Məhkəmə qərarları › İş №2(102)-676/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-676/2025

19.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-676/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional idarəsi cəlb edilməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-676/2025 (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, iş stajı faktının təsdiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional idarəsi cəlb edilməklə “əmək stajının olması faktının müəyyən olunması” barədə ərizəsi ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)1331/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Xüsusi Şərtlərlə X23 Filialı (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 19 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə X23i Filialı tə rəfindən Ərizəçi ünvanlanmış güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında xx.xx.2023-cü il tarixli məktuba əsasən Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, Ərizəçi ümumi iş stajı 25 ildən az (21 il 4 ay 25 gün (xx.xx.1981xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1993xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və 2007-2023-cü illər üzrə 12 il 5 ay) təşkil etmişdir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qa nunvericiliyə uyğun olaraq 40.320 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36.087,03 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə görə şəxsin 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sığorta stajını “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idar ə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Qeyd olunan məlumatlara əsasən 1990-1993-cü illəri iş stajına daxil etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq Ərizəçi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

2. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Cəbrayıl Rayon İcra Hakimiyyəti Cəbrayıl Rayon Dövlət Arxivi tərəfindən verilmiş 11/76 saylı, 19 de kabr 2023-cü il tarixli arxiv arayışına əsasən Cəbrayıl rayonu xx.xx.1993-cü ildə işğal olunan zaman Cəbrayıl rayon Avtonəqliyyat müəssisəsinin 1984-cü il və Cəbrayıl rayonu “N.Nərimanov” adına 1990-1993-cü illərinə aid olan arxiv sənədləri işğal zonasında qalmışdır.

3. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azərikimya” İB-nin “EtilenPolietilen” zavodunun 2-ci arxiv fondunun sənədlərinə əsasən xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi əmək fəaliyyəti aşağıda qeyd olunduğu kimi göstərilir: 4. 22.12.1994-cü il tarixli 260/K saylı əmrə əsasən xx.xx.1994-cü il tarixindən HMD (hərbi mühafizə dəstəsinə) İİ dərəcəli nəzarətçi vəzifəsinə qəbul olunmuşdur. 5. 25.11.1996-cı il tarixli 73 saylı əmrə əsasən xx.xx.1996-cı il tarixindən Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir.

6. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxma hüququnun müəyyənləşdirilməsi haqqında arayışa əsasən Ərizəçi həqiqətən “X22” MMC-də xx.xx.2012 - xx.xx.2019 tarixində Qaz kəsici vəzifəsində çalışmışdır. Ərizəçi “X22” MMCdə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci bölməsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən qaz kəsici peşəsində altı il yeddi ay doqquz gün işləmişdir.

7. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxma hüququnun müəyyənləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli arayışa əsasən Ərizəçi həqiqətən "xxxx" ASC-nin “Bakı Sukanal” İdarəsinin Magistral xətlərdə təmir-tikinti, qəza-bərpa və quraşdırma sahəsində xx.xx.2019-cu ildən hazırki dövrədək qazla kəsən peşəsində işləyir. Ərizəçi “Bakı Sukanal” İdarəsində “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci bölməsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən qazla kəsən peşəsində üç il üç ay on dörd gün işləmişdir.

8. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-163/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə, xx.xx.1951-ci il təvəllüdlü X7 xx.xx.1968-ci ildən xx.xx.1970-ci ilə kimi Cəbrayıl rayon Avtonəqliyyat müəss isəsində çilingər və xx.xx.1972-ci ildən xx.xx.1993-cü ilədək Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində sürücü işləməsi faktı müəyyən edilmişdir.

9. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-343/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə, X5 xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə kimi Cəbrayıl rayonu C.Cabbarlı adına kolxozda kolxozçu və xx.xx.1983- cü ildən xx.xx.1993-cü ilə kimi Cəbrayıl rayon Avtobazasında sürücü işləməsi faktı müəyyən edilmişdir.

10. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-414/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, xx.xx.1960-cı il təvəllüdlü X2 1981-ci ildən xx.xx.1993-cü ilə kimi Cəbrayıl rayon Avtonəqliyyat müəssisəsində çilingər işləməsi faktı müəyyən edilməklə sosial sığorta stajının bərpa edilməsi qət edilmişdir.

11. Cəbrayıl Rayon Məhkəməsinin 2(07 2)-63/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə, xx.xx.1955-ci il təvəllüdlü X10 1973-cü ilin avqust ayından xx.xx.1974-cü ilə kimi Cəbrayıl rayonunun Şəybəy kənd 8 illik məktəbində müəllim, xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilə kimi Cəbrayıl rayon Daşkəsən kənd orta məktəbində müəllim, xx.xx.1977ci ildən xx.xx.1992-ci ilə kimi Cəbrayıl rayon Süleymanlı kənd XDS-nin icraiyyə komitəsinin katibi xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Cəbrayıl rayon “N.Nərimanov” adına kolxoz idarə heyyətinin sədri və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Cəbrayıl rayon Daşkəsən kənd orta məktəbində müəllim işləməsi faktı müəyyən edilmişdir.

12. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3971/2011 nömrəli, xx.xx.2011-cü il tarixli qətnaməsi ilə, X11 1982-ci il sentyabr ayından 1993-cü ilin avqust ayına qədər Cəbrayıl rayon Daşkəsən kəndi “N.Nərimanov” adına kolxozda işləməyi faktı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

13. Ərizəçi (bundan sonra ərizəçi) nümayəndəsi və vəkili Vəkil1 maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional idarəsi (bundan sonra maraqlı şəxs) cəlb edilməklə “əmək stajının olması faktının müəyyən olunması” barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ərizəçinin 1984-cü ilin yanvar ayından 31 avqust 1984-cü il tarixə kimi Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində fəhlə, 07 noyabr 1990-cı il tarixdən 23 avqust 1993-cü il tarixədək “Nəriman Nərimanov” adına kolxozunda baş mühasib işləməyini müəyyən etməklə əmək münasibətlərində olma faktının müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1963-cü il tarixdə Cəbrayıl rayonu, Papı kəndində anadan olmuşdur. O, 1984-cü ilin yanvar ayından 31 avqust 1984cü il tarixə kimi Cəbrayıl rayonu, Avtonəqliyyat müəssisəsində fəhlə işləmişdir. 07 noyabr 1990-cı il tarixdən isə 23 avqust 1993-cü il tarixədək “Nəriman Nərimanov” adına kolxozunda baş mühasib işləmişdir. Məlum hadisələr nəticəsində Cəbrayıl rayonundan məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşmışdır. Bundan başqa ərizəçi hazırki vaxtadək əmək fəaliyyətini davam etdirir. Güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məqsədi ilə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə X23 Filalına mür aciət etmişdir. Müraciətinin məqsədi güzəştli şərtlərə əmək pensiyasına çıxmaq olmuşdur. Lakin Cəbrayıl rayonunda işlədiyi əmək stajı nəzərə alınmadığından ərizəçinin ümumi stajı 25 ildən az olduğundan ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Ərizəçinin 1984-cü ilin yanvar ayından 31 avqust 1984-cü il tarixə kimi Cəbrayıl rayonu avtonəqliyyat müəssisəsində fəhlə işlədiyini və 07 noyabr 1990-cı il tarixdən 23 avqust 1993-cü il tarixədək “Nəriman Nərimanov” adına kolxozunda baş mühasib işləməyini şahid qismində də təsdiq edə bilərlər. Hüquqi faktın müəyyən edilməsi ərizəçiyə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün lazımdır. Belə ki, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün ümumi 25 il əmək stajı və həmin əmək stajının 12 il 6 ayı güzəştli işlərdə çalışmaq lazımdır. Ərizəçi uzun müddət X3 “Üzvi Sintez” zavodunda, Bakı Sukanal İdarəsində və "xxxx" MMC-də zərərli işlərdə işləmişdir. Cəbrayıl rayonunda işlədiyi illərə dair sənədlərin əldə edilməsi mümkünsüzdür. Çünki Cəbrayıl rayonu işğal olunduqdan sonra düşmən tərəfindən məhv edilmişdir. Artıq həmin sənədləri başqa cür əldə edə bilmir.

15. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirmişdir ki, ərizəçi onun iş yoldaşı olmuşdur. Belə ki, Ərizəçi ilə birgə Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində çalışmışdır. O, 1984-cü ildə həmin müəssisəyə çalışmağa gəlmişdir. 1993cü ildə ölkədəki müharibə vəziyyəti ilə əlaqədar batalyona keçdiyindən ərizəçinin 1984-cü ildən hansı tarixədək Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində çalışdığını xatırlamır. B ildirdi ki, məhkəmə qətnaməsi ilə özünün Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində işləməyi təsdiqini tapmışdır.

16. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadə verərək bildirmişdir ki, Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində 1977-ci ildən 1993-cü ilədək sürücü işləmişdir. Ərizəçi 1984-cü ildə həmin müəssisəyə işləməyə gəlmişdir. Hansı müddətə qədər işlədiyini dəqiq bilmir. Bildirdi ki, məhkəmə qətnaməsi ilə özünün Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində işləməyi təsdiqini tapmışdır.

17. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək bildirmişdir ki, Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində çilingər kimi işləməyə başladığı zaman ərizəçi həmin müəssisədə çalışmışdır. 2013-cü ildə əlilliklə bağlı pensiyaya çıxdığı zaman məhkəməyə müraciət etmişdir.

18. M əhkəmə iclasında şahid qismində dindirilən X18 ifadə verərək bildirmişdir ki, Afiqi öncədən də tanımış, kolxoza gəldikdən sonra yaxından tanımışdır. Özü 1992-1993cü illərdə kolxozda işləmişdir. Ərizəçi kolxozda işlədiyi zaman Afiq orada baş mühasib işləmişdir. Torpaqlar işğal olunana qədər kolxozda işləmişdir. Ərizəçi baş mühasib işləməzdən əvvəl avtobazarda işləmişdir. Onun özünündə sənədləri işğal zamanı Cəbrayılda qalmış və sonradan məhkəmə qətnaməsi əsasında bərpa edilmişdir.

19. Məhkəmə iclasında şahid qismində dindirilən X19 ifadə verərək bildirmişdir ki, özü 1989-1993-cü illərdə kolxozda yanacaq doldurma məntəqəsində işlədiyi zaman ərizəçini tanımışdır. Ərizəçi həmin vaxt kolxozda mühasib işləmişdir, ondan əvvəl harada işlədiyini isə bilmir.

20. Məhkəmə iclasında şahid qismində dind irilən Şahid ifadə verərək bildirmişdir ki, ərizəçini orta məktəbdə oxuyan vaxtdan tanıyır. Özü 1989-cu ildən 1993-cü ilədək kolxozda işləmişdir. Ərizəçi özü də əvvəl avtobazada fəhlə, 1990-1993-cü illərdə isə kolxozda mühasib işləmişdir.

21. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(060)-1830/2024 nömrəli, 29 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Elmir Hüseynov) ərizə təmin edilərək, Ərizəçi 1984-cü ilin yanvar ayından 31 avqust 1984-cü il tarixə qədər Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində fəhlə, 07 noyabr 1990-cı il tarixdən 23 avqust 1993-cü il tarixədək “Nəriman Nərimanov” adına kolxozunda baş mühasib işləməyi müəyyən edilməklə əmək münasibətlərində olma faktının müəyyən olunması qət edilmişdir.

22. Birinci instansiya məhkəməsi qeyd etmişdi r ki, ərizəçinin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsini xahiş etdiyi “1984-cü ilin yanvar ayından 31 avqust 1984-cü il tarixə kimi Cəbrayıl rayonu, Avtonəqliyyat müəssisəsində fəhlə, 07 noyabr 1990-cı il tarixdən isə 23 avqust 1993-cü il tarixədək “Nəriman Nərimanov” adına kolxozunda baş mühasib işləməyini təsdiq edən sənədləri başqa qaydada ala bilməyi qeyri-mümkündür. Belə ki, həmin sənədlərin Cəbrayıl rayonu 23 avqust 1993-cü il tarixində işğal olunan zaman işğal zonasında qalması arxiv arayışı ilə təsdiq edilir. Ərizəçinin əmək kitabçasının işğal zonasında qalması və eyni zamanda əmək kitabçasını digər qaydada ala bilməmişdir.

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitutsiyasının 60-ci maddəsinə 1-ci bəndinə, 71-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə, 71-ci maddəsinin 6-cı və 7-ci bəndləri, 127-ci maddəsinin 4-cü bəndinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 1.6-cı bəndinə, 13.4-cü bəndinə və Mülki Prosessual Məcəllənin 307.1, 308-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

24. Qətnamədən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional idarəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş stajı ba rədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Şahid qismində çıxış edən X4 münasibətdə məhkəmə qətnamədə onun 1981-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Cəbrayıl rayon Avtonəqliyyat müəssisəsində işləməsi faktının Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-414/2018 nömrəli, 29 may 2018-ci il tarixli qətnaməsi ilə təsdiq edildiyini qeyd etmişdir. Lakin məhkəmədə ifadə verən zaman Ərizəçi əvvəlcə sözügedən müəssisədə 1992-1993-cü ilədək işlədiyini qeyd etmiş, sonradan xatırlamadığını bildirmişdir. Şahidin həmin dövrü xatırlamaması ərizəçinin işləməsi faktını şübhə altına salır. Şahid qismində çıxış edən X9 münasibətdə məhkəmə qətnamədə onun 1977-ci ildən 1993-cü ilədək Cəbrayıl rayon Avtonəqliyyat müəssisəsində işləməsi faktının Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-163/2014 nömrəli, 06 mart 2014-cü il tarixli qətnaməsi ilə təsdiq edildiyini qeyd etmişdir. Şahid qismində çıxış edən X8 münasibətdə məhkəmə qətnamədə onun xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək Cəbrayıl rayonu “C.Cabbarlı” adına kolxozda və xx.xx.1983-cü ildən xx.xx.1993-cü ilədək Cəbrayıl rayon Avtobazasında işləməsi faktının Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-343/2013 nömrəli, 18 iyul 2013-cü il tarixli qətnaməsi ilə təsdiq edildiyini qeyd etmişdir. X24 və İsmayıl Əliyev məhkəmə çıxış edən zaman həmin müəssisədə işləmə faktını məhkəmə qətnaməsi ilə təsdiq etmələrinə baxmayaraq, həmin vaxtı şahid qismində çıxış edən şəxsləri xatırlamadılar. Bu hal inzibati orqanda şübhə yaratmışdır. Əlavə olaraq şahid qismində çıxış edən X13 rayon Avtobazasında işləməsi faktı məhkəmə qətnaməsi ilə təsdiq olunmuşdur. Hazırda ərizəçi Cəbrayıl rayon Avtonəqliyyat müəssisəsində işləməsi faktının təsdiqi üçün məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə tərəfindən müvafiq müəssisəl ərin eyni müəssisə olması müəyyən edilməmişdir. Ərizəçinin xx.xx.1990-xx.xx.1993-cü illərdə “N.Nərimanov” adına kolxozda işləməsi faktına münasibətdə qanunvericiliyin tələbinə əsasən ərizəçini birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Şahid qismində çıxış edən X15 münasibətdə məhkəmə qətnamədə onun xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək Cəbrayıl rayon N.Nərimanov adına kolxozda işləməsi faktının Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-63/2014 nömrəli, 03 fevral 2014-cü il tarixli qətnaməsi ilə təsdiq edildiyini qeyd etmişdir. Göründüyü kimi ərizəçi xx.xx.1990xx.xx.1993-cü illərdə sözügedən kolxozda işlədiyini iddia etsə də, Qabil Quliyevin xx.xx.1992-xx. xx.1993-cü il tarixlərdə işləməsi faktı məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Əlavə olaraq şahid qismində X19 və Şahid çıxış etməsinə baxmayaraq həmin dövrdə işlədiyini təsdiq edən sənəd mövcud deyildir. Həmçinin, Plenum Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərt lər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə146156/2023 nömrəli imtina məktubuna əsasən, müəyyən olunur ki, müvafiq dövrlər məhkəmə qətnaməsi ilə təsdiq olunmasına baxmayaraq qanunla tələb olunan sosial sığorta stajı (25 il) tamamlanmır. Həmçinin Ərizəçi güzəştli şərtlərlə pensiya təyinatı üçün ümumi iş stajı ilə yanaşı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da kifayət etmir. Hazırkı iş üzrə ərizəçinin işləməsi faktı onun hər hansı hüququnun yaranması, dəyişməsi və ya xitam olunması ilə nəticələnmir. Məhkəmə müvafiq qətnamədə bu hallara aydınlıq gətirməmiş və kifayət qədər araşdırma aparmamışdır. Məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Məhkəmə tərəfindən əlavə araşdırılma aparılmadan Cəbrayıl rayon Avtobazası və Cəbrayıl rayon Avtonəqliyyat müəssisəsi eyni müəssisə kimi nəzərə alınmış, bu barədə məhkəmə tərəfindən tədbir görülməmişdir. Həmçinin qanunvericiliyin tələbinə əsasən ərizəçini birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Lakin qanunvericiliyin bu normasına riayət olunmamışdır.

26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Fuad Məmmədov) 2(105)-1331/2024 nömrəli, 9 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məh kəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ərizəçinin tələbini əsaslandırmaq üçün istinad etdiyi yeganə sübut şahid ifadələridir ki, həmin şahidlərdən ikisi – X14 xx.xx.1972-ci ildən xx.xx.1993-cü ilədək Cəbrayıl rayonu avtonəqliyyat müəssisəsində sürücü işləmişdir, X6 1981-ci ildən xx.xx.1993-cü ilə kimi Cəbrayıl rayon Avtonəqliyyat müəssisəsində çilingər işləmişdir. Digər iki şahidlər - X18 xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Cəbrayıl rayon “N.Nərimanov” adına kolxoz idarə heyətinin sədri işləmişdir, X19 1982-ci il sentyabr ayından 1993-cü ilin avqust ayına qədər Cəbrayıl rayon Daşkəsən kəndi “N.Nərimanov” adına kolxozda işləmişdir. (bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri var)

28. Apellyasiya İnstan siya məhkəməsi gəldiyi nəticəni “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2, 13.1, 13.4-cü bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il 175 №-li qərarının 4.1-ci bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1. 1, 307.2.11, 308, 77.1, 217.3, 217.4, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

29. Qətnamədən maraqlı şəxs (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti əsaslandırılarkən qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə obyektiv və ədalətli qətnamə qəbul edilməsi üçün üzərinə düşən vəzifələri icra etməmiş, ümumiyyətlə hazırkı iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş materiallarında olan sübutları düzgün qiymətləndirməmişdir. İş üzrə təqdim etdikləri sübutlar qətnamənin ləğv edilməsi üçün kifayət qədər əsaslı olsa da, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla səhvə yol vermiş, həmçinin ərizəçinin dəlillərinə düzgün münasibət bildirməmişdir. Müvafiq iş üzrə şahid qismində çıxış edən şahid ifadələri arasında uyğunsuzluq olmasına baxmayaraq ərizənin təmin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Apellyasiya instansiya məhkəməsi tərəfindən əlavə araşdırılma aparılmadan Cəbrayıl rayon Avtobazası və Cəbrayıl rayon Avtonəqliyyat müəssisəsi eyni müəssisə kimi nəzərə alınmış, bu barədə məhkəmə tərəfindən tədbir görülməmişdir. Həmçinin qanunvericiliyin tələbinə əsasən ərizəçini birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifad ələrinə əsasən müəyyən edilir. Lakin qanunvericiliyin bu normasına riayət olunmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə.

31. Bənd

17. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nə fərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il 175 №-li qərarı.

32. Bənd 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının öd ənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyə ti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.

33. Bənd 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkə mə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

34. Bənd 13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2 006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində s ənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.

35. Bənd 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respubl ikasının Mülki Prosessual Məcəlləsi.

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sü butlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır.

45. Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.

46. Maddə 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır.

47. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

48. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.

49. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

50. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin əriz əçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4 -cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub -olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Məhkəmə kolegiyası qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin sübutetmə ilə bağlı ümumi prinsipinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Heç şübhəsiz ki, subyekt tərkibinə və hüquqi təbiətinə görə iddia icraatından ciddi fərqlənən xüsusi icraatda bu prinsip eyni qaydada tətbiq oluna bilməz.

60. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyas ı həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

61. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəmə si hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

64. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1331/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar