Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6790/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil Teymur oğlunun, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi Nuriyev Vahid Hacıbaba oğlunun, digər nümayəndəsi və vəkili X3, X1 iştirakı ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6409/2019 nömrəli iş üzrə 20 may 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya ş ikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Natavan Tağıyeva) 17 yanvar 2018-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək İddiaçı haqqında olan “xxxx” MMC-nin 03/k saylı 03 oktyabr 2018-ci il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə işə bərpa edilməsi, 03 oktyabr 2018-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Azad İmanov) 30 may 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 17 yanvar 2018-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd olunmuşdur. İşin halları: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində olan 03 oktyabr 2018-ci il tarixli 03/k nömrəli əmrinin ləğv edilməklə, iş yerinə bərpa olunması, işə bərpa edildiyi günədək məcburi buraxılmış iş günlərinə görə əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2013-ci ildən cəmiyyətdə müxtəlif vəzifələrdə və sonuncu dəfə isə işdən çıxana kimi anbar müdiri vəzifəsində işləmişdir. İşlədiyi müddətdə heç bir intizam tənbehi almamışdır. Özündən başqa həmin anbarda onun müavini vəzifəsində X7 adlı işçi də işləməklə, sonuncu da anbarın fəaliyyəti ü çün məsuliyyət daşımışdır. Onunla bərabər anbardan da mal buraxmış və həmin anbara mal qəbul etmişdir. 2017-ci ilin avqust aylarında ona məlum olmuşdur ki, anbardan oğurluq halları baş verir. O, bunu anbarda malın yığılışından hiss etmiş, bu barədə dərhal cəmiyyətin mühafizə üzrə direktor müavini X5ə məlumat vermişdir. Sonuncu bunu kim edə bilməsini ondan soruşmuş, o da nəzarəti gücləndirməyi və bu yolla oğrunu tutmağın mümkün olduğunu bildirmişdir. O, anbara nəzarəti güçləndirməklə, nəhayət 17 avqust 2017-ci il tarixdə cəmiyyətin mühafizəçisi ə X6 Hüseyn oğlunu anbardan “LENOVO” markalı kompüteri oğurlayan zaman tutmuş və bu barədə mühafizə üzrə direktor müavini X5ə məlumat vermişdir. İlk danışıqlarda X6 oradan oğurlanan kompüterləri etiraf edərək onu polisə verməmələrini xahiş etmiş, l akin sonradan ifadəsini danmağa başlamışdır. Hazırda X6i Azərbaycan Respublikası CM-nin 177-ci maddə ilə cinayət məsuliyyətinə vermişlər. Həmin işdə X5 materialı 10 gün özündə saxlayaraq sonra polisə verərək cinayətin izini itirmişdir. Hazırda həmin məsələ ilə əlaqədar istintaq gedir. MMC-nin rəhbərliyi isə istintaqın yekununu gözləmədən onu əsassız olaraq ittiham edirlər. Ona görə də haqqında verilən əmri əsassız hesab edir və həmin əmr ləğv edilməklə, o, öz əvvəlki iş yerinə bərpa edilməli, məcburi proqula görə öz əvvəlki iş yerinə bərpa edilənə kimi buraxılmış iş günlərinə görə əmək haqqı ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 20 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya məhkəməsi özünün 20 may 2019-cu il qətnaməsi ilə Nəsimi rayon məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qətnaməsini ləğv etmişdir. Məhkəmə hazırki qətnaməni qəbul edərkən işə ancaq formal tərəfdən yanaşaraq işdə sadalanan halları nəzərə almamış və Əmək Məcəlləsinin 70 və 71-ci maddələrinə istinad etmişdir. Apellyasiya məhkəməsi qətnaməni qəbul edərkən məsələni düzgün qiymətləndirməmiş və işə obyektiv, ədalətli yanaşmamışdır. İşdən məlum olur ki, iddiaçı tərəfindən əmək vəzifələri düzgün yerinə yetirilmişdir. Anbardan oğurlanan 72 ədəd kompyuterin taleyi hələ də məlum deyildir. Həmin iş üzrə Nərimanov Rayon Prokurorluğunun icraatında materiallar araşdırılır ki, onun araşdırılması başa çatdırılmamışdır. Anbarın mühafizəsinin təşkili cavabdeh təşkilatın rəhbərliyin üzərinə düşür ki, bunu təmin etməmişdir. Dəfələrlə iddiaçı tərəfindən cavabdeh təşkilatın rəhbərliyinə şifahi şəkildə müraciət olunmuş, lakin bu nəticəsiz qalmışdır. Bundan başqa iddiaçı ilə bərabər anbara görə məsuliyyət daşıyan şəxslərə qarşı heç bir iddia irəli sürülməmiş və onlar hal-hazırda işləyirlər. Bu isə belə bir nəticəyə gətirib çıxarır ki, cavabdeh “MMC” iddiaçıya qarşı qərəzli olmuşdur. Tərəflərin izahatları: İddiaçı, onun vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi Nuriyev Vahid Hacıbaba oğlu və digər nümayəndəsi və vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, tərəflərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 20 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,iddiaçı 01 aprel 2013-cü il tarixli əmək müqaviləsinə əsasən “xxxx” MMC-də anbar müdiri vəzifəsinə təy in edilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən, iddiaçının əmək funksiyası malların anbarda saxlanılmasına, qəbuluna və çıxışına nəzarət etmək, saxlanma rejiminə riayət etmək, anbarla bağlı əməliyyatların hesabatanı tutmaq, inventarizasiya aparmaqdan ibarət olmuşdur. 03 oktyabr 2018-ci il tarixli 03/k saylı əmrlə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması), iddiaçı özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə tutduğu vəzifədən azad edilərək onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və bunun əsası kimi daxili auditin 25.08.2017-ci il tarixli aktı göstərilmişdir. İddiaçı hesab etmişdir ki, anbarda baş vermiş oğurluq h adisəsini törətmiş şəxsi - ə X6 Hüseyn oğlunu tutaraq təhvil vermiş və sonuncu məhkum olunmuşdur. Andardan daha 72 ədəd kompüterin oğurlanmasına gəldikdə isə anbara ondan başqa müavini X7 də məsul şəxs olmuşdur, bu səbəbdən də həmin çatışmazlığa görə onun təqsirli bilinib işdən çıxarılması əsassız və qanunsuz olmuşdur. Cavabdeh isə hesab etmişdir ki, iddiaçının işdən azad edilməsi ə X6 Hüseyn oğlunun cinayət əməlləri ilə əlaqədar olmamışdır, belə ki, həmin hadisədən sonra keçirilmiş audit yoxlaması nəticəsində daha 72 ədəd kompüterin çatışmadığı müəyyən olunmuşdur. Anbardakı malların mühafizəsi bilavasitə iddiaçının vəzifə funksiyalarına aid olduğundan və 72 ədəd kompüter də məhz iddiaçının anbar müdiri işlədiyi dövrdə oğurlandığından, sonuncunun işdən azad edilməsi qanuni və əsaslı olmuşd ur. İddianı təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işdən azad edilməsi müəssisədə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olmuşdur ki, həmin əmələ görə də ə X6 Hüseyn oğlu cinayət məsuliyyətinə cəlb edilərək həmin oğurluq əməlini törətməkdə təqsirli bilinib, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 17 dekabr 2018-ci il tarixli hökmü ilə 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə, MPM-nin 82.3 və 82.4-cü maddələrini rəhbər tutub, hökmlə müəyyən olunmuş halları hazırki iş üçün preyudisiyal hesab edərək iddiaçının oğurluqda heç bir günahı olmadığı halda əsassız olaraq işdən azad edilməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan «Daxili auditin aparılmasına dair» Hesabatdan görünür ki, baş auditior X5 tərəfindən iddiaçının iştirakı ilə 18-25 avqust 2017-ci il tarixdə “xxxx” MMCnin mərkəzi anbarında anbar müdirinin aşkar elədiyi oğurluq halının araşdırılması məqsədilə aparılmış daxili (plandankənar) audit yoxlaması (inventarizasiyası) nəticəsində ümumilikdə 47746,2 manat dəyərində 72 ədəd «Notebook», 3 ədəd K3300 B və 5 ədəd «Pocketbook» markalı malların əskikliyi aşkar olunmuşdur. Hesabatı anbar müdiri kimi iddiaçı da imzası ilə təsdiq etmişdir. İddiaçının işdən azad olunması (əmək müqaviləsinə xitam verilməsi) barədə 03 oktyabr 2018-ci il tarixli 03/k saylı əmrin verilməsinin əsası kimi də məhz adıçəkilən audit aktı göstərilmişdir. Göründüyü kimi, iddiaçının işdən azad olunmasının ə X6 Hüseyn oğlu tər əfindən törədilmiş oğurluq hadisəsi ilə heç bir əlaqəsi olmamışdır. İddiaçı anbarda saxlanılan malların mühafizəsini təmin etməli olduğu halda, bunu etməyərək ümumilikdə 47746,2 manat dəyərində malın əskik gəlməsinə gətirib çıxaran hərəkətlərə yol verməsinə görə işdən azad edilmişdir. Belə ki, malların anbarda saxlanılmasına, qəbuluna və çıxışına nəzarət etmək, saxlanma rejiminə riayət etmək, anbarla bağlı əməliyyatların hesabatanı tutmaq və inventarizasiya aparmaq iddiaçının birbaşa əmək funksiyasına aid olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə isə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqav iləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və ya qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların h ər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin «c» bəndinə görə də işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 186.1-ci maddəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə y etirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən, istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqla rdan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Sadalanan normalara istinad edərək apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının öz təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində cavabdehə madd i ziyan vurulması ilə nəticələnən özünün əmək funksiyasını, yəni əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi aşkardır və bu hal kifayət qədər mötəbər sübutla – audit aktı ilə təsdiq olunur. Bunun nəticəsində isə cavabdehə 47746,2 manat dəyərində maddi ziyan vurulmuşdur. Göstərilən xüsusatlarla bağlı audit yoxlamasının hesabatı hazırda qüvvədədir, hesabat hər hansı orqan, o cümlədən məhkəmə tərəfindən ləğv edilməmişdir. İddiaçı da maddi məsul şəxs kimi anbardakı həmin əksikliyi təsdiq etmişdir. Əmək müqaviləsinin qeyd edilən əsasla ləğv edilməsinin zəruriliyi də əmrdə cavabdeh tərəfindən əsaslandırılmışdır. Odur ki, cavabdeh iddiaçını işdən azad edərkən əmək qanunvericiliyinin yuxarıda istinad olunan normalarının tələblərini pozmamış, qanunauyğun hərəkət etmişdir. Apellyasiya inst ansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, işçinin intizam məsuliyyətinə cəlb edilməsi cinayət məsuliyyətinin mövcudluğundan asılı olmayıb, cinayət məsuliyyətinin yaranıb-yaranmaması ilə şərtlənmir. İşçi cinayət məsuliyyətinə cəlb edilibedilməməsindən asılı olmayaraq, işəgötürən qarşısında əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, öz əmək funksiyalarını vicdanla yerinə yetirmək vəzifəsi daşıyır və bu öhdəliyinin yerinə yetirilməməsi onun intizam məsəliyyətinə cəlb edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan maddi hüquq normalarını tətbiq etməmiş, işçi kimi iddiaçının əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini, yəni anbara təhvil verilmiş malların saxlanmasına görə maddi məsul şəxs olmasına baxmayaraq, ona təhvil verilmiş və anbarda sa xlanılan mallardan 47746,2 manat dəyərində avadanlığın çatışmaması, bununla da cavabdeh təşkilata aşkar maddi zərər vurulmasının audit aktı ilə təsdiq olunmasına baxmayaraq, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.Həmin dəlillər apellyasiya instansiyası məhkəməsində işə baxılarkən də irəli sür ülmüş və məhkəmə həmin dəlilləri tam, hərtərəfli və obyektiv araşdıraraq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 20 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6409/2019 nömrəli iş üzrə 20 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-6790/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6790/2019
30.10.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver