Məhkəmə qərarları › İş №2(102)-6781/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6781/2019

12.11.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6781/2019 12.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, vəkili X4, cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsi 5 saylı şəhər Klinik Xəstəxanasının nümayəndəsi X1 və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 may 2019-cu il tarixli, 2(103)-6902/2019 saylı qətnaməsindən cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsi 5 saylı şəhər Klinik Xəstəxanasının kassasiya şikayəti üzrə işə b axaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 19 mart 2019-cu il tarixli, 2(005)1475/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.N.Novruzova) İddiaçı cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsi 5 saylı şəhər Klinik Xəstəxanasına qarşı “işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 may 2019-cu il tarixli, 2(103)-6902/2019 saylı qətnaməsi ilə (hakimlər V.N.Sadıqov sədrlik edən, məruzəçi, A.Q.Hüseynov və A.N.İmanov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 19 mart 2019-cu il qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia ərizəsi təmin edilib, iddiaçının cavabdeh B akı şəhər Baş Səhiyyə İdarəsi, 5 saylı şəhər Klinik Xəstəxanasında sanitar (xadimə) vəzifəsinə işə bərpa edilməsi və ona işdən çıxarıldığı gündən, yəni 16 noyabr 2018-ci il tarixdən başlayaraq, işə bərpa olunduğu günədək olan dövr üçün orta aylıq əmək haqqının ödənilməsi qət edilib. Cavabdeh təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı “işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, işəgötürənin 22 dekabr 2000-ci il tarixli, 211 “k” saylı əmri ilə cavabdeh təşkilatda sanitar (xadimə) vəzifəsinə işə qəbul edilib. İşlədiyi 18 il müddət ərzində üzərinə düşən işin öhdəsindən layiqincə gəlib, əmək müqaviləsi üzrə üzərinə düşən bütün öhdəl ikləri vaxtlı-vaxtında yerinə yetirib. Bu müddət ərzində gündüz növbəsində işləyib və işəgötürən tərəfindən heç bir intizam tənbeh tədbiri almayıb. Çünki işini vicdanla yanaşıb. 2018-ci ilin noyabr ayı işdə olarkən cavabdeh təşkilatın şöbə müdiri onunla bir yerdə işləyən sanitara, təsərrüfat müdirini onun yanına çağırmağı tapşırıb. Bir müddətdə sonra təsərrüfat müdiri gəldiyi zaman, şöbə müdiri ondan “səni neçə saatdır çağırtdırmışam, sən niyə indi gəlirsən” soruşmuş, təsərrüfat müdiri də “mənə xəbər verilməyib, bu dəqiqə deyiblər, mən də indi gəlmişəm” cavabını verib. Bundan sonra şöbə müdiri təsərrüfat müdirinə göstəriş verib ki, get bu iki sanitarın (xadimənin) izahatını al. Şöbə müdiri onu çağırıb, gecə növbəsində işləməyi təklif edib, o, isə bildirib ki, tənha qadındır, qızı ilə yaş ayır və onu evdə tək qoyub gecə növbəsinə çıxa bilməz. Bu səbəbdən işəgötürənin 16 noyabr 2018-ci il tarixli, 618 “k” saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. O, işəgötürənin təqsiri üzündən işdən azad edilib və himayəsində olan qızı ilə birlikdə çörək pulundan məhrum olunub. O, ailədə yeganə qazanc gətirən şəxsdir və ərindən uzun müddətdir ki, ayrılıb. Qızı ilə birgə yaşayır və onu təkbaşına böyüdür. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surətini 29 yanvar 2019-cu il tarixdə alıb. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verilməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsi 5 saylı şəhər Klinik Xəstəxanasının nümayəndəsi X və vəkili X1 kassasiya şikayətində göstərilinlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı və vəkili X2 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri razılaşmayıb, izahatlarında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması nı xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Kasssasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxsin izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin təmin edilməsi barəd ə yeni qətnamə qəbul edərkən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasın müəyyən edilməməsinə, iddiaçının öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin mülki iş materialları ilə öz təsdiqini tapmamasına, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin, 71-ci maddəsinin 2-ci hissəsinin tələbləri ilə və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, pr osessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı, işəgötürənin 22 dekabr 2000-ci il tarixli, 211 “k” saylı əmri ilə cavabdeh təşkilatda sanitar (xadimə) vəzifəsinə işə qəbul edilib və işəgötürənin 16 noyabr 2018-ci il tarixli, 618 “k” saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xitam verilib. Hazırda iddiaçı, cava bdeh təşkilatda əvvəlki işinə, yəni sanitar (xadimə) vəzifəsinə bərpa edilməsini və 16 noyabr 2018-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günədək məcburi işburaxdığı gündər üçün əmək haqqının ödənilməsini iddia edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası kimi iddiaçının öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi göstərilib. Eyni zamanda cavabdeh təşkilatın mədə-bağırsaq şöbəsinin müdiri Gülnarə Həmidova işəgötürənin adına yazdığı 16 noyabr 2018-ci il tarixli təqdimatda iddiaçının işində səhlənkarlığa yol verərək işə çıxmadığını göstərib və onun barəsində müvafiq tədbir görülməsini xahi ş edib. Apellyasiya instansiyası məhkəməsi cavabdeh təşkilatın Həmkarlar İttifaqı Komitəsinin 16 noyabr 2018-ci il tarixli, 08 saylı protokol-qərarına istinad edərək müəyyən edib ki, iddiaçı həmin gün işdə olmaqla bilavasitə Həmkarlar İttifaqı Komitəsinin iclasında iştirak edib və iclasın yekununda qərara alınıb ki, iddiaçı, verilən tapşırıqları və göstərişləri yerinə yetirinə yetirmədiyinə və son günlər işə çıxmadığına görə, onunla bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etmir. Eələcə də cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş 20 oktyabr 2018-ci il tarixli aktdan görünür ki, iddiaçı, Xəstəxana daxilində öz şəxsi mənafeyini güdmək məqsədi ilə aktiv surətdə xəstəxanaya müraciət edən xəstə ləri istədiyi kimi ixtisasına uyğun olmayan həkimlərə yönəldir, onların işinə qarışır. İddiaçı ilə dəfələrlə söhbətlər aparılıb və ona bir neçə dəfə xəbərdarlıq edilib. İddiaçının bu hərəkətləri həkimlərin işinə və karyerasına mənfi təsir göstərir. Eyni zamanda iddiaçı, xadimə olaraq təsərrüfat bacısının və baş tibb bacısının tapşırıqlarına səhlənkar yanaşır, ona tapşırılan işləri vaxtlı vaxtında yerinə yetirmir. Bütün bunları nəzərə alaraq iddiaçı barəsində müvafiq tədbir görülməsi xahiş olunub. İddiaçı isə, cavabdeh təşkilatın gətirdiyi arqumentlərlə razılaşmayıb qeyd etmişdir ki, işlədiyi müddətdə əmək funksiyasına aid olmayan işlərlə məşğul olmayıb və hər hansı həkimə xəstə yönəltməyib və bununla bağla ona intizam tənbehi verilməyib. Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsi nə xitam verilməsinin əsası kimi 16 noyabr 2018-ci il tarixdə heç bir üzrlü səbəb olmadan işə çıxmaması göstərilsə, bu həqiqətə uyğun deyil. Çünki, həmin gün iddiaçı işdə olub və hətta Həmkarlar İttifaqı Komitəsinin iclasında iştirak edib. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları, eləcə də apellyasiya şikayətinin dəllilərini araşdırıb qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən işəgötürən 16 noyabr 2018-ci il tarixli, 618-k saylı əmrində onun işdən azad edilməsinin faktiki əsaslarıni göstərməyib. Belə ki, Həmkarlar İttifaqı Komitəsinin 16 noyabr 2018-ci il tarixli, 08 saylı iclas protokolundan, mədə-bağırsaq şöbəsinin müdirinin işəgötürənin adına yazdığı 16 noyabr 2018-ci il tarixli təqdimatdan və cavabdeh nümayəndəsinin izahatından aydın olur ki, iddiaçı, 16 noyabr 2018-ci il tarixdə heç bir üzrlü səbəb olmadan işə çıxmaması ilə əlaqədar olaraq mədə-bağırsaq şöbəsinin müdirinin işəgötürənin adına yazdığı 16 noyabr 2018-ci il tarixli təqdimat əsasında işdən azad olunub. Deməli, iddiaçının işdən azad olunması onun iş yerində salahiyyətlərinə aid edilməyən məsələlərə qarışması, işə səhlənkar yanaşması və qeyri-peşəkarlığı kimi hallar yox, 16 noyabr 2018-ci il tarixdə işə çıxmaması olmuşdur ki, məhkəmə də məhz bu xüsusatları yoxlamalı idi. Apellyasiya instansiyası məhkəməsi cavabdeh təşkilatın nümayəndəsinin gətirdiyi arqumentlərlə razılaşmayıb ilk növbədə qeyd etmişdir ki, iddiaçının, 16 noyabr 2018-ci il tarixdə Həmkarlar İttifaqı Komitəsinin iclasında iştirak etməsi işin mübahisəsiz halıdır. Bundan başqa, iddiaçının, 16 n oyabr 2018-ci il tarixdə bütün iş günü işdə olmaması hər hansı mötəbər yazılı sübutlarla, o cümlədən gündəlik davamiyyət jurnalı ilə, müvafiq aktla, həmçinin iddiaçının yazılı izahatı ilə təsdiq olunmur. Belə olan halda iddiaçının 16 noyabr 2018-ci il tarixdə bütün iş günü işdə olmaması inandırıcı, ağlabatan görünmür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsi nə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafıq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olma dan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 187-ci maddəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki əmək mübahisəsinə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən sadalanan maddələrdə nəzərdə tutulan əsaslar olmamışdır. Belə ki, həmin maddələrin mənasına görə, işəgötürən, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsini o, vaxt ləğv edə bilər ki, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi mötəbər yazı lı sübutlarla təsdiq edilmiş olsun və müvafıq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Hazırki halda isə, qeyd olunan hallar, o cümlədən iddiaçının 16 noyabr 2018-ci il tarixdə bütün iş günü işə gəlməməsi mülki iş materialları ilə istisna olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə, bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci hissəsinin tələbinə görə, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qeyd olunan maddələrin mənasına görə, işəgötürən, işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə o, vaxt xitam verə bilər ki, müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatından qabaqcadan raz ılıq almış olsun. Hazrki, işdən görünür ki, cavabdeh təşkilatın nümayəndəsi bir tərəfdən iddiaçının heç bir üzürlü səbəb olmadan 16 noyabr 2018-ci il tarixdə bütün iş günü işə gəlməməsini və bununla da əmək vəzifələrini kobud şəkildə pozmasını qeyd etdiyi halda, digər tərəfdən elə həmin gün iddiaçının özünün də iştirak etdiyi iclasda qəbul edilmiş Həmkarlar İttifaqı təşkilatının 16 noyabr 2018-ci il tarixli protokol-qərarına istinad edərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 16 noyabr 2018-ci il tarixdən xitam vermişdir. Halbuki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin mənasına görə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verərkən bunun zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşır və belə qənaətə gəlir ki, iddiaçının iddia tələblərinə cavabdeh təşkilatın etirazının əsası kimi istinad etdiyi hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşıdırılmaqla hüquqi qiymət verildiyindən, həmin dəlillərin yenidən müzakirə olunmasına lüzüm yoxdur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düz gün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki,kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsi 5 saylı şəhər Klinik Xəstəxanasının kassasiya təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 may 2019-cu il tarixli, 2(103)-6902/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar