləsinin 11.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti tərəflərdən hər birinin öz üzərinə düşən öhdəliklərini tam icra etdiyi anadək müəyyən edilmişdir. Bu halda apellyasiya məhkəməsinin iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə gəldiyi nəticə tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə ziddir. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi vəkilsiz iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyi şdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını tərəflər arasında 25 may 2010-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə ödənilməmiş borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir. İşdən göründüyü kimi 25 may 2010-cu il tarixli kredit müqaviləsi 36 ay müddətinə bağlanmış, icra müddəti 25 may 2013-cü il tarixdə bitmiş, borclu tərəfindən son ödəniş 06 noyabr 2014-cü il tarixdə edilmişdir. İ ddiaçı hazırki iddia ərizəsi ilə 09 yanvar 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373-cü maddəsinin tələblərinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.06.2013cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçi rilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Plenum qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə tərəfındən iddia müddəti yalnız mübahisə tərəfınin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasmda tətbiq edilir. Mübahisə tərəfınin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.2-ci maddəsi). Göründüyü kimi iddiaçı hazırki tələb üzrə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüş, cavabdeh tərəfindən işə birinci instansiya məhkəməsində baxılarkən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar