Məhkəmə qərarları › İş №2(102)-674/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-674/2024

19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-674/2024 19.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdeh qarşı kredit müqaviləsindən irəli gələn zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1303/2023 nömrəli, 13 sentyabr 2023- cü il tarixli qətnaməsindən cavabdeh Qarayev Yasin Həbib oğlunun kassasiya şikayətinə 19 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" BOKT MMC (bundan sonra – “iddiaçı” və ya “MMC”) ilə arasında (bundan sonra “cavabdeh” və ya "xxxx") 11 fevral 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış, MMC tərəfindən Borcluya illik 26 faizlə 36 ay müddətinə 35000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsi ilə yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün MMC ilə Borclu arasında 12 fevral 2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış, borclunun mülkiyyətindəki Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 2 mərtəbəli 9 otaqlı fərdi yaşayış evi 0.20 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir.

3. Borclu kredit müqavi ləsi üzrə öhdəliklərini icra etmədiyinə görə MMC kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

4. Quba Rayon Məhkəməsinin 2(027)-64/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi ilə MMC-nin iddiası qismən təmin edilərək, cavabdehdən 34794.24 manat əsas, 9464.24 manat faiz və 30 manat dəbbə borcu olmaqla, cəmi 44288,48 manat borcun və 23.45 manat ödənilmiş dövlət rüsumunun tutulması, tələbin ipoteka qoyulmuş Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0.20 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 150000 manat məbləğində müəyyən edilməsi, həmin 0.20 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin açıq hərraca çıxarılaraq satılması və satı şdan əldə ediləcək vəsait hesabına cavabdehin MMC-yə olan 44288,48 manat borc və 23.45 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyana verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

5. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-366/2018 nömrəli iş üzrə 22 yanvar 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)64/2016 nömrəli iş üzrə 11 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilərək, açıq hərraca çıxarılarkən ipoteka predmeti olan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0.20 ha torpaq sahəsi ilə birlikdə 300.8 m2 ümumi, 216.8 m2 yaşayış və 84.0 m2 yardımçı sahədən ibarət 2 mərtəbəli 9 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 200000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayət verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13231.89 manat dəymiş zərər (əldən çıxmış fayda şəklində) və ödənilmiş 130.1 manat dövlət rüsumunun əvəzinin tutularaq MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh ondan borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə qətnaməni icra etmədiyinə görə ipoteka predmeti hərraca çıxarılmış və həmin əmlaka 19 dekabr 2018-ci il tari xdə MMC-nin adına mülkiyyətə dair çıxarış verilmişdir. Sonra cavabdeh hərracın nəticələrini mübahisələndirmiş və Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il tarixli hərrac protokolu etibarsız sayılmışdır.

8. Cavabdehdən qətnamə ilə müəyyən olunmuş 44288,48 manat borcu ala bilmədiklərinə görə MMC faizlərdən məhrum olmuş və ona zərər dəymişdir. Belə ki, qanunvericiliyə əsasən MMC (eləcə də digər kredit təşkilatları) bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin vaxtında əldə edilməməsi MMC-ni qaytarılmayan bu məbləği dəyərləndirmək imkanlarından məhrum etmiş, bununla da MMC faizlərdən məhrum olmuş və ona zərər vurulmuşdur. Borc məbləği qaytarıldıqdan sonra yenidən istifadəyə (kredit verilməsinə, başqa maliyyə institutlarından alınmış kredit borclarının qaytarılmasına və s.) yönəldilir, bu halda qətnamə ilə təmin olunmuş qaytarılmayan əsas məbləğə zərər tətbiq edilməlidir. Qətnamə ilə təmin edilmiş məbləğin cəmi 44288,48 manat olduğunu nəzərə alınarsa, ümumilikdə 13231.89 manat pul əldən çıxmış fayda şəklində tutularaq MMC-yə ödənilməlidir.

9. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 445.1, 445.2.1, 445.7, 449.1 və 449.4-cü maddələrinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili iddiaya yazılı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının hər hansı pul vəsaitini özündə saxlamamış, maliyyə çətinliyi səbəbindən MMC-nin pulunu qaytara bilməmişdir. Buna əsaslanaraq MMC əvvəlcədən kreditin təminatı kimi cavabdehin girov qoyduğu əmlakını sataraq pulun ödənməsini məhkəmədən xahiş etmiş və onun bu iddiası təmin edilmişdir. Bundan sonrakı proseslər cavabdehdən asılı olmayan proseslər olmuşdur. Yəni qətnamənin icraya yönəldilməsi, icra şöbəsinin hərracı sifariş etməsi, hərracın təşkili və əmlakın satılması cavabdehdən asılı olmayan proseslərdir. Qətnamə qəbul ediləndən icra edilənə qədər olan müddət üçün cavabdehin MMC qarşısında hər hansı öhdəliyi yoxdur. Qətnamədə yalnız cavabdehdən konkret pul məbləğinin tutulması qət edilsə idi və qətnamə icraya yönəldiləndən sonra cavabdeh pulu gecikdirsə idi, hazırki iddia ilə haradasa razılaşmaq olardı. Amma işin hallarına görə cavabdeh borcunu qaytara bilmədiyinə görə məhkəmə borcun ip otekaya qoyulmuş əmlaka yönəldilməsini təmin edib və həmin qətnamə icra olunub, hazırda cavabdehin əmlakı iddiaçının mülkiyyətindədir. İddiaçı cavabdehin evini mülkiyyətinə qəbul edib öz borcundan artıq qalan 80 min manatı isə bu günə qədər də özündə saxlamaqla həmin məbləğdən faydalanıb. Belə olan təqdirdə pul vəsaitinin gecikdirilməsindən və buna görə də cavabdehdən faizlərin tələb edilməsindən söhbət belə gedə bilməz.

11. Birinci instansiya məhkəməsi 28 noyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir.

12. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/9088 saylı ekspert rəyinə əsasən cavabdehin müqavilə müddətinin bitmə tarixinə yəni xx.xx.2017-ci il tarixə əsas borcu 34.794,72 manat, faiz borcu 25.355,69 manatdır. Maliyyə ar ayışında qeyd edilən tarixə, yəni xx.xx.2022-ci il tarixinə illik 5 faiz hesablamaqla: əsas borc - 34.794,72 manat, faiz borcu - 34.068,87 manat, 5 faizlik borc-8713,18 manatdır.

13. Quba Rayon Məhkəməsinin 2(027)-69/2023 nömrəli iş üzrə 29 mart 2023-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 8713,18 manat dəymiş zərərin və 130,1 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. (hakim Rahim Həsənov)

14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, MMC ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 003 nömrəli krеdit müqаviləsi bağlanmış və bu müqaviləyə əsasən illik 26 faizlə 36 aylıq müddətinə cavabdehə 35000 manat məbləğində krеdit vеrilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə müəyyən olunmuş öhdəliklərini pozduğu üçün məhkəməyə müraciət olunmuş və Quba Rayon Məhkəməsinin 2(027)-64/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnamə ilə iddia qismən təmin olunmuş və cavabdehdən 34794.24 manat əsas, 9464.24 manat faiz və 30 manat dəbbə borcu olmaqla, cəmi 44288,48 manat borcu və 23.45 manat ödənilmiş dövlət rüsumunun tutulması, tələbin ipoteka qoyulmuş RX seriyalı ******* saylı, reyestr nömrəsi **********731-10301 olan, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən cavabdehin mülkiyyətində olan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0.20 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 150000 manat məbləğində müəyyən edilməsi, həmin 0.20 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin açıq h ərraca çıxarılaraq satılması, satışdan əldə ediləcək vəsait hesabına cavabdehin MMC-yə olan 44288,48 manat borc və 23.45 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyana verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Xaçmaz rayon Məhkəməsinin e-2(067)-351/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Quba rayonu Birinci Nügədi kəndində 0,20 ha torpaq sahəsində fərdi yaşayış evinə dair "xxxx" BOKT MMC-nin adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyal ı ******* saylı Çıxarış və mülkiyyət hüququna dair qeyd ləğv edilmişdir. Həmin qətnamə Sumqayıt Apelyasiya Məhkəməsinin Məhkəməsinin 2(105)- 1645/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-478/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə də Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1645/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. İddiaçı 13231,89 manat məbləğində dəymiş zərərin cavabdehdən onun xeyrinə tutulmasını tələb etsə də, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/9088 saylı eks pert rəyi ilə dəymiş zərər 8713,18 manat məbləğində müəyyən edilmişdir.

16. Birinci instansiya məhkəməsinin mövqeyinə görə həmin ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 442, 445.1, 445.7, 449.1, 449.4-cü, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən belə hesab etmişdir ki, iddia təmin edilməlidir. Lakin bu maddi normanın məzmununa zidd olaraq, cavabdehdən əlavə illik faizlərin də tutulması qənaətinə gəlmişdir, hansı ki, məhkəmə qətnaməsinə əsasən cavabdehin əmlakı hərracdan satılaraq iddiaçının borcu ödənilmişdir və bu halda cavabdehi əlavə öhdəliklə yükləməkdə məhkəmə haqlı olmamışdır. Məhkəmə iddianı təmin edib, ehtimal etdiyi gecikdirmə müddəti üçün illik 5 faiz məbləğin cavabdehdən tutulub iddiaçıya ödənilməsi qənaətinə gələrkən MM-in 445.7-ci maddəsinə əsaslanmışdır. Məhkəmə hazırkı maddi normanın məzmun və tələbini pozmuşdur. Belə ki, iş materiallarından görünür ki, MMC kredit borcunun gecikdirilməsinə görə məhkəmədə iddia qaldıraraq, həm əsas borcu, həm də gecikdirilmə faizinin cavabdehdən tutulmasını xah iş etmiş, məhkəmə də bu tələbi təmin etmiş, cavabdehin əmlakı hərraca çıxarılaraq satılmışdır. Həmin andan artıq tələb ödənilmiş hesab edilməli və cavabedehə qarşı hər hansı bir gecikmə faizinə dair iddia qaldırıla bilməzdi. Çünki cavabdeh kredit öhdəliklərinin təmini üçün əmlakını yüklü etmişdir, MMC də pula görə əmlakının satılmasını xahiş etmiş, hərracda əmlakını borc əvəzi qəbul edərək, mülkiyyətinə götürmüşdür. Bununla da icra baş tutmuşdur. Amma iddiaçı həmin icranın sonundan 5 il keçəndən sonra hazırkı iddia ilə müraciət edib gecikmə faizlərini istəmiş, məhkəmədə isə bu hallar iş sənədləri ilə təsdiq edildiyi halda, əsassız olaraq cavabdehdən öhdəlik tam icra edildikdən sonrakı illər üçün də zərər tutulmuşdur ki, bu da maddi normanın tələblərinə, işin konkret müəyyən edilmiş halları na, eləcə də Konstitusiya Məhkəməsinin bu növ işlər üzrə son hüquqi mövqeyinə tam zidd olmuşdur. Belə ki, məhkəmə qətnaməsi ilə borca görə əmlak hərraca çıxarılıbsa, iddiaçı da həmin əmlakı borc əvəzi öz mülkiyyətinə qəbul edibsə, artıq öhdəlik tam icra edilmiş hesab edilir. Hazırda cavabdehin əmlakı illərdir iddiaçının mülkiyyətində ola-ola, iddiaçı öhdəliyin gecikdirilməsinə görə cavabdehdən ziyan tələb edir. Bu qətnamə maddi hüquq normasının tələblərinin kobud surətdə pozulması ilə qəbul edildiyi üçün ləğv edilməli və iddia rədd edilməlidir. Əmlakı iddiaçının mülkiyyətinə keçəndən sonra cavabdeh rəsmi olaraq MMC- yə müraciət edərək kredit və faiz borcunu ödəyərək əmlakının geri qaytarılmasını xahiş etmiş, lakin MMC bu günə qədər də bu məsələni həll etməmişdir. Məhkəmə iddiaçı tərəfind ən iddianı sübut edən hər hansı bir dəlil və sübutun təqdim edilmədiyi halda iddianı təmin etmiş və bu zaman öz qətnaməsində hər hansı bir sübuta əsaslanmamışdır. Bu isə kobud prosessual pozuntudur. Çünki iddianı təmin edən məhkəmə bu nəticəyə hansı sübutlar əsasında gəlməsini öz qətnaməsində göstərməli, həm də həmin sübutları sadalamaqla kifayətlənməməli, bunların işin həlli üçün hansı halları təsdiq etdiyini göstərməlidir. Amma hazırkı qətnamədə heç bir sübut sadalanmamış və məhkəmənin iddianı təmin etmək üçün hansı sübutlara istinad etməsi məlum deyildir. Əksinə, cavabdehin təqdim etdiyi sübutlardan və iş materiallarından tam əksi təsdiq edilmişdir ki, əmlak hərracda satılmaqla kredit öhdəliklərinə son qoyulub və bu halda iddiaçının cavabdehdən gecikməyə görə faiz tələb etmək hüququ olm amışdır.

20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1303/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov, Fuad Məmmədov)

21. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, MMC ilə cavabdeh arasında kredit müqaviləsi üzrə borc münasibətləri olmuş, cavabdeh borcun ödənilməsini gecikdirmişdir. Odur ki, kreditorun vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yarandığından, iddiaçı cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirilməsinə görə MM-in 445.7-ci maddəsinə əsasən, illik 5 faiz hesablanmaqla, faiz borcunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

22. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmiş, lakin cavabdeh apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.

23. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 445.2.1, 445.7, 447.7, 448.1, 448.2, 739-cu maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazı n dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Ma ddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.7. (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyada) Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin ə vəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. Maddə

448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə

739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmet i hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarı Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci ma ddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol veril məsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən q əbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

27. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinim qətnaməsini iddianın təmin edilməyən hissəsində yalnız cavabdeh apellyasiya qaydasında mübahisələndirib, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də həmin hissədə olub. Buna görə də qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.

28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.

31. Apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

32. İddia tələbi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğinin ödənilməyən (gecikdirilən) qalıq hissəsinə illik 5 faizlə əlavə pul məbləğinin alınması barədədir.

33. İşin məhkəmələr tərəfindən müəyyən edilən mübahisəsiz halları da ondan ibarətdir ki, Quba Rayon Məhkəməsinin 2(027)-64/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli cavabdehdən 34794.24 manat əsas, 9464.24 manat faiz və 30 manat dəbbə borcu olmaqla, cəmi 44288,48 manat borcun və 23.45 manat ödənilmiş dövlət rüsumunun tutulması, tələbin ipoteka qoyulmuş Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0.20 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 150000 manat məbləğində müəyyən e dilməsi, həmin 0.20 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin açıq hərraca çıxarılaraq satılması və satışdan əldə ediləcək vəsait hesabına cavabdehin MMC-yə olan 44288,48 manat borc və 23.45 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyana verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh tərəfindən qeyd edilən məbləğ ödənilməmişdir.

34. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur

35. Göründüyü kimi, işin müəyyən edilmiş halları baxımından Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən iddian ın qismən təmin edilməsi əsaslı və qanuni olmuşdur.

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini – ipoteka predmetinin iddiaçının mülkiyyətində olması, cavabdehin qətnamənin icrasında təqsirli olmaması – əsaslı saymır. Belə ki, işin müəyyən edilmiş hallarına görə Xaçmaz rayon Məhkəməsinin e-2(067)-351/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Quba rayonu Birinci Nügədi kəndində 0,20 ha torpaq sahəsində fərdi yaşayış evinə dair "xxxx" BOKT MMC-nin adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarış və mülkiyyət hüququna dair qeyd ləğv edilmişdir. Həmin qətnamə Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1645/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-478/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə də Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1645/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu baxımdan, ipoteka predmetinin iddiaçının mülkiyyətində olması barədə dəlil təkzib edilir.

37. Mülki Məcəllənin 445.7-ci maddəsinin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz öd əməyə borcludur.

38. Qeyd edilən normanın dispozisiyasına görə borclunun gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməli olmasının əsas şərt onun pul məbləğinin ödənilməsini gecikdirməsidir. Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün borclunun (hazırki işdə cavabdehin) icranı gecikdirməsində təqsirli olub-olmamasının hər hansı hüquqi əhəmiyyəti yoxdur. Bu səbəbdən cavabdehin qətnamənin icrasında təqsirli olmaması barədə dəlil də əsaslı deyil.

39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassa siya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1303/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar