Məhkəmə qərarları › İş №2(102)-6788/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6788/2019

01.11.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6788/2019 01.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Əliyev Ramin Rasim oğlunun, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X2 və vəkili X6 oğlunun iştirakları ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.06.2019-cuiltarixli 2(103)-8492/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər i Nərimanov rayon Məhkəməsinin (hakim V.Quliyev) 04.04.2019-cu il tarixli 2(005)1935/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmək müqaviləsinin uzadılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov, A.Hüseyn) 18.06.2019-cuiltarixli 2(103)-8492/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 04.04.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.06.2019-cuil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respubl ikası Təhsil Nazirliyinə qarşı “əmək müqaviləsinin uzadılması” tələbinə dair iddia ərizəsi ilə 04.03.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, onun əvvəlki vəzifəsinə, yəni Şəmkir rayonu Ə.Həsənov adına Plankənd tam orta məktəbinə bir il müddətinə əmək müqaviləsinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Əliyev Ramin Rasim oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Əmək Məcəlləsinin 12.İ-ci maddəsinin “e” bəndinin və həmin Məcəllənin 75-ci maddəsinin “a” bəndininin tələbləri iddiaçının işi ilə bağlı cavabdeh tərəfindən pozulmuşdur. Həmçinin Təhsil Nazirliyi iddiaçı ilə əmək müqaviləsini ləğv etməklə Əmək Məcəlləsinin 84 -cü maddəsinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə qənaətini onunla əsaslandırmışdır ki, guya iddiaçı cavabdeh təşkilatı onunla əmək müqaviləsi bağlamağa məcbur edir. Lakin iddiaçı Əmək Məcəlləsinin 10.1-ci maddəsinə və Təhsil Nazirliyinin 18.10.2018-ci il tarixli, F-716 nömrəli əmrinə uyğun hüququnun bərpa edilməsini istəmişdir. Göstərilənlə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.06.2019-cuiltarixli 2(103)-8492/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və onun əvvəlki vəzifəsinə, yəni Şəmkir rayonu Ə.Həsənov adına Plankənd tam orta məktəbinə bir il müddətinə əmək müqaviləsinin uzadılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Əliyev Ramin Rasim oğlu kassasiya şik ayətini müdafiə edərək, məhkəmədən şikaəytin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X3 və vəkili X6 oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.06.2019-cuiltarixli 2(103)-8492/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçı Ələkbərov X1 Ə.Həsənov adına tam orta məktəbin müəllimi işləmiş, onunla əmək müqaviləsi bağlanmış, tərəflərin müqavilə üzrə hüquq və vəzifələri yaranmış, eyni zamanda müqavilə ilə nəzərədə tutulmuş qaydada əmək qanunvericiliyinə uyğun qarşılıqlı öhdəlik münasibətləri yaranmışdır. İddiaçınını yaş həddi 65-ə çatdığı üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndinə, yəni dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatması əsası ilə Şəmkir Rayon Təhsil Şöbəsinin 18.02.2019-cu il tarixli, 20 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Apellyasiya kollegiyası qeyd etmişdir ki, təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması və ya uzadılmaması Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilməklə, işəgötürənin mövcud vəziy yətdə əmək müqaviləsinin müddətini uzatmasını vəzifə kimi müəyyən edən imperativ qayda nəzərdə tutulmadığından iddianın təmin edilməməsi əsaslıdır. Həmçinin apellyasiya kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirinin 15.07.2011-ci il tarixli əmrinin 4-cü bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2011-ci il tarixli qərarında göstərilən halların təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması zamanı işçidə öz əksini tapması zəruridir. Belə ki, iddiaçı bu xüsusiyyətlərin hər birini özündə birləşdirdiyi və həmin işçiyə ehtiyac olacağı təqdirdə işə götürən tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı, AR Təhsil Nazirinin həmin qərarın icrası ilə bağlı əmri və Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla onunla bir il müddətinə əmək müqaviləsi bağlana bilərdi. Bununla belə iddiaçının 1979-cu ildən müəllimi kimi işlədiyi dövrdə heç bir əmək və icra intizamını pozmaması, işlədiyi müddətdə məktəbdə və təhsil sahəsində keçirilmiş tədbirlərdə yaxından iştirak etməsi, işlədiyi kollektivdə hörmət və nüfuza malik olması onunla yeni əmək müqaviləsi bağlanması, onun əvvəlki vəzifəsi Şəmkir Rayonu Ə.Həsənov adına Plankənd tam orta məktəbinə bir il müddətinə Əmək Müqaviləsinin uzadılması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən Dövlət büdcəsin dən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək; işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək; bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək; əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə m üəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “e” bəndinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, kassasiya şikayətində apellyasiya kollegiyası tərəfindən hansı hüquq normalarının pozun tusuna yol verilməsi göstərilməmiş və bununla bağlı hər hansı sübuta istinad edilməmişdir. Şikayətinin dəlili qismində yalnız iddia ərizəsində göstərilən hallar qeyd edilmişdir. Belə olan halda kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini r əhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.06.2019-cu il tarixli 2(103)8492/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar