Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6730/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli 2(103)4107/2019 saylı qətnaməsindən ilkin iddia tələbi üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 19 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim G.A.Əsədova, iş № 2(005)-833/2018) İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququ əsasında ona məxsus olan Bak ı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsində yerləşən 17 saylı evin 143 saylı mənzilindən əmlakı ilə birlikdə çıxarılması və mənzilin boşaldılması tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə ilə Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası təmin edilərək yuxarıda göstərilən mənzilə istifadə hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.Ə.Sarıyev, M.A.Məmmədov və E.E.Nağıyeva, iş № 2(103)8374/2018) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 19 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 yanvar 2019-cu il tarixli qərarı ilə (hakimlər: E.R.Vəliyeva, Q.A.Əsgərov və S.F.Hacıyev, iş № 2(102)72/2019) İddiaçı kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Eyvazov, Z.Ə.Əliyev və F.Ş.Talışınski) İddiaçı apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 19 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı iddiası təmin edilərək Cavabdeh İddiaçı mülkiyyətində olan mənzildən əmlakları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir. İşin halları: N saylı evin 143 saylı mənzili 26 sentyabr 2010-cu il tarixdə X2 məxsus olmuş və notariatda təsdiq olunmuş 19 mart 2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən onun tərəfindən N oğluna bağışlanmışdır. Həmin mənzildə N Cavabdeh ilə birlikdə yaşamışdır. 2017-ci ildə N Cavabdeh mənzildən çıxarmaq barədə məhkəmədə iddia qaldırmış, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddia rədd olunmuşdur. Notariatda təsdiq olunmuş 25 oktyabr 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən N mənzili Rusiya Federasiyasında yaşayan oğlu İddiaçı bağışlamış və sonuncunun mənzilə dair mülkiyyət hüququ 30 oktyabr 2017-ci il tarixdə dövlət qeydiyyata alınmış və onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. 2017-ci ilin dekabr ayında İddiaçı Cavabdeh qar şı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzilin mülkiyyət hüququ əsasında ona məxsus olmasını əsas göstərməklə Cavabdeh əmlakı ilə birlikdə mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia verərək atası Malik Əliyevin Rusiya Federasiyasında başqa ailəsinin olması ilə əlaqədar anası ilə münasibətinin gərgin olmasını və nəhayət boşanmalarını, lakin buna baxmayaraq onun atası ilə birlikdə mübahisəli mənzildə yaşamaqda davam etməsini, atasının ailə üzvü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən mənzildən istifadə hüququna malik olmasını əsas göstərməklə mənzildən istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İlkin iddia tələbi üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında ilkin iddia tələbi üzrə cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan son ra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edib, qarşılıqlı iddianı rədd edərkən cavabdehin iddiaçıya məxsus yaşayış sahəsindən istifadə etməsinin hər hansı qanuni-hüquqi əsasa söykənməməsini və bunun iddiaçının ona məxsus əmlak üzərində mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnməsini əsas göstərmişdir. Apellyasiya məhkəməsinə görə Cavabdeh iddiaçının ailə üzvü kimi onunla birlikdə mübahisəli evdə yaşam amış, onun mənzilin əvvəlki mülkiyyətçisinin qızı olması ona mənzildən istifadə etmək hüququnu vermir və daşınmaz əmlak mülkiyyətçisinin dəyişməsi Mülki Məcəllənin 158.3-cü maddəsinin qüvvəsinin tətbiqi üçün əsas deyildir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə iş üçün mühüm əhəmiyyəti olan halları lazımınca qiymətləndirmədən və iddia tələbinin təmin edilməsi üçün əsas verən konkret maddi hüquq normasını müəyyən etmədən gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, mübahisəli mənzil 2011-ci ildə hazırkı iş üzrə tərəflərin atası Nin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, onun qızı və hazırkı iş üzrə Cavabdeh isə 2013-cü ildən onunla birlikdə həmin mənzildə yaşamışdır. 2017-ci ildə N Cavabdeh mənzildən çıxarılm ası barədə məhkəmədə iddia qaldırmış, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh mübahisəli mənzildən istifadə hüququna malik olması əsas göstərilməklə iddia rədd olunmuşdur. Həmin qətnamə qəbul edildiyi vaxtdan təxminən 1 ay sonra N ona məxsus olan mənzili Rusiya Federasiyasında doğulmuş və yaşayan oğlu İddiaçı bağışlamış və sonuncu mənzilə mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan təxminən 2 aya yaxın müddət keçdikdən sonra Cavabdeh mənzildən çıxarılması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İşdən görünür ki, mənzilin əvvəlki mülkiyyətçisi olmuş N oğlu İddiaçı verdiyi etibarnamə əsasında onu hazırkı iş üzrə təmsil edir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddianı təmin, qarşılıq lı iddianı rədd edərkən mübahisənin həllinə tətbiq edilməli olmayan maddi hüquq normalarını müəyyən etmiş, konkret olaraq hansı maddi hüquq normasının iddianın təmin edilməsi üçün əsas verməsini dəqiqləşdirməmiş, gəldiyi nəticəni konkret və aydın şəkildə əsaslandırmamışdır. Məhkəmə kollegiyasına görə iddiaçı əmlakını başqasının qeyri-qanuni sahibliyindən götürmək və mülkiyyətçi kimi hüquqlarının pozulması barədə tələb irəli sürdüyündən Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən iddiaçı əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş materiallarından görünür ki, cavabdeh mənzilin mülkiyyətçisi olan atasının razılı ğı ilə ora köçmüş və cavabdehin hərəkəti mənzilə qanunsuz sahib olmaqla bağlı olmamışdır. Tərəflər arasında mübahisə cavabdehin mənzildən mülkiyyətçini ailə üzvü kimi istifadə hüququna malik olub-olmaması və onun mənzildən çıxarılması ilə əlaqədar olmuşdur. Belə olan təqdirdə Mülki Məcəllənin 157.2-ci maddəsinin qüvvəsinin tətbiqi əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, cavabdehin mənzildən istifadə hüququ 2013-cü ildə yaranmışdır. Cavabdehin atası Malik Əliyevin hərəkəti belə bir ehtimala gəlmək üçün əsas verir ki, qızı Cavabdeh mənzildən çıxarılması barədə iddiasının rədd edilməsi ilə əlaqədar niyyətinə nail ola bilmədiyi üçün mənzili oğlu İddiaçı bağışlamaqla cavabdehi mənzildən çıxarmaq üçün eyni əsas yaratmış və onun vasitəsi ilə məqsədinə nail olmuşdur. Məhkəmə kollegiy asının bu işə yanaşması belə bir təsəvvür yaradır ki, mənzilə istifadə hüququna malik ailə üzvünü mənzildən çıxarmaq istəyi olan hər-hansı mülkiyyətçi bu imkandan istifadə etməklə istəyinə çata bilər. Kollegiya hesab edir ki, yaşayış sahəsinin mülkiyyətçisinin dəyişməsi həmin sahəyə mülkiyyətçinin ailə üzvü kimi istifadə hüququ əldə etmiş şəxsin həmin hüququnun xitamına mütləq səbəb olmur. Cavabdehlə yaxın qohumluq münasibətində olan iddiaçı atası ilə cavabdeh arasında gedən məhkəmə çəkişməsindən xəbərdar olmuş, cavabdehin mübahisəli mənzildən istifadə hüququna malik olması ona məlum olmuşdur. Belə olduqda, o, əmlakın yüklülüyünə münasibətdə vicdanlı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiy yətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İşə baxan məhkəmə kollegiyası iddianı təmin edərkən qanunun həmin normasının tələbi baxımından iddiaçının hərəkətinə qiymət verməmiş, həmin hərəkətin cavabdehin hüquqlarını pozmasına, hərəkətin hüquqdan sui-istifadə olub-olmamasına qiymət verməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxıldığından qətna mə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 01 may 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6730/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6730/2019
30.10.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver