Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6782/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh2 Mənzil Tikinti Kooperativini üçüncü şəxs kimi cəlb edilməklə Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma nəticəsində əldə edilənlərin dəyərinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X5, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1684/2021 nömrəli iş üz rə 16 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" MTK ilə X9 arasında bağlanmış 19 aprel 2017-ci il tarixli müqaviləyə görə Bakı şəhəri, İzzət Həmidov küçəsi, ev 16, mənzil 3-də yerləşən binada yerləşən və sökülməsi nəzərdə tutulan faktiki sahəsi 20,39 kvadrat metr 1 otaqlı mənzilə görə həmin sahə və əlavə olaraq 15 faizədək sahə MTK tərəfindən yə verilməlidir. Cavabdeh1 ilə X4 (nin təmsilçisi) “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyində təsdiqlənməklə 14.02.2019-cu il tarixdə bağlanmış beh müqaviləsinə görə X10 rayonu, İ.Həmidov küçəsi 11-ci mərtəbə ünvanında yerləşən ümumi sahəsi 37,05 kvadrat metr olan mən zili 60000 manata satmalı, Cavabdeh1 isə 3400 manat məbləğində beh verməlidir. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanan 07/02 saylı, 23 fevral 2019-cu il tarixli mənzil inşaatı müqaviləsinə görə inşaatçı Azadlıq prospekti, İzzət Həmidov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin əhatə etdiyi torpaq sahəsində inşa etdiyi yaşayış binasının “A” blokunun, 11-ci mərtəbəsində yerləşən, Süleyman Rüstəm küçəsi istiqamətində, ümumi inşaat sahəsi 37,03 kvadrat metr 1 otaqlı olan təmirli mənzil ilə təmin etməyi öhdəsinə götürür. 23.02.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 23.02.2019-cu il tarixli, 07/02 saylı Mənzil inşaatı müqaviləsi Azadlıq prospekti, İzzət Həmidov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin əhatə etdiyi torpaq sahəsində inşa etdiyi yaşayış binasının “A” bl okunun, 11-ci mərtəbəsində yerləşən ümumi inşaat sahəsi 37,03 kvadrat metr 1 otaqlı olan təmirli mənzil üzrə "xxxx" MMC-yə heç bir borcu yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh2 MTK üçüncü şəxs kimi cəlb edilməklə Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavadehdən mənzilin alınması üçün ödənilmiş 64000 manatın, təmir üçün ödənilmiş 25000 manatın, cəmi 89000 manatın tutularaq ona ödənilməsi, tələbin Cavabdeh2 MTK-nın ünvan 2 ünvanda inşa etdiyi binanın 69 nömrəli mənzilinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini və Cavabdeh1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər olduğuna görə barəsində xüsusi qərardad çıxarmaqla prokurorluğa göndərilməs ini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Cavabdeh1 mənzilin alınması üçün ödənilmiş 64000 manatın, təmir üçün ödənilmiş 25000 manatın, cəmi 89000 manatın tutularaq ona ödənilməsi, tələbin Cavabdeh2 MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, 12 nömrəli binanın 69 nömrəli mənzilinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini və Cavabdeh1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər olduğuna görə barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Ukrayna Respublikasının vətəndaşıdır, müvəqqəti olaraq Azərbaycan Respublikasında yaşayır. Onunla "xxxx" MTK (VÖEN: **********1) arasında “Kooperativ yaşayış binasında mənzil tikintisi haqqında” 05 may 2018-ci il tarixli, 30 nömrəli Müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MTK-nın ünvan 3 ünvandakı 17 mərtəbəli yaşayış kompleksinin B1-ci girişinin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadrat metr olan 2 otaqlı, 73 saylı mənzilin dəyərini təşkil edən 149952 manatdan 115000 manat hissəsi tərəfindən ödənilmişdir. Sonradan qalan məbləğ də ödənilib. Bundan sonra "xxxx" MTK-ya ərizə ilə müraciət edərək, mənzilə dair hüquqlarının başqa şəxsə keçməsi ilə bağlı rəsmiləşdirilmənin həyata keçirilməsini xahiş etmişdir. Həmin vaxt o, Cavabdeh1 ilə bir mənzildə yaşayırdı. Mənzilin satışından əldə etdiyi pul vəsaitlərindən 90000 manatı və əlavə özündə olan 16000 ABŞ dollarını həmin mənzildə saxlayırdı və Cavabdeh1 da bunu bilirdi. So nradan həmin puldan 23000 ABŞ dollarını başqa məqsədlər üçün götürüb, 78000 manat isə mənzildə qalıb. Bundan sonra Cavabdeh1 ona "xxxx" MTK-nın (VÖEN: **********) ünvan 4 ünvanda inşa etdiyi binanın 69 nömrəli mənzilini tapıb. Həmin mənzilin mülkiyyətçisi X4 imiş. Mənzilin alğı-satqısı ilə bağlı “Zamin Əmlak” adı altında fəaliyyət göstərən fərdi sahibkar X2 (VÖEN: **********) iştirak etdiyi beh müqaviləsi bağlanan zaman da Cavabdeh1 həm X3 və onun oğluna, həm də makler firmasının əməkdaşlarına da bildirib ki, mənzil onun üçün alınır, onun yaxın günlərdə xaricə gedəcəyi səbəbindən müqavilə hələlik onun adına rəsmiləşdiriləcək, buna görə də beh müqaviləsində Cavabdeh1 adı göstərilir. O xaricdə olduğundan mənzilin alınması üçün pul vəsaitini X3 Cavabdeh1 vermişdir. O, həmçinin ona bildirib ki, burada olmadığına və etibarnamə olmadığına görə, mənzili hələlik öz adına rəsmiləşdirir, o qayıtdıqdan sonra isə mənzili onun adına rəsmiləşdirəcək. O xaricdən qayıtdıqdan sonra Cavabdeh1 ona bildirib ki, mənzil üçün 64 000 (altmış dörd min) manat ödəmişdir. Tərəfindən mənzilin təmirinə 25000 (iyirmi beş min) manat sərf edilmişdir. Sonradan həmin mənzilin onun adına rəsmiləşdirilməsini tələb etdikdə, Cavabdeh1 bundan imtina edib. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, mənzil onun pul vəsaitlərinə alınmışdır, Cavabdeh1 həm mənzilə baxanda mənzil mülkiyyətçisinin yanında, həm də sonralar başqa şəxslərin, o cümlədən beh müqaviləsi bağlanan zaman iştirak edən maklerlərin yanında dəfələrlə təsdiq etmişdir ki, mənzil onun üçün alır. Qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə icl asında iştirak edən iddiaçı izahat verərək göstərmişdir ki, xanımın bacısı onun ingilis dili müəllimi olmuşdur. Bu səbəbdən də xanımla tanış olmuşlar. Evini satdığı üçün onun kifayət qədər pulu olmuşdur. Həmin vaxtlar və bacısı onu başqa evə kösməyə qoymamış, onlarla birlikdə yaşamağını istəmişlər. Əlində olan pula özünə mənzil almaq istədikdə və bacısı ona demişdir ki, xarici vətəndaş olduğuna görə öz adına mənzil ala bilməzsən. və bacısının sözlərinə görə mənzili xanımın adına almışdır. Mənzilin pulunu tam olaraq o ödəmişdir. və bacısını çoxdan tanıdığı üçün onlara güvənmiş, etibar etmişdir. Əşyalara və mənzilin təmiri ilə birlikdə 25000 manat xərcləmişdir. Təqdim etdiyi smeta sənədlərində hamısı qeyd olunmuşdur. 4000 manatdan bir az çox təmir xərcinə divar kağızı, dizayner, mühəndis, və sair xərclər daxildir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahat verərək göstərmişdir ki, həmin mebellərin hansı evə alındığı təqdim olunan sübutlardan görsənmir. Alınmış əşyaların həmin evdə olmağı da sübut olunmur. Kommunal xərclər isə iddiaçı həmin evdə yaşayırdısa, ödəməli idi. Bu demək deyil ki, evi də o alıb. Təmir xərclərinə gəldikdə isə, bir otaqlı evə bu qədər xərc çəkilə bilməz, eyni zamanda onu təmir etməyə kimsə məcbur etmirdi. Həmçinin Cavabdeh2 MTK ilə bağlanan müqavilədən də görünür ki, onlar evi təmirli şəkildə təhvil vermişlər. Təqdim olunan sübutlar mötəbər deyil. Əşyalar ona lazımdırsa gəlib götürüb apara bilər. Məhkəmənin 01 oktyabr 2020-ci il tarixli iclasında iştirak edən Cavabdeh1 izahat verərək göstərmişdir ki, iddia tələbini qəbu l etmir. İddiaçını bacısının tələbəsi olduğu üçün tanımış, münasibətləri yaranmışdır. Sonradan yaşamağa yeri olmadığı üçün iddiaçıya evində yer vermişdir. Yoldaşından ayrılmış, əri onu uşaqları ilə birlikdə evdən çıxarmışdır. Evdə xəstə uşağı vardır, bununla belə iddiaçı onlarla birlikdə yaşamışdır. İddiaçıya yaxşılıq edib evində yer vermişdir, indi isə ona böhtan atır. Eyni zamanda onun bacısının evində qeydiyyatdadır. Bacısı ilə birlikdə iddiaçıya bu qədər yaxşılıq etmişlər. Mübahisə gedən mənzil onundur, bacısının yoldaşının vəsaiti hesabına alınmışdır. Özü də həkim işləyir. Şahid Növrəstə Bağırova sadəcə evi biraz baha sata bilmədiyi üçün hal-hazırda ona qarşı izahat verir. Məhkəmənin 01 oktyabr 2020-ci il tarixli iclasında şahid qismində dindirilən X4 göstərmişdir ki, İzzət Həmidov kü çəsi 12, mənzil 69 ünvanında yerləşən, oğlu nin adına olan mənzili 65 min manatlıq mənzili endirimlə 59 min manata Cavabdeh1 satmışdır. Alqısatqı zamanı ona demişdir ki, mənzil Tatiana üçün alınır, amma hələləik onun adına sənədləşdirilir, sonradan Tatiananın adına keçirəcəkdir. Tatiananın tələbə olduğunu biləndə ona görə, həm də həmin vaxt təcili pul lazım olduğundan endirim etmişdir. Tatiana rus dillidir, o da rus dilini bilmir, bu səbəbdən onlar arasında tərcüməçilik etmişdir. Məhkəməyə təqdim edilmiş "xxxx" Dizayn Studiyası MMC-nin 27.11.2019-cu il tarixli, 13/19 saylı smetasına əsasən, mənzilin təmiri ilə bağlı X11 tərəfindən 4185,1 manat ödənilmişdir. Təqdim edilmiş "xxxx" Dizayn Studiyası MMC-nin 11.12.2019-cu il tarixli, 15/19 saylı smetasına əsasən mənzilin təmiri ilə bağlı X11 tərəfindən 4362 manat ödənilmişdir. Təqdim edilmiş "xxxx" MMC-nin 06.12.2019-cu il tarixli, 557578 saylı və 06.12.2019cu il tarixli, 557579 saylı satış fakturalarına əsasən 1750,31 və 30 manat ödənilmişdir. Təqdim edilmiş "xxxx" QSC-nin 26 dekabr 2019-cu il tarixli, 94514 saylı hesabfakturasına əsasən elektrik məişət əşyalarının alınması üçün 6440 manat ödənilmişdir. Təqdim edilmiş Kommunal xərclərin ödənilməsinə dair 4 ədəd qəbzə əsasən 105 manat X11 tərəfindən ödəniş edilmişdir (mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları üçün). Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli mənzilə yerli baxış keçirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Şəhla Süleymanova) 2(009)1640/2020 saylı, 05 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cav abdehdən 59000 manat (mənzilin alınması üçün verilən pul), 4185.1 manat (təmir xərci), 1780.31 manat (sanitar avadanlıqların dəyəri), 200 manat (balkondakı plastik şkafın dəyəri), 1300 manat (mətbəx mebelinin dəyəri), 112 manat (spotun dəyəri), 1000 manat (1 ədəd OCU kombinin dəyəri), 680 manat (mebelli arakəsmənin dəyəri), 700 manat (Gree GÜH12ACD-K3NNA1A kondisionerin dəyəri), 1200 manat (tv stendin dəyəri), 40 manat (balkondakı plafonun dəyəri), 105 manat (kommunal xərclər) ümumilikdə 70302.41 manat pulun tutulması və 1 ədəd soyuducu Samsung RB 33J3200SA/ÜT (dəyəri 1300 manat), 1 ədəd Samsung WF8590NLM9YLP paltaryuyan maşın (dəyəri 600 manat), 1 ədəd Hotpoint-Ariston FA2 841 JH BL soba (dəyəri 630 manat), 1 ədəd Hotpoint Ariston PC 631 (BK)/HA bişirmə paneli (dəyəri 360 manat), 1 ədəd B osch DHU662BQ aspirator (dəyəri 250 manat), 1 ədəd Samsung UE43NU7090UXRU TV (dəyəri 1500 manat), krovat+tumba (dəyəri 560 manat), 1 ədəd holl üçün tumba, 1 ədəd holl üçün güzgü (dəyəri 120 manat), jurnal masası və divan (dəyəri 1500 manat), matras (dəyəri 800 manat), 1 ədəd trumo (dəyəri 70 manat), 1 ədəd puff (dəyəri 80 manat) olan əşyalar və ya onların pul əvəzinin iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün heç bir hüquqi əsas olmaması. İş üzrə şahid kimi dindirilmiş mübahisəli mənzilin əvv əlki sahibinin qanuni nümayəndəsi X1 mənzili 59000 manata İddiaçı satdığını bildirməsini, yerli baxış zamanı "xxxx" MMC-nin nümayəndəsi tərəfindən eyni vəziyyətdə təhvil verilən mənzillərə baxış keçirilməklə hazırkı mənzildə fərqli təmir olduğunu, "xxxx" Dizayn Studiyası MMC-nin 15/19 saylı, 11.12.2019-cu il tarixli smetasında, "xxxx" QSC-nin 26 dekabr 2019-cu il tarixli, 94514 saylı hesab-fakturasında, "xxxx" MMC-nin 06.12.2019-cu il tarixli, 557578 saylı və 06.12.2019-cu il tarixli, 557579 saylı satış fakturalarında qeyd edilənlərin həmin mənzildə aşkar edildiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən mənzil iddiaçının əmlakı hesabına aldığı, iddiaçı tərəfindən cavabdehin mənzili təmir olunduğu və əşyalarla təmin olunduğu sübuta yetirildiyindən ödənilmiş pul və əşy alar cavabdehin qanunsuz sahibliyindən geri alınmalıdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətidə qeyd etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, 12 nömrəli binanın 69 nömrəli mənzil iddiaçının hesabına yox, birbaşa özü tərəfindən satın alınmış, bundan başqa, Cavabdeh2 MMC-nin mülkiyyətçi Cavabdeh1 təqdim etdiyi rəsmi müqavilədə həmin mənzilin təmirli formada olması qeyd ounmuşdur, belə olan halda şirkət tərəfindən mənzil artıq təmirli təhvil verildiyindən, orada iddiaçı tərəfindən hansı məbləğdə təmir-dizayn işlərinin aparılması mübahisə doğurur, beləliklə, rayon məhkəməsi işin faktiki hallarına və tədqiq olunmuş sübutlara düzgün qiymət verməmiş, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya instansiyası məhkəməsinin iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, 12 nömrəli binanın 69 nömrəli mənzili o, öz hesabına almış, iddiaçı ilə onların arasında yaxın münasibət olmuş, iddiaçı təhsil aldığı və yaşamağa yeri olmadığı üçün cavabdeh ona hazırda sözügedən 1 otaqlı mənzildə qalmağı təklif etmişdir. Belə ki, iddiaçı həmin mənzildə 6 ay müddətində - təhsilini başa çatdıranadək qalmaq niyyətində idi, lakin ona məlum olmayan səbəblərdən iddiaçı onun mənzilini boşaltmaq fikrində deyil və iki il olar ki, onun mənzilində qanunsuz yaşayır, onun öz mənzilin ə köçürülməsi və iddiaçının onun mənzilindən çıxarılmasına dair Nəsimi Rayon Məhkəməsinin icraatında iş vardır, həmin iş üzrə icraat bu işlə əlaqədar olaraq dayandırılmışdır. O, həmçinin iddiaçı tərəfindən, həqiqətən də, həmin mənzildə təmir işlərinin aparılmasını təsdiq edərək bunu, yəni mənzildə əsaslı təmir işlərinin aparılmasını ona etdiyi yaxşılıqlara qarşılıq kimi edildiyini bildirdi. Bununla belə, iddiaçı tərəfindən təmirə çəkilən xərcin rayon məhkəməsi tərəfindən şişirdildiyini qeyd edərək göstərdi ki, iddiaçının tələb etdiyi və məhkəmənin qətnaməsində də sadalanan və onun mənzilində quraşdırılmış və yerləşdirilmiş bütün məişət avadanlıqları və mebellərin iddiaçıya aid olduğunu mübahisələndirmir, həmin əşyaların aparılmasına heç bir etirazı yoxdur, hal-hazırda da mənzildə iddiaçı y aşayır, mənzil onun sahibliyindədir, qeyd edilən əşyaların ondan tələb olunması tam əsassız və məntiqsizdir, çünki iddiaçı istədiyi vaxt həmin əşyalarını apara bilər, ona görə də şikayətinin təmin olunaraq rayon məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, eyni zamanda göstərdi ki, rayon məhkəməsi digər pozuntularla yanaşı, həm də iddia tələbindən kənara çıxaraq, belə bir tələb olmadığı halda mənzildə quraşdırılmış məişət əşyalarının və mebellərin də cavadehdən alınması barədə qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ap ellyasiya şikayəti ilə razılaşmayaraq göstərmişdir ki, iddiaçı ilə cavabdeh tanış olub, iddiaçı əcnəbi tələbədir, cavadehin bacısı onun ingilis dili müəllimi olub, bu əsasla onların yaxın münasibətləri olub, bir müddət cavabdehlə birlikdə kirayədə birlikdə yaşayıblar, hazırkı mənzil də iddiaçının vəsaiti hesabına iddiaçı üçün alınıb, mənzilin alğı-satqısı həyata keçirilərkən iddiaçı Azərbaycanda olmayıb, cavabdehlə danışıblar ki, mənzil cabvabdehin adına sənədləşdirilsin, sonradan iddiaçının adına keçirərlər, razılıq belə olub, ilk gündən də iddiaçı həmin mənzili xüsusi dizayn əsasında ful təmir etdirib və mənzilini ən müasir məişət avadanlıqları və mebellərlə təchiz edib və mənzilində yaşamağa başlamış, xeyli müddət sonra iddiaçı mənzilin onun adına keçirilməsini tələb etdikdə, cavandeh k imlərinsə təhriki ilə mənzilin onun adına olmasından sui-istifadə edərək bundan imtina etmiş və yalnız bundan sonra iddiaçıya qarşı kirayə haqqı, mənzildən çıxarma kimi uydurma iddialar ortaya çıxmışdır. İddiaçı özü də yaxşı bilir ki, həmin mənzil ona məxsus deyil, mənzil iddiaçı üçün alınıb, pulunu da iddiaçı ödəyib, mənzilin yenidən planlaşdırılması və təmiri də iddiaçı tərəfindən və onu vəsaiti hesabına həyata keçirilib, cavabdehin rayon məhkəməsində iddiaçı tərəfindən mənzildə əsaslı təmir işlərinin aparılmasını, eləcə də mənzildə quraşdırılmış məişət avadanlıqları və mebellərin iddiaçıya aid olmasını israrla mübahisələndirdiyi halda, apellyasiya icraatı zamanı isə bu faktları təsdiq edərək, mənzildə quraşdırılmış bütün məişət avadanlıqları və mübellərin iddiaçıya aid olduğundan həmin əşyaların hamısının çıxarılaraq aparılmasına etiraz etmədiyini bildirməsi də bunu təsdiq edir. Nümayədə Nümayəndə daha sonra bildirdi ki, əslində cavabdeh və onu bu qanunsuzluğa təhrik edənlərin hərəkətlərində etibardan sui-istifadə edərək özgə əmlakını ələ keçirmə cinayətinin əlamətləri mövcuddur, məhz buna görə də onlar məhkəmədən həmçinin də bununla bağlı xüsusi qərardad çıxarılmasını xahiş etmişlər, istənilən halda onlar buna nail olacaqlar ki, bu cür əməllər cəzasız qalmasın. Rayon məhkəmsinin qətnamə qəbul edərkən iddia tələbindən kənara çıxmasına dair cavabdehin vəkilinin göstərdiyi xüsusatla bağlı isə iddiaçının nümayəndəsi bildirmişdir ki, bu dəlil tam əsassızdır, çünki onların iddia tələbləri ümumilikdə cavabdehdən 89000 manatın tutulmasından ibarətdir ki, həmin məbləğin də 640 00 manatı mənzilin əldə olunmasına verilmiş vəsait, 25000 manatı isə mənzilin təmirinə xəclənmiş vəsaitdir, təmir xərci kimi isə həm mənzilin təmir-dizayn işlərinə çəkilən xərclə yanaşı, həm də mənzildə quraşdırılmış bütün məişət avadanlıqları və mebellər üçün xərclənmiş vəsait nəzərdə tutulur, təmir xərci kimi tələb olunan 25000 manat vəsait də məhz bütün bunları əhatə edir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Anar Tanrıverdiyev) 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmir-bərpa xərclərinə tutulmalı olan pul məbləği hissəsində dəyişdirilərək təmir xərci kimi 2595 manat müəyyən edilmiş, iddia tələbinin “təmir xərci” kimi ifadə olunan və mənzildə quraşdırılmış məişət avandlıqları və mebellərə aid hissəsində qətnamə ləğv edilərək iddia həmin hissədə rədd edilmiş, Cavabdeh1 ümumilikdə 61595 manat (59000 + 2595 = 61595) pulun alınaraq iddiaçı X8 verilməsi, qətnamənin cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, mübahisənin düzgün həlli üçün iilkin olaraq iddia tələbinin qanuni əsası tapılmalıdır. İddiaçı hazırkı iddia tələbində Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsində inşa edilən 12 nömrəli binada yerləşən 69 nömrəli mənzilin onun öz vəsaiti hesabına alınması və təmir edilməsini əsas gətirərək cavabdehdən əsassız varlanma nəticəsində əldə edilənlərin dəyərinin ödənilməsini tələb edir. Haz ırkı iddia tələbinin qanuni əsasını MM-nin 1092-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) iddia tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: Birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; ikincisi, iddiaçı əmlakdan məhrum olur; üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının hazırkı tələbi ilə bağlı öz izahatından başqa, məhkəməyə təqdim etdiyi sübutlar: "xxxx" Dizayn Studiyası MMC-nin 27.11.2019-cu il tarixli, 13/19 saylı smetası; "xxxx" Dizayn Studiyası MMC-nin 11.12.2019-cu il tarixli, 15/19 saylı smetası; "xxxx" MMC-nin 06.12.2019-cu il tarixli, 557578 saylı və 06.12.2019-cu il tarixli, 557579 saylı satış fakturaları; "xxxx" QSC-nin 26 dekabr 2019-cu il tarixli, 94514 saylı hes ab-fakturası kommunal xərclərin X11 tərəfindən ödənilməsinə dair 4 ədəd qəbz (mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları üçün); şahid qismində dindirilən X1 ifadəsi Cavabdeh iddiaya etirazında isə Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsində inşa edilən 12 nömrəli binada yerləşən 69 nömrəli mənzili öz hesabına aldığını, həmin mənzilin Cavabdeh2 MMC tərəfindən artıq təmirli formada verildiyini, rayon məhkəməsi tərəfindən təmir-bərpa xərclərin şişiridildiyini göstərmişdir. Cavabdehin bununla bağlı öz izahatından başqa, məhkəməyə təqdim etdiyi sübutlar: Cavabdeh1 ilə X4 arasında bağlanan “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyinin 14.02.2019-cu il tarixli beh müqaviləsi; "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanan 07/02 saylı, 23 fevral 2019-cu il tarixli mənzil inşaatı müqav iləsi; Cavabdeh1 23.02.2019-cu il tarixli, 07/02 saylı mənzil inşaatı müqaviləsi üzrə "xxxx" MMC-yə heç bir borcunun olmamasına dair 23.02.2019-cu il tarixli maliyyə arayışı. İddiaçı izahatlarında iş üzrə cavabdehlə yaxın və güvənli münasibətinin olduğunu, bir müddət onunla birlikdə yaşadığını, əvvəl aldığı mənzilini satıb pulunu cavabdehin evində saxladığını, özü üçün yeni mənzil almaq qərarına gəldiyini, bu məqsədlə cavadehlə birlikdə hazırkı mənzilin satıcısı N.Bağırova ilə görüşərək mənzilin alğı-satqısı barədə razılığa gəldiklərini, ilkin olaraq mənzilə dair beh müqaviləsi, sonra isə alğı-satqı müqaviləsi bağlandığını, həmin vaxt burada olmadığından mənzilin cavabdehin adına rəsmiləşdiriləcəyi, sonra isə onun adına keçiriləcəyi barədə razılaşdıqlarını, mənzilin dəyərinin bütünlüklə on un vəsaiti hesabına ödənildiyini, ilk gündən də mənzil onun sahibliyi və istifadəsində olduğunu, mənzili öz zövqünə uyğun yenidən dizayn və təmir etdirdiyini, mənzilin bütün məişət və mebel avadanlıqlarının onu tərəfindən alnaraq mənzilə yerləşdirildiyini, mənzilin təmiri başa çatdıqdan sonra isə həmin mənzildə bugünədək də özünün yaşadığını, bir müddət öncə mənzilin addan-ada keçirilməsini təklif etdikdə cavabdehin gözlənilmədən bundan imtina etdiyini və bu səbəbdən də hazırkı tələblə məhkəməyə müraciət etdiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsinin araşdırmaları zamanı iddiaçının istinad etdiyi həmin halların bir hissəsi (ilk gündən mənzilin onun sahibliyi və istifadəsində olması, mənzilin onun tərəfindən öz zövqünə uyğun dizayn-təmir olunması, mənzildəki bütün məişət avada nlıqları və mebellərin onun tərəfindən alınması, ilk gündən mənzildə onun yaşaması, mənzilin kommunal xərclərin onun tərəfindən ödənilməsi) mübahisəsiz olaraq, digər hissəsi isə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, şahid N.Bağırova rayon məhkəməsində verdiyi ifadəsində mübahisəli mənzilin alğı-satqısı zamanı iddiaçının cavabdehlə birlikdə orada iştirak etdiyini və cavabdehin də mənzilin məhz iddiaçı üçün (iddiaçıya) alındığını bildirdiyini göstərmişdir. Bundan başqa, iddiaçının təqdim etdiyi smetalar və fakturalar onun həmin mənzildə təmirbərpa işləri ilə məşğul olduğunu, kommunal xərclərin ödənilməsinə dair (7 ay üçün) qəbzlər isə onun orada yaşadığını təsdiqləyir. Məhkəmə həmçinin müəyyən etmişdir ki, cavabdeh xəstə olan uşağı ilə birlikdə kafi şəraiti olmayan mənzi ldə kirayədə yaşayır. Cavabdeh sözügedən təmirli, yeni mənzili özü tərəfindən satın alınmasına baxmayaraq, hansı səbəbdən kirayədə yaşadığını, mənzili isə iddiaçıya yaşaması üçün verməsini, onun mənzilində müvvəqəti yaşayan iddiaçının mənzili yenidən dizayn edərək tam yeni üslubda əsaslı təmir etməsini, mənzilin bütün məişət avadanlıqıları və mebelinin iddaçı tərəfindən alınaraq quraşdırılmasını məntiqi və ağlabatan şəkildə əsaslandıra – izah edə bilməmişdir. Eyni zamanda cavabdeh həmin mənzilin öz vəsati hesabına (bacısının ərindən aldığı pulla) aldığını bildirsə də, iddiaya qarşı etirazının əsası kimi bu hala dair məhkəməyə özünün ümumi sözlərdən ibarət, mücərrəd və konkret olmayan izahatından başqa hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki MPM-in 77.1-ci maddəsinə görə etirazının əsası kimi istinad etdiyi həmin halı sübut etmə yükü məhz cavabdehin üzərinə düşür. Belə olan halda məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı mübahisəli mənzilin dəyəri ilə bağlı hissəsində təmin etməklə işin faktiki halları baxımından düzgün nəticəyə gəlmiş, həmin hissədə qətnamə qanuni və əsaslıdır, bu səbəbdən də məhkəmə rayon məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşaraq cavabdehin bu halla bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin 24 fevral 2021-ci il tarixli qərardadına əsasən kompleks məhkəmə-tikinti və məkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. "xxxx" MMC-nin 22 aprel 2021-ci il tarixli təmir-dizayn xərclərinin qiymətləndirilməsi barədə hesabat ilə Cavabdeh2 MTK tərəfində n Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsində inşa edilən 12 nömrəli binada yerləşən 69 nömrəli mənzilin təmir-dizaynının MTK-nın ümumi qaydada təmin etdiyi təmirdən divar kağızı, tavanda alçipandan işlənmiş bəzək işləri, döşəmədə metlax işləri, çilçıraqların keyfiyyət və dizayn baxımından fərqli işlənməsi; həmin mənzilində qeyd olunan təmir-dizayn işlərinə 2595 manat xərc çəkilməsi və Səbail Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsinin “qət etdi” hissəsində göstərilən mebel və s. məişət avadanlıqlarının onların təyinatına xələl gətirilmədən götürülməsi mümkün olması müəyyən olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsində inşa edilən 12 nömrəli binada yerləşən 69 nömrəli mənzilin təmir-dizaynına çəkilmiş xərclərin ekspert rə yi ilə 2595 manat olduğu müəyyən edildiyindən, rayon məhkəməsinin qətnaməsi cavabdehdən konkret olaraq təmir xərclərinə görə tutulmalı olan məbləğ hissəsində ekspert rəyinə uyğun dəyişdirilməlidir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində “təmir xərcləri” adı altında mübahisəli mənzildə aparılan təmir-bərpa işləri və quraşdırılmış mebel və s. məişət avadanlıqlarını nəzərdə tutaraq onlar üçün cavabdehdən ümumilikdə 25000 manat tələb etmişdir. Hazırkı halda 22 aprel 2021-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçı tərəfindən sözügedən mənzildə quraşdırılan mebel və s. məişət avadanlıqlarının onların təyinatına xələl gətirilmədən götürülməsi mümkündür. Apellyasiya icraatı zamanı cavabdeh bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsində inşa e dilən 12 nömrəli binada yerləşən 69 nömrəli mənzildə iddiaçının yaşamasını, mənzildəki bütün əşyaların (məişət avadanlıqlarının və mebellərin) hamısının iddiaçı tərəfindən gətirilib-quraşdırılmasını mübahislənədirmir və onların iddiaçı tərəfindən mənzildən aparılmasına hər hansı şəkildə etiraz etmir. Eyni zamanda müəyyən olunmuşdur ki, məhzil hal-hazırda da iddiaçının faktiki sahibliyi və istifadəsindədir, eləcə də iddiaçının təmir xərci kimi tələb etdiyi bütün əşyaların çıxarılaraq (qoparılaraq) aparılması mümkündür, buna cavabdehin hər hansı razılığı və iradəsi tələb olunmur, bu məsələ yalnız iddiaçının öz iradəsindən asılıdır. Belə olan halda, məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın “təmir xərci” kimi ifadə olunan hissəsində həmin mənzildə quraşdırı lmış məişət avadanlıqlarına və mebelə çəkilən xərclərin cavabdehdən tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillər i Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılması nı mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni iddia tələbinin təmin olunan hissəsində mübahisələndirdiyindən məhkəmə aktı mübahisələndirilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olu nan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kol legiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə - mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri m əhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1684/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyiş dirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6782/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6782/2021
27.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver