Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-677/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddiaçının iddiadan imtina etməsi əsası ilə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1210/2024 nömrəli, 22 avqust 2024-c ü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh xx.xx.1981-ci il tarixdə nikaha daxil olmuş, sonra rəsmi qaydada ayrılmış, daha sonra xx.xx.2018-ci il tarixdə yenidən nikaha daxil olmuşlar.
2. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5367/2023 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış nikah pozulmuşdur.
3. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-ci il tarixli arayışına əsasən İddiaçı, Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon, 72 nömrəli evin, 57 nömrəli mənzilində qeydiyyatdadırlar.
4. DƏDKR publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfi ndən verilmiş xx.xx.2024-cü il tarixli məktubda göstərilir ki, Sumqayıt şəhəri 1 saylı dövlət notariat kontorunda təsdiqlənmiş xx.xx.2011-ci il tarixli, 4Ə-02-400 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 57 nömrəli mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri, 9-cu mikrorayon, 73 nömrəli evin, 57 nömrəli mənzilinə (bundan sonra – mübahisəli mənzil) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yux arıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh onun keçmiş həyat yoldaşıdır. Onunla ailə münasibətləri dözülməz həddə çatdığı üçün boşanma tələbi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Mübahisəli mənzili 2011-ci ildə alıb, hazırda da mənzil şəxsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Lakin cavabdeh onu şəxsi mülkiyyət hüququ ilə ona məxsus olan mənzilə buraxmamış, mənzilin giriş qapısının açarını dəyişərək ona məxsus olan əmlaklarını belə ona verməmişdir. Ona məxsus bütün əmlakları mənzildə qalmışdır. O, bir müddət dözərək gözləmiş, lakin cavabdehə edilən xəbəqdarlıqlara baxmayaraq onu yenə də mənzilinə buraxmamış, hay-küy salaraq onu şantaj etm iş, mənzildən istifadə hüququnu məhdudlaşdırmışdır. Halbuki, mülkiyyət hüququ dövlət tərəfindən qorunur. Onun isə yaşamağa başqa yaşayış yeri yoxdur. Qeyd olunan mənzildə o, cavabdeh və qızı Məhərrəmova Tünzalə Şükür qızı qeydiyyatdadırlar. Qızı ailə həyatı qurub başqa ünvanda yaşayır, öz mənzilləri vardır.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, keçmiş həyat yoldaşı ilə aralarında tez-tez yaranan mübahisələr səbəbindən onunla bir evdə yaşaya bilmədiyinə görə evi tərk etmişdir. Hazırda səhhətində müəyyən problemlər var, işləyə bilmir. Uzun müddətdir ki, kirayədə yaşayır. Artıq öz evində yaşamaq istəyir. 4 ilə yaxın müddətdir ki, cavabdehlə ayrı yaşayırlar. Evi tərk edən z aman özünə məxsus heç bir sənəd, əşya və geyim götürə bilməmiş, hətta mübahisəli mənzilin sənədi də cavabdehdə qalmışdır. O, bir müddət cavabdehin sakitləşəcəyini gözləmiş, lakin gözləməyin heç bir nəticəsi olmadığını görüb məcbur qalaraq DİN-in 102 xidmətinə zəng vurmuş və polislərin iştirakı ilə əşyalarını götürə bilmişdir. Gələcəkdə cavabdehlə birlikdə yaşamaq mümkün olmasa, evin bölünməsi üçün məhkəməyə müraciət edəcək.
8. Məhkəmə iclasında iştirak etmiş cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi-Vəkil1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs də rahat həyat istəyir, iddiaçı ilə yaşamaq istəmir. Həmçinin tərəflərin nikahları rəsmi qaydada pozulmuşdur. Bundan sonra əmlak yalnız bölünə bilər. Tərəflərin birgə yaşaması mümkünsüzdür.
9. Sumqa yıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-2184/2024 nömrəli 13 may 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçının mübahisəli mənzilə köçürülməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva).
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzil xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə iddiaçının tam mülkiyyətindədir.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçı mülkiyyətçi olmaqla mübahisəli mənzildən istifadə hüququna malik olduğundan iddia tələbi təmin edilməlidir.
12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3, 8, 9-cu maddələrinə istinad edərək əsaslandırm ışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hələ nikahları pozulmamışdan 4 il öncə iddiaçı onunla yaşamaq istəmədiyini əsas gətirərək, şəxsi əşyalarını götürərək evi tərk etmiş, özünə başqa yaşayış sahəsi seçmiş və sərbəst yaşamaq istədiyini bildirmişdir. Hal-hazırki iddia isə tam əsassızdır. Yəni, könüllü şəkildə tərk etdiyi mənzilə “xəstəyəm, başqa yerdə qala bilmirəm” iddiası ilə yenidən köçmək doğru deyil. Çünki onların birgə yaşamaları mümkün deyil. Birinci instansiya məhkəməsinin iddiaçının tam mülkiyyətçi sayması da doğru yanaşma olmayıb. Mübahisəli mənzil birgə nikah d övründə alındığı üçün hər ikisinin mülkiyyəti sayılır. Boşandıqdan sonra iddiaçı birgə nikah dövrü əldə edilmiş əmlakın bölgüsünü tələb edə bilər ki, öz paylarına düşən məbləğdən yararlansınlar. Birgə nikah dövrü ərzində mənzillə yanaşı böyük bir sex və avtomaşın əldə etmişlər. İddiaçıya da bu əmlakların bölünməsini təklif etmişlər. Yəni, onların bir evdə yaşamağı nikah pozulmadan əvvəl mümkünsüz idisə, nikah pozulduqdan sonra heç mümkün ola bilməz. Ona görə də əmlaklarının hüquqi statusunu müəyyən etməlidirlər, birgə nikah dövrü əldə etdikləri əmlakları aralarında bölməlidirlər və bundan sonra ayrıayrılıqda yaşamalıdırlar. Bu cür davranış övladlarının da mənafeyinə uyğundur.
15. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında iştirak edən iddiaçı məhkəməyə ərizə təqdim edərək, i ddia tələbindən imtina etdiyini və iddia tələbindən imtinanın hüquqi nəticələrinin ona məlum olduğunu bildirmişdir. Bununla əlaqədar həmçinin qeyd etmişdir ki, mənzilə köçürüldüyü halda keçmiş həyat yoldaşının sağlamlıq vəziyyəti daha da ağırlaşacaq, buna görə iddia tələbindən imtina etmək qərarına gəlmişdir. Gələcəkdə mənzil bölgüsü ilə əlaqədar iddia qaldıra biləcəyini nəzərə alaraq, hazırkı dövrdə mübahisə predmeti olan mənzilə yoldaşının əsəb xəstəliyi olduğundan köçmək istəmir və buna görə də iddiadan imtina edir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi - Vəkil1 tərəflərin arasında qarşılıqlı razılıq olduğunu, buna görə də icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1210/2024 nömrəli 22 avqust 2024-cü il tarixli qərardadı ilə iddiaçının iddiadan imtinasının qəbul edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia ərizəsi üzrə işin icraatına xitam verilməsi qərara alınmışdır (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və Lalə Rəhimli).
18. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia tələbindən imtina etdiyi üçün, onun imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, birinci insyansiya məhkəməsinin qətnaməsi Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.
19. Məhkəmə kollegiyası mövqeyi ni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 262-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, mülki işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçını şifahi şəkildə razılıq ilə aldadıblar. Ona görə o, iddiadan imtina etmişdir. Qərardad iddiaçının qanunla qorunan mənafeyini pozmuşdur.
22. İddiaçı şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci maddələrinə ist inad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
24. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;
25. Maddə 125, Vİİ hissə. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.
27. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
28. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
29. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin b arışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.
30. Maddə 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verməlidir.
31. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı insta nsiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərardadın qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir, qərardadın tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Belə ki, iddiaçı öz azad iradəsinə uyğun qaydada h ərəkət edib, apellyasiya instansiyası məhkəməsinə ərizə ilə müraciət edərək, cavabdehin əsəb xəstəliyi ilə bağlı mənzilə köçmək barədə iddiadan imtina etdiyini bildirmiş, həmçinin qeyd etmişdir ki, gələcəkdə əmlakının bölünməsi barədə iddia ilə müraciət edə bilər.
38. İddiadan imtina haqqında ərizədə, iddiadan imtinanın hər hansı şərtlə, o cümlədən iddiaçıya məxsus əşyaların qaytarılması şərti ilə edildiyi əksini tapmayıb. Ərizə ilə bağlı məhkəmə kollegiyasının hərəkətləri və qərardadı prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur.
39. Bu mənada məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. Ümumiyyətlə hətta cavabdeh iddiaçı ilə gəlinən razılaşmaya sonradan əməl etməmiş olsa belə, bu hal iddiadan imtinanın qəbul edilməsi barədə məhkəmə qərardadının qanuniliyinə təsir etmir.
40. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1210/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.