Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-675/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1580/2024 nömrəli iş üzrə 28 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətinə 5 mart 2025-ci il t arixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Qaradağ rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə İddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 əlbir olaraq ona qarşı dələduzluq edib 210000 manatını ələ keçirmələri barədə ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanılması həmin hissədə CPM-in 39.1.2-ci maddəsinə, Cavabdeh2 və Cavabdeh3 İddiaçı və Cavabdeh1 tərəfindən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu yolunda 2020-ci ilin fevral və ya mart ayında onların odlu silahla ölüm ilə hədələnməsi və sonuncuların onların üzərinə odlu silah olan tapança çəkmələri barədə izahatlarında göstərdikləri öz təsdiqini tapmadığından həmin hissədə cina yət işinin başlanılması CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 210000 (iki yüz on min) manat borc və həmin məbləğə uyğun olaraq 500 (beş yüz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı təxminən 5 ildir ki, Cavabdeh2 ilə tanışdır. İddiaçı hərbçidir, 2016-cı il “Aprel” döyüşlərinin iştirakçısıdır, ikinci qrup üzrə əlildir, 2018-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsində çalışır. 2019-cu ilin iy ul ayında dostluq münasibətində olduğu Cavabdeh1 telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq şirkət vasitəsi ilə tikinti materiallarının satışını təmin etmək üçün iddiaçının tanımadığı şəxslərə 40000 (qırx min) manat məbləğində pul lazım olduğunu bildirmişdir. İddiaçı qeyd olunmuş məbləğdə pulun onda olmadığını bildirsə də, həmin günü dostu Cavabdeh1 Cavabdeh2lə onun yanına gələrək təkidlə pulu borc qarşılığında verməyi xahiş etmişdir. Əlavə olaraq Cavabdeh2 bildirmişdir ki, onların qazancı olacaq və həmin qazancdan iddiaçıya da müəyyən məbləğdə pul veriləcəkdir, lakin həmin qazancın konkret məbləği haqqında heç nə deyilməmişdir. İyul-avqust aylarında davam edən xahişlərdən sonra iddiaçı 40000 (qırx min) manat məbləğində Cavabdeh3 borc qarşılığında pul vermiş və bir müddət sonra 2500 (iki min beş yüz) məbləğində qazancla birlikdə həmin 40000 manat ona qaytarılmışdır. Daha sonra İddiaçı dostu Cavabdeh1 vasitəsilə Cavabdeh3 müxtəlif vaxtlarda 50000 (əlli min), 150000 (yüz əlli min) manat məbləğində pul vermişdir. Nəticədə, cavabdehin ona cəmi 210000 (iki yüz on min) manat məbləğində borcu yaranmışdır. Cavabdeh vəd etmişdir ki, həmin məbləği xx.xx.2019-cu il tarixində qaytaracaqdır. Lakin verdiyi vədə sonradan əməl etməmiş, İddiaçı ona verdiyi məbləği geri qaytarmamışdır. İddiaçı pulun geri qaytarılmasını tələb etsə də, cavabdeh buna məhəl qoymamışdır. Ona görə də tərəflər arasında narazılıqlar yaranmış, rayon prokurorluğu tərəfindən araşdırma aparılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, qeyd olunmuş faktla bağlı toplanmış material üzrə cinayət tərkibi müəyən ed ilməmişdir. İddiaçı Cavabdeh1 vasitəsi ilə, sonuncu isə Cavabdeh2 iştirakı ilə Cavabdeh3 faizə, məlum məbləğlərdə dəfələrlə pul vermiş və almış, yəni sadalanan şəxslərlə onun arasında mülki münasibətlər yaranmış, Cavabdeh3 ona verilmiş pulları hər dəfəsində faizlə birlikdə geri qaytarsa da, sonuncu dəfə aldığı 210000 manatla bağlı onların arasında mübahisə yaranmışdır.
4. Abşeron Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(012)-1279/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3n və Cavabdeh1 müştərək qaydada 150000 (yüz əlli min) manat, ödənilmiş dövlət rüsumuna görə 500 (beş yüz) manat pul vəsaiti olmaqla, ümumilikdə, cəmi 150500 (yüz əlli min beş yüz) manat pul vəsaitinin alınaraq İddiaçı verilməsini qət etmişdir. (hakim H.Əhmədov)
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı tədqiq olunmuş sübutlar, həmçinin, mülki iş materiallarına əlavə olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla cavabdehlər Cavabdeh3 və Cavabdeh1 izahatları əsasında iddiaçıya 150000 manat borcunun olması öz təsdiqini tapmışdır. Cavabdehlər borcu ödəməyi öhdəsinə götürmələrinə baxmayaraq, borcun geri qaytarılmasını təmin etməmişlər, bununla da, iddiaçının həmin borcu məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. İlkin olaraq, iddia ərizəsinin məzmunundan müəyyən olunduğu kimi, iddiaçı iddia ərizəsində cavabdehlərdən ümumilikdə, 210000 manat borcun qaytarılmasını xahiş etmişdir. Belə ki, tərəflər arasında qazanc məqsədi ilə borc hüquq münasibətləri yaranmış və iddiaçı cavabdehlərə ayrı-ayrı vaxtlarda 100000 manat, 50000 manat (iki dəfə) pul vəsaiti vermiş və iddiaçı tərəfindən cavabdehlərə ayrı-ayrı vaxtlarda pulun verilməsi cavabdehlər tərəfindən inkar olunmamışdır. Məhkəmə hesab etmişdir ki, mülki iş materiallarına əlavə olunmuş, cavabdehlərin izahatları əsasında iddiaçıya olan 150000 manat pul borcunun olması öz təsdiqini tapmışdır. Bununla belə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçıdan borc pul almadıqlarını bildirsələr də, izahatlarında iddiaçıdan 150000 manat pul aldıqlarını təsdiq etmişlər. İddiaçı iddia ərizəsində 210000 manat pulun cavabdehlərdən alınmaqla ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Lakin iddiaçı 210000 manat pulun verildiyinə dair sübutlarını, həmçinin Cavabdeh2 pul verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, iddiaçı iddia t ələbinin əsasını təşkil edən halları və faktları sübuta yetirmək vəzifəsi olduğu halda iddia ərizəsini həmin hissədə sübuta yetirə bilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi həmin hissədə əsaslı hesab edilməməklə təmin olunmur. Ona görə də cavabdehlər Cavabdeh3 və Cavabdeh1 etirafı əsasında 150000 manat pul vəsaitinin tutulması hissəsində iddia tələbi əsaslıdır, təmin edilməlidir.
6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.3, 324.5, 325.1 və 326-cı maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 77.1, 107, 119.1, 124.1, 191.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. İddiaçı və cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qətnamədən apellyasiya şi kayəti vermişdir.
8. İddiaçının apellyasiya şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 439.1 və 439.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 4.2, 14.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırılmış və sonda iddia tələbinin tam təmin edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 210000 (iki yüz on min) manat borc və həmin məbləğə uyğun olaraq ödənilmiş 750 (yeddi yüz əlli) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
9. Cavabdehlər apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə qətnaməni əsaslandırarkən Bakı şəhəri Qaradağ rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına is tinad etmişdir. Guya həmin qərarın surətindən görünür ki, “cavabdehlər Cavabdeh3 və Cavabdeh1 izahatları əsasında iddiaçıya 150000 manat borcun olması öz təsdiqini tapmışdır. Cavabdehlər borcu ödəməyi öhdəsinə götürmələrinə baxmayaraq, borcun geri qaytarılmasını təmin etməmişlər, bununla da, iddiaçının həmin borcu məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır”. Halbuki, məhkəmənin istinad etdiyi elə həmin qərarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 vasitəsilə, sonuncu isə Cavabdeh3 iştirakı ilə Cavabdeh2 faizə, məlum məbləğlərdə dəfələrlə pul vermiş, yəni sadalanan şəxslərlə onun arasında mülki münasibətlər yaranmış, Cavabdeh2 ona verilmiş pulları hər dəfəsində faizlə birlikdə geri qaytarsa da, sonuncu dəfə aldığı 210000 manatla bağlı onların arasında mübahisə yaranmışdır. Burda a çıq-aşkar görünür ki, istintaq orqanı tərəfindən araşdırma zamanı tərəflər arasında pul alış-verişi İddiaçı ilə Cavabdeh2 arasında baş vermişdir, digər cavabdehlər yalnız vasitəçi kimi iştirak etmiş, hər hansı pul vəsaitinin onlarda qalması öz təsdiqini tapmamışdır. Həmçinin iddiaçının özünün izahatından görünür ki, pul vəsaitləri Cavabdeh2 verilmiş və onun bundan xəbəri və razılığı olmuşdur. Lakin işə baxan birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəflər arasında gedən pul alış-verişi zamanı pul vəsaitinin onlarda qalmasını təsdiq edən heç bir sübuta istinad etməmişdir. Belə ki, həm istintaq orqanında verilən izahatlar, həmçinin məhkəmədə verilən izahatlarla təsdiq edilir ki, pullar İddiaçı tərəfindən Cavabdeh2 verilmişdir. Cavabdeh3 və Cavabdeh1 cavabdeh qismin də tanınaraq və pulun onlardan tutulması tamamilə əsassızdır. Bundan əlavə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərə borc kontekstindən yanaşsa da, onlar tərəfindən mülki qanunvericiliyin minimal tələblərinə əməl olunub-olunmamasına hüquqi qiymət verməmişdir. Cavabdehlərin iddiaçı qarşısında hazırki tələb üzrə öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş – müqavilə, əsassız varlanma, delikt və ya hər hansı başqa əsaslar mövcud deyildir. Qeyd olunanlara əsasən iddiaçı cavabdehlərin məhz ona məxsus pulları mənimsəməsini sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən iddia əsassızdır və təmin oluna bilməzdi.
10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1580/2024 nömrəli iş üzrə 28 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin etmiş, Abşeron Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(012)-1279/2024 nömrəli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın qismən təmin edilməsi, Cavabdeh1 119300 (bir yüz on doqquz min üç yüz) manat, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 isə müştərək qaydada 30700 (otuz min yeddi yüz) manat və 358 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməsi, iddia tələbi qalan hissədə rədd edilməsini qət olunmuşdur. (hakimlmər Mahmudov Ayaz - sədrlik edən və məruzəçi, Qafari Səyyad və Hüseynzadə Afiq)
11. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehlərə ümumilikdə 210000 manat deyil, 15 0000 manat pul verilmiş və həmin məbləğ iddiaçı tərəfindən bilavasitə ilkin olaraq Cavabdeh1 verilmiş, sonuncu da qazanc güdmək məqsədilə digər cavabdehlərə ötürmüşdür.
12. İşin bu halı həm iddiaçının özünün izahatı, həm də cavabdehlərin, onların nümayəndəsi və vəkilinin vermiş olduğu etirafedici izahatlarla sübuta yetirilir.
13. Bundan əlavə məhkəmə araşdırması zamanı İddiaçı bildirmişdir ki, onun çoxsaylı təkidindən sonra cavabdeh tərəf ona iki dəfəyə olmaqla, təxminən 31-35 min manat pul qaytarmışdır. Lakin sonradan cavabdeh tərəf qalan pulun qaytarılması üçün əlavə iş görmək lazım olduğunu bildirimiş və bu məqsədlə ondan əlavə 35000-36000 manat pul istəmişlər. O, da hər üç cavabdeh-Gündüz, Hakim və Emilin səmimiyyətinə inanaraq, həm də pulunu “dirçəltmək” məqsədilə onlarla görüşərək, h amısının yanında Emilə 35000 pul vermiş və bütün pullarının yaxın vaxtlarda qaytarılmasını tələb etmişdir. Emilə pul verərkən video-çəkiliş də etmişdir.
14. İddiaçı tərəf sonuncu arqumenti ilə bağlı apellyasiya məhkəməsinə “CD” disk təqdim etmiş və dəlilini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin icraatı zamanı telefon özündə olmadığından (istintaq irqanında olduğundan) həmin çəkilişi (sübutu) təqdim edə bilməmişdir.
15. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən “CD” diskin birinci instansiya məhkəməsində təqdim edilməsinin mümkünsüzlüyünü, həmçinin iş üzrə əhəmiyyət kəsb edəcəyini nəzərə alaraq, “CD” diski sübut kimi qəbul etmiş və məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirmişdir. “CD” diskə baxış keçirilərkən, İddiaçı tərəfindən Cavabdeh2 5730 manat pul veri ldiyi (100 manatlıq əskinazlardan ibarət), pul verilərkən tərəflərin danışığında 25000 manatın əvvəldən verildiyi, əlavə olaraq 5730 manatın, cəmi 30700 manatın verildiyi müəyyən edilmişdir. Pul verilərkən İddiaçı pulun bir neçə gün ərzində qaytarılmasını tələb etdiyi, cavabdehin də etiraz etmədiyi müəyyən olunmuşdur.
16. Yuxarıda qeyd olunanları hallara əsasən apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən 150000 manat bilavasitə Cavabdeh1 verilmişdir. İddiaçının özünün etirafedici izahatına görə həmin puldan əvvəlcə 31-35 min manat ona qaytarılmış, sonra yenə də ondan 35000 manat alınmışdır. İddiaçı sonuncu dəfə verdiyi pulun 35000 manat olduğunu bildirsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmiş, videodiskdə həmin məbləğin 30700 manat olması və digə r cavabdehlərin iştirakı ilə Cavabdeh2 verməsi müəyyən edilmişdir. İddiaçı qalan 4500 manatını çəkilişdən sonra verdiyini bildirsə də, bu barədə sübut təqdim edilmədiyindən inandırıcı deyildir.
17. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı vermiş olduğu pulu tələb etmək üçün subyektiv hüquqa malik olduğu kimi, Cavabdeh1 da həmin puldan 119300 manatının (150 000-30700=119300) qaytarılmasına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 isə 30700 manatın müştərək qaydasında qaytarılmasına cavabdehlik daşıyan məsul şəxslərdir.
18. Cavabdeh tərəfin vermiş olduğu apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verən məhkəmə qeyd etmişdir ki, cavabdehlər mübahisələndirilən pul məbləğini iddiaçıya qaytardıqlarını və hazırda hər hansı məbləğdə borclarının qalmadığını bildirsə də, bununla bağlı h ər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, yəni pulun qaytarılmasını və heç bir borcunun qalmamasını sübuta yetirmək yükü artıq cavabdeh tərəfin üzərinə düşür ki, cavabbeh tərəf bu barədə hər hansı sübut təqdim edə bilməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 14.2.6, 21.2, 442, 443.1, 560.1, 1091.1, 1091.2 və 1092-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddəllərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam həcmdə təmin edilərək 210000 (iki yüz on min) manat məbləğində pul vəsaitinin və həmin məbləğə uyğun ödənilmi ş 1000(min) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ rayon prokurorluğunun 29 sentyabr 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında qeyd olunmuşdur ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, X1 Gündüz İmamverdi oğlu vasitəsi ilə, sonuncu isə Cavabdeh3 iştirakı ilə Cavabdeh2 faizə, məlum məbləğlərdə dəfələrlə pul vermiş və almış, yəni sadalanan şəxslərlə onun arasında mülki münasibətlər yaranmış, Cavabdeh2 ona verilmiş pulları hər dəfəsində faizlə birlikdə geri qaytarsa da sonuncu dəfə aldığı 210000 manatla bağlı onların arasında mübahisə yaranmışdır. Lakin qeyd olunanlar birinci instansiya və apellyasiya instansiya məhkəmələri tərəfindən işə baxılarkən nəzərə alınmamışdır.
22. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmə tərəflərdən həm iddiaçının, həm də cavabdehlərin fərdi sahibkar olmaları nəzərə alınmamış, məhkəmə aidiyyət qaydalarını pozmuşdur. Birinci instansiya məhkəməsindən tədqiq edilməmiş yeni sübutlar qəbul etmişdir. İddiaçının özünün izahatını iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edə bilməzdi. Məhkəmə mülki məhkəmə icraatı qaydasında borc münasibətlərinin olub-olmamasını müstəqil surətdə müəyyən etməli, təhqiaqt orqanının qərarında göstərilənlər hallara əsasən nəticəyə gəlməməli, yaxud da iddiaçıdan idda tələblərinin əsası kimi istinad etdiyi halların sübuta yetiriməsini tələb etməli idi.
24. Belə ki, əgər pul vəsaitlərini alıb və özündə saxlayan şəxslər Cavabdeh3 və Cavabdeh1 idisə, onda nəyə görə apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, yeni qətnamə qəbul edərkən 119300 manatı yalnız Cavabdeh1 aid etmişdir, Gündüz kimi eyni vasitəçiliyi edən Hakimi kənarda saxlıyır. Sonradan isə 30700 manatı hər üç cavabdeh arasında müştərək bölür. Bu cür bölğünün aparılmasında məhkəmənin hansı məntiqə əsaslandığı aydın deyildir. Halbuki, iş materiallarında olan bütün sübutlar və tərəflərin izahatı ilə təsdiq edilmişdir ki, Cavabdeh3 və Cavabdeh1 sözü gedən pul vəsaitlərinin alınıb-verilməsində yalnız vasitəçi olmuşlar.
25. Bundan əlavə məhkəmə güya iddiaçının təqdim etdiyi CD diskə baxış keçirib müəyyən etmişdir ki 30700 manat məbləğində pul Cavabdeh3 və Cavabdeh1 vasitəsilə Cavabdeh2 verilmişdir. Lakin, təqdim edilən videogörüntüdən görünürki, iddiaçıdan və Cavabdeh2 başqa onların yanında heçkim yoxdur. Cavabdeh2 özü etiraf etmişdir ki, pulları o alıb və hamısını birlikdə qaytaracağına söz vermişdir. Lakin, işə baxan məhkəmə nədənsə, digər cavabdehlərin məsələyə aidiyyəti olduğunu qeyd edərək pul vəsaitinin müştərək qaytarılmalı olduğunu qeyd etmişdir. Məhkəmənin pulların alınmasında vasitəçilik ardıcıllığına diqqət yetirsəydi, onda hər üç cavabdeh arasında m üştərək qaydada bölünməli idi, nəyə görə Cavabdeh1 119300 manatı tək ödəməli olduğunun heçbir məntiqi izahı və hüquqi əsası yoxdur.
26. Mülki işdə olan bütün sübutlar ilə təsdiq etmişdir ki, iddiaçıdan pul vəsaiti Cavabdeh2 tərəfindən alınmışdır, digər şəxslərin rolu bu münasibətlərdə sadəcə vasitəçilik olmuşdur. Bundan əlavə, məhkəmə Cavabdeh1 istintaq orqanında və birinci instansiya məhkəməsində izahatlarına istinad etmişdir və güya cavabdehin iddiaçı tərəfindən ona 210000 manat deyil, ümumilkdə 150000 manat pul verildiyini, həmin pulu da Cavabdeh2 verdiyini bildirmişdir. Lakin Cavabdeh1 həmin instansiyalarda verdiyi digər izahatları nəzərə almamışdır. Misal olaraq, Gündüz prokurorluq orqanlarında izahatında qeyd etmişdir ki, iddiaçıya 60000 manat pul vermiş, iddiaçıda bunu etiraf etmişd ir. Lakin işə baxan məhkəmələr bu halı nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 14.2.6 Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır.
29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, iş lərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
31. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur
32. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
33. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
34. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
35. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy i halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
43. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər.
44. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
45. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri
46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Kassasiya şikayətlərində apellyasiya məhkəməsini n qətnaməsi tam mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
49. İddiaçı və Cavabdeh1 kassasiya şikayətlərinin dəlilləri iddia ərizəsində, iddiaya etirazda və apellyasiya şikayətlərində sürü lmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
50. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
51. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb i ş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1580/2024 nömrəli iş üzrə 28 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəy