Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-679/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa), əmək müqaviləsinin müddətinin qurtarması (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Mə hkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-1610/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2012-ci il tarixdən "xxxx" MMC-də operator vəzifəsində işləmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir.
2. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli 3 ay müddətinə bağlanmış əmək müqaviləsi ilə o, sənaye işləri üzrə operator vəzifəsinə işə qəbul olunmuşdur.
3. Sonradan tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti qarşılıqlı razılıq əsasında eyni müddətə olmaq la, daha 8 dəfə uzadılmışdır. Bu əmək münasibətlərinə işəgötürənin xx.xx.2024-cü il tarixli əmri (bundan sonra əmr) ilə, xx.xx.2024-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsası ilə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, əmrin ləğv edilərək işə bərpa edilməsi, fasiləsiz olaraq 5 ildən artıq işlədiyinə görə müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi hesab edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının və mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2009-cu ildən "xxxx " ASC-də operator vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci ildə həmin idarə "xxxx" MMC-yə çevrilmiş, vəzifəsi və iş funksiyası olduğu kimi qalmışdır. Rəhbərlik tərəfindən xx.xx.2023-cü il tarixdə işdən çıxarılacağı barədə ona bildirilmiş, səbəb kimi il ərzində 2-3 dəfə bülletenə çıxmağı göstərilmişdir. Lakin o, etirazını bildirdikdən sonra işdə qala biləcəyini söyləmişlər. Sonradan, xx.xx.2023-cü ildə öz istəyi ilə işdən azad olacağını bildirmiş, təzyiqlər göstərərək sənəd imzalatmışlar. O, yenidən rəhbərliyə xahiş edərək, işdə qalmağı xahiş etmiş, bundan sonra onu xx.xx.2024-cü il tarixdə işdən azad etmişlər. Ona bildirilmişdir ki, əgər razılaşmasa, onu ağır maddə ilə işdən çıxaracaqlar. Bununla bağlı X3 müraciət etmişdir. Məktubuna cavab olaraq bildirilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. X4 Xidməti ərizəni araşdırarkən onun əmək kitabçasına diqqət yetirməmişdir. Belə ki, əmək kitabçasında açıq-aydın şəkildə qeyd olunmuşdur ki, xx.xx.2009-cu ildən sözügedən quruma işə düzəlmiş, xx.xx.2010-cu ildə həmin vəzifə üzrə həmin idarənin Plastik Boru zavoduna keçirilmiş, xx.xx.2012-ci ildə vəzifə və dərəcəsi qalmaqla idarənin X1 Departamentinin Polimer Boru idarəsinə keçirilmiş, xx.xx.2012-ci ildə əmək müqaviləsinin müddəti bitmiş, xx.xx.2012-ci ildə yenidən eyni idarədə, eyni vəzifəyə təyin olunmuş, xx.xx.2015-ci ildə həmin sexin Polimer Boru sahəsinə 5-ci dərəcəli operator keçirilmiş, xx.xx.2018-c i ildə Polimer Borular sexinin Polimer Boru sahəsinə dərəcəsi və peşəsi saxlanmaqla keçirilmiş, xx.xx.2022-ci ildə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2022 yenidən eyni idarədə eyni vəzifədə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixində işdən azad edilmişdir. Belə olduğu halda, onunla bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyinə görə müddətsiz əmək müqaviləsi hesab edilməli idi. Lakin işəgötürən bunu etməmişdir. Bundan başqa işəgötürən tərəfindən tərtib edilmiş əmək müqaviləsində bir neçə ziddiyyətlər var. Belə ki, 2022-ci ildə onunla bağlanmış əmək müqaviləsinin 2.2-ci bəndində qeyd olunub ki, işin birinci ayı sınaq müddəti hesab edilir. 2009-cu ildən eyni təşkilatda 5 ildən artıq çalışdığı üçün ona sınaq müddəti tətbiq edilməli deyildi.
6. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Ərizə bu dəlillərlə əsaslandırılmışdır: 1) Cavabdeh iddiaçının ərizəsində qeyd etdiyi əvvəl işlədiyi hüquqi şəxs ilə eyni olmamaqla, 2022-ci ildə yaradılmış hüquqi şəxsdir və fəaliyyəti 5 ildən azdır. Cavabdehin özünün fəaliyyətinin 5 ildən az olduğu halda, iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsi üzrə münasibətlərin 5 ildən artıq müddətə davam etməsi mümkünsüzdür. 2) İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilsə də, o hazırkı iddia ərizəsi ilə məhkəməyə 2024-cü ilin iyun ayında müraciət etmiş, beləliklə, fərdi əmək mübahisələrinin həll edilməsi üçün qanunvercilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür.
7. Məhkəməyə məzmunu iddia ərizəsi ilə eyn ilik təşkil edən iddia ərizəsinə əlavə adlı sənəd ünvanlayan iddiaçı, ərizəsində iddia müddətinin tətbiqi barədə cavabdehin mövqeyinə münasibətdə bildirmişdir ki, qanunsuz işdən çıxarılması ilə bağlı X5 Xidmətinə, həmin qurumdan rəsmi cavab aldıqdan sonra müvafiq qaydada məhkəməyə müraciət etmişdir.
8. İddiaçı həmin ərizədə Konstitusiya Məhkəməsi Plenumunun “Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarının bir sıra bəndlərini, o cümlədən aşağıdakı hissəni də qeyd etmişdir: “... Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə görə, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyekt iv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər”.
9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-4341/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Elmir Hüseynov).
10. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, iddiaçının bundan məlumatı olmuş, buna baxmayaraq, xx.xx.2024-cü il tarixdə cavabdehə mediasiya tətbiqi təklifi göndərmiş, xx.xx.2024-cü il tarixdə isə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddia müddəti ötürülmüşdür. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı apel lyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)-1610/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, ötürülmüş prosessual müddət bərpa edilməklə iddia tələbi təmin edilmişdir (hakimlər: Afiq Hüseynzadə - sədrlik edən və məruzəçi, Ayaz Mahmudov, Səyyad Qafari).
14. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" ASC-də işləmiş, xx.xx.2012-ci il t arixdə isə "xxxx" MMC-də polimer məhsullarının 1 nömrəli sexinin 5-ci dərəcəli operator peşəsinə işə qəbul olunmuş və xx.xx.2022-ci il tarixədək həmin müəssisədə işləmişdir. xx.xx.2022-ci il tarixdə isə "xxxx" MMC-də istehsalat bölməsinin sənaye borularının istehsalı sexinə 5-ci dərəcəli operator peşəsinə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2022-cü il tarixədək, yəni 3 ay müddətinə müəyyən edilmişdir. Əmək müqaviləsinin müddəti hər dəfə 3 ay müddətinə 8 dəfə uzadılmaqla, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən, yəni əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilmişdir. xx.xx.2023-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi nə əsasən əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. Əmək kitabçasında olan qeydlərə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əmr ilə iddiaçı öz ərizəsi ilə xitam verilsə də, sonradan cavabdehin öz əmri ilə həmin əmr qüvvədən düşmüş hesab edilmişdir. İddiaçı əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyini iddia etməklə, əmək müqaviləsini mübahisələndirməklə, işə bərpa olunmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının mövqeyinə görə, birinci instansiya məhkəməsi iddiaçının hüququnun cavabdeh tərəfindən pozulub-pozulmamasını araşdırmadan mübahisəyə iddia müddətini tətbiq etməklə düzgün olmayan nəticəyə gəlmişdir
16. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış əmək müqaviləsinin mü ddətli və ya müddətsiz olması ilə bağlı mübahisəyə münasibətdə "xxxx" ASC ilə Cavabdeh MMC arasında hüquqi bağlılığın olmasına dair müvafiq araşdırma aparsa da, əsas məsələ "xxxx" MMC (STP MMC) ilə Cavabdeh MMC arasında olan hüquqi bağlılığın olub-olmaması olmuşdur.
17. Buna baxmayaraq, məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh MMC-nin "xxxx" MMC-nin törəmə cəmiyyəti olub-olmamasının araşdırılmasına da zərurət yoxdur. Belə ki, hər bir halda onlar ayrı-ayrı hüquqi şəxslər olmaqla, hazırkı vəziyyətdə, yəni iddiaçının daha əvvəllər "xxxx" MMC-də işləməsi nəzərə alınmadan cavabdeh "xxxx" MMC ilə bağladığı əmək müqaviləsinin müddətli və ya müddətsiz olmasına hüquqi qiymət verilməsi mümkün olmuşdur.
18. Məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçının əmək funksiyasının yerinə yetirilməsi şə rtlərinə görə işi daimi xarakterə malik olmaqla, onunla əmək müqaviləsinin 3 aylıq müddətə bağlanması və həmin müqavilənin 8 dəfə eyni müddətə uzadılması halı işəgötürənin hər hansı bir qanuni əsas olmadan müddətsiz əmək müqaviləsi bağlamaqdan yayınmaq məqsədinin olmasını təsdiq etməkdədir ki, bununla da iddiaçı ilə bağlanmış əmək müqaviləsinin 2.1 və 2.3-cü bəndi etibarsız olmaqla, bağlanmış əmək müqaviləsi müddətsiz əmək müqaviləsi olmuşdur.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd etməsi ilə bağlı gəldiyi nəticəni də əsassız hesab edərək qeyd etmişdir ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdikdən sonra, iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə adlı ərizə ünvanlayaraq, X5 Xidmətinə mürac iət etdiyini və məhkəmənin bu halı nəzərə almasını, dolayısı ilə buraxılmış prosessual müddətin bərpa edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsi iddiaçının bu müraciətinə hər hansı hüquqi qiymət verməmişdir. Hərçənd ki, məhkəmə kollegiyasının iclasında iddiaçı məhz işdən çıxarılandan sonra Əmək Müfəttişliyinə işə bərpa olunmağı ilə bağlı müraciət etdiyini, həmin orqandan müvafiq cavab aldıqdan sonra mediasiya orqanına, daha sonra isə məhkəməyə müraciət etdiyini bildirmişdir. İddiaçının bu izahatı iş materiallarında olan X5 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən iddiaçıya ünvanlanan məktub ilə də təsdiq olunmuşdur. Həmin məktubdan görünür ki, iddiaçı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müraciətlərlə, yəni əmək müqaviləsinə xitam verildikdən 20 gün ərzində əmək hüquqlarının pozulması və işə bərpa olunma ilə bağlı həmin orqana müraciət etmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdikdən sonra, iddiaçı iddia ərizəsinə əlavə adlı ərizə ilə məhkəməyə müraciət edərək, dolayısı ilə buraxılmış prosessual müddətin bərpa edilməklə, iddia tələbinin təmin edilməsini xahiş etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbinə müvafiq olaraq, iddiaçıya prosessual hüquq və vəzifələrini izah etməklə xahişini dəqiqləşdirməyə köməklik etməli olduğu halda, bunu etməmişdir.
21. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddianı qaldırmaqla bağlı qanunvericilkdə nəzərdə tutulan iddia müddətini ötürməsini qəbul etməklə bərabər, onun iddia ərizəsinə əlavə adlı təqdim etdiyi ərizəni onun buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi kimi qəbul etmişdir.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı hazırkı iddianı qaldırmaqla bağlı qanunvericilkdə nəzərdə tutulan iddia müddətini ötürsə də, onun işdən çıxarıldıqdan sonra qanunla müəyyən edilmiş 1 aylıq müddət ərzində X5 Xidmətini fərdi əmək mübahisələrinə baxan orqan kimi qəbul edərək, həmin orqana müraciət etməsi, həmin orqanın cavabından sonra isə məhkəməyə müraciət etməsi qanunla müəyyən edilmiş 1 aylıq müddəti üzrlü səbəbdən ötürməsi halı kimi qəbul edilməlidir.
23. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçının hüquqi savada malik olmadığı üçün, X5 Xidmətini əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquq i aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan olaraq fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul etməsi də mümkün olan haldır. Təsadüfi deyildir ki, Mülki Məcəllənin iddia müddətinin bərpası adlanan 382-ci maddəsi də iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə, o cümlədən savadsızlıqla bağlı da iddia müddətinin ötürülməsinin üzrlü sayılmasını mümkün etməkdədir.
24. Bu səbəbdən, iddiaçının hazırkı iddianı qaldırması üçün qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürməsi üzrlü hesab edilərək bərpa edilməlidir.
25. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 382-ci,Əmək Məcəlləsinin 45, 47, 68, 83, 294, 296, 300-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti aşağıdakı dəlillərlə əsaslandırılmışdır: 1) Apellyasiya instansiyası məhkəməsi qanun qarşısında bərabərlik prinsipini pozmaqla tərəflərin müstəqil iradələri ilə bağladıqları müqaviləni yanlış təfsir etməklə iddiaçının hüquqlarını cavabdehə münasibətdə əsassız olaraq üstün tutmuşdur. 2) Apellyasiya instansiyası məhkəməsi əsassız olaraq müddətin ötürülməsinin üzrlü hesab edilməli olduğu qənaətinə gəlmişdir. Əvvəla, iddiaçının müddətin ötürülməsinin üzrlü hesab edilməsi barədə hər hansı xahişi olmamışdır. Həmçinin, müddətin ötürülməsinin iddi açının hüquqi savadsızlığı ilə əsaslandırılması barədə məhkəmə kollegiyasının mövqeyi düzgün olmamışdır. İddiaçı ali təhsilli şəxsdir və onun qanunu bilməməsi məsuliyyətdən azad edilməsi üçün əsas hesab edilə bilməz. 3) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında X2 fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan olmaması ilə bağlı mövqeyi olduğu halda, apellyasiya instansiyası məhkəməsi pozuntuya yol verərək, həmin qurumun fərdi əmək mübahisələrini həll edən orqan olması qənaətinə gəlmişdir. 4) Apellyasiya instansiyası məhkəməsi tərəfindən analoji mübahisələrə dair Ali Məhkəmənin formalaşmış təcrübəsinə zidd qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İddiaçı kassasiya şikayətinə qarşı yazılı təqdi m edərək, şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Etiraz iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
30. Maddə 72, İİİ hissə. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
31. Maddə 45, 1-ci hissə. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
32. Maddə 45, 4-cü hissə. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən ha llar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
33. Maddə 45, 5-ci hissə. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
34. Maddə 47.Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmi r-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göst ərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
35. Maddə 294, 1-ci hissə. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
36. Maddə 294, 2-ci hissə. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.
37. Maddə 294, 4-cü hissə. Məhkəməyə qədər əmək mübahisələrinə ba xan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.
38. Maddə 296, 2-ci hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
39. Maddə 63, 1-ci hissə. Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qü vvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüqu q normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarı “X5 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz.” Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəf indən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
49. İddiaçı işdən çıxarılması barədə əmrin qanunsuz olmasına istinad etməklə, onunla bağlanmış müddətli əmək müqaviləsinin müddətsiz formaya keçirilərək işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və s. tələblərlə məhkəməyə müraciət etmiş, cavabdeh isə öz növbəsində iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək tələbin təmin olunmamasını xahiş etmişdir.
50. Birinci instansiya məhkəməsi iddianı o əsasla rədd etmişdir ki, iddiaçı, barəsindəki əmək müqaviləsinə xitam verildiyindən məlumatlı olmasına baxmayaraq, 4 ay sonra məhkəməyə müraciət etməklə qanunvercilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür.
51. Bu mövqe ilə razılaşmayan apellyasiya məhkəməsi qətnaməsini belə əsaslandırmışdır ki, aşağı məhkəmə iddiaçının hüququnun cavabdeh tərəfindən pozulub- pozulmadığına qiymət vermədən iddia müddətini tətbiq etməklə pozuntuya yol vermiş, eyni zamanda iddiaçının “iddia ərizəsinə əlavə” adlı ərizəsində dolayısı ilə buraxılmış müddətin bərpasına dair etdiyi xahişini nəzərə almamışdır. Prosessual müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməli olduğu qənaətinə gələn məhkəmə kollegiyası, mövqeyini, iddiaçının savadsızlığına və X3 etdiyi müraciətinə istinad edərək əsaslandırmışdır.
52. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
53. İlk növbədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının əmək hüquqlarının cavabdeh tərəfindən pozulub-pozulmamasına qiymət verilmədən iddia müddətinin tətbiq edilməsi məsələsinə dair tənqidi mövqe sərgiləyən apellyasiya məhkəməsi özü də, bu istiqamətdə üzərinə düşən vəzifəni tam yerinə yetirməmişdir.
54. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən iki hissədən ibarət olmuşdur. Belə ki, kassator ö z şikayətində həm iddiaçı ilə bağlanmış əmək müqaviləsinə düzgün xitam verildiyinə və bu fakta münasibətdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin səhv olduğuna, həm də məhkəmənin iddiaçı tərəfindən buraxılmış iddia müddətini üzrlü hesab etməklə qanunvericiliyin tələblərini pozduğuna istinad etmişdir.
55. Məhkəmə kollegiyası şikayətin birinci hissəsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək onları əsassız hesab edir və bildirir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd olunan hüquqi məsələlərə qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
56. Bununla yanaşı, Məhkəmə kollegiyası şikayətin buraxılmış iddia müddətinin bərpa edilməsinin qanunvericiliyin tələblərinə zidd olmasına dair kassasiya şikayətinin dəlillərini ə saslı hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir:
57. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsində qeyd olunur ki, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır.
58. Göründüyü kimi, qanunverici müddətin bərpa edilməsini aidiyyəti ərizənin verilməsi ilə şərtləndirmişdir.
59. Apellyasiya instansiyası məhkəməsi “iddia ərizəsinə əlavə” (iş materilları, səhifə 56-58) adlı sənədi “ötürülmüş müddətin bərpası haqqında ərizə” kimi qiymətləndirmişdir.
60. Sözügedən sənəddə, iddia müddətinin tətbiqi barəd ə verilən ərizə ilə razılaşmayan iddiaçı, müddətin ötürülmədiyini bildirmiş, mövqeyini isə belə əsaslandırmışdır ki, işdən çıxarıldıqdan sonra X3, həmin qurumdan müvafiq cavab aldıqdan sonra isə məhkəməyə müraciət etmişdir.
61. Kollegiya hesab edir ki, məzmununda ötürülmüş müddətin bərpa edilməsinə dair hər hansı xahiş olmadığı halda, əksinə, iddia müddətinin ötürülmədiyi barədə iddiaçının mövqeyi əks olunan ərizənin, müddətin bərpası barədə ərizə kimi qiymətləndirilməsi və ona istinad edilməklə müddətin bərpası qanuni hesab edilə bilməz. O da nəzərə alınmalıdır ki, bu qənaətə gəlinərkən tərəflərin həmin məsələyə dair izahatları dinlənilməmiş, mövqeləri dəqiqləşdirilməmişdir.
62. Kassasiya kollegiyası şikayətin iddiaçının savadsızlığı ilə bağlı dəlilinə münasibətdə isə aşağıdakıları qeyd e dir:
63. Mövqeyini Mülki Məcəllənin 382-ci maddəsi ilə əsaslandıran apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının X3 müraciət etdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi onun hüquqi cəhətdən savadsız olması ilə bağlıdır.
64. Sözügedən normanın məzmununda qeyd olunur ki, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir.
65. Göründüyü kimi, qanunverici müddətinin ötürülməsinin üzrlü sayıla biləcəyi müstəsna hallardan biri kimi hüquqi cəhətdən savadsızlığı deyil, sadəcə savadsızlığı qeyd etmişdir.
66. Məhkəmə kollegiyası savadsızlıq ifadəsinin leksik mənası ilə bağlı hər hansı izaha ehtiyac g örməsə də, onu vurğulamağı vacib bilir ki, iş materialları ilə iddiaçının ali təhsilli olduğu müəyyən edilir.
67. Lakin işə baxan apellyasiya məhkəməsi işin bu halına nəinki MPM-in 88-ci maddəsinin tələbləri baxımından, ümumiyyətlə qiymət verməmiş, şəxsin savadsız olmasını deyil, məhz hüquqi cəhətdən savadsızlığını önə çəkmişdir ki, bu cür yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİİ hissəsi ilə uzlaşmır (§ 28).
68. Qeyd edilən prinsipin əsas məqsədi cəmiyyətdə hüququn aliliyini təmin etməklə bərabər, şəxslərin qanunları bilib-bilməməsindən asılı olmayaraq, qanun qarşısında eyni şəkildə cavab vermələrinə yönəlmişdir. Qanunları bilməmək əsaslı arqument kimi qiymətləndirilsə, hüququn aliliyi pozular, istənilən kəs öz hərəkətləri üçün məsuliyyətdən azad ola bilərdi. Belə əks yanaşma hüququn tətbiqində ciddi problemlərə yol açmaqla bərabər, eyni zamanda hazırkı iş üzrə analoji mübahisələrə dair Ali Məhkəmənin formalaşmış təcrübəsinə də ziddir.
69. Məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin “...birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbinə müvafiq olaraq, iddiaçıya prosessual hüquq və vəzifələrini izah etməklə xahişini dəqiqləşdirməyə köməklik etməli olmalı olduğu halda bunu etməmişdir” barədə mövqeyinə də tənqidi yanaşır.
70. Belə ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verilməsindən sonra iddiaçıya prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməsinin mümkünlüyünün izah edilməsi məhkəmənin qeyd edilən norma üzrə vəzifəsi olmamışdır.
71. Bu baxış, ədalət mühakiməsini n tərəflərin çəkişmə prinsipi əsasında həyata keçirilməli olması ilə bağlı MPM-in 9-cu maddəsinin tələblərinə, eləcə də iddia müddətinin özünün mahiyyətinə ziddir.
72. Ona görə ki, iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət etmək, o cümlədən iddia müddətinin bərpası barədə ərizə vermək bilavasitə tərəflərə aid hüquq olmaqla (müvafiq olaraq cavabdehə və iddiaçıya) məhkəmənin MPM-in 14.1 nəzərdə tutulmuş hüquq və vəzifələrinin dairəsinə aid deyildir. Yaranmış vəziyyətdə məhkəmə yalnız tərəflərə iddia müddəti ilə bağlı öz sübutlarını təqdim etməyi təklif edə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 iyun 2013-cü il tarixli qərarı).
73. Bütün bu qeyd edilənlər onu deməyə əs as verir ki, apellyasiya məhkəməsi tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, işdəki sübutların tədqiq edilməklə onlara iddianın həllinə təsiri baxımından qiymət verilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl olunmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
74. Bu səbəbdən, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
75. İşə yenidən baxan məhkəmə hazırkı qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh ed ilən pozuntuları aradan qaldırmalı, şərh edilən halları prosessual qanunvericiliyin tələbinə uyğun olaraq araşdırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
76. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunsun. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1610/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsi edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.