Məhkəmə qərarları › İş №2(102)-6731/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6731/2019

21.10.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6731/2019 21.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X21 oğlunun katibliyi, Ərizəçi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.05.2019-cu il tarixli 2(103)-6667/2019 saylı qətnaməsindən Ərizəçi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 21.01.1993-cü il tari xdə X9 doğulması, atasının X12 olması faktının məhkəmə qaydasında müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Sonradan Ərizəçi ərizəyə dəqiqləşmə barədə ərizə verərək, 21.01.1993-cü il tarixdə Ərizəçi X1 qızının doğum faktının müəyyən olunması və doğum haqqında şəhadətnamənin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 21.01.1993-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Anası X13 12.02.1966-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun uzun müddət şəxsiyyətini təsdiq edən sənədi olmayıb. Bu səbəbdən də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. Sonradan 2012-ci ildə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı əsasında Azərbaycan Respublik ası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilib. X3r. O, Azərbaycan Respublikası vətəndaşıdır, 19.06.1967-ci ildə Bakıda doğulub. Ərizəçi doğulduğu vaxt anası pasportunu itirmiş, həmin vaxt münaqişələrin başlanması səbəbindən çox qorxduğu üçün xəstəxanada özünü öz ad, soyad və ata adı ilə təqdim etməmiş, bu səbəbdən ona doğum haqqında şəhadətnamə verilməmişdir. Sonradan xəstəxanaya müraciət etsə də, xəstəxana anasına həmin sənədi verməkdən imtina etmişdir. Xəstəxana öz imtinasını onunla əsaslandırmışdır ki, 21.01.1993-cü ildə M.Ə.Əfəndiyev adına 2 saylı Bakı şəhər Klinik X1 uşağının doğulması faktına dair tibbi sənədlərdə heç bir qeyd yoxdur. Bu səbəbdən də, indiyə kimi onun doğum faktının qeydiyyata alınması mümkün olmamışdır. Hal-hazırda onun 25 yaşı var. Doğum faktını və şəxsiyyəti ni təsdiq edən heç bir sənədi yoxdur. Bu səbəbdən də, BMTnin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. Doğum haqqında şəhadətnaməsi olmadığından, şəxsiyyət vəsiqəsi ala bilmir. O, doğum haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin doğum haqqında şəhadətnamə verməkdən imtina edilərək ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim İlkin Əliyev) 19 fevral 2019-cu il tarixli, 2(001)-864/2019 saylı qətnaməsi ilə ərizənin təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Şərafət Məmmədova) 22 may 2019-cu il 2(103)-6667/2019 saylı qətnaməsi ilə Ərizəçi apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 2(001)-864/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ərizəçi və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.05.2019-cu il tarixli 2(103)-6667/2019 saylı qətnaməsinin ləğv edilərək ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan Bakı Apellyasiya Məhkəməsi qətnamə çıxararkən düzgün nəticəyə gəlməmiş, işi düzgün, əsaslı və qanuni həll etməyərək ərizəçinin hüquqlarını pozan qətnamə çıxarmışdır. Hazırkı işin mövzusu uşağın doğulması faktının müəyyən edilməsidir. Doğum faktının m üəyyən edilməsi məsələsi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair icraata aiddir. İşin hallarına əsasən ərizəçi bu işdə doğum faktının müəyyən edilməsini təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməməlidir. Buna əsasən hazırkı iş üzrə araşdırılmalı əsas hüquqi fakt ərizəçinin doğum faktının müəyyən edilməsini təsdiq edən lazımi sənədi ala bilməməsidir. Buna görə də bu işin maddi hüquqi əsasını məhz bu xüsusat təşkil edir. Məhkəmə bu iş üzrə maddi hüquqi aspektdən bu məsələni araşdırmalı idi. Maddi hüquqi aspekt kimi MPM-in 308-ci maddəsinin tələbi zəruri şərtdir. Həmin şərtin ödənilməsi hazırkı iş üzrə tələbin əsasını təşkil edir. Doğum faktının müəyyən edilməsi və belə müəyyən etmə əsasında onun doğum faktının qeydiyyata alınaraq doğum haqqında şəhadətnamə verilməsi üçün hüquqi əhəmiyyətli olan faktdır. Ərizəçi kimi doğum faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Bu Maraqlı şəxs imtina məktubu ilə və Ali Məhkəmənin 2(102)-3192/2018 saylı, 10 may 2018-ci il tarixli qərarı əsasında qanuni qüvvəyə minmiş Xətai rayon Məhkəməsinin 2(011 )7889/2017 saylı, 21 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə təsdiq olunur. Anası ərizəçinin doğumu haqqında tibbi (103 saylı) şəhadətnaməni əldə etmək üçün Bakı şəhəri Səhiyyə Şöbəsi M.Ə. Əfəndiyev adına 2 saylı Şəhər Kliniki xəstəxanasına müraciət etsə də, xəstəxana həmin sənədi verməkdən imtina edilmişdir. Bu barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunsa da hər üç instansiya məhkəməsi tərəfindən həmin iddianın təmin edilməməsi qərara alınmışdır. Bununla da ərizəçinin doğum haqqında tibbi şəhadətnaməni (103 saylı tibbi şəhadətnamə) qanuni qaydada əldə edə bilməsi mümkün olmayıb. Bundan sonra, Maraqlı şəxsnə müraciət edərək doğum faktının qeydə alınmasını xahiş etsə də ona 103 saylı tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ərizəsi təmin edilməmişdir. Buna görə də ərizənin təmin edilməsi üçün həm maddi hüquqi əsaslar, həm də prosessual hüquqi əsaslar mövcuddur. Hazırda doğum faktının müəyyən edilməsi və bunun əsasında doğum haqqında şəhadətnamə verilməsinin məhkəmədən kənar yolu mövcud deyil və bu hüquqi əhəmiyyətli fakt yalnız məhkəmə qaydasında müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki işin faktiki hallarına aid olmayan maddi hüquq normalarına istinad edilərək əsassız yerə ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qanunsuz və əsasız qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Apellyasiya Məhkəməsi sübutetmə yükünə istinad edib. Ərizəçinin həyata keçirməli olduğu sübutetmə yükü bu halda MPM-in 310.1-ci maddəsində göstərilən şərtlə məhdudlaşır. Qanun üzərinə başqa hər hansı sübutetmə yükü qoyula bilməz. Çünki hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair sübutetmə yükünün çərçivəsi MPM-in 310.1-ci maddəsi ilə müəyyən edilir və MPM-in 77-ci maddəsində göstərilmiş ümumi sübutetmə yükü öhdəliyi ərizəçiyə şamil edilmir. Çünkibu məsələ xüsusi qaydada tənzimlənir. Bu halda isə xüsusi norma ümumi normanı istisna edir. Nə rayon məhkəməsi, nə də ki Bakı Apellyasiya Məhkəməsi hazırkı iş üzrə müvafiq (aid) hüquq normaları olan MPM-in 308 və 310.1-ci maddəsinin tələblərini düzgün həyata ke çirməyib. Bakı Apellyasiya Məhkəməsinin apellyasiya şikayətini təmin etməməsinə dair qətnaməsində istinad etdiyi hallar əsassızdır və apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyib. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında Ərizəçi və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416 -cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə istinad etməklə işin materialları üzrə gəldiyi nəticənin əsaslandırılmasından görünür ki, həmin normanın məzmununa əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında müəyyən olunmaıdır. Ərizəçinin belə sənədi mövcud olmamışdır. Həmçinin uşağın tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunduğu halda isə doğuma kömək göstərmiş həkimin sənədi olmalıdır. Apellyasiya instansiyası məh kəməsi belə bir sənəd olmadığından müvafiq icra hakimiyyəti orqanı tərəfindən imtina cavabı verilməsinə, həmçinin isə bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunmalı olmasına, ərizəçinin təqdim etdiyi notariat qaydada təsdiq olunmuş X10 ərizəsində qeyd etdiyi hallar ilə məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsi arasında ziddiyyətlər mövcud olmasına, ərizəçinin həmin ziddiyyətləri aradan qaldıran mötəbər sübutların təqdim etməməsinə istinad edərək ərizənin təmin edilməməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun deyil. Belə ki, iş materiallarında olan BMT-in Qaçqınlar üzrə Ali Komissarlığının 11.0 9.2018-ci il tarixli himayə sənədinin surətindən görünür ki, tərəfindən Shakhmuradova Vlada vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür, (himayə sənədi 786- 12C07222) İş materiallarında olan, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Bakı şəhər Regional Miqrasiya İdarəsinin 1285 saylı, 12.09.2018-ci il tarixli arayışından görünür ki, 21.01.1993-cü il təvəllüdlü vətəndaşlığı olmayan şəxs Shakhmuradova Vlada 12.09.2018-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, 30.04.2019-cu il tarixədək ünvan 1 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. İş materiallarında olan, Bakı şəhəri, Maraqlı şəxs Ərizəçi ünvanladığı 1702/3 saylı, 14.09.2018-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2000-ci il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.5.3-cü bəndinə əsasən doğum faktı, vaxtı və yeri təsdiq edilməlidir. Doğum haqqında tibbi arayışı olmadığına görə doğum faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, X2 X5atası X1 X2 tanıdığını və gördüyünü, anası X1 21.01.1993-cü il tarixdə Bakı şəhəri, Əfəndiyev adına xəstəxanaya özü apardığını və həqiqətən X5anadan olmasının canlı şahidi olduğunu bildirmiş, X1 ilə X1nin nikah münasibətlərində olduğunu, X5atasının X12 olduğunu imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3192/2018 saylı, 10.05.2018-ci il tarixli qərarının surətindən görünür ki, X13 Bakı şəhər Baş Səhiyyə İdarəsinin M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasına qarşı qızının 21.01.1993-cü il tarixdə Bakı şəhəri Səhiyyə Şöbəsi M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında doğulması haqqında 103 saylı tibbi şəhadətnamənin verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)7889/2017 saylı, 21.09.2017-ci il tarixli qətnaməsinə əsasən iddia rədd edilmişdir, iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 12666/2017 saylı, 12.12.2017-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7889/2017 saylı, 21.09.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı X13 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12666/2017 saylı, 12.12.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)12666/2017 saylı, 12.12.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri 54 saylı notariat ofisində notarial qaydada təsdiqlənmiş X14 tərəfindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, X2 X5atası X1 X2 tanıyır və görmüşdür. X5anası X1 21.01.1993-cü il tarixdə Bakı şəhərində Əfəndiyev adına Xəstəxanaya özü aparmış və həqiqətən X5anadan olmasının canlı şahididir. Lenin adına Kombinatın daxili poliklinikasının həkimi işləyən X2 yanına apardığını, hazırda Bakı şəhərində kirayədə yaşayan X11 tanıdığını və X1 ilə nikah münasibətlərində olduğunu, Ərizəçi X1 qızının atasının həqiqətən X7 qızı olduğunu təsdiqləmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydalarının 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda, uşağın doğulması faktı məhkəmə qaydasınd a müəyyən edilməlidir. İşin materiallarından görünür ki, ərizəçinin tələbinin əsasını özünün 21.01.1993-cü il tarixdə doğulması faktının məhkəmə qaydasında müəyyən olunması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsini xahişini nəzərdə tutan ərizənin məhkəmə tərəfindən qəbul edilməsi üçün konkret tələblərə riayət edilməlidir, yəni; - müəyyən (təsdiq) edilməsi xahiş olunan faktlar hüquqi əhəmiyyət kəsb etməlidir, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və ya xitamına səbəb olmalıdır; - hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi sonradan baxılıb həll edilməsi məhkəmənin səlahiyyətinə aid olan hüquq haqqında mübahisə ilə əlaqələndirilməlidir; - ərizəçi hüquqi əhəmiyyəti olan faktları təsdiq edən lazımi sənədləri baş qa qaydada (məhkəmənin qətnaməsi olmadan) ala bilməməlidir, yaxud həmin sənədləri bərpa edə bilməməlidir; - təsdiq edilməsi xahiş olunan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinin qanunvericiliklə başqa qaydası nəzərdə tutulmamalıdır. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinin tələbində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə kollegiyası qeyd edir ki, doğum fiziki şəxsin hüquq qabiliyyətinin əsasını təşkil elir. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir. (MM-nin 25.2-ci maddəsi) Beləliklə də, doğumun bir şəxs üçün zəruri hüquqi fakt olduğu mübahisəsizdir. Doğum özlüyünd ə hüquqi fakt olduğu üçün onun hüquqi qeydiyyatı da mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə də qanunvericilik doğumun qeydiyyatını müəyyən etmişdir. (Ailə Məcəlləsinin 158.1 və 158.2-ci maddələri) Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən ərizəçinin doğum faktının müəyyən edilməsinin onun üçün hüquqi əhəmiyyət kəsb etməsini, ərizəçinin anasının 103 saylı şəhadətnaməni almaq üçün 2 saylı Şəhər Kliniki Xəstəxanasına, daha sonra isə məhkəmə orqanlarına, qeydiyyat orqanına müraciətlər etməsinə, həmçinin iddia əsasında mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə qərarında (kassasiya instansiyası) iddiaçıya ərizəçinin doğum faktının müəyyən edilməsi üçün hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə müraciət etmək hüququnun izah olunma sına, ümumilikdə ərizəçinin tanınmasını xahiş etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə dair bütün cəhdləri etməsinə və bu barədə məhkəməyə kifayət qədər sübutlar təqdim etməsinə baxmayaraq, doğum faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün MPM-nin 308-ci və 310-cu maddəsi ilə müəyyən edilmiş şərtlərə əməl edildiyinə düzgün hüquqi qiymət verməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri ) MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndi rilməlidir. Apellyasiya instansiya məhkəməsi ərizəçinin təqdim etdiyi notariat qaydada təsdiq olunmuş X10 ərizəsində qeyd etdiyi hallar ilə məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsi arasında ziddiyyətlərin mövcud olduğunu, şahid X4 Manvelovnanı 1990-cı illərdən əvvəl bir neçə dəfə gördüyünü, X1 hamilə görmədiyini (hansı ki, ərizəçi 1993-cü ildə doğulduğunu iddia edir), uşaqdan xəbəri olmadığını, X14 adlı şəxsi tanımadığını bildirdiyinə istinad etmiş, ərizəçinin bu ziddiyyəti aradan qaldırmaq üçün sübut təqdim etmədiyini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi şahid ifadələrinə düzgün qiymət verməmişdir. Şahidlərin hər ikisinin ifadələri X1n qız övladının doğulmasından xəbərdar olduqlarını təsdiq edir. Şahid A.Hüseynov da birinci instansiya məhkəməsində verdiyi ifadəsində əlaqələri kəsildikdən bir müddət sonra X1 ilə görüşdüyündə onun qız uşağı doğmasını ondan öyrəndiyini bildirmişdir. Kollegiya qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan iş in halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Mə hkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxa rılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin h azırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyas iya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olsa da, kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Re spublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli 2(103)6667/2019 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar