Məhkəmə qərarları › İş №2(102)-6797/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6797/2019

28.10.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6797/2019 28.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edildiyi, “alqı-satqı müqaviləsinin və çıxarışların etibarsız hesab olunması” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 2 may 2019-cu il tarixli 2(103)-7375/2019 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1, Cavabdeh1 mülkiyyətində olan Seriya RX ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi, habelə Cavabdeh1la digər Cavabdeh2 arasında XXX bağ massivi XXX ünvanında yerləşən torpaq sahəsinə dair bağlanmış 21 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh2 adına 24 dekabr 2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışın etibarsız sayılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin (hakim T.Axundov) 28 dekabr 2017-ci il tarixli 2(004)-115/2017 nömrəli qət naməsi ilə iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Baki şəhər ərazi idarəsi) qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi təmin edilərək Cavabdeh1 adına verilmiş seriya RX ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında XXX bağ massivi XXX ünvanında yerləşən torpaq sahəsinə dair bağlanmış 21 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh2 adına 24 dekabr 2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2018-ci il tarixli 2(103)-4560/18 nömrəli qətnaməsi ilə (T.S.Səmədov (sədrlik edən və məruzəçi), E.C.Kazımov və İ.S.Şirinov) Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının (hakimlər Ə.Şadiyev - sədrlik edən və məruzəçi, Q.Allahverdiyev, İ.Xələfov) 20 fevral 2019-cu il tarixli, 2(102)-967/19 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonradan digər Cavabdeh2, Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli 2(004)-115/2017 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2019-cu il tari xli 2(103)-7375/19 nömrəli qətnaməsi ilə (Z.Əliyev (sədrlik edən və məruzəçi), F.Talışinski, R.Eyvazov) Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qətnaməsi cavabdeh X5münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli 2(103)-7375/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 ilə Cavabdeh2 arasında XXX bağ massivi XXX ünvanında yerləşən torpaq sahəsinə dair 21 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh2 adına 24 dekabr 2013-cü il tarixdə ********** q eydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışın qanunsuz və əsassız olmasını hesab etməklə Cavabdeh2 vicdanlı əldə edən sayılmasını nəzərə almamış və bununla bağlı, qanunvericilikdə nəzərdə tutulmuş əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etməmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O, halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Hazırki iş üzrə materiallardan g öründüyü kimi Cavabdeh2 mübahisəsi gedən torpaq sahəsini Sumqayıt şəhəri 4 saylı notariat kontorunda reyestrdə 4Ə- 07/2770 sayla qeyd edilmiş AN-İ № ******* saylı 21.12.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 almışdır. Həmin zaman Cavabdeh1 qeyd edilən torpaq sahəsinə mülkiyyət hüquqları mövcud olmuşdur. Göründüyü kimi Cavabdeh2 vicdanlı sahib olmaqla, əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilməmiş və bunu bilməli olmağa borclu olmamışdır. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərini pozaraq, normalara düzgün hüquqi qiymət verməyərək qətnamə qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlam aq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2013-cü il tarixli qətnaməsi ilə XXX bağları ərazisində yerləşən 2.250 kvadrat metrdən ibarət XXX saylı bağ torpaq sahəsinin 1.000 kvadratdan ibarət hissəsinə dair Cavabdeh1 ilə X3 arasında alqı-satqı müqaviləsi 1991-ci ildən etibarən bağlanmış hesab edilmiş, XXX saylı bağ torpaq sahəsinin 1.000 kvadratdan ibarət hissəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ tanınmış, qətnamənin Cavabdeh1 XXX bağları ərazisində yerləşən 2250 kvadrat metrdən ibarət XXX saylı bağ torpaq sahəsinin 1.0 00 kvadratdan ibarət hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın ərazi üzrə dövlət qeydiyyatının aparılması üçün əsas hesab edilməsi qət edilmişdir. Torpaq sahəsi 25.09.2013-cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 72 saylı reyestr kitabının 35 saylı vərəqində ********** sayla qeydiyyata alınmış və bu barədə ona Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarış verilmişdir. Sumqayıt şəhəri 4 saylı notariat kontorunda reyestrdə 4Ə-07/2770 sayla qeyd edilmiş AN-İ № ******* saylı 21.12.2013-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh1, XXX bağ massivi, XXX ünvanında yerləşən 0.0993 ha torpaq sahəsini 10.000 manata Cavabdeh2 satmışdır. 24 dekabr 2013-cü il tarixdə torpaq sahə si sonucunun adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 03 dekabr 2014-cü il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək Cavabdeh1 cavabdeh X2 qarşı bağ torpaq sahəsinə dair alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi, plan və ölçünün verilməsi, mülkiyyət hüququnun tanınması tələbi rədd edilmişdir. Ali Məhkəmənin 15 aprel 2015-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 03 dekabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə t ədqiq edib, apellyasiya şikayətində göstərilmiş xüsusatları araşdıraraq hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə mübahisəli torpaq sahəsinin Cavabdeh1 adına qeydiyyata alınmasının və sonuncu tərəfindən ona sərəncam verilməsinin hüquqi əsasları ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış alqısatqı müqaviləsinin qanuniliyinə qiymət verərək qeyd etmişdir ki,Cavabdeh1 ilə Cavabdeh2 arasında 21.12.2013-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanarkən satıcının sərəncam səlahiyyətinin əsasını mübahisəli torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına olan qeydiyyat təşkil etmişdir. Bu qeydiyyatın aparılması üçün əsas olmuş Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2013-cü il tarixli qətnaməsi isə Sumqayıt Apellyasiya Məhkəməsinin 03 dekabr 2014-cü il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Eyni zamanda daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız sayılmasına dair Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qətnaməsi yuxarı məhkəmələr tərəfindən həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin əmlak üzərində Cavabdeh1 mülkiyyətçi hüquqları yaranmadığından cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından məhkəmələr tərəfindən iddia tələbi bu hissədə də təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməklə düzgün nətic əyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı il ə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İstinad olunan maddi hüquq normasının tələbindən müəyyən olunur ki, müqavilənin etibarlı olması üçün tərəflər müqavilə bağlayarkən qanunla müəyyən olunan şərtlərə əməl edilməlidir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən hər hansı birinin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Məh kəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə əmlak üzərində satıcı Cavabdeh1 mülkiyyət hüquqlarının qanuni əsasla yaranmadığı müəyyən edildiyindən onun həmin əmlak üzərində sərəncam verməsinə dair bağlanmış alqı-satqı müqaviləsi səlahiyyətsiz şəxs tərəfindən bağlanmış əqd hesab edilir. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi Cavabdeh1 apellyasiya və kassasiya şikayəti əsasında yoxlanılmış və həmin şikayətlər təmin edilməmişdir. Həmin şikayətlər üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin 24.05.2018-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 20.02.2019-cu il tarixli qərarında birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin qanuniliyi hissəsində də yoxlanılmış və bu hissəyə də hüquqi qiymət verilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddianın həmin hissəsi üzrə Cavabdeh2 şikayəti əsasında fərqli mövqeyə gəlinməsi hüquqi müəyyənlik prinsipinə zidd olardı. Çünki hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesinin səmərəsizliyini yaradır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7375/2019 nömrəli iş üzrə 22 may 2019-cu il tarixli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar