Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6725/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının 2(103)-1027/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə işə 07 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 27975 ABŞ dolları əsas, 7487 ABŞ dolları faiz borcunun, cəmi 35462 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun ləğv prosesin də olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi 22 saylı evin 1 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi və mənzil satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlərin həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanmış 27.08.2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsinə əsasən, sonuncuya 27.08.2018ci il tarix ədək illik 25 faiz olmaqla, 30.000 ABŞ dolları kredit verilmişdir. Eyni zamanda 27.08.2015ci il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, 22 nömrəli evin, 1 nömrəli mənzilini ipoteka ilə yüklü edərək İddiaçı ASCnin tələb hüququna təminat vermişdir. Bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, müqavilə üzrə nəzərdə tutulmuş məbləği Cavabdeh1 vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Buna baxmayaraq Cavabdeh1 öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26.02.2018-ci il tarixli, 2(008)-226/2018 saylı qərardadı ilə (hakim Vaqif Həsənov) iş üzrə məhkəmə-mühasibatlıq ekspertiza sı təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 20.07.2018-ci il tarixli, 14087 saylı rəyinə əsasən, Cavabdeh1 06.01.2017-ci il tarixə (maliyyə arayışında borc hesablanan tarixə) İddiaçı ASC-nə olan borcu 34381.96 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: əsas borcu üzrə 27955.97 ABŞ dolları, faiz borcu üzrə 6425.99 ABŞ dolları. Birinci instansiya məhkəməsinin 16.10.2018-ci il tarixli 2(008)-226/2018 nömrəli qətnaməsi ilə (hakim Vaqif Həsənov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1dan iddiaçının xeyrinə 27955,97 ABŞ dolları əsas borc və 6425,99 ABŞ dolları faiz borcu olmaqla, cəmi 34381,96 ABŞ dolları borcun (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə) və 30 manat dövlət rüs umunun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, 22 saylı evin 1 saylı mənzilinə yönəldilməsi, evin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 65000 manat müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldikdə və satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlərin çıxarılması, mənzil boşaldıldıqdan sonra iddiaçıya təhvil verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manatın 45 manatının İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 100 manatının Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbi üzrə iddiaçının cavabdeh tərəfindən öhdəliyin vaxtında icra edilməməsinə görə əsas və faiz borcunun iddia ərizəsində göstərilən tələb qədər deyil, Məhkəmə Ekspertizası Mərkəzinin 14087 saylı, 20.07.2018-ci il tarixli rəyinə əsasən tutulmasını əsaslı hesab edir. Ona görə də iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 319.1, 443.1, 445, 448.1-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34, 47.5-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə edilməsini xahiş etmi şdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) 23.01.2019-cu il tarixli, 2(103)-1312/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 16.10.2018-ci il tarixli 2(008)-226/2018 nömrəli qətnaməsinin apelyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla qətnamənin ləğvinə səbəb olmadı ğından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən narazı qalan Cavabdeh1 kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Əsəd Mirzəliyev sədrlik edən və məruzəçi, İlqar Xələfov, Ələsgər Əliyev) 25.07.2019-cu il tarixli, 2(102)-4958/2019 saylı qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 23.01.2019-cu il tarixli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən “İpoteka haqqında” Qanununun tələblərini pozaraq qiymətin müəyyən edilməsinə ipoteka qoyanın və ipoteka saxlayanın qarşılıqlı razılığının olub-olmamasını müəyyən etməmiş, ipoteka müqaviləsində müəyyən edilmiş qiyməti ilkin satış qiyməti kimi müəyyən etmişdir. Birinci instansiya məhkəməsi ipotekanın ilkin satış qiymətini qanunvericiliyin tələblərini pozmaqla müəyyən etmiş, apelyasiya məhkəməsi də qanun pozuntusu ilə qəbul edilmiş qətnaməni həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bununla da məhkəmə tətbiq olunmalı qanunu tətbiq etməmiş, maddi hüquq normasını pozmuşdur. ç) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Abiddin Hüseynov - sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) 08.10.2019-cu il tarixli, 2(103)-12277/2019 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə tapşırılmışdır. "xxxx" MMC-nin 18.12.2019-cu il tarixli, G-12/19-360 saylı rəyinə əsasən, ipoteka predmetinin mövcud bazar qiyməti 90000 manat təşkil edir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Abiddin Hüseynov - sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) 14.01.2020-ci il tarixli, 2(103)-483/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 16.10.2018-ci il tarixli 2(008)-226/2018 nömrəli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, 22 saylı evin 1 saylı mənzilinin açıq hərracda ilkin satış qiymətinin 90000 manat müəyyən edilməsi, işin apelyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmənin dəyəri qismində 300 manat pulun 150 manatının Cavabdeh1, 150 manatının isə ləğv prosesində olan "xxxx" ASC-dən tutularaq "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, baxılan iş üzrə apellyasiya baxışının hədlərini ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsinin yoxlanılması təşkil edir. Çünki Ali Məhkəmə qətnaməni məhz həmin hissədə ləğv edərək işi yeni apelyasiya baxışına göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini əmlakın real dəyərinə uyğun müəyyən etməmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (maddə 39.3.3). İşdən göründüyü kimi birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakların ilkin satış qiymətini ipoteka müqaviləsində göstərilən qiymətə əsasən müəyyən etmişdir. İşin apellyasiya baxışı zamanı təyin edilmiş ekspertiza üzrə "xxxx" MMCnin 18.12.2019-cu il tarixli, G-12/19-360 saylı rəyi əsasında müəyyən edilmişdir ki, ipoteka predmetinin mövcud bazar qiyməti 90000 manat təşkil edir. Ona görə də Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti 90000 manat müəyyən edilməli, məhkəmə xərci tələbin təmin olunmuş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməlidir. Qətnamədən narazı qalan Cavabdeh1 kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni iddiaçının xeyrinə 6425.99 ABŞ dolları faiz borcunun ondan tutulması, habelə qiymətləndirmə dəyərinin yarısı 150 manat pu lun ondan tutulması hissəsində ləğv edilərək həmin hissədə iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilməsi və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsdinə göndərilməsi və ya kasasiya şikayəti verilmiş hissədə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinə dəyişiklik edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. d) Kasasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Zaur Əliyev sədrlik edən və məruzəçi, Gülndüz Quliyev, Elşad Şamayev) 14.10.2020-ci il tarixli, 2(102)3627/2020 saylı qərarı ilə Atrabank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kasasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)483/2020 nömrəli iş üzrə 14 yanvar 2020-ci il tarixli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə ləğv edilməsi, işin həmin hissədə yeni apelyasiya baxışına göndərilməsi, Cavabdeh1 kasasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norması düzgün tətbi q olunmamışdır. Belə ki, hazırkı iş üzrə ipoteka predmetinin dəyərinə dair iş materiallarında müxtəlif məlumatlar mövcuddur. Predmetin qiyməti tərəflərin bağladıqları ipoteka müqaviləsində 65.000 manat olaraq razılaşdırılmış, ikinci apellyasiya baxışında aparılan qiymətləndirmə ilə 90.000 manat müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinə dair ekspertiza təyin edərkən ekspert qarşısında predmetin mövcud bazar qiymətinə dair sual qoymuşdur. Qiymətləndirmə təşkilatı tərəfindən daşınmaz əşyanın bazar qiyməti 90.000 manat olaraq müəyyən edilmiş və qətnamədə həmin məbləğ əsas götürülmüşdür. Halbuki, qanunvericiliyə görə ipoteka predmetin orta bazar dəyəri deyil, likvid dəyəri müəyyən olunmalı idi. Likvid dəyər isə bazar dəyərinin müəyyənləşdiri lməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Yəni, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Beləliklə kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən məbləğlər arasındakı ciddi fərqin nəzərə alınmadığı, ekspertiza keçirilərkən predmetin bazar dəyəri ilə yanaşı likvid dəyərinin aydınlaşdırılmadığı və məhz likvid dəyər əsas götürülmədiyi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsi düzgün tətbiq edilməmişdir. Ona görə də, iddiaçının kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin s atış qiymətinə aid hissədə ləğv edilərək, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməlidir. Cavabdehin kasasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası bildirir ki, iş üzrə keçirilmiş məhkəmə xərcinin tərəflər arasında təmin edilmiş tələblərə uyğun qaydada bölüşdürülməsi qanunvericiliyə uyğundur ç) Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Akif İsgəndərov - sədrlik edən və məruzəçi, İlham Kərimli, Emin Mehdiyev) 09.12.2020-ci il tarixli, 2(103)-8795/2020 saylı qərardadı ilə ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi üçün müstəqil qiymətləndiri rəyinin alınması, rəyin verilməsinin "xxxx" MMC-nin mütəxəssislərinə tapşırılması qərara alınmışdır. "xxxx" MMC-nin 07 iyun 2021-ci il tarixli, ƏEM/İ 34-590/21 s aylı mütəxəssis rəyinə əsasən X1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ağayev Əhmədbəy küçəsində istifadədə olan 0,15939 ha torpaq sahəsindəki 22 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 28,41 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli mənzilin 07 iyun 2021-ci il tarixinə likvid dəyəri 95000 manat təşkil edir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Akif İsgəndərov - sədrlik edən və məruzəçi, İlham Kərimli, Rəşad Həsənov) 04.08.2021-ci il tarixli, 2(103)-1027/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 16.10.2018-ci il tarixli 2(008)-226/2018 nömrəli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, 22 saylı evin 1 saylı mənzilinin açıq hərracda ilkin satış qiymətinin (likvid dəyəri) 95000 manat müəyyən edilməsi, iş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaitinin iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə 14.10.2020-ci il tarixli qərarında şərh olunan göstərişlərə görə apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinə dair ekspertiza təyin edərkən ekspert qarşısında predmetin mövcud bazar qiymətinə dair sual qoymuşdur. Qiymətləndirmə təşkilatı tərəfindən daşınmaz əşyanın bazar qiyməti 90.000 manat olaraq müəyyən edilmiş və qətnamədə həmin məbləğ əsas götürülmüşdür. Halbuki, qanunvericiliyə görə ipoteka predmetin orta bazar dəyəri deyil, likvid dəyəri müəyyən olunmalı idi. Likvid dəyəri isə bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Yəni, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Məhkəmə kollegiyası ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti ilə bağlı mütəxəssis rəyində göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 65000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməli və ilkin satış qiyməti 95000 manat müəyyən edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətlərinin dəlilləri İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilməsi və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya baxışı zamanı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, 22 saylı evin 1 saylı mənzilinin qiymətləndirilməsi həyata keçirmiş və 07 iyun 2021-ci il tarixli, ƏEM /İ 34- 590/21 saylı mütəxəssis rəyi ilə heç bir əsas olmadan, ancaq texniki parametrləri göstərməklə həmin evə süni və məqsədli olaraq şişirdilmiş şəkildə 95 000 manat məbləğində qiymət qoymuşdur. AR Ali Məhkəməsinin hazırki iş üzrə 14.10.2020-ci il tarixli qərarında şərh olunan göstərişlərə görə apelyasiya instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinə dair ekspertiza təyin edərkən ekspert qarşısında predmetin mövcüd bazar qiymətinə dair sual qoymuşdur. Qiymətləndirmə təşkilatı tərəfindən daşınmaz əşyanın bazar qiyməti 90.000 manat olaraq müəyyən edilmişdir. Qısa müddət kəsiyində bazar dəyəri ilə likvid dəyəri arasında kəskin fərq olmuşdur. Halbuki likvid dəyər bazar də yərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Yəni, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Demək ki, likvid dəyər bazar dəyərindən aşağı olmalı idi. Apelyasiya instansiya məhkəməsi tərəfindən qeyd etdikləri məbləğlər arasındakı fərq nəzər alınmamışdır. Evə belə yüksək məbləğdə şişirdilmiş qiymət qoyulması evin yerləşdiyi rayondakı daşınmaz əmlakların qiymətləri ilə müqayisədə real bazar qiymətindən qat-qat artıq olduğu üçün qiymətləndirmənin nəticələri ilə razı deyillər və “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 8-ci maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirmənin nəticələri ləğv olunmalıdır. Yuxarıda göstərilənlərlə yanaşı, həm də evə qoyulmuş qiymət evin faktiki vəziyyəti ilə müqayisədə hədsiz şişirdilmişdir. Bu qiymət hazırki real bazar qiymətlərini əks etdirmir. “Digər tərəfdən İddiaçı ASC ilə Cavabdeh1 Əlirza oğlu arasında bağlanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri 65000 min manat məbləğində müəyyən edilmişdir. Gördüyü kimi ipoteka predmetinin dəyərinin müəyyən edilməsi ilə bağlı kəskin ziddiyyətlər mövcuddur. AR Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti” haqqında Əsasnamənin 3.0.25-ci bəndinə əsasən, mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın qiymətləndirilməsini təşkil etmək, daşınmaz əmlakın qiymətləndirilməsini (dövlət müəssisə və obyektləri istisna olmaqla) və bu sahədə nəzarəti həyata keçirmək, daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində qiymətləndiricilərin fəaliyyətinə nəzarət etmək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifələrinə aid edilmişdir. Həmçinin məhkəmə AR MPM-in 88-ci maddəsinin tələblərini təmin etmək üçün təkrar ekspertiza təyin edə bilərdi. Hesab edirlər ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə tamamilə əsassızdır və işə baxılarkən məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu təsdiq edir. Beləliklə, göründüyü kimi, apellyasiya məhkəməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin, “İcra haqqında” Qanunun 51.1-ci maddəs inin və AR MPM-nin 218.1-ci maddəsinin tələblərini pozmuşdur və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Cavabdeh1 (vəkili X2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhjkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Bakı Apellyasiya Məhkəməsinin 04.08.2021-ci il tarixli qətnaməsində qeyd edilən mənzilin açıq hərracdan ilkin satış qiymətinin 95.000 manat olması ilə razı deyil. Hal-hazırda həmin mənzilin bazar qiyməti 110.000 manatdır. Lakin ekseprt bunu nəzər almamış və mənzilin dəyərini aşağı qiymətləndirmişdir. Həmçinin bildirmək istəyir ki, iddiaçı bank faiz borcunu ş işirtmişdir. Həmin faiz borcunun hesablanması ilə də razı deyildir. Bundan başqa məhkəmə əsassız olaraq qiymətləndirməinin dəyərinin yarısını, 150 manatı ondan tutmuşdur. Bu hissədə də o, razı deyildir. Hesab edir ki qiymətləndlirmənin tam dəyəri ondan yox, iddiaçıdan tutulmalıdır. Hesab edir ki, məhkəmənin qətnaməsi əsassız və qeyriqanuni olduğundan, mövcud qanunvericiliyə zidd olduğundan qismən ləğv edilməlidir. Məhkəmə işə tam, hərtərəfli, obyektiv baxmayaraq mübahisəni düzgün həll etməmişdir. Qətnamədən görünür ki, iddiaçı kreditdən istifadəyə görə hesablanmış faiz borcunu şişirdərək yüksək məbləğ göstərmişdir, həmin fakt ətraflı araşdırılmamışdır. Hesab edir ki, həmin faiz borcu süni surətdə şişirdilərək yüksək məbləğ göstərildiyindən həmin fakt yenidən araşdırılmalı, bununla bağlı mü təxəssis dəvət edilməli, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli, həmin faiz borcu yenidən hesablanmalı və bu barədə ekspert rəyi alınmalıdır. Hesab edir ki, məhkəmə işə yenidən baxarkən həmin faktlara hüquqi qiymət verməli, məhkəmə həmin qətnaməsinin nə dərəcədə qanuna uyğun olub-olmaması barədə münasibətini bildirməlidir. b) Kasasiya şikayətlərinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətlərinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cacavbdeh Cavabdeh1, vəkili X2, digər cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kolleg iyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iddiaçının kasasiya şikayətini müdafiə edərək, təmin edilməsini, cavabdehin kasasiya şikayətinə isə etiraz edərək, əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının məhkəmə qərarlarının vahidliyi təcrübəsini təmin edən 01 nömrəli, 20.07.2020-ci il tarixl i qərardadına əsasən mübahisəli məsələyə qiymət vermək üçün ilk növbədə “İpoteka haqqında” Qanunun müvafiq müddəaları təhlil edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır. kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaş ma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edibetməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiri cinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının qeyd edilən qərardadı ilə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməs ində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməli olması qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəy yənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; “İpoteka Haqqında ”Azərbaycan Respublikasının Qanunu: Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini ya lnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətlərində qətnamə ipoteka predmetinin ilkin satış və faiz borcu hissəsində mübahisələndirildiyindən və əsasən apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissələrdə ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissələrdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq m ünasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlkin olaraq iddiaçının və cavabdehin ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi ilə bağlı oxşar dəlili üzrə qeyd edilməlidir ki, iddiaçı ilkin satış qiymətinin likvid dəyərlə deyil, şişirdilmiş məbləğlə müəyyən edildiyini, cavabdeh isə ilkin satış qiymətinin daha aşağı məbləğdə göstərilməsini bildirsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası ipoteka predmetinin ilki n satış qiymətinin likvid dəyərinin müəyyən edilməsi məqsədilə müstəüqil qiymətləndirici rəyi əldə etmiş və ilkin satış qiymətini mənzilin müəyyən edilmiş likvid dəyərinə uyğun müəyyən etmişdir. Tərəflərdən hər hansı biri əldə edilmiş rəyin qeyri-mötəbərliyi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, mövqelərini yalnız formal mülahizələri ilə əsaslandırmağa çalışmışlar. Odur ki, iddiaçının və cavabdehin bu hissə üzrə kasasiya şikayətlərinin dəlilləri apelyasiya kollegiyasının bu hissədə qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Daha sonra cavabdehin faiz borcu və qiymətləndirici rəyinin alınmasına görə ondan tutulması qət edilmiş vəsait üzrə dəlilləriu barədə qeyd edilməlidir ki, işə daha əvvəl kasasiya qaydasında baxılarkən cavabdeh bu dəlillərlə də çıxış etmiş, həmin zaman qeyd edilən hissələr kasasiya yoxlamasının predmetini təşkil etmiş və bu hissələr üzrə hər hansı hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Qeyd edilən hissələr üzrə daha əvvəl kasasiya yoxlaması həyata keçirildiyindən hazırki halda bu hissə üzrə əlavə yoxlama həyata keçirilməsi qeyrimümkündür. Odur ki, cavabdehin bu hissə üzrə dəlilləri də göstərilən hissədə apelyasiya kollegiyasının bu hissədə qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Əlavə olaraq qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, işə sonuncu dəfə apelyasiya qaydasında baxılarkən işə daha əvvəl baxmış kasasiya kollegiyasının göstərişlərinə tam olaraq əməl edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alara q belə qənaətə gəlir ki, kasasiya şikayətlərinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin mübahisələndirilmiş hissələrdə ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kasasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1027/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişd irilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.