Məhkəmə qərarları › İş №2(102)-678/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-678/2025

20.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-678/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: borc verilmiş pulun qaytarılması tələbi, sübutların qiymətləndirilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc verilmiş pulun qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2024-cü il 30 oktyabr tarixli 2(105)-1418/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassas iya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı tanışı Xəyal adlı şəxsin ondan 9000 manat pul alması, lakin geri qaytarmaması barədə şikayəti Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinin təhqiqatçısı tərəfindən araşdırılmış və xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar çıxarılmışdır. Qərarda göstərilir ki, araşdırma zamanı Xəyal adlı şəxsin yeri müəyyən edilmədiyindən izahatını almaq mümkün olmamışdır.

2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, iddiaçı Nümayəndə X2 və İddiaçı qarşı iddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı 11872 manat və ödənilmiş 125,62 manat dövlət rüsumunun tutularaq iddiaçı Nümayəndə öd ənilməsi qət edilmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-584/2022 saylı, xx.xx.2022-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Nümayəndə cavabdeh X3 qarşı, 803 saylı bağ sahəsində çıxarılma tələbinə dair iddiası təmin edilmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2692/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 cavabdeh Nümayəndə qarşı, 802 saylı bağ sahəsində çıxarılma tələbinə dair iddiası təmin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 13050 manat məbləğində maddi ziyanın və 129.15 məhkəmə xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş dir.

6. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçı Cavabdeh2la əvvəllər şərik olmuşdur. Ona olan 9000 manat məbləğində borcunu geri qaytarmadığı üçün iddiaçı Cavabdeh2 Sumqayıt ŞPİ-nin 4-cü Polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, sonuncunun müvafiq qaydada ifadəsi alınmışdır. Orada da Cavabdeh2 borcunun olduğunu təsdiq etmişdir. Bundan sonra Cavabdeh2 qardaşı Cavabdeh1 borcdan 1750 manat hissəsini iddiaçıya qaytarmışdır. Hazırda Cavabdeh2 iddiaçıya 7250 manat məbləğində borcu vardır. Lakin Cavabdeh2 məhkəmə hökmü ilə müəyyən müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Cavabdeh2 iddiaçıya olan borcunu qardaşı Cavabdeh1 da təsdiqləyir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-113/2023 nömrəli iş üzrə şahid qismində dindirilərkən Cavabdeh1 öz ifadəsində qeyd etmişdir ki, Xəyalın iddiaçıya 9000 manat borcu olmuşdur. Cavabdeh2 şərik olduqları zaman iddiaçının aldığı “Merkuri” qayığını əsgər yoldaşı olmuş Rövşən adlı şəxsdən 2700 manat məbləğində almışdır. Halbuki, həmin qayığı iddiaçı şəxsi vəsaitləri hesabına almışdır. Həmin qayığı almaqda iddiaçının məqsədi Rövşənlə Xəyalın həmin qayıqdan birgə istifadə edib gəlir əldə etməsi və ordan Xəyalın əldə etdiyi gəliri onunla bərabər paylar şəklində bölməsi idi. İddiaçı Cavabdeh2la şəriklikdən çıxdıqdan sonra cavabdehlər həmin qayığı Rövşəndən almışdılar. Bundan başqa şərik olduqları dövrdə iddiaçı 2 baş inək almışdır. Onlardan birinin qiyməti 1800 manat, digərinin qiyməti isə 1300 manat təşkil edir. İddiaçı şəriklikdən ayrıldıqdan sonra həmin inəkləri də cavabdehlər ələ keçirmişlər.

7. Cavabdeh2 ərizə ilə məh kəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi ilə razı deyil, onun iddiaçıya heç bir borcu yoxdur. İddiaçı ona məxsus torpaq sahəsinə özbaşına soxulmuş, orada olan tikililəri sökmüş, ona külli miqdarda ziyan vurmuşdur.

8. Cavabdehin nümayəndəsi (anası) Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddia tələbi ilə razı olmadığını bildirmiş və əlavə etmişdir ki, oğlu Xəyal ilə Fəxri şərik olan dövrdə torpaq sahəsi almışlar. Xəyal həmin torpağı 9000 manat qarşılığında öz adına keçirəcəkdi. Lakin sonradan iddiaçı həmin torpaq sahəsini zəbt edərək oradan çıxmamışdır. Sözügedən 9000 manat da həmin torpaq sahəsinin qarşılığında iddiaçıya veriləcək məbləğ idi.

9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-961/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavab deh2 7150 manat məbləğində maddi ziyanın və 129,15 dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin Cavabdeh1 qarşı hissədə təmin edilməməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə).

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh2 iddiaçıya 9000 manat borcu olmuş və həmin borcdan 1850 manatı qaytarılmışdır. Bu səbəbdən, iddia tələbi yalnız Cavabdeh2 qarşı hissədə qismən təmin edilməklə 7150 manat pul iddiaçının xeyrinə tutulmalı, digər hissələrlə bağlı isə hər hansı sübut məhkəməyə təqdim edilmədiyi üçün təmin edilməməlidir.

11. Məhkəmə mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1115, 1108.1ci, Mülki-Prosessual Məcəllənin 77.1, 82.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh2 apell yasiya şikayəti verərək, qətnamənin ona aid olan hissədə ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Sözügedən 9000 manat borc tam şəkildə iddiaçıya qaytarılmışdır. Eyni zamanda, iddiaçı cavabdehə məxsus torpaq sahəsinə özbaşına soxulmaqla, orada olan tikililəri sökmüş, ona külli miqdarda ziyan vurmuşdur.

14. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsində Vüqarın ifadəsini əsas götürərək cavabdehin ona 9000 manat borcu olduğu qənaətinə gəlmişdir. Lakin daha əvvəl Xəyalın anası və hazırkı iddiaçı arasında torpaq mübahisəsi olmuşdur. Həmin torpaq sahəsi şifahi razılaşmay a əsasən Xəyalgilə verilmişdir. Həmin torpaq müqabilində Xəyal qarşı tərəfə 9000 manat pul verməli idi. Qarşı tərəf torpaq sahəsini aldıqdan sonra vurduğu ziyana görə 12.000 manat məbləğində zərər müəyyən edilmiş və digər tərəfə ödənilməlidir. Həmin işdə iddiaçı Nümayəndə cavabdehlər X4 və İddiaçı qarşı dəymiş zərərin geri qaytarılmasını tələb etmişdir. İddiaçı 35400 manat məbləğində pul vəsaitinin ona ödənilməsinə dair iddia qaldırmış və iddiasını onunla əsaslandırmışdır ki, 2017-ci ildə “Dalğa” Bağçılıq Yoldaşlığına üzv qəbul olunmuş və 803 saylı, sahəsi 600 kv.m olan bağ sahəsi onun istifadəsinə verilmişdir. Cavabdehlər isə həmin bağ sahəsini zəbt etmiş bütün avadanlıqları məhv etmiş və ziyan vurmuşlar. Ekspertiza təyin olunmuş və bundan sonra 11.872 manat məbləğində dəymiş ziyanın ödən ilməsi barədə qətnamə qəbul edilmiş və qüvvəyə minmişdir. Bundan sonra icraya yönəldilmişdir. Cavabdeh qətnamədən şikayət verməmişdir. Qətnamə icraya yönəldikdən sonra qarşı tərəf 9000 manat və əlavə digər hissələr barəsində iddia qaldırmışdır. Tərəflər arasında əvvəl şərikli münasibət olub və sonradan tərəflərin münasibətləri pozulmuşdur. Cavabdeh Xəyal torpaq sahəsinin onlara qalması müqabilində 9000 manat verməyi öhdəsinə götürüb. İddiaçı torpaq sahəsini zəbt edərək, ona ziyan vurduqdan sonra 9000 manat borcdan söhbət gedə bilməz. xx.xx.2023cü il tarixli qətnamədə Xəyalın qardaşı Fəxriyə 9000 manat borcu olduğunu bildirdiyi qeyd olunmuşdur. Xəyal 9000 manat verməyi, Fəxri isə torpağı onlara verməyi öhdəsinə götürmüşdü. Buna baxmayaraq torpaq sahəsi Xəyala verilməmiş və Fəxri tərəfindən zəbt edilmişdir. Hazırda torpaq onlardadır. Məhkəmə iclasları keçirilib, qətnamə çıxıb, qanuni qüvvəyə minib icra prosesində qətnamədəki cümlədən istifadə edərək iddia qaldırılmışdır. Vüqar heç bir məhkəmə çəkişməsində iddiaçının 9000 manat alacağı olduğunu deməmişdir. Xəyal hazırda həbsdədir. Məhkəmə Xəyalı dinləməyib. 9000 manat borcun bir hissəsini verib. Daha sonra Fəxrinin anası məhkəmədə torpaq sahəsinin tələbi ilə bağlı iddia qaldırıb. Bununla bağlı qətnamə çıxarıldıqdan sonra hesab edir ki, Fəxriyə ödəniş edilməməli idi. İddiaçı həm torpağı almış, həm də pulu talan etmişdir. Bununla yanaşı Vüqar bildirir ki, o qətnamədə qeyd olunan şəkildə ifadə verməmişdir, onun izahatı protokolda təhrif olunmuş şəkildə yazılmış ola bilər. Ona görə həmin mülki işdə olan protokol və audio-video y azı ilə tanış olmağı təkif edir. Vüqar həmin iş üzrə şahid qismində dindirilmişdir. 9000 manat torpaq mübahisəsi zamanı meydana gələn borcdur. Razılaşma ondan ibarət olur ki, torpaq Xəyalgilə qalır, pul iddiaçıya ödənilir. Ancaq qarşı tərəf həm torpağı almış, həm də pulu tələb etmişdir. İddiaçı dolayı yolla cavabdehlə aralarında bu barədə danışıq olduğunu etiraf edir. Şəriklikdə iki torpaq sahəsi olmuş, biri iddiaçının digəri isə cavabdehlərin analarının adına rəsmiləşdirilmişdir. Söhbət iddiaçının anasının adına olan torpaq sahəsindən gedir, cavabdelər həmin torpaq sahəsinin onların adına rəsmiləşdiriləcəyi təqdirdə 9000 manatı verməyə razılıq veriblər. Şahidin ifadəsindən də görünür ki, danışıq bu şəkildə olmuşdur. Şərikliyi pozarkən tərəflər arasında iki məsələ ilə əlaqədar fikir ayrılı ğı olmuşdur. Belə ki, ya iddiaçı bağı götürür, 9000 onlarda qalır, ya da 9000 manatı verir, bağ onların adına rəsmiləşdirilir. 1850 manatı cavabdehlərinin anasının geri tələb etməsinin səbəbi ondan ibarətdir ki, bağın onların adına rəsmiləşdirilməsi üçün müəyyən məbləğdə pul ödənilməsinə baxmayaraq, iddiaçının torpaq sahəsinə yiyələnməsi olmuşdur. Məhkəmə tələbi rədd etmiş, qərardan şikayət verilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir.

15. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirib ki, borc verilmiş pula görə iddia qaldırmışdır. Pul tələbinə gəldikdə isə 4-cü polis bölməsinə şikayət etmişdir. Həmin vaxtlar Xəyal azadlıqda idi. Özü də polis bölməsində ona 9000 manat borcu olmasına dair iza hat vermişdi. Qətnamədə Vüqarın 9000 manat borcu olduğunu etiraf etdiyi izahatı da əks olunmuşdur. Məhkəmə bunun əsasında qərar çıxarmışdır. Ona borclarının olmadığı halda ödəniş etmələri maraq doğrurur. Xəyala 9000 manat məbləğində borc vermişdir və borc verəndə Xəyalla birgə şərik işləyirdi. Şərikliklə əlaqədar 9000 manat o, 9000 manat isə Xəyal sərmayə qoymalı idi. Lakin Xəyal sərmayə üçün pulu olmadından ondan 9000 manat borc almışdır. Borcu nə zaman verdiyini dəqiq xatırlamır, maşınını satıb bir dəfəyə 9000 manat borc vermişdir. Birinci instansiya məhkəməsində Vüqar şahid kimi dindiriləndə 9000 manatın borc olduğu, yaxud nəyinsə əvəzi olaraq verilməli olduğu barədə ifadəsini xatırlamır. Bağ tamamilə qarşı tərəfə məxsus deyil. Bağın yarısı onların, yarısı isə onundur. Qarşı tərəfin bağ ının ona qalması ilə bağlı razılaşma olmamış, ümumiyyətlə öz bağını satmamışdır. Qarşı tərəf 9000 manat verdikləri halda bağı onların adına keçirməyini istəyirdi. O, isə bağın 9000 manat borca aidiyyəti olmadığını bildirmişdir. Bağı qarşı tərəfdən almamışdan qabaq polis bölməsində Xəyal, həmçinin Vüqar 9000 manat borcunun olmasına dair izahat vermişdir. Buna görə də apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir.

16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahat verib bildirmişdir ki, qardaşı Xəyal və iddiaçı ilə şərik olublar. İddiaçı torpağı sataraq şəriklikdən çıxıb, sonradan pul tələb edib. 6 sot anasının, 6 sot isə qarşı tərəfin olmuşdur. Əlavə şərik gələndə Fəxri şərikl ikdən çıxmaq istəmiş və çıxmışdır. 6 sot anasının adına qalmışdır. Nə qoyubsa onu götürərək çıxmışdır. Həmçinin 9000 manatı ödədikdən sonra qarşı tərəf anasının adına olan 6 sotluq torpağı qaytarmalı idi. Müstəntiq vasitəsilə Fəxriyə 1850 manat ödəniş də, buna görə həyata keçirmişdir. Qeyd olunanlara digər cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir.

17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)-1418/2024 nömrəli qətnaməsi ilə (hakimlər - Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmək lə iddia həmin hissədə də təmin edilməmişdir

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq bildirmişdir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, Cavabdeh2 nümayəndəsi iddianı qəbul etmədiyini, iddiaçının cavabdeh olan oğlu Cavabdeh2 ilə şərik olduğunu, şərik olan zaman torpaq sahəsi alındığını, Xəyalın Fəxriyə 9000 manatı torpaq sahəsini onun adına keçirməsi müqabilində verməli olduğunu, lakin sonradan Fəxrinin torpaq sahəsini verməməsini, buna görə də 9000 manatın ödənilməməklə, iddiaçıya hər hansı pul öhdəliyinin olmamasına dair izahat vermişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində isə Cavabdeh2 nümayəndəsinin izahatı başqa cür qeyd olunmuşdur. Belə ki, qətnamədə olan izahatda nümay əndə iddiaçının qeyd etdiklərini onun oğlu olan Xəyalın almasını bildirmişdir. Buna görə də məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iddianı etirafedici yöndə izahat verməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşamır.

19. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırmaqda davam edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1 şahid kimi ifadəsini sübut qismində qəbul etmişdir ki, həmin qətnamədə Cavabdeh1 qardaşı Cavabdeh2 iddiaçıya 9000 manat borcunun olmasına dair ifadə vermişdir. Lakin Cavabdeh1 həmin mülki iş üzrə izahatının qətnamədə tam əks olunmadığını iddia etdiyindən məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Mə hkəməsinin icraatında olmuş 2(060)-113/2023 saylı mülki iş üzrə də məhkəmə iclasının videogörüntüsü və məhkəmə iclasının protokolu əldə edilərək iş materillarına əlavə olunmuşdur. Həmin videogörüntüdən və məhkəmə iclasının protokolundan görünür ki, iddiaçının nümayəndəsi və məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh1 cavabdeh İddiaçı 802 saylı bağı onlara satması müqabilində 9000 manat pul öhdəliyinin olmasını bildirmişlər. Lakin bağ onlara satılmadığından pulun ödənilməsi məsələsi də ləğv olunmuşdur.

20. Buna görə də məhkəmə kollegiyası Sumqayıt Şəhər Məhkəməsinin 2(060)113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsaslanmaqla, dolayısı sübut qismində tərəflər arasında hər hansı bir öhdəliyin mövcud olması ilə bağlı gəldiyi nəticəni də əsassız hesab etmişdir.

21. Bundan başqa iddiaçı, şikayəti üzrə Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsində araşdırma aparıldığını və həmin araşdırma zamanı cavabdehin ondan 9000 manat borc almasını təsdiq etdiyini bildirmişdir ki, məhkəmə kollegiyası tərəfindən Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin təhqiqatçısının xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı əldə edilmiş, lakin həmin qərarda araşdırma zamanı Xəyal adlı şəxsin yerinin müəyyən edilə bilməməsi səbəbindən izahatının alına bilməməsi qeyd olunmuşdur.

22. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə kollegiyasının iclasında məhkəmənin sualı üzrə iddiaçı cavabdehə 9000 manatı bir dəfəyə borc qismində verməsinə dair izahat vermişdir ki, onun bu izahatı Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölm əsində verdiyi izahatla ziddiyyət təşkil etmişdir. Belə ki, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin təhqiqatçısının 05 aprel 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, İddiaçı tanışı Xəyal adlı şəxsin ondan 9000 manat pul alması, lakin geri qaytarmaması barədə şikayəti üzrə verdiyi izahatında 2017-2018-ci illər ərzində Xəyalın ondan 7500 manat, 1400 manat və 100 manat hissə-hissə olmaqla borc aldığını bildirmişdir ki, qeyd edilən hal da iddiaçının iddiasının əsassızlığını təsdiq edən faktlardan olmuşdur.

23. Məhkəmə kollegiyası sadalanan hallara əsasən qeyd edib ki, iddiaçının Cavabdeh2 9000 manat borc pul verməsi iş materialları ilə təsdiq olunmamışdır. Cavabdeh tərəf isə həmin məbləğin torpaq sahəsinin alğı-satqısına dair razılaşmadan irəli gəldiyini, lakin iddiaçının torpağı onların mülkiyyətinə keçirməkdən imtina etdiyindən 9000 manat ödənilmə ilə bağlı razılaşmanın da ləğv edildiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-584/2022 saylı, xx.xx.2022-cü il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2692/2021 saylı, 07 may 2021-ci il tarixli qətnamələrinin surətindən isə görünür ki, hazırkı iş üzrə iddiaçının və cavabdehlərin valideynləri arasında bağ sahələrindən çıxarılma tələbinə dair mübahisələr olmuş və həmin qətnamələrlə 802 saylı bağ X1, 803 saylı bağ isə Nümayəndə sahibliyinə qaytarılmişdir ki, bununla da məhkəmə kollegiyası 9000 manat pul tələbinin cavabdeh tərəfin iddiaya qarşı olan etirazına uyğun olaraq məhz tərəflər arasında bağ sahəsinə dair ilki n şifahi razılaşmadan irəli gəlməsi qənaətinə gəlmişdir. Lakin həmin razılaşma sonradan pozulmuşdur ki, bunula da Cavabdeh2 iddiaçı qarşısında borc müqaviləsindən irəli gələn öhdəliyinin olması istisna olunmuşdur.

24. Məhkəmə kollegiyası qeyd edib ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçının tələbinin maddi hüquqi əsası borc müqaviləsindən irəli gəlsə də, birinci instansiya məhkəməsi anlaşılmaz səbəbdən mübahisəyə mülki hüquq pozuntusu və ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət dair maddi hüquq normalarını tətbiq etmişdir.

25. Bundan başqa, birinci instansiya məhkəməsi mübahisəyə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsini tətbiq etməklə də səhvə yol ver mişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-113/2023 saylı mülki iş üzrə Cavabdeh2 işdə iştirak edən şəxs olmamışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələbinə görə isə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

26. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin (xx.xx.2023-cü ilədək qüvvədə olan redaksiya) 739.1, 739.2, 740.1, 740.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün hə min məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassator şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-113/2023 nömrəli xx.xx.2024-cü il tarixli və 2(060)-584/2022 nömrəli xx.xx.2022-ci il tarixli, həmçinin 2(060)-2692/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnamələrinə istinad olunsa da, məhkəmə kollegiyası nəzərə almamışdır ki, həmin işlər üzrə mübahisə edənlər hazırkı iş üzrə tərəflər deyil, mübahisə predmeti isə daşınmaz əmlakla bağlıdır. Digər tərəfdən, qeyd olunan əmlak daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmiş,müqavilələr notarial qaydada təsdiq olunmamışdır. Halbuki, Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə sərəncam ve rilməsi haqqında müqavilələr notarial qaydada təsdiqlənməlidir.

29. Kassasiya şikayətinin digər dəlilinə görə, Cavabdeh2 9000 manat borcu hissəhissə aldığı 4-cü polis bölməsində verdiyi izahatında əks olunmuşdur. Borcun bir hissəsinin də Cavabdeh1 tərəfindən ödənilməsi borcun mövcudluğunu təsdiq edir. Lakin işə baxan məhkəmə kollegiyası ibu sübutlara düzgün qiymət verməmişlər b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi (24 avqust 2023-cü il tarixədək qüvvədə olan redaksiya)

31. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

32. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

33. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

34. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazl arının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.

1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təş kil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

45. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən dəlillər, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı rədd edən apellyasiya məhkəməsinin əsaslandırmasında ifadə olunan hüquqi mövqelərə zidd deyildir. İş üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq v ə təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

46. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin “Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-113/2023 nömrəli xx.xx.2024-cü il tarixli və 2(060)-584/2022 nömrəli xx.xx.2022-ci il tarixli, həmçinin 2(060)-2692/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnamələrinə istinad olunsa da, məhkəmə kollegiyası nəzərə almamışdır ki, həmin işlər üzrə mübahisə edənlər hazırkı iş üzrə tərəflər deyil, mübahisə predmeti isə daşınmaz əmlakla bağlıdır, daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmiş,müqavilələr notarial qaydada təsdiq olunmamışdır” dəlili ilə bağlı qeyd edir ki, əslində kassatorun bu dəlilləri, qeyd olunan qətrnaməl ər üzrə müəyyən olunan halların hazırda baxılan iş üzrə preyudusial əhəmiyyəti olmadığı barədə apelyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə üst-üstə düşür. İddiaçı Cavabdeh2 9000 manat borc verməsini təsdiq etmək üçün sübut kimi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-113/2023 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsini təqdim etmişdi və həmin qətnamədə əksini tapmış Cavabdeh1 ifadəsinə istinad etmişdi.

47. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-584/2022 nömrəli xx.xx.2022-ci il tarixli, həmçinin 2(060)-2692/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnamələri isə cavabdehin müqayisəli etiraz dəlilləri əsasında məhkəmə tərəfindən təhlil olunub və bu cür araşdırma, apelyasiya instansiyası məhkəməsinin MPM-in tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında ma hiyyəti üzrə baxmaq səlahiyyətindən, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırma vəzifəsindən irəli gəlirdi. 48.. Həmçinin kassatorun “Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə sərəncam verilməsi haqqında müqavilələr notarial qaydada təsdiqlənməlidir” dəlili də qətnamənin ləğvinə əsas vermir.

49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

50. Kassasiya şikayətinin digər dəli lləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq e dilib-edilmədiyini yoxlayır.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2024-cü il 30 oktyabr tarixli 2(105)-1418/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar