Məhkəmə qərarları › İş №2(102)-674/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-674/2023

13.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-674/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X7, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüquqlarının itirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X7, Cavabdeh1 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5560/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı (vəkili Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 13 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsində yerləşən 120 saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və 30 aprel 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına dövlət qeydiyyatına alınmışdır.

2. Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 120 ünvanda İddiaçı 1970-ci il tarixdən, X10 1974-cü il tarixdən, X7 1986-cı il tarixdən, Cavabdeh1 1986-cı il tarixdən və Cavabdeh3 1988-ci il tarixdən qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X7, Cavabdeh1 və Cavabdeh3 mülkiyyə t hüququ üzrə ona məxsus olan ünvan 2 ünvanda yerləşən evdən istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, 1968-ci ildə X11 ilə ailə həyatı qurmuş, ailəsinin köməkliyi ilə indiki ünvan 2 ünvanında yerləşən evi almışlar. 1970-ci ildə baş tutmuş siyahıyaalma nəticəsində iddiaçı, həyat yoldaşı və oğlu Müşfiq İmaməliyev sözügedən evə qeydiyyata alınmışlar. Təxminən 1971-1972-ci illərdə qayını X1 mənzilə qeydiyyata alınmış və 1985-ci ildə ailə həyatı quraraq arvadı X3 1986-ci ildə bu mənzilə onların xəbəri olmadan qeydiyyata salmışdır. Onların birgə nikahından doğulan Qəhrəmanova (Quliyeva) Gülşən Əlövsət qızı və Cavabdeh3 da bu mənzilə qeydiyyata alınaraq həmin ünvanda yaşamışlar. 1991-ci ildə qayn ı ilə Nazibəyim Aşimova arasında bağlanmış nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur və həmin vaxtdan cavabdehlər sözügedən mənzildə yaşamamışdır. Lakin 1995-ci ildə (qaynananın ölümündən sonra) cavabdehlər yenidən mübaisəli evə köçmüş uzun illər həmin evdə yaşamışlar. Hətta Cavabdeh1 bu mənzildən gəlin köçmüşdür. 2001-ci ildə qayını, 2004-cü ildə isə yoldaşı vəfat etmişdir. 30 yanvar 1998-ci il tarixdə həyat yoldaşı X11 mübahisəli evi onun razılığı ilə öz adına özəlləşdirmişdir. İmiş İmaməliyevin 2004-cü ildə vəfatından sonra isə birinci növbədə vərəsə kimi yaşayış evini öz adına rəsmiləşdirmişdir. Cavabdeh Qəhrəmanova (Quliyeva) Gülşən Əlövsət qızı xx.xx.2013-cü il tarixdə 1 saylı ASAN Xidmətinin Qeydiyyat şöbəsində vətəndaş X9 ilə rəsmi nikaha daxil olmuş, şəmin vaxtdan da o, iddiaçıya mə xsus evdə yaşamır, ərinin evinə gəlin köçmüşdür. Cavabdeh3 da xx.xx.2019-cu il tarixdə 3 saylı ASAN Xidmətinin Qeydiyyat şöbəsində vətəndaş X8 ilə rəsmi nikaha daxil olmuş və gəlin köçmüşdür. Onların hər ikisinin yaşayış evi ilə hər hansı bir bağlılığı qalmamışdır. Cavabdeh X7 da Cavabdeh3 gəlin köçəndən sonra köçmüş, həmin vaxtdan onun mülkiyyətində olan evdə yaşamır. Onun faktiki yaşayış yeri də məlum deyildir. Göründüyü kimi, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 artıq bu ünvanda yaşamırlar. Buna baxmayaraq mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 120 ünvanında formal olaraq pasport qeydiyyatında qalırlar, bu səbəbdən o, öz evi üzərində sərəncam hüququnu həyata keçirə bilmir, bununla da mülkiyyət hüququ pozulur. Cavabdehlərin başqa yerdə yaşay ış yeri vardır və onun mənzilində qeydiyyatda qalmaları formal xarakter daşıyır. Cavabdehlərin ona məxsus evdə yaşayış sahəsinə ehtiyacları yoxdur. Onlara qeydiyyatdan çıxmalarını təklif etmiş, lakin cavbadehlər bundan imtina etmişlər. Ona görə də məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur.

5. Məhkəmə baxışı zamanı cavabdehlərin nümayəndəsi-vəkili göstrmişdir ki, Cavabdeh1 və Cavabdeh3 ailə həyatı qurmuş, bu səbəbdən mübahisəli mənzildən köçüb başqa-başqa evlərdə yaşayırlar. X7 mübahisəli mənzildə yaşayır, həmin mənzillə əlaqəni kəsməmişdir, əmlakı da həmin mənzildədir, bəzi vaxtlar qızlarının yanında da qalır. Nazbəyim Aşimovanın daimi yaşayış yeri mübahisəli mənzildir.

6. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 may 2022-ci il tarixli, 2( 005)-1281/2022 saylı qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 120-də olan istifadə hüququnun itirilmiş hesab edilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, qətnamə Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 120-dən qeydiyyatdan çıxarılmaları üçün əsasdır.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 120 ünvanında yerləşən yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlər həmin mənzildə pasport qeydiyyatındadırlar.

8. Ya şayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Cavabdehlərin pasport qeydiyyatına alınmaları özü-özlüyündə, onların həmin mənzildən istifadə hüququnu yaratması kimi qiymətləndirilə bilməz.

9. Cavabdeh X2 qeyd olunan mənzildə istifadə hüququ yaranmış, həmin mənzildən istifadə etdiyi və həmin hüquq itirilmədiyi üçün iddia tələbi ona dair aid hissədə rədd edilməlidir. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mübahisəli evdə yaşamadıqlarından, ərə getməklə həmin ünvanla əlaqələrini kəsdiklərindən qeydiyyatları formal xarakter daşıyır, ona görə də iddia tələbi onlara aid hissədə təmin olunmalıdır.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasın ın 13-cü, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88 və 217.4-cü, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1 və 9-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1281/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsinin cavabdeh X2 ona məxsus olan evdən istifadə hüququnu itirilməsinin rədd olunması hissəndə ləğv edilməsi və həmin hissədə də iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin müəyyən edilmiş hallarına uyğun deyildir. Cavabdeh Nazbəyim Aşimova 2015-ci ildən yaşayış evindən köçüb getmiş, əmlakını da evdən çıxarmış, daimi olaraq harada yaşamasından məlumatı yoxdur. Buna baxmayaraq evin bir otağının qapısını da bağlayıb açarı özündə saxlayır, formal olaraq evdə pasport qeydiyyatında qalır ki, bu hallar da onun yaşayış evi üzərində mülkiyyət hüququnu, o cümlədən yaşayış evinə sərəncam vermək hüququnu məhdudlaşdırır. İşə baxan birinci instansiya məhkəməsi bu hallara düzgün hüquqi qiyəmt verməmiş, cavabdehin həmin mənzildə yaşayış sahəsindən istifadə hüququnun itirilmədiyi kimi səhv nəticəyə gəlmişdir.

13. Qətnamədən həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti vermiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1281/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsinin qismən, iddia tələbinin təmin olunmsı hissəsində ləğv edilməsini və iddianın tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

14. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmənin onlara münasibətdə mübahisələ evdən istifadə hüquqlarının olmaması evdə qeydiyyatlarının formal olması barədə qənaəti yanlış olmuşdur. Məhkəmə nəzərə almamışdır ki, onların anadan olandan həmin evdə istifadə hüququ əmələ gəlmiş, istifadə hüquqları yaranarkən həmin ev dövlət mülkiyyətində olmuş və çox sonradan özəlləşdirmə zamanı onlar yetkinlik yaşına çatmadıqları görə yalnız analarının razıl ığı ilə iddiaçının əri olan əmilərinin adına özəlləşdirilmişdir ki, bu da onların istifadə hüququnun itirilməsinə və ya məhdudlaşdırmasına əsas ola bilməzdi. Məhkəmə onların həmin evdən istifadə etməmələrinə və başqa yerdə yaşamaqlarına istinad edərək iddianı təmin etməklə səhvə yol vermişdir. Onlar Gəlin köçmələrinə baxmayaraq həmin evdən imkan daxilində istifadə edirlər. Belə ki, mübahisəli evin 12 kv metr sahəsi olan bir otağında yaşlı anaları, ər-arvad olan dörd nələr və dörd uşağın (ikisi azyaşlı körpə olmaqla) birgə yaşaması mümkün deyildir. Bundan başqa onların istifadəsində olan otağın yaşayış üçün normal şəraiti yoxdur. Belə ki, otağın təmiri pis vəziyyətdədir, mətbəx yoxdur və hamam çöldə olmaqla tamamilə təmirsizdir. İddiaçı isə öz qeyri-qanuni hərəkətləri ilə orada hər hansı ş əraitin yaradılmasına və təmir işlərinin aparılmasına imkan vermir. Onlar isə iddiaçı ilə münaqişəyə getmək istəmirlər. Bu səbəblərdən hamının həmin evdə daimi məskunlaşmaları imkan xaricindədir, müvəqqəti olaq başqa yerdə kirayədə qalmağa məcburdurlar. İşə baxan birinci instansiya məhkəməsi isə göstərilən haları diqqətdən qasırmış, səhv nəticəyə gəlmişdir.

15. İşin apellyasiya baxışı zamanı iddiaçının vəkili-nümayəndəsi məhkəməyə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2294/2022 nömrəli, 30 mart 2022-ci il tarixli qərarının surətini təqdim etmişdir. Həmin qərara görə X7, Cavabdeh1 və Cavabdeh3 İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi 120 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur.

16. Bakı Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5560/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Namiq Cəfərov) İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(005)- 1281/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbinin qismən təmin olunması, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 120-də olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitus iya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013cü il tarixli Qərarına əsasən cavabdeh X2 1986-cı il tarixdən, Cavabdeh1 1986-cı il tarixdən, Cavabdeh3 1988-ci il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, 120 saylı evə istifadə hüquqlarının yarandığını nəzərə alaraq hesab etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü mad dəsinin müddəaları tətbiq edilməlidir.

18. Bundan başqa məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüquqlarının itirilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarına əsasən cavabdeh Qəhrəmanova (Quliyeva) Gülşən Əlövsət qızının xx.xx.2013-cü il tarixdə, Cavabdeh3 isə xx.xx.2019-cu il tarixdə ailə həyatı quraraq daimi yaşamaq üçün mübahisəli ünvandan köçüb getdiklərini və həmin yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığını nəzərə alaraq hesab etmişdir ki, cavabdehlər Qəhrəmanova (Quliyeva) Gülşən Əlövsət qızının və Cavabdeh3 həmin yaşayış evinə münasibətdə istifadə hüququnun itirilməsinə görə kompensasiya almaq hüququ olmadan istifadə hüquqları itirilməlidir.

19. Məhkəmə digər cava bdeh X4 münasibətdə isə qeyd etmişdir ki, iddiaçı cavabdeh Nazibəyim Aşimovanın mübahisəli evdə 2015-ci ildən yaşamaması barədə dəlil irəli sürsə də, onun həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxdığını, başqa yerdə daimi yaşayış sahəsinin olduğunu təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmişdir. Belə olduğu halda iddiaçı ilə cavabdeh arasında istifadə hüququna xitam verilməsi barədə razılaşma olmadığı üçün bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiymətləri ilə müvafiq kompensasiya ödənilməsi yolu ilə xitam verilə bilər. İddiaçı tərəf iddia ərizəsində kompensasiya təklifi irəli sürməmiş, məhkəmə iclasında kompensasiya ödənilməsi ilə razı olmadığını bildirmişdir. Bu səbəbdən hazırkı mülki mühakimə icraatı üzrə iddia tələbi həmin cavabdehə münasibətdə təm in edilə bilməz.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152,1 və 228.2-ci, 2009-cu il oktyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 54-cü maddəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 384-cü, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarları, habelə “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarlarındakı hüquqi mövqelərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2-(103)-5560/2022 nömrəli, 11 oktyabr 2022-cil tarixli qətnaməsinin cavabdeh X4 aid hissədə iddia tələbinin rədd olunmasının ləğv edilməsi və işdə olan sübutlar əsasında iddiaçı həmin hissədə iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə bərabər, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh Nazıbəyim Aşimovanın iddiaçıya məxsus mənzilə ehtiyacı yoxdur, cavabdeh 2015-ci ildən bu günədək həmin mənzildə bir gün belə olsun yaşamamış, köçüb getmişdir. Onun evdə pasport qeydiyyatında qalması mülkiyyət hüququnu, o cümlədən əmlak ına sərəncam vermək hüququnu məhdudlaşdırır. Nazıbəyim Aşimovanın harada yaşaması barədə məlumatı yoxdur. Apellyasiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

24. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

25. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş)

26. Maddə 53.1. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də ica rədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

27. Maddə 54.1. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər su rətdə istifadə etmək hüququ əldə edirlər.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarları. Mülki Prosessual Məcəllə

29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəfl ərə təklif edə bilər.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlənd irilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməməs, yəni cavabdeh X5 yaşayış evində yaşayış sahəsindən istifadə hüququnun itrilmiş hesab olunmasının rədd endilməsi hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qətnaməsi cavabdeh Nazbəyim Aşimovaya qarşı iddianın rədd olunması hissədə ləğv olunmaqla iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

39. Cavabdeh X4 münasibətdə iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəli evdə 2015-ci ildən yaşamaması, onun həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxması barədə iddiaçının dəlilləri iş materialları ilə öz təsdiqini tapmamış, onun başqa yerdə daimi yaşayış sahəsinin olduğunu təsdiq edən mötəbər sübutlar təqdim edillməmişdir. İddiaçı ilə cavabdeh arasında yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə razılaşma olmadığından bu hüquqa yalnız mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiymətləri ilə müvafiq kompensasiya ödənilməsi yolu ilə xitam verilə bilər. İddiaçı tərəf isə kompensasiya təklifi irəli sürməmiş, məhkəmə iclasında k ompensasiya ödənilməsi ilə razı olmadığını bildirmişdir. Bu səbəbdən də iddia tələbi həmin cavabdeh Nazbəyim Aşimovaya münasibətdə təmin edilə bilməz.

40. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh Nazbəyim Aşimovaya münasibətdə iddianı rədd edərkən tərəflərin təqdim etdikləri sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxmamış, sübutların qiymətləndirilməsində səhvə yol vermiş, iddiaçının təqdim etdiyi və işin nəticəsinə əhəmiyyətli dərəcədə təsir edən sübutlara nəzərə almamış və qiymət verməmişdir.

41. Belə ki, işdən görünür ki, mübahisənin predmeti olan yaşayış evi 30 aprel 2019cu ildə mülkiyyət hüququ üzrə iddiaçının adına dövlət qeydiyyatına alınmışdır.

42. Cavabdeh Nazbəyim Aşimova 1985-ci ildə dövlət mülkiyyətində olan həmin yaşayış evinə gəli n köçmüş, 1986-cı ildə pasport qeydiyyatına düşmüş, 01 oktyabr 2009cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən onun həmin evdə yaşayış sahəsindən istifadə huququ əmələ gəlmişdir. Sonradan yaşayış evinin mülkiyyətçisinin dəyişməsi qüvvədə olan mülki və mənzil qanunvericiliyinin tələblərinə əsasən cavabdehin yaşayış evindən istifadə hüququnun xitamına əsas olmamışdır.

43. İşə baxan birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən məsələnin həllində düzgün nəticəyə gəlsələr də, cavabdehin 2015-ci ildən mübahisənin predmeti olan evdə yaşamaması, köçüb getməsi, qızlarına məxsus olan evdə yaşaması, mübahisəli yaşayış evində yaşayış sahəsindən istifadəyə ehtiyacının qalmaması barədə iddia tələbinin əsası kimi istinad olunan halları nəzərə almamış, həmin hallara dair sübutlara qiymət verməmiş, cavabdehin yaşayış sahəsinə ehtiyacının aradan qalxıbqalxmadığını müəyyən etməmişdir.

44. İddiaçının təqdim etdiyi sübutlardan görünür ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi-120 ünvanda yerləşən fərdi yaşayış evində, iddiaçı və cavabdehin istifadəsində olmuş sahələrə uyğun iki ədəd su və iki ədəd elektrik sayğacı quraşdırılmışdır. Cavabdehin istifadəsində olmuş su sayğacının göstəriciliərində 26 sentyabr 2016-cı il tarixdən heç bir dəyişiklik olmamış, elektrik sayğacında isə cəmi 05 yanvar 2017-ci il tarixdən 191 kv/saat sərfiyyatın olması göstərilmşidir. İddiaçı məhkəməyə ərizə təqdim edərək 191 kv/saat enerji sərfiyyatının həyətin işıq xəttinin həmin sayğaca qoşulduğuna görə olduğunu, həyət i şığından onun tərəfindən istifadə edildiyini göstərmişdir. İşə baxan məhkəmələr cavabdehin yaşayış evindən istifadə etdiyi halda elektrik enerjisinin və su sərfiyyatının olmamasının səbəblərini müəyyən etməmişdir.

45. Bundan başqa cavabdeh Nazbəyim Aşimovanın mübahisənin predmeti olan yaşayış evində yaşayış sahəsinə ehtiyacının aradan qalxıb-qalxmaması, həmin ev ilə bağlılığının qalıb-qalmaması, digər daimi yaşayış sahəsinə könüllü surətdə köçübköçməməsi, digər ev və ya yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə edib-etməməsi kimi işin nəticəsi mühüm əhəmiyyət kəsb edən hallar məhkəmə tərəfindən müəyyən olunmamış, Mülki Prosessual Məcəllənin 14.1 və 77.3-cü maddələrinin tələblərinə uyğun olaraq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif etməmişdir.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə iddiaının cavabdeh X6 qarşı iddianın rədd olunması barədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi həmin hissədə edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə almalı, tam və hərtərəfli araşdırmaqla müzakirə etməli, nəticəsindən asılı olaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və MP M-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5560/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi cavabdeh X6 qarşı iddianın rədd olunması hissədə ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar