Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-673/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X6 və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Əliyev Ramin Rasim oğlunun, cavabdeh X2 iştirakları ilə, İddiaçı və vəkili Əliyev Ramin Rasim oğlunun Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(105)-2684/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Abşeron rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2(012)-596/2019 saylı qət naməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(105)-2684/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi A.Ə.Abbasov, T.Q.Məmmədov, Ş.R.Abasov) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Abşeron rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2(012)-596/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər X3 və Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, XXX nömrəli evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə 08.08.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, XXX nömrəli evə köçmüşdür. Birgə nikahdan 02.05.2018-ci il təvəllüdlü X12 adlı uşaqları anadan olmuşdur. Sonradan onunla Cavabdeh2 ailə münasibətləri pisləşdiyindən Abşeron Rayon Məhkəməsinin 2(012)-4420/2018 saylı, 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. O, nikah pozulduqdan sonra Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, XXX nömrəli evə buraxılmadığından kirayələrdə yaşayır. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edil ib iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı və vəkili Əliyev Ramin Rasim oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh X7 vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləs inin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkili Əliyev Ramin Rasim oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı və Cavabdeh2 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi h akimin məruzəsini, İddiaçı vəkili Əliyev Ramin Rasim oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya ins tansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan 25.06.2018-ci il tarixdə Abşeron rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı Qazax şəhəri, S.Vurğun küçəsi, 10 saylı evdə qeydiyyatdadır. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4420/2018 saylı, 11 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh2 ilə nikah münasibətləri pozulmuşdur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddiaçının Cavabdeh2la 08.08.2017-ci il tarixdə evlənməsini, evlənəndən sonra Abdullayeva Zahidəyə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, XXX nömrəli ünvanda yerləşən özbaşına tikiliyə gəlin köçməsini, cəmi 6 ay orada yaşayandan sonra, münasibətlərinin pozulmasını, oranı tərk etməsini, mübahisəli tikilidə müvəqqəti yaşamalarını, tərəflər arasında olan nikah qeydinin Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə ləğv edilməsini müəyyən edərək, iddianı təmin etməmiş, gəldiyi nəticəni də Mənzil Məcəlləsinin 68.1, 68.4, 69.1, 69.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq mahiyyətcə düzgün hesab etmişdir. İşin məhkəmələr tərəfindən mü əyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə cavabdeh Cavabdeh2 08.08.2017-ci il rəsmi nikaha girmiş, həmin gün də iddiaçı mübahisə predmeti olan evə köşmüşdür. Bununla da, tərəflər arasında mənzil hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən sonra yarandığından tərəflər arasındakı münasibətə də həmin vaxt tətbiq edilən Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan etiraza əlavə edilən sənədlərdən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 01 aprel 2011-ci il tarixli, 439 nömrəli sərənc amı ilə X8 Xırdalan şəhəri ərazisində istifadəsində olan 0,03 ha torpaqda fərdi ev tikintisinə razılıq verilmişdir. Çıxarışdan isə görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Əcəmi Naxçıvani küçəsi, 137 nömrəli fərdi yaşayış evi X4 adına 21 avqust 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququ ilə qeydə alınmışdır. 21.06.2011-ci il tarixli etibarnamənin surətindən görünür ki, X10 0,03 ha torpaq sahəsinə və onun üzərindəki tikililərə dair bütün səlahiyyətləri X3 vermişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının köçmək istədiyi ev hazırda X4 xüsusi mülkiyyətindədir və 2011-ci il tarixli etibarnamə əsasında evdən faktiki olaraq cavabdeh A1, yəni iddiaçının keçmiş qayınanası istifadə edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddə sinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Mövcud qanunvericiliyin mənasına görə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mübahisəli yaşayış sahəsinin mülkiyyətdə olması ilə yanaşı, istifadə hüququnun yaranmasını iddia edən şəxslərin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərində olması imperativ şərtdir. Hazırki işdə isə iddiaçının cavabdeh X9 ilə nikahı məhkəmə qaydasında pozulduğundan iddiaçı hazırda yaşayış sahəsinin sahibi kimi göstərdiyi cavabdeh Zahidə Abdullayevanın ailə üzvləri sırasına daxil deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci m addəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respubliksaı Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan R espublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki işdə də iddiaçı cavabdehlərdən, xüsusilə də mübahisəli evə faktiki sahiblik edən A1dan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına aid olmadığı üçün o, qeyd edilən evə köçürülə bilməz. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının köçmək istədiyi ev cavabdeh X2 faktiki sahibliyində olsa da, qeyd edilən fərdi yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi X4 adına ayrılmış, torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair texniki pasport və eksiz layihəsi İnqilab Abazaliyevin adına hazırlanmış, nəhayət fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X1 adına rəsmiləşdirilmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöq teyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2019-cu i l tarixli, 2(105)-2684/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-673/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-673/2020
11.02.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver