Məhkəmə qərarları › İş №2(102)-677/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-677/2021

25.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-677/2021 25.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən itifadə hüququ verilməklə yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X3 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1843/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, RX ******* seriyalı Çıxarışa əsasən, Cəlilabad şəhəri, Mirzəli Hüseynzadə küçəsində küçəsində olan 0,067 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 65,4 kvadrat metr ümumi, 41,5 kvadrat metr yaşayış sahəsindən ibarət ibarət 3 otaqlı 11 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyəti kimi xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmi ş xx.xx.2012-ci il tarixli, RX ******* seriyalı Çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayşı evi Cavabdeh xüsusi mülkiyyəti kimi xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəlilabad rayon Qeydiyyat Şöbəst tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli Çıxarışdan görünür ki, İddiaçı1 ilə X2 xx xxxxxxxx 2009-cu il tarixdə rəsmi nikah bağlamışlar və nikahdan sonra Natavan Rəcəbova «Abasova» soyadını daşımağa başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə cavabdeh İddiaçı1 qarşı iddia qaldıraraq Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 6 saylı evin Cavabdeh məxsus 11 saylı mənzilinə istifadə hüququ verilməklə, azyaşlı uşaqları X5 ilə birlikdə həmin mənzilə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı1 Cavabdeh oğlu, digər İddiaçı2 isə Cavabdeh gəlinidir. İddiaçılar xx xxxxxxxx 2009-cu ildə nikahlarını rəsmiləşdirmişlər. Onlar ailə həyatı qurduqdan sonra cavabdehə məxsus Cəlilabad rayon Kirovka (hazırda M.Ə.Rəsulzadə küçəsi ev 23) kəndində yerləşən evə köçmüşlər. Birgə yaşadıqları dövrdə xx xxxxxx 2009-cu il tarixdə Gülay adlı uşaqları doğulmuşdur. İki ilə yaxın orada yaşadıqdan sonra cavabdehə məxsus Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 2 mərtəbəli 6 saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət 11 saylı mənzilə köçmüşlər. Əşyalarını da həmin mənzilə yerləşdirmişlər. Həmin mənzildə yaşamaqla orada qeydiyyata düşmüşlər. Ötən ilin aprel ayının sonlarında iddiaçlara məlum ol muşdur ki, cavabdeh qeyd olunan evi satmaq istəyir. İddiaçılar etiraz etdikdə isə cavabdeh onları evdən çıxarmışdır. İddiaçılar bir ilə yaxındır ki, müvvəqəti olaraq başqa evdə yaşayır. Heç bir yerdə işləmirlər. Hazırda iddiaçıların yaşamağa başqa evi yoxdur. Cəlilabad Rayon Məhkəməsinin (hakim Elxan Əmirəliyev) xx xxxxxx 2020-ci il tarixli, 2(073)235/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçılar apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Soltanov - sədrlik edən və məruzəçi, Tale Kərimov, İsmayıl Əhmədov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıların istifadə hüququ verilməklə köçmək istədikləri Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 2 mərtəbəli 6 saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət 11 saylı mübahisəli mənzil xx xxxxxxx 2008-ci il tarixdən Cavabdeh mülkiyyətindədir. İddiaçı1 Cavabdeh oğlu, digər İddiaçı2 isə Cavabdeh gəlinidir. İddiaçlar 2008-ci ilin dekabr ayında el adəti ilə evlənmişlər və İddiaçı2 əri İddiaçı1 atası Cavabdeh məxsus Cəlilabad rayon Kirovka (hazırda M.Ə.Rəsulzadə küçəsi ev 23) kəndində yerləşən evə gəlin köçmüşdür. xx xxxxxxxx 2009-cu il tarixdə iddiaçılar nikahlarını rəs mləşdirmişlər. Birgə yaşadıqları dövrdə xx xxxxxx 2009-cu il tarixdə iddiaçıların Gülay adlı uşaqları doğulmuşdur. 2010-cu ilin oktyabr ayında cavabdeh iddiaçıları özünə məxsus Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 2 mərtəbəli 6 saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət 11 saylı mənzilə köçürmüşdür. xx xxxxx 2018-ci il tarixdə cavabdeh iddiaçıları daimi yaşamaq üçün yenidən əvvəl yaşadıqları, özünə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayşı evinə (Cəlilabad rayonunun Kirovka kəndinə) köçürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin (x xxxxxxx 2009-cu ilədək qüvvədə olan) şərh edilməsinə dair” xx xxxx 2001-ci il tarixli qərarın a uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2. maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun göstərilən qərarına əsasən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh arasında mübahisəli hüquq münasibətləri faktiki olaraq 2008-ci ildən yaranmış olduğundan birinci instansiya məhkəməsi düzgün olaraq hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrini tətbiq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin normalardan göründüyü kimi qanunvericilik mülkiyyətçinin ailə üzvlərinin və digər şəxslərin yaşayış binasından istifadə hüququna malik olmasını konkret olaraq həmin hüququn dövlət reyestrində qeydə alınmış olması ilə, həmçinin yaşayış hüququnun əmələ gəlməsini, həyata keçirilməsi və xitamını mülkiy yətçi ilə bağlanan notariat qaydasında təsdiqlənmiş razılaşmanın mövcud olması ilə şərtləndirir. Hazırki halda isə iddiaçıların köçmək istədikləri evə istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, həmçinin bu hüququn əmələ gəlməsi üçün onlarla mülkiyyətçi arasında notarial qaydada təsdiqlənmiş razılaşma olmamışdır. Apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin “iddiaçıların istifadə hüququ verilməklə köçmək istədikləri, cavabdehin mülkiyyətində olan mübahisəli evdə yaşayış yeri üzrə qeydiyyatda olmalarına” dair əsas dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, Cavabdeh təqdim etdiyi “Elektron notariat” X1 Çıxarışdan görünür ki, ünvan 3 mənzil 11 ünvanında göstərilən parametrlərə uyğun axtarış zamanı qeyd edilən qeydiyyatda heç bir şəxs aşkar edil məmişdir. Bundan başqa hətta iddiaçılar həmin evdə qeydiyyatda olmuş olsalar belə, bu qeydiyyat Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş mülkiyyətçi ilə bağlanan notarial qaydada təsdiq olunmuş razılığı ifadə etmir, heç bir hüquqi nəticəyə səbbə olmur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız cavabdehin mülkiyyətində digər yaşayış evinin olmasına və cavabdehin onları həmin evə köçürmək istəməsinə baxmayaraq bununla razılaşmadıqlarını əsas gətirərək iddia tələblərini rədd etmişdir. Halbuki, iş materiallarından da görünür ki, 2008-ci ildə el adəti ilə toy edib və nikahlarını rəsmi qeyd etdirərək, ailə həyatı qurub cavabdehə məxsus Cəlilabad rayonu Kirovka kəndində yerləşən evə köçmüşlər. Birgə yaşadığları dövrdə xx xxxxxx 2009-cu il təvəllüdlü Abasova Gülay adlı qızları dünyaya gəlmişdir. 2 ilə yaxın orda yaşadıqdan sonra cavabdehə məxsus Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 2 mərtəbəli 6 saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət 11 saylı mənzilinə köçmüşlər. Əşyalarını da həmin mənzilə yerləşdirmişlər. Sözügedən mənzildə yaşamaqla ora qeydiyyata düşmüşlər. 2018-ci ilin aprel aylarının sonlarında məlum olmuşdur ki, cavabdeh qeyd olunan evi satmaq istəyir. Etiraz etdikdə isə onları zorla evdən çıxarmışdır. Hətta bununla bağlı işləri Polis Şöbəsində olmuşdur. İki ilə yaxındır ki, başqalarına məxsus evdə kirayədə yaşayırlar. Başqa yaşayış yerləri yoxdur. Mübahisəli mənzil birinci mərtəbədə yerləşməklə uzun illər orda yaşadığından, həmin mənzildə qeydiyyatda olduğundan və mənzili əsaslı təmir etdirməklə, bütün zəruri əşyalarının orda olduğundan həmin mənzilə köçürülməkləri qanunauyğundur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ay dınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qə bul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan ape lyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1 06)-1843/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar