Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6796/2019 28.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı vəkili X7 oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.07.2019-cu il tarixli, 2(103)8645/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh 31.03.2017-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim A.Z.Rzayev) 29 may 2018-ci il tarixli, 2(008)-1671/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Z.Ə.Əliyev, F.Ş.Talışinski və R.Ə.Eyvazov) 10.07.2019-cu il tarixli, 2(103)-8645/2019 nömrəli qətnaməsi ilə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X3 və X2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1671/2018 saylı iş üzrə 29 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.07.2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının 10.07.2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək, onun ləğv, Sabunçu rayon İcra və Probasiya şöbəsinin 31.03.2017-ci il tarixli qərarından verdiyi şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qərardadda izah edir ki, o, mülki qaydada deyil, yalnız Sabunçu rayon icra və Probasiya şöbəsinin 31.03.2017-ci il tarixli qərarından şikayət vermək hüququ vardır. Halbuki o, sözügedən qərardan 15.02.2018-ci il tarixdə artıq Sabunçu rayon məhkəməsinə şikayət vermiş və şikayət qeydiyyata alınaraq hakim Anar Rzayevə verilmişdir. O, iddia ərizəsinin əvəzi olaraq həmin şikayəti hakimə vermiş, lakin birinci instansiya məhkəməsi buna qiymət verməmişdir, bu işdə onun günahı yoxdur. Onun şikayətinə baxıl mış və müvafiq qərar qəbul edilmişdir. Apellyasiya məhkəməsi isə iş materiallarında olan onun həmin sözügedən qərardan verdiyi şikayəti nəzərə almamış və əsassız olaraq ona həmin qərardan yenidən şikayət verməyi izah edir. O, artıq həmin qərardan şikayət verib və ikinci dəfə qərardan şikayət verilməsinə lüzum yoxdur, işə baxan məhkəmə onun qərardan verdiyi şikayətə baxaraq şikayət təmin etmişdir. Halbuki həmin işə mülki qaydada və yaxud başqa icraat qaydasında baxmasının ona aiddiyyatı yoxdur, o, sözügedən qərardan artıq şikayəti verib və onun verdiyi şikayət əsasında işə baxılaraq qərar qəbul edilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X7 oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv, Sa bunçu rayon İcra və Probasiya şöbəsinin 31.03.2017-ci il tarixli qərarından verdiyi şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 10.07.2019-cu il tari xli qərardadı ilə iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli qətnaməsini ləğv edib, iş üzrə icraata xitam verərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,Sabunçu Rayon Məhkəməsinin 02.11.2015-ci il tarixli, 2(008)1309/2015 saylı icra vərəqəsinə əsasən, X4 və X1 müştərək qaydada İddiaçı xeyrinə 15.166 manat məbləğində pulun tutulması qət edilmişdir. İcra vərəqəsi Cavabdeh icraatında olarkən tələbkar İddiaçı 17.01.2017-ci il tarixli ərizə verərək, Minovar Nəsirovaya qarşı heç bir tələbinin olmadığını bildirmiş və icra vərəqəsinə xitam verilməsini xahiş etmişdir. Cavabdeh 31.03.20 17-ci il tarixli qərarı ilə İcra haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçı, Sabunçu rayon məhkəməsində cavabdeh Sabunçu rayon İcra və Probasiya şöbəsinə qarşı iddia qaldıraraq həmin şöbənin 31.03.2017-ci il tarixli qərarının ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Rayon məhkəməsi də işə iddia icraatı qaydasında baxaraq qətnamə qəbul etmişdir. Qeyd edilənlər, Sabunçu Rayon Məhkəməsinin 02.11.2015-ci il tarixli, 2(008)1309/2015 saylı qətnaməsi, eyni tarixli icra vərəqəsi, 17.05.2017-ci il tarixli icraata başlamaq haqqında qərarı, İddiaçı 17.01.2017-ci il tarixli ərizəsi, Cavabdeh icra məmurunun 31.03.2017-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı, İddiaçı iddia ərizəsi və işdə olan di gər sənədlərlə təsdiqlənir. Kollegiya haqqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi rayon İcra şöbəsinin icra icraatına xitam verilməsi haqqında qərarının ləğv edilməsinə dair İddiaçı iddia ərizəsini iddia icraatı qaydasında daxil olmuş iş kimi qeydə almaqda, ərizəni mümkün sayıb işə həmin icraatda baxmaqda və qətnamə çıxarmaqda səhvə yol vermişdir. Ona görə ki, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi qaydası İcra haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsi ilə tənzimlənir. Qanunun 20.2-ci, 20.5-ci və 20.6-cı maddələrinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, qanunda icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi üçün iddia qaldırılması deyil, qərardan 10 gün müddətində şikayət verilməsi qaydası nəzərdə tutulmuşdur. Məhkəmə isə belə şikayətə qətnamələrin (qərarların) icrası qayda sında icraat üzrə “8” rəqəmli indekslə açılmış iş (Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair təlimatın 146-cı bəndi) üzrə baxaraq müvafiq qərardad çıxarmalıdır. Qeyd edilənlər ona dəlalət edir ki, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi barədə tələbə iddia icraatında baxılması mümkün deyil. Başqa sözlə, belə iddia məhkəmə qaydasında baxılmalı olmayan tələblərə aiddir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Kollegiya qeyd etmişdir ki, “iş məhkəmədə baxılm alı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. MPM-nin 262.3-cü maddəsinə əsasən, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 391-ci maddəsinə görə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edi lməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətində qeyd edilənlərin əksinə olaraq iddiaçı ərizəsini şikayət şəklində deyil, məhz iddia ərizəsi formasında verdiyindən məhkəmə də haqqlı olaraq həmin işi mülki iş kimi qeydiyyata almışdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhk əməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.07.2019-cu il tarixli, 2(103)-8645/2019 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6796/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6796/2019
28.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver