Məhkəmə qərarları › İş №2(102)-6766/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6766/2019

30.10.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6766/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), http://supremecourt.gov.az/static/view/71X4 və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1672/2019 nömrəli iş üzrə 23 may 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Zərdab rayon məhkəməsinin (hаkim Tahir Qubadov) 22 yanvar 2019-cu il tarixli, 2(035)57/2019 saylı qə tnaməsi ilə İddiaçı cavabdeh Zərdab şəhər 1 saylı məktəb-liseyinə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair” iddia tələbi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Elçin Hüseynov, Ayaz Mahmudov) 23 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, Zərdab rayon məhkəməsinin 22 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları: İddiaçı cavabdeh Zərdab şəhər 1 saylı məktəb-liseyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab şəhər 1 saylı məktəb-liseyin direktorunun onun işdən azad olunmağı ilə bağlı 23.11.2018-ci il tarixli, 121 saylı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1973-cü ildən 17.08.2015-ci il tarixə kimi Zərdab şəhər 1 saylı məktəb-liseyində riyaziyyat müəllimi işləmişdir. 17.08.2015-ci il tarixdə məktəbin əvvəlki direktoru Tofiq Ağayev 124 №-li əmrlə onu çalışmanın yaş həddinə, yəni 65 yaşa çatması ilə əlaqədar müəllimlikdən azad etmişdir. Onun işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair iddiasına Zərdab rayon məhkəməsində baxılmış və məhkəmənin 2(035)-850/2015 saylı,02.12.2015-ci il tarixli qətnaməsinə əsasən iddiası təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-610/2017 saylı 13.04.2017-ci il tarixli qətnaməsinə əsasən Zərd ab şəhər H.Zərdabi adına 1 saylı məktəb-liseyin riyaziyyat müəllimi vəzifəsinə bərpa olunması qət edilmişdir. 10.08.2017-ci il tarixdə onun ünvanına ünvan 1 bərpa olunması barədə 09.08.2017ci il tarixli, 99 saylı əmrdən çıxarış və işdən azad olunması barədə 09.08.2017-ci il tarixli, 100 saylı əmrdən çıxarış əlavə olunmuşdur. Həmin əmrlə razılaşmayaraq ləğv olunması və işə bərpa olunması barədə məhkəməyə iddia vermişdir. Zərdab rayon məhkəməsinin 2(035)937/2017 saylı, 07.12.2017-ci il tarixli qətnaməsinə əsasən iddiası təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1785/2018 saylı 11.07.2018-ci il tarixli qətnaməsinə əsasən Zərdab şəhər H.Zərdabi adına 1 saylı məktəbliseyin riyaziyyat müəllimi vəzifəsinə bərpa olunması qət edilmişdir. 23.11.2018-ci il tarixdə məktəbin direktoru onu məktəbə dəvət edərək, müəllimlər otağında qəbul etmiş, ondan müvafiq qeydlər aparmaq üçün əmək kitabçasını istəmişdir. Məktəb direktoru əmr kitabını ona göstərmədiyi üçün əmək kitabçasını direktora vermədən məktəbdən çıxıb getmişdir. X6 Məhkəməsinin 2(107)-1785/2018 saylı 11.07.2018-ci il tarixli qətnaməsinə əsasən işə bərpa olunması barədə 23.11.2018-ci il tarixli, 120 saylı əmrdən çıxarış, eyni zaman da işdən azad olunması barədə 23.11.2018-ci il tarixli, 121 saylı əmrdən çıxarış poçt vasitəsi ilə ona göndərilmişdir. Beləliklə, real olaraq işə bərpa olunmamışdır. Hesab edir ki, X7 Zərdab rayon şöbəsinin sədri olduğu üçün ona qarşı ayrı-seçkiliyə yol verilir və 23.11.2018-ci il tarixli, 121 saylı əmr qanunsuz və qərəzlidir. Ona görə də haz ırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçıkassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 23 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi onun iştirakını təmin etməyər ək çəkişmə prinsipinin tələblərini pozmuşdur. Tərəflərin izahatları: İddiaçı vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbin ə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 23 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən s axlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı uzun müddət Zərdab şəhər 1 saylı məktəb-liseyində riyaziyyat müəllimi vəzifəsində işləmiş və çalışmanın yaş həddinə, yəni 65 yaşa çatdığı üçün məktəb direktorunun 17.08.2015ci il tarixli, 124 №-li əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən müəllim vəzifəsindən azad edilmiş, sonradan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-610/2017 saylı 13.04.2017-ci il tarixli qətnaməsinə əsasən onun müəllim vəzifəsinə bərpa olunması qət edilmişdir. Həmin qətnaməyə əsasən məktəbin direktoru əvəzi n 09.08.2017-ci il tarixli, 99 saylı əmri ilə, o, müəllim vəzifəsinə bərpa edilmiş və ona məcburi iş buraxmaya görə əm ək haqqının ödənilməsi təmin edilmişdir. E.Məmmədovun 09.08.2017-ci il tarixli, 100 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən yenidən xitam verilmişdir. X6 Məhkəməsinin 2(107)-1785/2018 saylı 11.07.2018-ci il tarixli qətnaməsinə əsasən onun müəllim vəzifəsinə bərpa olunması qət edilmişdir. Həmin qətnaməyə əsasən məktəb direktoru tərəfindən İddiaçı işə bərpa olunması barədə 23.11.2018-ci il tarixli, 120 saylı əmr verilmiş, sonra 23.11.2018-ci il tarixli, 121 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən yenidən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndunə görə dövlət büdcəs indən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda onunla bağlanmış əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. HəminMəcəllənin 10-1.1-ci maddəsinə görə dövlətbüdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə görə dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər, müddətinin 5 ildən çox uzadılmasına yol verilmir Apellyasiya instansiyası məhkəməsi sadalanan normalara istinad edərək və işin hallarını araşdıraraq qeyd etmişdir ki, İddiaçı onun işə bərpa edilməsini və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini tələb etsə də, tələbinin qanuni olmasını, eləcə də, təmin edilməli olmasını əsaslandıra bilməmişdir. Birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, İddiaçı artıq 65 yaşı tamam olduğundan (hazırda onun 69 yaşı vardır), cavabdeh Zərdab şəhər 1 saylı məktəb-liseyi isə təhsil müəssisəsi olmaqla dövlət büdcəsindən maliyyələşən dövlət müəssisəsi olduğundan və məktəb direktoru iddiaçının çalışma müddətini uzatmaq niyyətində olmadığından iddiaçının müəllimlikdən azad olunması qanuna zidd deyildir. Apellyasiya instansiyası məhkəməsi X3 məktəbdə riyaziyyat müəlliminə zəruri ehtiyac olması barədə dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, Zərdab rayon Təhsil Şöbəsinin müavini L.Əmirəliyev və Zərdab şəhər 1 saylı məktəb liseyin direktoru Vüsalə Kərimovanın işdə olan məktublarından görünür ki, Təhsil Nazirliyinin “Müəllimlərin işə qəbulu ü zrə müsabiqəsi”- ndə iştirak edərək 2 nəfər gənc müəllim bir saylı məktəb-liseyə riyaziyyat müəllimi təyin edilmiş və riyaziyyat müəllimlərinin sıxlığı nəzərə alınaraq Yaşar İsgəndərovla əmək müqaviləsi bağlamaq mümkün deyil. Аzərbаycаn Respublikаsının MPM-nin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. İddiaçıаpellyаsiyа şikayətinin dəlilləri ilə bаğlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçının sözügedən əmrin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinin pozulması ilə tərtib edilməsi barədə dəlilləri ilə bağlı apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qanunverici həmin normanı imperativ norma kimi təsbit etməmişdir. Qanunverici həmin normanı dispozitiv norma kimi t əsbit etməklə tətbiqini huququ tətbiq edənin, konkret halda məhkəmənin səlahiyyətinə aid etmişdir.Birinci instansiya məhkəməsi sözügedən normanın təbiətini nəzərə alaraq düzgün hesab etmişdir ki, məsələnin həlli zamanı işin məhkəmə iclasında müəyyən edilmiş diqqətəlayiq halı olan iddiaçının qanunla müəyyən edilmiş çalışmanın yaş həddini (65 yaş) artıq keçməsi (artıq 69 yaşdadır) kontekstində qiymətləndirmə aparılmalıdır. Bu baxımdan barəsində mübahisə qaldırılan əmr qanunvericiliyin tələbinə uyğun tərtib edilmişdir. Şübhə halında isə məhkəmə iddiaçının qanunla müəyyən olunmuş yaş həddini keçməsini, Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci hissəsinin dispozitiv norma olmaqla tətbiqinin işə baxan məhkəmənin səlahiyyətinə aid edilməsini əsas götürərək hesab etmişdir ki, sözügedən əmr etibarsız hesab edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının ona münasibətdə ayrı-seçkiliyə yol verilməsi və bunun onun “siyasi baxış”larına görə edilməsi barədə gətirdiyi dəlilləri əsaslı hesab etməyərək qeyd etmişdir ki, iddiaçı üzun illərdir ki, “müxalifətdə təmsil olunduğunu” desə də, əvvəllər ona münasibətdə ayrı-seçkiliyə yol verilməsi və hazırda onun müəllimlikdən azad olunmasının onun siyasi baxış”ları ilə bağlı olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tən zimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 23 may 2019-cu il ta rixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1672/2019 nömrəli iş üzrə 23 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar