Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-678/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı a qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı a qızının Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5179/2022 nömrəli, 3 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cinayət işinin başlanılmasının rədd ed ilməsi haqqında 21 yanvar 2021-ci il tarixli Qərarı ilə X2 ərizəsi əsasında toplanmış ilkin yoxlama materialı üzrə cinayət işinin başlanılması rədd edilmiş, X4 mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı a qızı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7740 ABŞ dolları pul vəsaitinin, 7740 ABŞ dolları pul vəsaitini qanunsuz saxladığına görə 1548 ABŞ dolları əldən çıxmış faydanın, 110 manat vəkil xərcinin və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə 2015-ci ildən müştəri kimi tanış o lmuşdur. Sonradan cavabdeh onunla birlikdə işləməyini təklif etmiş, təklifini qəbul edərək, onunla işləməyə başlamışdır. İşlədiyi dövrdə heç bir zaman aralarında narazılıq olmamış, əksinə hörmət və güvən olmuşdur. Cavabdeh bu etibardan istifadə edərək ondan işinə pul qoyaraq daha artıq qazanc əldə etmək üçün pul istəmişdir. Cavabdehə olan etibarından bu təklifini qəbul edərək, birlikdə işlədikləri “X9” Salonda cavabdehə əvvəlcə 3100 ABŞ dolları, sonra 4140 ABŞ dolları, sonuncu dəfə isə 500 ABŞ dolları olmaqla cəmi 7740 ABŞ dolları pul vəsaitini vermişdir. Pulu verdikdən sonra o, istifadəsində olan ********** mobil nömrəsinin WhatsApp şəbəkəsi vasitəsi ilə pulun şəklini çəkərək atmış, ümumilikdə 7740 ABŞ dolları məbləğində pulu götürməsini yazmışdır. Lakin həmin pulları aldıqdan sonra hər h ansı qazanc verməmiş, nə də pulu geri qaytarmışdır. Cavabdeh bu ilin 21 iyul tarixində sonuncu dəfə verdiyi 500 ABŞ dollarını aldıqdan sonra ********** mobil nömrəsinin WhatsApp şəbəkəsi vasitəsi ilə ona “7240+500=7740 məndə pulun var” dedikdən bir müddət sonra ondan nə qədər pulu və qazanı tələb etsə də, nə pulunu, nə də qazancını qaytarmışdır. Cavabdehin əməllərindən Nərimanov Rayon Polis İdarəsinə şikayət etsə də, aralarında olan razılıqları inkar etdiyindən və yazılı razılıq olmadığından, aldadaraq qazanc vermək niyyəti ilə pulu aldığını sübut edə bilmədiyindən, barəsində cinayət işi açılmamış, cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Nərimanov Rayon Polis İdarəsinə etdiyi şikayətlə bağlı araşdırma gedərkən cavabdeh yalan məlumat verərək guya pulu ona qaytardığını və yalnız 4000 manat borclu qaldığını bildirmişdir. Həmçinin cavabdehin vəkili xeyli vaxt əvvəl əmək haqqını ala bilmədiyi üçün cavabdehin tanışı ilə aralarında olan danışıqdakı səs yazıya istinad edərək guya əmək haqqının deyil 7740 ABŞ dolları məbləğində pulu aldığını yalanını uydurmuşdur. “Aylar əvvəl həqiqətən də cavabdeh pulumu ödəmiş olsaydı izahat verərkən 4000 manat borclu qaldığını niyə yazırdı“ sualına isə cavabdehin vəkili heç bir cavab verə bilməmişdir.
4. Cavabdeh iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının onda 4000 manat pulu olmuş və həmin pulu qaytarmağa razı olduğunu bildirmişdir. Odur ki, iddianın həmin hissədə təmin olunmasına etiraz etməmişdir.
5. X1 bildirmişdir ki, iddiaçını cavabdehin köməkçisi kimi tanımış və cavabdehin telefon zənglərinə əksər vaxt id diaçı tərəfindən cavab verilmişdir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-1313/2022 nömrəli iş üzrə 25 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia qismən təmin edilərək, cavabdehdən 4000 manat borcun, 110 manat vəkil xərcinin əvəzi və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzində 35,40 manat iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçının pulun saxlanması üçün götürdüyünü, təhvil aldığı pulu n iddiaçı tərəfindən hissə-hissə geri alındığını və hazırda iddiaçıya 4000 manat məbləğində vəsait verməli olduğunu qeyd edərək, iddianın 4000 manat hissəsində etiraf etmiş və həmin hissədə təmin olunmasını xahiş etmişdir. İddianın 7140 ABŞ dolları hissəsində tam təmin olunması üçün hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
9. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddia tələbi xarici valyuta olan ABŞ dollarında olmasına baxmayaraq, cavabdeh tərəfindən etiraf edilən və sübutlarnan əksini tapan məbləğ manat ilə ifadə edilmiş, bu səbəbdən iddia həmin hissədə xarici valyutada deyil, 4000 manat məbləğində və milli valyutada təmin edilməsini daha məqbul hesab etmişdir.
10. Məhkəmə iddianın əldən çıxmış fayda 1548 ABŞ dollar cavabdehdən tutulması ilə bağlı belə nəticə yə gəlmişdir ki, iddiaçı əldən çıxmış faydanın nədən ibarət olduğunu qeyd etməmiş və faktiki sübut təqdim etməmişdir.
11. Məhkəmə şahid ifadəsinin iddia tələbinə aid olmamasını və həmçinin işin mahiyyəti üzrə nəticə verilməsi üçün əhəmiyyət kəsb edən fakt qeyd edilməməsi səbəbindən sübut kimi qəbul etməmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 439.4, 442, 443.1, 445.1,445.2.1, 448.1, 448.2, 449.1, 462.1, 465.2, 467, 567, 1092.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi nə dair” 24 dekabr 2014-cü il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin təmin olunmayan hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5179/2022 nömrəli mülki iş üzrə 3 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev və Rafael Eyvazov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin olunması, cavabdehdən 7.740,0 ABŞ dolları (ödəniş gününə manata olan məzənnə ilə) və hüquqi xidmətə görə 107,40 manat iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissələrdə rədd olunması qət edilmişdir.
15. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsində təqdim edilsə də tərəflər arasında WhatsApp şəbəkəsi vasitəsi ilə olan səs yazılarına (CD diskə köçürülüb) və iş materiallarının 30-33–cü səhifəsində olan ********** mobil nömrəsinin WhatsApp şəbəkəsi vasitəsi ilə tərəflər arasında olan yazışmalara hüquqi qiymət verilməmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən cavabdeh iddiaçının pul vəsaitini saxlamaqla əsassız varlandığından, Mülki Məcəllənin 1092.1-ci maddəsini tətbiq etmişdir. Halbuki, iddiaçı cavabdehə məxsus “X9” salonunda lazer aparatında işləməyə razı olmuş və həmin iş üçün əlavə avadanlıq alınması ilə bağlı pul lazım olduğunu demişdir. Beləliklə, tərəflər arasında birgə fəaliyyətə dair şifahi razılaşma olmuşdur. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar”ından, tərəflər arasında WhatsApp şəbəkəsi vasitəsi ilə olan səs yazılarından (CD diskə köçürülüb) və iş materiallarının 30-33–cü səhifəsində olan ********** mobil nömrəsinin WhatsApp şəbəkəsi vasitəsi ilə yazışmalardan görünmüşdür ki, iddiaçı cavabdehə birgə işləyib qazanc əldə etmək üçün 7.740 ABŞ dolları məbləğində pul vermişdir. Onların arasında yaxın və işgüzar münasibətlər yaranmışdır. (tərəflər arasında WhatsApp şəbəkəsi v asitəsi ilə olan səs yazılarından (CD diskə köçürülüb) və iş materiallarının 30-33–cü səhifəsində olan ********** mobil nömrəsinin WhatsApp şəbəkəsi vasitəsi ilə yazışmalardan da aydın olmuşdur ki, cavabdeh işdə olmadığı vaxtlarda iddiaçı işdə müştəriləri qəbul etmiş, cavabdeh iddiaçıdan onun evinə uşaqlarına görə getməsini və s. xahiş etmişdir) məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında yaranmış münasibətlərə birinci instansiya məhkəməsi Mülki Məcəllənin əsassız varlanma münasibətlərini tənzimləyən 1092.1-ci maddəsini tətbiq etməkdə haqlı olmamışdır. Tərəflər arasında birgə fəaliyyət (şəriklik) barədə şifahi razılaşma olmuşdur.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı öz tələbini əsaslandıran halları həm tərəflər arasındakı yazışmalarla, həm də cavabdehin polis idarə sindəki etirafedici izahatı ilə sübut etmiş, cavabdeh isə hansı tarixlərdə, nə qədər pul qaytardığına, aldığı məbləğin nə qədərini qaytardığına, necə 4000 manat borclu qaldığına və 7740 ABŞ dollarının 4000 manatdan əlavə olan hissəsini qaytardığına dair heç bir sübut təqdim edə bilməmişdir.
18. Cavabdehə məxsus telefonun əksər vaxtı iddiaçıda olması və WhatsApp şəbəkəsi vasitəsi ilə olan yazışmaların iddiaçının özü tərəfindən yazıldığının istisna olunmaması kimi cavabdehin vəkili və nümayəndəsinin dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, bu işin araşdırılan halları ilə təsdiqini tapmamışdır. Əksinə hətta Kollegiyanın iclasında tədqiq edilmiş səs yazılarından aydın olmuşdur ki, hətta tibbi əməliyyata gedən gün də cavabdehin telefonu özündə olmuş, cavabdehin öz səsi ilə iddiaçı ilə d anışıqları olmuşdur. Həmçinin, iddiaçının vəkili və nümayəndəsi bildirmişdir ki, işdə müştərilərin qəbulu ilə bağlı cavabdehin iş yerinə aid telefonu iddiaçı işlə bağlı istifadə etmişdir.
19. İş materiallarının 30-33–cü səhifəsində olan ********** mobil nömrəsinin WhatsApp şəbəkəsi vasitəsi ilə 21 iyul 2021-ci il tarixdə tərəflər arasında olan yazışmalar ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, ********** mobil nömrəsinin WhatsApp şəbəkəsi vasitəsi ilə cavabdeh iddiaçıya “7240+500=7740 məndə pulun var” bildirmişdir. Həmin iş vərəqindəki yazışmada manat yaxud ABŞ dolları olması qeyd edilməsə də, iş vərəqinin 32-ci səhifəsində olan yazışmada borcun ABŞ dolları ilə olması müəyyən edilmişdir. Həmçinin, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar”ından görünmüşdür ki, cavabdeh izahatında göstərmişdir ki, 2 ilə yaxındır ki, iddiaçını çağırıb ona işində köməklik etməsini bildirmişdir. Bu ərəfədə iddiaçı anasından aldığı 7.140 ABŞ dollarını ona verərək saxlanılmasını xahiş etmişdir. O da, iddiaçının pulunu saxlamışdır. Lakin sonralar o, iddiaçının xahişi ilə iddiaçının öz pulundan hissə-hissə iddiaçının özünə vermiş və hazırda onda iddiaçının 4.000 manat pulu qalmışdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin iddiaçı ilə birlikdə işlədikləri “X9” Salonda birgə qazanc əldə etmək üçün iddiaçının cavabdehə cəmi 7.740 ABŞ dolları pul vəsaitini verməsi, lakin həmin pulları aldıqdan sonra cavabdehin iddiaçıya hər hansı qazanc verməməsi, nə də 7.740 ABŞ dolları pulu geri qaytarmaması m əhkəmə kollegiyasının iclasında yuxarıda sadalanan sübutlarla müəyyən edilmişdir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 7740 ABŞ dolları pul vəsaitini qanunsuz saxladığına görə 1548 ABŞ dolları əldən çıxmış faydanın cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə hissədə tələb əsaslı saymamış və iddiaçı əldən çıxmış faydanın nədən ibarət olmasına, cavabdehin faydalanmasına dair hər hansı sübutu təqdim etməmişdir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 385.1, 386.1, 442, 443.1, 445.1,445.2.1, 448.1, 448.2, 449.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləs inin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5179/2022 nömrəli 02 dekabr 2022-ci il tarixli əlavə qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev və Rafael Eyvazov) iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu 30 manat, 40 qəpik pulun Cavabdeh tutularaq a qızına verilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutlara, verilən izahatlara hərtərəfli, tam münasibət bildirməmişdir. 2015-ci ildən iddiaçının xalası cavabdehin işlədiyi salonda xadimə, cavabdeh isə lazer aparatında işləmişlər. İşi çox olduğundan cavabdeh köməkçi axtarmış, həmin xadimə cavabdehə müraciət etmişdir ki, onun bacısı qızı istəyərdi ki, cavabdehin yanında işləsin, kasıb qızdı, bir oğlu var və s. Cavabdeh də sınaq müddəti ilə işləməsinə razılıq vermişdir. İddiaçı cavabdehin yanında fasilələrlə işləmişdir. Cavabdeh köməkçi ilə iş birliyi qurmuş, ondan buna görə pul istəməyə ehtiyacı olmamışdır. Apellyasiya instansiyası iddiaçının cavabdehə iş qurulması üçün pulun verdiyini qəbul etsə də, bununla bağlı qətnamədə hər hansı sübuta istinad e tməmişdir.
26. Kassator qeyd etmişdir ki, iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi” Qərarında cavabdehin izahatına istinad edilsə də, cavabdeh həmin izahatı şəxsən yazmamışdır. İzahat texniki vasitə ilə (kompüter) Bakı şəhəri Nərimanov rayon Pİnin İŞ-nin baş müstəntiqi tərəfindən yazılmışdır. Qeydiyyatın səhv aparıldığı “Cinayət işinin başlanmasının rədd edilməsi” Qərarda məbləğin gah 7140 ABŞ dolları, gah da 7740 ABŞ dolları kimi göstərilməsi sübut etmişdir. Apellyasiya instansiyası məhkəməsi buna münasibət bildirməmişdir. Həmçinin, cavabdeh vicdanlılıq və səmimiyyət göstərərək onda olan pulun 4000 manat olduğunu hər iki instansiya məhkəməsində boynuna almışdır. Həmin hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddiaçı “Cinayət işinin başlanmasının rədd edilməsi ” Qərarında qeyd edildiyi kimi cavabdehi 6 ilə yaxındır ki, tanıdığını bildirsə də, 2020-ci ildə cavabdehə pul verdiyini izahatında qeyd etmiş, lakin pulu məhz 2020-ci ildə verməsi barədə heç bir sübut təqdim etmişdir. Həmçinin, iddiaçı hər iki instansiya məhkəməsində də pulu 2020-ci ilin may ayında cavabdehə verməsi barədə heç bir sübut təqdim etməmişdir. Buradan da iddiaçının cavabdehə qərəzinin olduğu görünmüşdür. Belə ki, məhkəmə araşdırmaları zamanı da müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin faktiki həyat yoldaşı ilə gizlincə görüşmüşdür, cavabdeh bu məsələdən xəbər tutduğuna görə cavabdehə saxlamağa verdiyi pulu geri istəmişdir. Faktiki yoldaşı ilə münasibətinin olması birinci instansiya məhkəməsinə təqdim edilən CD diskdə iddiaçının cavabdehin faktiki yoldaşı ilə telefon danışığın dan da bilinmişdir. Həmin CD disk araşdırılmamış və pulun 2020-ci ilin may ayında verilməsi barədə iddiaçı tərəfindən cavabdehə verilməsi barədə hər hansı bir sübutun məhkəməyə təqdim edilmədiyi apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır.
27. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 425, 443, 448-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İddiaçı kassasiya şikayətinə etiraz edərək, apelyasiya instansiyasının bütün faktiki halları və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəldiyini bildirərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gə lməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
35. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsind ə vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
36. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “E.Şahbazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 mart 2021-ci il tarixli qərarı
37. Məhkəmələr tərəfindən işə baxılarkən işin obyektiv, tam, hərtərəfli və ədalətli həll olunması, eləcə də məhkəmə icraatının iş üzrə həqiqətin müəyyən edilməsinin təmin edilməsi vəzifəsini həyata keçirməsi, iş üzrə m ühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə işdə iştirak edən şəxslərin vəsatətləri hər bir halda onların təmin edilib-edilməməsinin mümkünlüyü baxımından araşdırılmalı və həll olunmalıdır.
38. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə aktlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, eləcə də verilmiş vəsatətlərin təmin və ya rədd edilməsinin səbəbləri və əsasları göstərilməli, gəlinən nəticə kifayət qədər əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 9.1. Ədalət mühakiməsi çək işmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
40. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün q abaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 184.4. İşə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur.
45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikay ət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi.
52. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinin hüquqi dəyərləndirməsini apararaq belə nəticəyə gəlir ki, apelyasiya inst ansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.
53. Belə ki, əvvəla apellyasiya instansiyası məhkəməsi qətnaməsində göstərmişdir ki, işin araşdırılan hallarından göründüyü kimi, tərəflər arasında birgə fəaliyyət (şəriklik) barədə şifahi razılaşma olmuşdur.Lakin apellyasiya instansiyası məhkəməsi için konkret hansı halları ilə tərəflər arasında birgə fəaliyyət (şəriklik) barədə şifahi razılaşma olduğunun təsdiqləndiyini göstərməmişdir. Əksinə cavabdehin iddia ərizəsinə etirazdan və birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında cavabdehin vəkilinin verdiyi izahatdan görünür ki, iddiaçının pulunu cavabdehə saxlamaq üçün verdiyi göstərilmişdir.
54. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Bakı şəhə ri Nərimanov rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar”ına da istinad etmişdir.Lakin iş materiallarında həmin qərarın əslinin və ya əslinə uyğun təsdiqlənmiş surətinin olması müəyyən edilmir.Halbuki Azərbaycan Respublikasının MPM-in 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir.
55. İş materiallarında (i.v.26) mövcud olan Cavabdeh vəsatətində göstərilir:”Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, iddiaçının pulunu məndən alması barədə həyat yoldaşımla arasında olan vatsapp yazışmasında təsdiq edir ki, məndən pullarını almışdır.Həmin səsyazısının məhkəmə prosesində səsləndirilməsini və diskin iş materiallarına əlavə edilməsini məhkəmədən xahiş edirəm”.
56. İddiaçını n nümayəndəsi və vəkilinin birinci instansiya məhkəməsində icraatda məhkəmə iclasında verdiyi izahatdan məlum olur ki, səs yazısı və disk olmuşdur. Lakin birinci instansiya məhkəməsi cavabdehin yuxarıda göstərilən vəsatətini işdə iştirak edən digər şəxslərin fikirləri dinləməklə həll etməli olduğu halda həll etməmiş, sübutları araşdıraraq onlara qiymət vermək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi də bunu nəzərə almamışdır.
57. İş üzrə iddiaçı birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edərək Nərimanov Rayon Polis İdarəsində aparılmış araşdırmanın nəticəsi barədə qəbul edilmiş cinayət işinin rədd edilməsi haqqında qərarın, alınmış izahatların, iş üzrə sübutların məhkəməyə təqdim edilməsi barədə vəsatətinin təmin edilməsini xahiş etmişdir.Lakin məhkəmələr tərəfin dən həmin materiallar müvafiq orqandan əldə edilərək iş materiallarına əlavə edilməmiş və araşdırlmamışdır.Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə halların tam, hərtərəfli və obyektiv araşdırılması məqəsdilə iddiaçının vəsatəti əhəmiyyətli olmuş, lakin məhkəmələr prosessual hüquq normalarının tələblərinə lazımi qaydada əməl etməmişlər.
58. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən prosessual hüquq normalarının pozuntusu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnə bilən pozuntu xarakterlidir.
59. Yuxarıda göstərilənlərə əsasən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 oktyabr 2022-ci il tarixli 2(103)-5179/2022 nömrəli qətnaməsi, eləcə də həmin qətnamə ilə həll olunmalı olduğu halda həll olu nmamış dövlət rüsumu kimi ödənilmiş 30 manat 40 qəpik pulun Cavabdeh tutularaq a qızına verilməsi barədə 02 dekabr 2022-ci il tarixli 2(103)5179/2022 nömrəli əlavə qətnaməsi tamamilə ləğv edilməli, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
60. İşə yenidən baxılarkən iş üzrə cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə verilmiş vəsatətdə göstərilən səs yazısı və diskin iş materiallarına əlavə olunaraq tədqiq olunması məsələsi həll olunmalı, eləcə də işin hərtərəfli, obyektiv və tam araşdırılması üçün əhəmiyyətli olduğundan cinayət işinin başlanmasının rədd edilməsi haqqında materiallar (qərar, tərəflərin izahatları və s.) müvafiq orqandan tələb edilərək alınıb iş materiallarına əlavə edilməklə və çəkişmə prinsipi təmin edilməklə araşdırılmalı, sübutlara A zərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə müvafiq qiymət verilməklə, iş üzrə müəyyən edilmiş hallara tərəflər arasındakı hüquq münasibətinin xarakterinə uyğun maddi hüquq normaları tətbiq olunaraq qanuni və əsaslı məhkəmə aktı qəbul olunmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416,417 və 419-cu maddələrini rəhbər tutub, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 oktyabr 2022-ci il tarixli 2(103)5179 nömrəli qətnaməsi və 02 dekabr 2022-ci il tarixli 2(103)-5179 nömrəli əlavə qətnaməsi tamamilə ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.