Məhkəmə qərarları › İş №2(102)-674/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-674/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-674/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sadə yazılı əqd əsasında pul tələbi) 08.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, ilk iddia üzrə İddiaçı, ilk iddia üzrə Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4663/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə x xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10 000 (on min) ABŞ dolları borcun və gecikdirməyə görə minimum 2 % faiz hesablanaraq 800 (səkkiz yüz) ABŞ dolları, ümumilikdə cəmi 10800 (on min səkkiz yüz) ABŞ dolları məbləğində borcun ona ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 2007-ci il tarixdə ona məxsus evin bir hissəsin ona 40.000 (qırx min) ABŞ dollarına satıb, öz aralarındakı razılığa görə o, on a 30.000 (otuz min ABŞ) dolları verib və yazılı iltizamla bildirib ki, evlər söküləndə borclu qalan hissəni 10.000 (on min ABŞ) dollarını qaytaracaqdır. Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi ev- 37/81 “o” yerləşən öz aralarında razılığa gələrək, aralarında yazılı iltizam nəticəsində satdığı mənzil dövlət tərəfindən sökülərək Cavabdeh 111.000 (yüz on bir min) AZN manat kompensasiya ödənilmişdir. Dəfələrlə o, bu barədə cavabdeh - Cavabdeh ona borclu qalan 10.000 (on min ABŞ) dollarını qaytarmağını bildirsə də, cavabdeh - borclu qaldığı pulu qaytarmaqdan müxtəlif bəhanələrlə imtina etmişdir. Göstərilənlərə əsasən hesab edir ki, 10.000 (on min ABŞ) dollarının cavabdehCavabdeh alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılması zəruridir.

3. İlkin iddia üzrə Cavabdeh “iltizamın etibar sız hesab edilməsinə” dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2007-ci il tarixdə İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili almağı və ona 10.000 (on min) ABŞ dollar borclu qalmağı, ev söküləndə həmin pulu ona qaytarmalı olması barədə verdiyi iltizamın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən evi X1 almış, razılaşdırılmış qiymət ona ödəniləndən sonra Lətifə notarial qaydada təsdiqlənmiş ərizə ilə həmin evin orderinin onun adına rəsmiləşdirilməsini müvafiq orqanlardan xahiş etmiş, lakin o, evin orderini öz adına dəyişdirə bilməmişdir. Hələ Lətifə həmin ərizəni verməmişdən əvvəl İddiaçı ona demişdir ki, evin bir qismi ona məxsus olduğu üçün, həmin hissəni n dəyərini ona ödəməsə, orderin onun adına rəsmiləşdirilməsinə imkan verməyəcək. Hətta evin ona məxsus olmasına dair hansısa sənəd göstərmişdir. Əlikram onun evə köçüb yaşamağına imkan vermədiyindən o, məcbur qalıb onunla 40.000 (qırx min) ABŞ dollarına razılaşmış, həmin məbləğin 30.000 (otuz min) ABŞ dollarını ona ödəmişdir. Hamı bildirdiki, ev söküləcək, pulu olmadığından ilk idiaçıya yazılı iltizam vermişdir ki, evlər söküləndə borclu qaldığını 10.000 (on min) ABŞ dollarını qaytaracaq. Amma o evin orderini öz adına rəsmiləşdirə bilməmiş, fikirləşmişdir ki, evin pulunu ilk iddiaçıya tam ödəmədiyinə görə, o, buna imkan vermir. Ev sökülərkən kompensasiya üçün sənədlər toplanılanda bəlli olmuşdur ki, iddiaçının həmin evə heç bir hüququ olmamışdır. Həmin zaman Lətifə artıq ölmüşdür, lakin 20 15-ci ildə onun əri Gülbala Qardaşbala oğlu geniş səlahiyyətləri, o cümlədən əmlak barəsində sərəncam vermək və əvəzində pul almaq səlahiyyətləri də daxil ona etibarnamə vermişdir. O da kompensasiyanı həmin etibarnamə əsasında almışdır. O, biləndə ki, onun aldığı evə ilk iddiaçının heç bir huququ olmayıb, ona ödədiyi 30 000 (otuz min) ABŞ dollarını geri tələb etmiş, o isə ona ondan əl çəkməsə, qəbz əsasında ondan 10.000 (on min) ABŞ dollarını alacağı ilə hədələmişdir. Buna görə o, qərara gəldi ki, bu iddia ərizəsi ilə məhkəməyə müraciət etsin və onun pul tələb etməyinin qarşısını alsın. Beləliklə, işin faktiki hallarını və qanuni əsaslaırnı nəzərə alaraq hesab edirlər ki, 2007-ci il tarixdə İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilin alınması və ona 10.000 (on min) ABŞ dollar borclu qalm ağı, ev söküləndə həmin pulun ona qaytarmağı barədə verdiyi iltizamın etibarsız hesab edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qətnamə çıxarılmasına kifayət qədər əsaslar vardır.

5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-549/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 10 000 (on min) ABŞ dolları borcun və gecikdirməyə görə minimum 2% faiz hesablanaraq 800 (səkkiz yüz) ABŞ dolları, ümumilikdə cəmi 10 800 (on min səkkiz yüz) ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq) məbləğində borcun və ödənilmiş 30,40 (30 manat, qırx qəpik) məbləğində dövlət rüsumunun tutulması və qarşılıqlı iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcə lləsinin 385.1, 427.3. 429,1.3, 442, 448.1, 448.2, 739.1-ci maddələrini rəhbər tutaraq, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, satıcı Cavabdeh ilə alıcı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanındakı mənzil 111.625 manata satılmışdır. Mübahisəli evin satılması müqabilində kompensasiyanın ödənilməsinə baxmayaraq, Cavabdeh borclu qaldığı 10 000 ABŞ dolları məbləğində pulu ödəməkdən imtina etmişdir. Nəticə etibarilə, İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda qarşı tərəf “iltizamın etibarsız hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət etsə də, tələbini təsdiq edə biləcək yetərli sübutlar məcmusunu məhkəməyə təqdim etməmişdir. Qarşı tərəf İddiaçı hər hansı bir borcunun olmadığın ı iddia etsə də, iltizamın vermə səbəbini açıqlaya bilməmiş, habelə o, hazırda yalnız “iltizamın etibarsızlığı” tələbi ilə (ödədiyi 30.000 ABŞ dollarının qaytarılması üçün “əsassız varlanma” tələbi ilə deyil) məhkəməyə müraciət etmişdir. Bütün bu hallar qarşılıqlı iddia ərizəsi üzrə gətirilən “dəlil”lərin inandırıcı olmadığını göstərir.

7. Qətnamədən narazı qalan ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)549/2020 saylı xx xxxxxx 2020 tarixli qətnaməsinin tamamilə ləğv edilərək, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

8. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020 ci il tarixli 2(103)-4663/2020 saylı qətnaməsi ilə ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-549/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir.

9. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə istinad edərək, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı hər hansı bir borcunun olmadığını iddia etsə də, iltizamı vermə səbəbini açıqlaya bilmədiyindən məhkəmə ilkin iddia tələbini təmin etməkdə iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin və qarşılıqlı iddia tələbini rədd etməklə haqlı olaraq düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

10. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-4663/2020 saylı qətnaməsinin ləğv edilməsinə və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış birinci instansiya məhkəməsi, eləcə də apellyasıya instansiyası məhkəməsi işin faktiki hallarına, yəni mübahisəli evə dair ilkin İddiaçı hər hansı hüququnun, hüquq müəyyənedici sənədinin olub-olmamasını, ilkin iddiaçı Əilikram Heybətovun əksinə onu aldadaraq, guya həmin evin bir hissəsinin ona məxsus olduğunu əsas gətirərək, aldatma yolu ilə ondan 30000 (otuz min) ABŞ dolları almağına düzgün hüquqi qiymət verməmişlər. Hesab edirlər ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)4663/2020 saylı qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin kobudcasına pozulması ilə qəbul edildiyindən kassasiya icraatı qaydasında ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməlidir.

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçıların ın izahatları

13. İlk iddia üzrə İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir.

14. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-4663/2020 saylı qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya mü əyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

18. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədi yi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

19. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

20. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

21. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

22. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§18).

23. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§19).

24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§18). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfin dən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. İlkin iddia üzrə Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiklərindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya məhkəməsinin qəbul etdiyi qətnaməsi işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.

27. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının iş üzrə gəldiyi nəticədən görünür ki, Cavabdeh tərəfindən iltizam verilmiş, və o, 2007-ci il tarixdə İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili almış və ona 10 000 (on min) ABŞ dolları məbləğində borcu qalmış, ev söküləndə və ya satılanda borcu qaytaracağını yazılı surətdə bildirmişdir. Cavabdeh ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli müqavilə əsasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil 111 625 (yüz on bir min altı yüz iyirmi beş) manata satılmışdır.

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən düzgün olaraq belə nəticəyə gəlmişdir ki, ilkin iddia üzrə Cavabdeh İddiaçı hər hansı bir borcunun olmadığını iddia etsə də, iltizam vermə səbəbini açıqlaya bilməmişdir.

29. Məhkəmə kollegiyası qarşılıqlı iddianın təmin edilməməsi ilə bağlı iltizamın etibarsızlığı barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, kassator işin halları sadalamaqla kifayətlənmiş, tələbini təsdiq edəcək yetərli sübutlar məcmusunu məhkəməyə təqdim etməmiş, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını göstərməmişdir. Halbuki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (16§).

30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə o lunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (18§).

31. Məhkəmə kollegiyası kasasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir.

32. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (§20).

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4663/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar