Məhkəmə qərarları › İş №2(102)-6763/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6763/2021

27.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6763/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1379/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Sumqayıt şəhər X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanda yerləşən 33 saylı mənzil mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabında 28.07.2000-ci il tarixdə qeydiyyata alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında 30.12.2019-cu il tarixli, ******* saylı arayışa əsasən Sumqayıt şəhəri, 4-cü mikrorayon, 15/23 saylı evin 33 saylı mənzilində X4 və X3 qeydiyyatdadırlar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən Cavabdeh2 ünvanlanmış 30.08.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Azərbay can Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərın və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli, 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən Cavabdeh1 ünvanlanmış 23.01.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, ümumi xəstəliyə görə 2-ci qrup əlil k imi 04.06.2018-ci il tarixdən yaşayış yeri üzrə mənzil növbəsindədir, qaldırdığı məsələ ilə əlaqədar Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq imtiyazı nəzərə alınmaqla yaşayış sahəsi ilə növbəlilik qaydasında təmin olunacaqdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əmlakları ilə birlikdə Sumqayıt şəhəri, 4-cü mikrorayon, 15/23 saylı evin, 33 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus evi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kirayə vermişdir. Cavabdehlərə dəfələrlə şifahi qaydada bağlanan kirayə müqaviləsini pozduğunu bildirsə də, onlar həmin mənzildə yaşamağa davam etmiş və o ranı tərk edib ona təhvil verməmişlər. Eyni zamanda cavabdehlər mənzildə yaşadıqları üçün, ona heç bir haqq ödəmirlər. Ona görə də mülkiyyət hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, İddiaçı tanımır. Mübahisə predmeti olan mənzilə onu Sumqayıt Şəhər İcra Hakimiyyəti yerləşdirmişdir. Həmin vaxtdan o həmin mənzildə yaşayır. O bir dəfə də olsun iddiaçıya kirayə haqqı ödəməmişdir. Kirayə haqları İcra Hakimiyyəti tərəfindən vaxtlıvaxtında ödənilmişdir. Qeyd etdiklərinə əsasən, o, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 s aylı Sumqayıt Ərazi İdarəsinin 02 noyabr 2020-ci il tarixli, **********31 saylı məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanda yerləşən 33 saylı mənzil Sumqayıt şəhər 1-ci dövlət notariat kontorunun təsdiq etdiyi 28.07.2000-ci il tarixli, 3M-386 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Təqdim edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Aparatının 02.11.2020-ci il tarixli, 53 nömrəli məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhəri İcra Hakimiyyəti tərəfindən Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 25/23, mənzil 33-ə yerləşdirilməsi barədə hər hansı qərar qəbul edilməmişdir. Təqdim edilmiş Sumqayıt şəhəri, 12 saylı MKS-nin sahə ustası X5 və mühasibi X2 iştirakı ilə tərtib edilmiş 14.10.2020-ci il tarixli akta əsasən ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh1 2017-ci ildən Sumqayıt şəhəri, 4-cü mikrorayon, 15/23 saylı evin, 33 saylı mənzilində qeydiyyatsız olaraq kirayəşin kimi yaşayırlar. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Günel Tanrıverdiyeva) 13 noyabr 2020-ci il tarixli, 2(060)-3690/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin buna baxmayaraq cavabdehlər iddiaçıya məxsus mənzildə heç bir hüquqi əsas olmadan yaşayırlar. Cavabdehlər iddiaçının mənzilindən heç bir əsas olmadan istifadə edir, o cümlədən iddiaçının tələbi əsasında mənzildən çıxmırlar. Məhkəmə isə bu halları iddiaçının mülkiyyət hüquqlarının və qanuni maraqlarının pozulması kimi qiymətləndirərək hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tamamilə ədalətsizdir, əsassız qəbul edildiyindən qanunsuzdur. Onun əri Qarabağ qazisidir, hər ikisi ikinci qrup ömürlük əlildirlər, üç yeniyetmə uşaqları vardır. Onlar əvvəllər Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, “Heydər” məscidinin yaxınlığında bina evinin birinci mərtəbəsində 5 otaqlı mənzildə yaşamışdılar. 10 oktyabr 2017-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini onlara evlərinin plana düşdüyünü, Sumqayıt şəhərində qeydiyyatda olduqları üçün Sumqayıt şəhəri İcra Hakimiyyəti tərəfindən evlə təm in ediləcəklərini bildirmişdir. Buna görə də Sumqayıt şəhəri İcra Hakimiyyətinin əməkdaşları onları müvəqqəti olaraq Sumqayıt şəhəri, 4-cü mikrorayon, 15/23 saylı evin 33 saylı mənzilində yerləşdirmişdilər. Həmçinin onlara bildirilmişdir ki, kirayə haqqı İcra Hakimiyyəti tərəfindən ödəniləcəkdir. 2018-ci ildə tanımadıqları Cəlal adlı şəxs İcra Hakimiyyətinin kirayə haqqı ödəmədiyini deyərək evdən çıxmalarını tələb etmişdir. Onların Sumqayıt şəhəri İcra Hakimiyyətinə müraciəti heç bir nəticə verməmişdir. Məhkəmə işə birtərəfli qaydada baxmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Telman Məmmədov sədrlik edən və məruzəçi, Şəmsəddin Abbasov, Fuad Məmmədov) 06 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmi n edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan, iddiaçının həmin daşınmaz əmlaklara mülkiyyət hüququ hər hansı bir şəkildə məhdudlaşdırılmadığından birinci instansiya məhkəməsinin iddia tələbinin Cavabdeh2 mənzildən çıxarılması hissəsində iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş formal mülahizələr olmaqla heç bir sübutla öz təsdiqini tapmır və iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında l əğv olunması üçün əsas deyildir. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Ka ssasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdeh gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən Cavabdeh2 qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.2. Mülkiyy ətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şi kayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessu al hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1379/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar