Məhkəmə qərarları › İş №2(102)-678/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-678/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-678/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1757/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında birgə fəaliyyət göstərməkl ə bağlı münasibətlər olmuş, bu çərçivədə iddiaçı tərəfindən cavabdehə pul vəsaiti verilmişdir. Həmin vəsaitin cavabdeh tərəfindən qaytarılmaması ilə bağlı mübahisə yaranmış və iddiaçı aşağıdakı iddia tələblərini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ərizə ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət edərək (iddia tələbinin həcmi artırılmışdır), 20.000 manat maddi ziyanın və “xxxx” ASC-dən götürülmüş kreditlərə görə ödəniləcək faiz məbləğləri olan 2122,92 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, 2018-ci ilin ortaları ndan başlayaraq müxtəlif aylarda Cavabdeh "xxxx"da olan hesabına hissə-hissə, ümumilikdə isə 20.000 (iyirmi min) manat pul köçürmüşdür. Lakin sonradan cavabdeh həmin pulları bankda olan hesabından çıxararaq öz şəxsi (istirahəti və sair) məqsədləri üçün istifadə etmiş, aralarındakı razılığa uyğun həmin iş birliyinə heç bir vəsait xərcləməmiş və iş görməmişdir. Dəfələrlə cavabdehdən bu barədə işlərin nə yerdə olduğunu soruşanda cavabdeh hər dəfə onu aldatmışdır. Sonra məlum olmuşdur ki, cavabdeh heç bir iş görməmiş və iddiaçıya məxsus pulu öz şəxsi məqsədlərinə xərcləmişdir. Cavabdehdən pulu tələb etsə də cavabdeh pulu yaxın vaxtlarda qaytaracağını söyləmiş, müxtəlif bəhanələr söyləyərək pulu qaytarmamışdır. Bu barədə polisə müraciət etmiş, cavabdeh polis şöbəsində izahat verərək ondan 20.00 0 manat pul aldığını etiraf etmişdir.

4. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçı onun bank hesabına 15.500 manat pul köçürüb və işləri yoluna qoymaq məqsədilə Türkiyəyə getmək üçün ona 200 manat bilet pulu vermişdir. Bundan başqa iddiaçı ona pul verməmişdir.

5. Cəbrayıl Rayon Məhkəməsinin (hakim Q.Hacıyev) xx xxxxxx 2020-ci il tarixli, 2(072)74/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh 20.000 manat məbləğində pul verməsini təsdiq edən kifayət qədər sübutlarını məhkəməyə təqdim etmi şdir. Lakin iddia tələbinin həcminin artırılmasına dair ərizəsi üzrə istinad edilən hallara dair mötəbər sübutlar təqdim olunmamışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Əsədov (sədrlik edən və məruzəçi), M.Həsənov və Z.Zeynalov) xx xxxx 2020-ci il tarixli, 2(106)-1757/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Cəbrayıl Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh kassasiya şikayəti verə rək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun kartına faktiki olaraq 15.700 manat pul köçürülsə də, ona hədə qorxu ilə 20.000 manat pul köçürüldüyü yazdırılmışdır. Göründüyü kimi aradakı fərq təxminən 4000 manata bərabərdir və bu məbləğ iddiaçı tərəfindən cavabdehin hesab kartına köçürülməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gə lməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşül ür.

16. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

17. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

18. Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

19. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bil ər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

23. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. B u baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

27. İddiaçı və cavabdeh Türkiyədə iş qurub işləmək üçün razılığa gəlmişlər, ona görə iddiaçı cavabdehin bank hesabına müəyyən məbləğdə pul köçürmüşdür. Lakin sonra işbirliyi alınmamış, cavabdeh iddiaçının pulunu mənimsəmiş və qaytarmamışdır. Buna görə iddiaçı verdiyi pulunu və vurulmuş ziyanı tələb etmişdir.

28. Cavabdeh tərəf iddianı əsasən etiraf etmiş, lakin onun bank hesabına köçürülən pul məbləğinin 20000 manat deyil, 15700 manat olduğunu bildirmişdir.

29. İş materiallarına əlavə edilmiş, Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən təqdim olunmuş araşdırma materiallar ından görünür ki, Cavabdeh Bakı şəhər BPİ-nin X1, Bakı şəhər Nizami RPİ-nin 25-ci Polis Şöbəsində və Bakı şəhəri Xətai rayon Polis İdarəsində verdiyi izahatlarında İddiaçı onun kart hesabına ümumilikdə 20.000 manat məbləğində pul köçürdüyünü, o da həmin pulları öz şəxsi ehtiyacları üçün xərclədiyini etiraf etmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh polisdə verdiyi izahatını onun etirafı kimi qəbul etmiş və bununla da iddiaçının tələbinin 20.000 manat hissəsində sübuta yetirildiyi qənaətinə gəlmişdir.

31. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Çünki cavabdeh istinad etdiyi halları təsdiqləyən mötəbər sübutları birinci instansiya məhkəməs inə təqdim etməməklə öz dəlillərini sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmələrin cavabdehin yazılı izahatındakı etirafını əsas götürərək iddianın həmin hissədə sübuta yetirilməsi barədə gəldikləri qənaət yuxarıda göstərilən prosessual hüquq normalarına uyğundur (§ 20-21).

32. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1757/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi an

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar