Məhkəmə qərarları › İş №2(102)-679/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-679/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-679/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xərclərin əvəzinin ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1680/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 2007-ci il də iddiaçı vun qızı ilə Cavabdeh oğlu nişanlanmışlar. Bu münasibətlər çərçivəsində tərəflərin qarşılıqlı razılaşması əsasında övladlarının birgə yaşaması üçün mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, Cəlilabad rayonunun Uzuntəpə kəndində yerləşən 0,36 torpaq sahəsinin 0,0554 ha hissəsində A.Abbasov tərəfindən iki mərtəbəli fərdi yaşayış evi tikilmişdir. Tikili daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydə alınmamışdır.

2. Sonradan tərəflər arasında qohumluq münasibətləri pozulmuş və Cavabdeh evin sökülməsi haqqında iddia qaldırmışdır. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, A.Abbasovun 0,0554 ha torpaq sahəsindən çıxarılması və həmin sahədə inşa edilmiş, kənar ölçüləri 12,8 m x 8,7 olan fərdi yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülmə si qət edilmişdir. A.Abbasov həmin qətnamədən verdiyi apellyasiya şikayətindən imtina etdiyi üçün Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti üzrə icraata xitam verilmişdir. 3. v, çəkdiyi xərclərin əvəzinin Cavabdeh alınaraq ona verilməsinə dair aşağıdakı iddia tələblərini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı v, xx.xx.2019-cu il tarixdə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2.300 (iki min üç yüz) ABŞ dolları, 50.000 (əlli min) manat pul və 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı, tələblərini belə əsaslandırmışdır ki, o, 2007-ci ildə Cavabdeh 2.300 ABŞ dolları məb ləğində pul verərək Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən cavabdehə məxsus torpaq sahəsinin müəyyən bir hissəsini alaraq cavabdehin öz razılığı ilə həmin torpaq sahəsinin bir hissəsində, yəni 0,0554 ha sahəsində kənar ölçüləri 12,8 m x 8,7 m olan 2 (iki) mərtəbəli fərdi yaşayış evi tikmişdir. Lakin həmin evi öz adına rəsmiləşdirməmişdir. Bunun səbəbi də cavabdehlə qohumluq münasibətlərinin olması və ona etibar etməsi olmuşdur. Belə ki, cavabdehlə onun əvvəllər qohumluq münasibətləri olmuş və sonradan müəyyən səbəblərdən həmin münasibətlər pozulmuşdur. Cavabdehlə sonradan aralarındakı qohumluq münasibətləri pozulduğundan cavabdehdən aldığı həmin torpaq sahəsini adına rəsmiləşdirmək istədikdə cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək həmin torpaq sahəsini onun adına rəsmiləşdirmə kdən imtina etmişdir. Belə ki, tərəfindən inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evinin tam inşa edilib yaşayış üçün əlverişli vəziyyətə gətirilməsindən ötrü 50.000 manat məbləğində vəsait xərclənmişdir. Cavabdeh ona qarşı qeyd edilən fərdi yaşayış evinə münasibətdə “qanunsuz tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılma və torpaq sahəsindən istifadə hüququnun bərbası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əgər o, həmin evi özbaşına və cavabdehin razılığı olmadan tikmişdisə cavabdeh həmin vaxt tikintiyə icazə verməyə və evin inşasına başlayan zaman inşanın dayandırılmasını ondan tələb edə bilərdi, o, da tikintini saxlaya bilərdi. Göründüyü kimi cavabdeh özü 2.300 ABŞ dolları qarşılığında onun həmin torpağı almağına və orada ev tikməsinə razılıq vermişdir. O, vəz iyyətin bu həddə çıxması səbəbindən dəfələrlə ona torpaq üçün verdiyi 2.300 ABŞ dolları pulu və evin inşası üçün xərclədiyi 50.000 manat məbləğində pulu cavabdehdən istəsə də, buna məhəl qoymur. Göstərilən səbəblərdən də o, ağır maddi vəziyyətə düşmüşdür. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İnşa edilmiş qeyd edilən fərdi yaşayış evinin istilik və enerji sərfiyyatına görə onun tərəfindən dövlətə vaxtlı-vaxtında kommunal xərclər ödənilmişdir.

6. Cavabdeh iddiaya etirazını belə əsaslandırmışdır ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə 0,36 ha həyətyanı torpaq sahəsi verilmiş və bu barədə JN-682 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. 2007-ci ildə qonşuluğ unda yaşayan iddiaçı onun yanına gələrək, ondan həyətində ona yer verməsini və həmin torpaq sahəsində ev inşa etdirmək istədiyini bildirmişdir. İddiaçı həmin torpaq sahəsində inşa etdirəcəyi evi yeznəsinə, yəni onun oğluna hədiyyə edəcəyini bildirmişdir. Belə ki, iddiaçının qızı ilə onun oğlu nişanlanmış və iddiaçı həmin evi inşa etdirdikdən sonra uşaqlara verəcəyini bildirmişdir. İddiaçı ona məxsus torpaq sahəsinin bir hissəsində ev inşa etdirmiş, lakin evin tikintisi başa çatdıqdan sonra iddiaçının təqsiri üzündən qohumluq münasibətləri pozulmuşdur. İddiaçıdan onun mülkiyyətində olan torpaq sahəsindən çıxmasını və özbaşına inşa etdiyi fərdi yaşayış evini sökməsini tələb etsə də, iddiaçı onun qanuni tələbini yerinə yetirməmişdir. Buna görə də İddiaçı Yaqub oğluna qarşı “qanunsuz tikililər in sökülməsi, torpaq sahəsindən çıxarılma və torpaq sahəsindən istifadə hüququnun bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Cəlilabad Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icra yönəldilmişdir. İddianın təmin olunması bu anlama gəlir ki, evin söküntüsü zamanı inşaat materiallarını iddiaçı götürməli, ondan da 37.000 manat pul almalıdır. Ona görə də iddia əsassızdır.

7. Birinci instansiya məhkəməsində evin inşa edilməsinə görə çəkilən xərcin müəyyən edilməsi məqsədilə qiymətləndirmə aparılmışdır. “xxxx“ MMC-nin fərdi yaşayış evinin qiymətləndirilməsinə dair xx xxxxxx 2019-cu il tarixli, 0737/19/Mİ nömrəli rəyindən görünür ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən JN-6825 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,36 ha torpaq sahəsinin 0,0559 ha hissəsində inşa etdirilmiş və hazırda İddiaçı Yaqub oğlunun yaşadığı, kənar ölçüləri 12,8 m x 8,7 m olan, 2 mərtəbəli fərdi yaşayış evinin hazırki orta bazar qiyməti 37.000 (otuz yeddi min) manat təşkil edir.

8. Cəlilabad Rayon Məhkəməsinin (hakim Q.Paşayev) xx xxxxxx 2019-cu il tarixli, 2(073)-962/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 37.000 (otuz yeddi min) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hüquqi baxımdan qeyd edilən fərdi yaşayış evi özbaşına tikili olsa da, tiki nti tərəflərin iradəsinə zidd olmayaraq həyata keçirilmiş və cavabdeh tərəfindən iddiaçıya heç bir maneəçilik törədilməmişdir. Belə ki, cavabdeh bu müddət ərzində, yəni qeyd edilən fərdi yaşayış evinin tikintisinə başlandığı 2007-ci il tarixdən məhkəmədə iddia qaldıranadək, yəni 2018-ci ilədək qeyd edilən fərdi yaşayış evinin iddiaçı tərəfindən özbaşına tikilməsinə dair hər hansı bir təşkilata rəsmi müraciət etməmiş və bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Qeyd edilən evin inşasından uzun müddət keçdikdən sonra cavabdeh bu tikilinin onun razılığı ilə tikilmədiyini göstərsə də, bu fikir inandırıcı və ağlabatan görünmür. İddiaçı ilə o, bugünədək qonşuluq münasibətində olmuşdur. Bu da onu göstərir ki, qeyd edilən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi onun tərəf indən qarşılılıqlı razılıq əsasında könüllü olaraq iddiaçıya verilmişdir. Cavabdehə bu barədə heç bir kənar təzyiq və təsirlər olmamış və ev tikilən vaxt tərəflər arasında qohumluq münasibətləri olmuş və aralarında heç bir ədavət olmamışdır. Həmçinin iddiaçı tərəfindən inşa edilmiş qeyd edilən fərdi yaşayış evinin istilik və enerji sərfiyyatına görə iddiaçı tərəfindən kommunal xərclər ödənilmişdir. Hal-hazırda da iddiaçı tərəfindən evin tikintisi üçün çəkilmiş xərc onun tərəfindən iddiaçıya qaytarılmamışdır. İddiaçı dəfələrlə ondan evin tikintisi üçün çəkilmiş xərclərin ödənilməsini tələb etsə də, bu günədək cavabdeh qeyd edilən xərci iddiaçıya ödəməmişdir. Məhkəmə tələbin hüquqi əsasları kimi, Mülki Məcəllənin əşyaya sahiblik edən şəxsin sərf etdiyi məsrəflərin geri qaytarılmasına və əsas sız varlanmaya dair 157.6-cı və 1092-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Z.Babayev (sədrlik edən və məruzəçi), Q.Kərimov və N.Mirzəyev) xx xxxx 2020-ci il tarixli, 2(106)-1680/2020 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-962/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh 37.000 (otuz yeddi min) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı verilməsi hissədində ləğv edilmiş, iddiаçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı sözügedən torpaq sahəsindən çıxarılması və orada inşa edilmiş fərd i yaşayış evinin sökülməsi barədə Cəlilabad Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti versə də, apellyasiya baxışında bu şikayətdən imtina etmiş və qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamə ilə İddiaçı torpaq sahəsindən çıxarılması və evin onun vəsaiti hesabına sökülməsi müəyyən edildiyindən, hazırkı iş üzrə iddiaçı v evə çəkdiyi xərcləri Cavabdeh tələb etmək hüququnu itirmişdir. Bundan əlavə, apellyasiya məhkəməsi qeyd etmişdir ki, v, torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsində baxılarkən mübahisəli evə xərclədiyi pulu tələb etməsi barədə qarşılıqlı iddia vermədiyindən, həmçinin Cəlilabad Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsin ə nail olmadığından, hazırki tələblə məhkəməyə müraciət edə bilməzdi. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbi üzrə Cavabdeh 37.000 manat məbləğində pulun tutulması əsassız və qanunsuzdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunaraq mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının bu iş üzrə tələb hüququnu itirməsi barədə apellyasiya məhkəməsinin bildirdikləri həqiqətə uyğun deyil. Çünki, o, sözügedən evi Cavabdeh razılığı ilə tikmişdir, hazırda da tikintiyə qoyulan xərci tələb edir. Bu isə qanunazidd deyil. Əvvəlki mü lki işdə qarşılıqlı iddia verməməyi onun hüquqi savadsızlığı ilə bağlı olmuşdur. Apellyasiya şikayətindən imtina etmə barədə ərizənin məzmununu isə bilməmişdir. Ona görə də, bu hala istinadən iddianın rədd olunmasını əsassız hesab edir. Evin kommunal xərclərini də özü ödəmişdir və işdəki ödəniş qəbzləri bunu təsdiqləyir. Bu hal onu göstərir ki, torpaq sahəsi ona satılıb və o da sahədə ev tikib orada yaşamışdır. Məhkəmə tərəfindən Cavabdeh ondan pul alması və evin də sonuncunun icazəsi ilə tikilməsi nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili, kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmi n olunmasını xahiş etdilər.

16. Cavabdeh məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

18. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

19. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

20. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

21. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

22. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

416. Kassasi ya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

25. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkə məsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işi n həlli üçün bunun əhəmiyyəti yoxdur.

28. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları (§ 1-2) nəzərə alındıqda Kollegiya hesab edir ki, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.6-cı və 157.7-ci maddələri nəzərdən keçirilməlidir. Həmin normalara əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Müvafiq yaxşılaşdırmanı ayırmaq mümkün olmadıqda isə vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər (§ 17-18).

29. Hazırkı işdən görünür ki, İddiaçı Cavabdeh razılığı əsasında sonuncuya məxsus torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Cavabdeh, torpaq sahəsini 2007-ci ildə ev inş a etməsi üçün iddiaçıya verdiyini, tikintiyə də razı olmaqla etiraz etmədiyini birinci instansiya məhkəməsinin iclasında etiraf etmişdir. Sonradan isə tərəflərin münasibətləri pozulmuş və Cavabdeh, İddiaçı torpaq sahəsindən çıxmasını tələb etmişdir. Hətta torpaq sahəsinin İddiaçı sahibliyindən geri alınması barədə Cavabdeh qaldırdığı iddia təmin olunmuş, İddiaçı həmin torpaq sahəsindən çıxması və evin sökülməsi məhkəmə aktı ilə qətiləşmişdir (§ 2).

30. Bu hallar ona dəlalət edir ki, İddiaçı Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinə (0,0554 ha) vicdanlı sahiblik edən şəxs olmuşdur. Eyni zamanda İddiaçı orada iki mərtəbəli ev inşa edərək torpaq sahənin iqtisadi dəyərini artıran xərclər çəkmişdir. İddiaçı torpaq sahəsindən və evdən çıxarılması onun həmin iqtisadi dəyərdən məh rum olmasına, buna müvafiq olaraq Cavabdeh varlanmasına dəlalət edir. Belə bir varlanmanın isə keçərli hüquqi səbəbi mövcud deyil. Sonuncunun sözügedən evdən istifadə etmək niyyətində olub-olmaması və ya onun sökülməsini tələb etməsi, əşyanın iqtisadi dəyərindəki artıma (torpaq sahəsində yaşayış evinin mövcudluğuna) dair obyektiv vəziyyəti dəyişdirmir.

31. Belə olan halda, İddiaçı torpaq sahəsində evin inşasına çəkdiyi xərclərin əvəzini Mülki Məcəllənin 157.6-cı, 157.7-ci və 1092.1-ci maddələri çərçivəsində tələb etmək imkanı müzakirə olunmalıdır.

32. Kollegiya onu da bildirir ki, İddiaçı torpaq sahəsindən çıxarılması və evinin sökülməsi barədə Cəlilabad Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etməsinə və qətnamənin qanuni qüvvəsin i almasına, habelə İddiaçı qarşılıqlı iddia verməməsinə görə hazırkı iş üzrə irəli sürdüyü tələb hüququnu itirməsi barədə apellyasiya məhkəməsinin mövqeyi əsaslı deyil.

33. Ona görə ki, əvvəla, həmin mülki iş üzrə iddia, torpaq sahəsinin bir hissəsinə sahiblik edən şəxsin oradan çıxarılması (mülkiyyətin müdafiəsi) ilə bağlı olmuşdur. Bu iddianın təmin olunması, əşyaya sahiblik etmiş şəxsin ona sərf etdiyi yaxşılaşdırma xərclərinin əvəzini mülkiyyətçidən tələb etmək hüququnu aradan qaldırmır. Çünki, bu imkan Mülki Məcəllənin 157.6 və 157.7-ci madələrində müstəqil tələb hüququ kimi nəzərdə tutulmuşdur.

34. İkincisi, əşyaya sahiblik edən şəxsin prosessual hüquqlarından (mülkiyyətçiyə qarşı qarşılıqlı iddia qaldırmaması və ya apellyasiya şikayətindən imtina etməsi) istifadə etməməsi maddi hü quq normaları ilə ona verilmiş tələb hüququnu aradan qaldıra bilməz.

35. Beləliklə, göstərilənləri nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını səhv tətbiq etmiş və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də qətnamə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

36. Göstərilənlərə əsasən və MPM-nin 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1680/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar