Məhkəmə qərarları › İş №2(102)-6725/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6725/2019

28.10.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6725/2019 28.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.05.2019-cuiltarixli 2(103)-5438/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim G.Əsədova) 07.02.2019-cu il tarixli 2(005)-839/2015 nömrəli qətnaməsi ilə İddiaçı Cavabd eh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilərək, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəai, 33 nömrəli evin 49 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) 24.05.2019-cuiltarixli 2(103)-5438/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07.02.2019-cu il tarixli 2(005)-839/2015 nömrəli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddia təmin edilərək, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 33 saylı evin 49 saylı mənzilinə köçürülməsi, cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Cavabdeh iş ü zrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.05.2019-cuil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə 13.12.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 33 saylı evin 49 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Əliyev Ramil Məhəmmədəli oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi özünün yekun aktının nəticələrini əsaslandırmadan maddi və prosessual hüquq normalarını pozaraq mahiyyəti və şikayətçinin təqdim etdiyi halların hüquq müstəvisində hüquqi qiymət verilməsi prinsiplərinə uyğunluğunu, normativ hüquqi prinsiplərlə tələb edildiyi qaydada uyğun olub-olmamasının yoxlanılması zəruriliyini nəzərə almadan qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin qərarına istinad edərək, apellyasiya şikayəti ilə müəyyən edilmiş bir sıra halları, yəni iddiaçının mənzilə hüquqlarının yaranması əsasları ilə bağlı qanun normaları ilə təsbit edilmiş klassik hüquqların normativ uyğunluğuna əhəmiyyət verilməmiş, eləcə də, bu hüquqların münasib törəmə şəraitini təhqiq etmədən yekun qərar qəbul etmişdir. Məhkəmə iddiaçının həqiqətən həmin mənzilə hər hansı hüquqlarının olmasını təsdiq edən əsaslara istinad etmədən bu qənaətə gəlmişdir. Eyni zamanda məhkəmə guya mənzilin birgə nikah dövründə əldə edilməsini əsas gətirsə də, həmin mənzilin nikahdan əvvəl əldə edilməsi barədə qarşı tərəfin kifayət qədər əsasları mövcuddur. Birgə nikahdan sonra iddiaçı mübahisəli mənzil köçsə də, o, artıq hazır mənzilə köçmüş, mənzilin alınmasında, abadlaşdırılmasında və qiymətinin artırılmasında iştirak etməmişdir. Birgə nikah dövründə anadan olmuş uşaqları həmin mənzildə olmuşlar. Beləliklə, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.05.2019cuiltarixli 2(103)-5438/2019 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edi lmişlər. Lakin Cavabdeh vəkili X1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq, səhhətində problem olduğu üçün və həmçinin vəkili ezamiyyətdə olduğu üçün məhkəmə baxışının digər vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçı ilə cavabdeh 12 mart 2002-ci ildə nikaha daxil olmuş, 12.04.2017-ci ildə nikah pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azяrbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlə rinə xitam verildikdяn sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dяk yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında münasibət 2002-ci il tarixindя yarandığından hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər 2002-ci ildə nikaha daxil olduğundan mənzilin hüquqi statusundan asılı olmayaraq həmin mənzilə iddiaçı istifadə hüququ əldə etmişdir. İddiaçının və uşaqlarının mübahisəli mənzildən istifadə hüquqları yarandığından, iddiaçının bu hüququnun tanınması və bu hüquq əsasında da həmin mənzilə köçürülməsini tələb etməsi tam qanuni və əsaslı olmuşdur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman mübahisəli hüquq münasibətlərini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, cavabdehin apelyasiya şikayətində göstərilən hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəl illərə hüquqi qiymət verildiyini və məhkəmə kollegiyasının apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azə rbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.05.2019-cu il tarixli 2(103)5438/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar