Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-68/2021 04.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 MTK-ya qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı ilə bağlı kəsici müddətin tətbiqi, tələb irəli sürmək üçün subyektiv hüququn olmaması, müqavilənin etibarsızlığı və onun nəticəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və X4 ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X5, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2, Cavabdeh2 nümayəndəsi Xvə vəkili Vəkil, X6 nümayəndəsi X8 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 2(103)-297/2020 nömrəli iş üzrə 26 fevral 2020-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 04 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 24 dekabr 2009-cu il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləsinə əsasən Cavabdeh1 MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 2-ci girişində, 16- cı mərtəbəsində yerləşən 1 (bir) otaqdan ibarət, 236 saylı mənzili alıcı İddiaçı verməyi, alıcı isə qabaqcadan müəyyənləşdirilmiş 25668 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Həmin tarixli maliyyə arayışı ilə təsdiq edilir ki, qeyd edilən məbləğ İddiaçı t ərəfindən ödənilmişdir.
2. Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, istintaq orqanına təqdim edilmiş məlumatlara əsasən Cavabdeh1 MTK-nın inşa etdiyi binanın 16-cı mərtəbəsində yerləşən 1 otaqlı 236 №-li mənzil MTK-nın sədri X tərəfindən təsdiq edilmiş 24.12.2009-cu il tarixli müqavilə və 25668 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında İddiaçı satılmış, həmin mənzilin digər şəxsə satılması haqqında məlumat daxil olmamışdır. 3. 02 sentyabr 2011-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilədən və maliyyə arayışından görünür ki, Cavabdeh1 MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 2-ci girişində, 16- cı mərtəbəsində yerləşən 1 (bir) otaqdan ibarət, 236A saylı mənzili alıcı X9 vermə yi, alıcı isə qabaqcadan müəyyənləşdirilmiş 28164 manat məbləğində pulu 7 ay müddətinə bərabər hissələrlə (2104 manat) ödəməyi öhdəsinə götürmüş, mənzilin pay dəyərindən 13430 manat hissəsi alıcı X11 tərəfindən ödənilmişdir. 4. 11 iyul 2015-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləsinə və maliyyə arayışına əsasən Cavabdeh1 MTK P.Əhmədovun razılıq ərizəsi əsasənda sözügedən mənzili alıcı Cavabdeh2 verməyi, alıcı isə qabaqcadan müəyyənləşdirilmiş 28164 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüş, mənzilin pay dəyərinin 18430 manat hissəsi alıcı Cavabdeh2 tərəfindən ödənilmişdir. 12.08.2015, 10.10.2015, 11.11.2015, 11.12.2015, 09.01.2016, 10.03.2016, 10.04.2016-cı il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh2 tərəfindən mütəmadi olaraq Cavabdeh1 MTK-ya 1000-2000 manat məbləğlərində ödənişlər edilmişdir. 5. 04 fevral 2014-cü il tarixli məktubdan görünür ki, MTK tərəfindən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 2-ci girişində, 16-cı mərtəbəsində yerləşən 1 (bir) otaqdan ibarət, 236 saylı mənzilin 24 dekabr 2009-cu il tarixli müqavilə üzrə onun adına rəsmiləşdirildiyi bildirilmişdir.
6. İşin mübahisələndirilməyən hallarından biri də odur ki, 16-cı mərtəbədə yerləşən 1 otaqlı 236 və 236(A) saylı mənzillər eyni mənzillərdir. Ayrıca 236 A adlanan mənzil mövcud deyildir. Bu fakt məhkəmə prosesləri zamanı tərəflərin izahatlarında da öz təsdiqini tapmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci mülki iş üzrə birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh1 MTK-ya qarşı “mənzi lə dair maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, "Cavabdeh1" MTK-dan pay haqqını ödəməklə aldığı Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 2-ci girişində, 16-ci mərtəbəsində yerləşən 1 (bir) otaqdan ibarət 236 saylı mənzilə girişinə, təmir işləri aparmağına, eləcə də mənzilin giriş qapısının qoyulmasına maneəçiliyin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK ilə bağladığı 24 dekabr 2009-cu il larixlı müqavilə əsasında həmin MTK-nın Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa etdiyi binanın 2-ci girişində, 16-cı mərtəbəsində yerləşən 1 (bir) otaqdan ibarət 236 say lı mənzilin 25668 (iyirmi beş min altı yüz alımış səkkiz) manatdan ibarəi pay haqqını ödəməklə almışdı.Mənzilin pay haqqının tam şəkildə ödənilməsi ilə bağlı MTK tərəfindən ona 24 dekabr 2009-cu il tarixli maliyyə arayışı təqdim edilmişdir.Mənzili alarkən MTK tərəfindən binanın 2011-ci ilin aprel ayı ərzində təhvil veriləcəyi və mənzil sahibləri həmin vaxtdan etibarən mənzildə təmirə başlaya biləcəkləri barədə məlumat verilmişdir.Lakin həmin vaxtdan xeyli ötməsinə baxmayaraq, ona məxsus mənzil ona təhvil verilməmiş, mənzildə kiçik təmir işlərini aparmağa icazə verməmişdir.Bu kimi maneələrin aradan qaldırılması və son qoyulması ilə bağlı MTK-nın rəhbərliyinə dəfələrlə xəbərdarlıq etməyinə, hətta rəsmi qaydada müraciət etməyinə baxmayaraq, binada yerləşən mənzilinə giriş (çöl) qapısının qoyu lmasına icazə verilməmişdir.Hər dəfə binanın təhvil verilməməsini bəhanə edən MTK rəhbərliyi, binanın təhvil verilməsi işini başa çatdırıldıqdan sonra təmirə başlamağın mümkün olduğunu bildirmişdir.Halbuki o təmir yox sadəcə kiçik ilkin təmir işləri aparmaq istəyir.Bu baxımdan qapı-pəncərələrin qoyulması, dizayn işlərinin görülməsi işlərindən başlamaq fikrindədir.Son dövürlərdə ona məxsus mənzilin kimlərsə tərəfindən giriş qapısı qoyulmaqla, təmir işlərinin getməsini müşahidə etdikdə MTK bu barəidə öz iradııbildirdi.Ona təklif olundu ki, 17ci mərtəbəni yəni çardağı qəbul etdi.Lakin o buna öz iradını bildirdi.O, Füzuli rayonundan məcburi köçkün kimi düşmüş şəhid ailəsindəndir və hazırda 3 ailə birlikdə darısqal yerdə məskunlaşaraq yaşayır.MTK tərəfindən bu cür qadağa binada yerləşən bütün m ənzil sahibləri üçün olsaydı bunu anlamaq çətin olmazdı.Lakin binada yerləşən mənzillərin bir çoxunda nəinki giriş qapılar qoyulub, hətta tam şəkildə təmir edilərək istifadəyə yararlı vəziyyətdə olan mənzillər də var.Bu halda MTK rəhbərliyinin bu cür ayrı seçkiliyini heç cür anlaya bilmir.Odur ki, hesab edir ki, “Cavabdeh1" MTK-nin rəhbərliyi tərəfindən ona məxsus olan mənzilin təmir işlərinə, giriş qapısının qoyulmasına maneçiliklər aradan qaldırılmalı və bu cür maneçiliklərin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmalıdır.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli, 2(004)547/2018 saylı qətnaməsi ilə (hakim A.Məmmədov) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 2-ci girişində, 16-ci mərt əbəsində yerləşən 1 (bir) otaqdan ibarət 236 saylı mənzilə İddiaçı girişinə, təmir işləri aparmağına, eləcə də mənzilin giriş qapısının qoyulmasına münasibətdə Cavabdeh1 MTK tərəfindən maneəçiliyin yaradılmasının qadağan edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 24 dekabr 2009-cu il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 2-ci girişində, 16-ci mərtəbəsində yerləşən 1 (bir) otaqdan ibarət 236. saylı mənzil iddiaçı tərəfindən satın alınmışdır.Mübahisəli mənzil üzrə müvafiq müqavilə ilə müəyyənləşdirilmiş pay haqqı tamamilə İddiaçı tərəfindən ödənilmiş, iddiaçının MTK-yə heç bir borcu qal mamışdır.Buna baxmayaraq, iddiaçı bugünə kimi mübahisəli mənzilə dair sahiblik və istifadə hüquqlarını reallaşdıra bilmir. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, mənzilə olan sahiblik və istifadə hüquqlarının pozulmasını iddia edir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 146.1, 152.1, 152.3, 152.5, 158.1.2, 158.4, 178.8, 228.1, 228.5-ci maddələrinə, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Birinci mülki iş üzrə apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Qətnamədən Cavabdeh1 MTK apellyasiya şikayəti vermişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6803/2018 nömrəli iş üzrə 01 avqust 2018-cu il tarixli qətnaməsi ilə (hakimlər – İ.Vəliyev (sədrlik edən və məruzəçi), H.Həmidov və E.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli, 2(004)-547/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil üzrə müvafiq müqavilə üzrə müəyyənləşdirilmiş pay haqqı tamamilə X7 tərəfindən ödənilmiş,iddiaçının MTK-ya heç bir borcu qalmamışdır. Birinci mülki iş üzrə kassasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh1 MTK kassasiya şikayəti vermişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)2067/2019 nömrəli, 2 5 aprel 2019-cu il tarixli qərarı ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), E.Vəliyeva və S.Hacıyev) Cavabdeh1 MTK-nın kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
17. Məhkəmə kollegiyası qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə apellyasiya icraatı qaydasında baxılarkən iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halların əsaslı olub-olmamasına qiymət verilməsi üçün ilk növbədə apellayasi şikayətinin dəlillərinə hüquqi qiymət verməli idi. Belə ki, kollegiyanın qənaətinə görə şikayətdə buna dair sənədlər əlavə edilməsə də, mübahisəli mənzillə bağlı başqa şəxsin adına müqavilə bağlanması barə də məlumat verilməsi cavabdeh MTK-nın iddiaçının adına olan müqavilənin qanuniliyinin onlar tərəfindən şübhə altına alınmasına dəlalət edir.
18. Bundan əlavə, mübahisəli mənzillə bağlı başqa şəxsin adına müqavilə bağlanması barədə məlumat maraqlarına toxunan şəxsin işə cəlb olunmasına dair məsələnin müzakirə edilməsi üçün də hüquqi əsas olmasına apellyasiya instansiyası məhkəməsi diqqət yetirməmişdir.
19. Həmçinin, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin məzmununda göstərilən diqqətəlayiq olan digər məqamla, yəni, ona məxsus mənzildə kimlərsə tərəfindən giriş qapısı qoyulmaqla, təmir işlərinin getməsini müşahidə etməsini göstərməsi ilə bağlı araşdırma aparmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu təmir işlərinin kimin tərəfindən aparılmasını göstərməməsinə, ümum iyyətlə belə bir halın həqiqətən də mövcudluğuna qiymət vermədən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəsini qanuni və əsaslı saymaq olmaz. Belə ki, iddianın mahiyyəti "mənzilə dair maneələrin aradan qaldırılması"ndan ibarət olduğu üçün işə baxan məhkəmələr bu maneələrin həqiqətən də mövcud olmaqla onun kim və ya kimlər tərəfindən yaradılmasını təsdiq edən sübutlara qiymət verməli idi. Bunun üçün isə iddia qaldırılanda və işə apellyasiya icraatı qaydasında baxılarkən cavabdehin nümayəndəsinin iştirakı təmin edilməklə mənzilin faktiki kimin sahibliyindən olub-olmaması, mənzildə təmir-işlərinin aparılmasını, aparıldığı təqdirdə kimin və ya kimlərin tərəfindən bunun həyata keçirilməsini araşdırmalı və müəyyən edilmiş hallara qanunvericiliyə uyğun surətdə hüquqi qiymət verilməli i di.
20. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməyərək yuxarıda qeyd edilən hallarla bağlı ətraflı araşdırma aparmamaqla yanaşı qətnaməsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.5-cü maddələrini də hazırki mübahisəyə düzgün tətbiq etməmiş, bu normaların tətbiqini əsaslandırmamışdır. Belə ki, qeyd edilən normalar yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslərin yaşayış binasından istifadə hüququ ilə bağlı məsələləri tənzimləyir ki, hazırki işdə belə bir mübahisələrin olması görünmür. İkinci mülki iş üzrə birinci instansiya məhkəməsində icraat
21. İddiaçı Cavabdeh1 Mənzii-Tikinti Kooperativi cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı «müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
22. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 MTK-ya qarşı “mənzilə dair maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MTK-dan pay haqqını ödəməklə aldığı Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 2-ci girişində, 16-cı mərtəbəsində yerləşən, 1 (bir) otaqdan ibarət, 236 saylı mənzilə girişinə, təmir işləri aparmağına, eləcə də, mənzilin giriş qapısının qoyulmasına maneəçiliyin cavabdehə qadağan edilməsi; iddianın qaldırılması ilə əlaqədar ödənilmiş 10,00 manat məbləğində dövlət rüsumunun cavabdehdən tu tularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-547/2018 saylı, 15 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 2-ci girişində, 16-cı mərtəbəsində yerləşən 1 (bir) otaqdan ibarət, 236 saylı mənzilə İddiaçı məxsus olan mənzildə təmir işləri aparmağına, eləcə də, mənzilin giriş qapısının qoyulmasına münasibətdə Cavabdeh1 MTK tərəfindən maneəçiliyin yaradılmasının qadağan edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 MTK tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2018-ci il tarixli, 2(103)-6803/2018 nömrəli qətnaməsi ilə şikayət təmin edilm əmiş, qeyd olunan qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 25 aprel 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 MTK tərəfindən 'kassasiya şikayəti təmin edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 2-ci girişində, 16-cı mərtəbəsində yerləşən, 1 (bir) otaqdan ibarət, 236 saylı mənzil 11 iyul 2015-ci il tarixdə Cavabdeh2 satılmış, sonuncu tərəfindən mənzilin dəyəri olan 18.430 manat tam olaraq ödənilmişdir. Bu barədə sonuncuya eyni tarixli maliyyə arayışı verilmişdir. Cavabdeh1 MTK cavabdeh İddiaçı mübahisəli mənzilə dair müqavilə və maliyyə arayış versə də, əslində MTK-nın ona mənzil satmaq niyyəti olmamışdır. Cavabdeh İddiaçı heç vax t Cavabdeh1 MTK-ya gəlməmiş, ümumiyyətlə həmin mənzildə olmamış, mənzilə dair heç bir ödəniş etməmiş, ümumiyyətlə mənzildən xəbərsiz olmuşdur.
23. Göstərilən səbəblərdən, Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh1 MTK-nın inşa edilmiş binasının 2-ci girişi, 16-cı mərtəbəsində yerləşən 1 otaqlı, 236 saylı mənzilin İddiaçı satılmasına dair 24 dekabr 2009-cu il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh1 MTK-nın inşa edilmiş binasının 2-ci girişi, 16-cı mərtəbəsində yerləşən 1 otaqlı, 236 saylı mənzilin İddiaçı satılmasına dair 24 dekabr 2009-cu il tarixli “Yaşay ış binasında mənzil tikintisi haqqında” müqavilənin və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binasının 2-ci girişi, 16-cı mərtəbəsində yerləşən 1 otaqlı, 236 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
24. Öz növbəsində, İddiaçı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 16-cı mərtəbəsində yerləşən 1 otaqlı, 236 saylı mənzilin Cavabdeh2 satılmasına dair 11 iyul 2015-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin və eyni tarixli maliyyə arayışı nın etibarsız hesab edilməsi, İddiaçı həmin mənzilə sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilin İddiaçı təhvil verilməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 üzərinə qoyulması, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pulun cavabdehlərdən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul eidlməsi məhkəmədən xahiş edilmişdir.
25. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı, Cavabdeh1 MTK ilə bağladığı 24 dekabr 2009-cu il tarixli "Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə” əsasında mübahisəli mənzilin 25.668 manatdan ibarət pay haqqını tam ödəməklə almışdır. Mənzilin pay haqqının tam şəkildə ödənilməsi ilə bağlı MTK tərəfindən eyni tarixli "Maliyyə arayışı” verilmişdir. Lakin İddiaçı tərəfindən müqavilə öhdəliyinin tam yerinə yetirilməsinə baxmayaraq, MTK müqavilə üzrə öz üzərinə götürdüyü mənzilin təhvil verilməsi öhdəliyini icra etməmiş, bu günə qədər müxtəlif bəhanələr gətirərək İddiaçı mənzilə buraxmamışdır. Bununla əlaqədar İddiaçı tərəfindən MTK-ya qarşı “mənzilə dair maneələrin aradan qaldırılması tələbi barədə” iddia irəli sürülmüş, Yasamal Rayon Məhkəməsinin 2(004)-547/2018 saylı 15.03.2018-ci il tarixli qətnaməsi ilə iddia tam təmin edilmişdir. Həmin qətnamədən MTK tərəfindən apellyasiya şikayəti verilmiş, hazırda həmin iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsinirr 25.06.2019-cu il tarixli 2(103)-8714/2019 saylı qərardadı ilə MTK tərəfindən irəli sürülmüş ilk iddia əsasında icraatı başlanmış hazırki mülki iş yekunlaşanadək dayandırılmışdır. MTK tərəfi ndən hazırki iş üzrə irəli sürülmüş ilk iddia ilə tanış olduqdan sonra İddiaçı məlum olmuşdur ki, ona məxsus mənzil MTK tərəfindən qanunsuz olaraq Cavabdeh2 də satılmış və onlar arasında 11 iyul 2015- ci il tarixdə müqavilə bağlanmışdır. İddiaçı və MTK arasında bağlanmış 24 dekabr 2009-cu il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə” və "Maliyyə arayışı” mübahisəli mənzilin İddiaçı satılmasını və dəyərinin tam ödənilərək mənzilə dair mülkiyyət hüququnun yaranmasını təsdiq edir. Müqavilənin şərtinə əsasən, MTK mübahisəli mənzili pay haqqının ödənilməsi şərtilə İddiaçı verilməsini öz öhdəsinə götürmüşdür. MTK tərəfindən İddiaçı ünvanlanmış 04 fevral 2014-cü il tarixli məktubla mübahisəli mənzilin 24 dekabr 2009-cu il tarixli müqavilə ilə İddiaçı adına rəsmiləşdirildiyi MT K tərəfindən bir daha təsdiq olunmuşdur. MTK ilə Cavabdeh2 arasında bağlanmış 11 iyul 2015-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi. haqqında müqavilə" və “Maliyyə arayışından" görünür ki, Cavabdeh2lə müqavilə İddiaçı ilə bağlanmış müqavilədən 5 il 6 ay sonra bağlanmışdır. Yasamal Rayon məhkəməsinin 2(004)-547/2018 saylı 15 mart 2018-ci il tarixli qətnaməsindən görünür ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsindən verilmiş sorğuya cavab məktubundan görünür ki, istintaq orqanına təqdim edilmiş məlumatlara əsasən, Cavabdeh1 MTK-nın inşa etdiyi binanın 16-cı mərtəbəsində yerləşən 1 otaqlı 236 saylı mənzil MTK-nın sədri Cahangir Alışov tərəfindən təsdiq edilmiş 24.12.2009-cu il tarixli müqavilə və 25.668 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında İddiaçı satılmış, həmin mənzi lin digər şəxsə satılması haqqında məlumat daxil olmamışdır. MTKnın sədri X hazırda həbsdədir. Onun dələduzluq edərək bir mənzili yenidən başqa şəxslərə satması faktları əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə barəsində cinayət işi başlanmış, istintaq zamanı Cavabdeh1 MTKya aid 33 mənzili yenidən 37 nəfərə satması faktları öz təsdiqini tapmış və Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən mühakimə edilmişdir. Belə olan halda, İddiaçı ilə bağlanmış müqavilə qüvvədə ola-ola, Cavabdeh2lə müqavilə bağlanması qanunsuzdur və etibarsız hesab edilməlidir.
26. Sonradan qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edilmiş və Bakı şəhəri, Yasamal rayonu, M. Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edi lmiş binanın 2-ci girişi, 16-cı mərtəbəsində yerləşən 1 otaqlı, 236 saylı mənzilin X2 dair 02 sentyabr 2011 - ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 16-cı mərtəbəsində yerləşən 1 otaqlı, 236 saylı mənzilin Cavabdeh2 satılmasına dair 11 iyul 2015-ci il tarixli "‘Yaşayış binasında mənzil tikintisi haqqında" müqavilənin və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, İddiaçı həmin mənzilə sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh2, “ Cavabdeh1” MTK-ya və X6 üzərinə qoyulması, qarşılıqlı iddia ərizəsinin verilməs i üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pulun cavabdehlərdən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
27. Öz növbəsində, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 cavabdehlər «xxxx» Mənzil-Tikinti Kooperativi və İddiaçı qarşı X11 üçüncü şəxs qismində cəlb edilməklə «müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
28. Müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 iddia ərizəsini bununla əsaslandırır ki, o, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 2-ci girişində, 16-ci mərtəbəsində yerləşən 1 (bir) otaqdan ibarət, 236 saylı mənzili 11 iyul 2015-ci il tarixli müq aviləyə əsasən Cavabdeh1 MTK-dən 28169 (iyirmi səkkiz min yüz altmış doqquz) manata almışdır. Həmin vaxtdan mənzil onun istifadəsindədir və sahibliyində olan mənzildə o, təmir işləri aparmışdır və mənzilə öz ailə üzvlərini də köçürmək istəmişdir. Həmin vaxt, cavabdeh İddiaçı Cavabdeh1 MTK-yə qarşı “mənzilə dair manelərin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Lakin Cavabdeh2 bu ərizə barədə heç bir məlumatım olmamışdır, çünki onu cavabdeh qismində cəlb etməmişdirlər. Məlumat alandan sonra o, apellvasiya instansiyası məhkəməsinin qətnaməsindən AR Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. AR Ali Məhkəməsinin MK-nın 25 aprel 2019cu il tarixli qərarı ilə Cavabdeh1 MTK tərəfindən kassasiya şikayəti təmin edilmiş, iş yenid ən baxılması üçün Bakı Apellvasiya məhkəməsinə qaytarılmışdır. Eyni zamanda Cavabdeh1 MTK cavabdeh İddiaçı və Cavabdeh2 qarşı "müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı Cavabdeh1 MTK-nin iddiası üzrə mülki iş halhazırda Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatındadır. Cavabdeh2 həmin mənzili Cavabdeh1 MTK- dan alarkən, onun keçmiş sahibi X11 onunla MTK arasında bağlanmış müqavilənin ləğv olunması və onun adına rəsmiləşdirilməsinə razılıq ərizəsi vermişdir. Bununla əıaqədar Cavabdeh2 mənzil üçün 28169 (iyirmi səkkiz min yüz altmış doqquz) manat məbləğində pul ödəmiş və mənzildə əsaslı təmir işləri aparmağa başlamışdır. Cavabdeh2, İddiaçı mübahisəli mənzili X əwəi almasından x əbərsiz olmuşdur. Bununla əlaqədar X mənzilin yeganə sahibi kimi saymışdır. Bununla əlaqədar, Cavabdeh2 hesab edir ki, o, mübahisəli mənzilin vicdanlı alıcısıdır. Eyni zamanda, Cavabdeh1 MTK öz iddia ərizəsini bununla əsaslandırmışdır ki, MTK tərəfindən cavabdeh İddiaçı mübahisəli mənzilə dair müqavilə və maliyyə arayış versə də, əslində MTK-nın ona mənzil satmaq niyyəti olmamışdır. İddia ərizəsində qeyd edilmişdir ki, cavabdeh İddiaçı heç vaxt Cavabdeh1 MTK-yə gəlməmiş, ümumiyyətlə həmin mənziidə olmamış, mənzilə dair heç bir ödəniş etməmiş, ümumiyyətlə mənzildən xəbərsiz olmuşdur. Bununla əlaqədar, Cavabdeh2 hesab edir ki, Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 16-cı mərtəbəsində yerləşən 1 otaqlı, 236 saylı mən zilin X1 dair 24 dekabr 2009-cü il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə və eyni tarixli maliyyə arayışı etibarsız hesab edilməlidir.
29. Göstərilənlərə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 16-cı mərtəbəsində yerləşən 1 otaqlı, 236 saylı mənzilin İddiaçı satılmasına dair 24 dekabr 2009-cu il tarixli "Yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2,-ci giriş, 16-ci mərtəbəsində yerləşən 1 otaqlı, 236 saylı mənzilə sahiblik və istitadd hüququnun tanınması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
30. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4246/2019 saylı, 03.09.2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) ilkin iddia üzrə iddiaçı Cavabdeh1 MTK-nın cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair ilkin iddia tələbləri təmin edilməmiş, qarşılıqlı iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və X9 qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbləri təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 16-cı mərtəbəsində yerləşən 1 otaqlı, 236 (236A) saylı mənzilin X2 dair 02 sentyabr 2011-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə və eyni tarixli maliyyə arayışı etibarsız hesab edilmiş, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 16-cı mərtəbəsində yerləşən 1 otaqlı, 236 (236A) saylı mənzilin Cavabdeh2 satılmasına dair 11 iyul 2015-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışı etibarsız hesab edilmiş, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 16-cı mərtəbəsində yerləşən 1 otaqlı, 236 (236A) saylı mənzilə sahiblik və istifadə hüquqları tanınmış, həmin mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh1 MTK-nın, X6 və Cavabdeh2 üzərinə qoyulmuş, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 cavabdehlər Cavabdeh1 MTK və İddiaçı qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
31. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırkı halda iddiaçı qanunverici tərəfindən müəyyən edilmiş əqdin etibarsızlığı hallarından hər hansı birinin mövcudluğuna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda, İddiaçı nümayəndəsi və vəkili X10 tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ünvanlanmışdır. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh1 MTK tərəfindən İddiaçı ilə bağlanmış 24.12.2009-cu il tarixli müqavilənin mübahisələndirilməsi üçün qan unvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür.
32. İlkin iddia tələbinin digər hissəsi Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binasının 2-ci girişi, 16-cı mərtəbəsində yerləşən 1 otaqlı, 236 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması ilə bağlıdır.
33. Bu iddia tələbi ilə müraciət etmək üçün isə Cavabdeh1 MTK ümumiyyətlə subyektiv hüquqa sahib deyildir.
34. Müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 iddia tələbinin təmin edilməməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh1 MTK-nın inşa edilmiş binasının 2-ci girişi, 16-cı mərtəbəsində yerləşən 1 otaqlı, 236 saylı mənzilin İddiaçı satılmasına dair 24 dekabr 2009-cu il tarixli “Yaşayış binasın da mənzil tikintisi haqqında” müqavilənin və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsinə dair əsaslar Cavabdeh2 tərəfindən də məhkəməyə təqdim edilməmişdir.
35. Məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzilin Cavabdeh2 daha öncə İddiaçı satılmasına dair müqavilə sonradan həmin mənzil Cavabdeh2 satıldığına görə etibarsız hesab edilə bilməz.
36. Müstəqil tələb irəli sürən üşüncü şəxs Cavabdeh2 tələbinin digər hissəsi onun Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 16-ci mərtəbəsində yerləşən 1 otaqlı, 236 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması ilə bağlı olmuşdur ki, bu tələb Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanılmış 24 dekabr 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi il ə birbaşa əlaqəlidir və iddianın həmin hissədə təmin edilməməsi Cavabdeh2 sahiblik və istifadə hüquqlarının tanınması üçün əsasların mövcud olmadığına dəlalət edir.
37. Məhkəmə qarşılıqlı iddia tələbinin təmin edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri saymışdır.
38. İş materialları və tərəflərin izahatları bunu təsdiq edir ki, Bakı şəhəri, Yasamal rayonu, M. Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 16-cı mərtəbəsində yerləşən 1 otaqlı, 236 saylı mənzili ilk dəfə 2009-cu ildə İddiaçı satılmışdır. Ağaymənzilin tam dəyəri olan məbləğ ödənilmişdir.
39. Məhkəmə hesab etmişdir ki, 24 dekabr 2009-cu il tarixli müqavilə bağlandıqdan sonra müqavilənin predmeti olan əmlak üzərində hüquqlar Cavabdeh1 MTK tərəfindən İddiaçı ötürülmüşdü. Sonradan Cavabdeh1 MTK ilə üçüncü şəxslər arasında mənzilə dair müqavilə bağlanarkən satıcının, yəni Cavabdeh1 MTK- nın bu əmlak üzərində hər hansı hüquqları mövcud olmamış, yəni 24 dekabr 2009-cu il tarixdə mənzili İddiaçı satdıqdan sonra həmin hüquq artıq itirilmişdir. Yalnız o halda bu hüquq mövcud ola bilərdi ki, mənzilə dair bağlanan ilk müqavilə ( 24 dekabr 2009-cu il tarixli) üzrə tərəflərin (İddiaçı) bununla bağlı razılığı olmuş olardı.
40. Məhkəmə bu nüansla bağlı qeyd etmişdir ki, mübahisəli mənzilin 2009-cu ildən sonra digər şəxslərə satılması və buna görə həmin şəxslərin MTK-ya müəyyən məbləğlərdə pul ödəmələri Cavabdeh1 MTK-nın hərəkətlərindən irəli gəlir və bu hərəkətlər mənzilin ilk alıcısı olan İddiaçı deyil, Cavabdeh1 MTK-nın üçüncü şəxslər qarşısında məsuliyyətini doğurur.
41. Məh kəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324, 337.1, 354.1, 354.2, maddələrinə, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Birinci mülki iş üzrə apellyasiya instansiyası məhkəməsindəki icraat
42. Qətnamədən iddiaçı Cavabdeh1 MTK və üçüncü şəxs Cavabdeh2 apellyasiya şikayəti vermişdir.
43. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14344/2019 saylı 02.12.2019-cu tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.
44. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-297/2020 nömrəli iş üzrə 26 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Cəmilova (sədrlik edən və məruzəçi), İ.Xəlilov və İ.Kərimli) Cavabdeh1 Mənzil-Tikinti Kooperativi və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)4246/2019 saylı 03.09.2019-cu il tarixli qətnaməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-547/2018 saylı 15 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Cavabdeh1 MTK-dən 28180 manat məbləğində pulun tutularaq Cavabdeh2 ödənilməsi, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının apelyatorlara aid edilməsi qət edilmişdir.
45. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki,, ilk növbədə iddiaçı Cavabdeh1 MTK-nin əqdin etibarsız hesab edilməsi və həmin mülki iş üzrə verilmiş həm qarşılıqlı, həm də üçüncü şəxsin müstəqil qaydada verdiyi iddia tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi 2(006)-4246/2019 saylı 03 sentyabr 2019-cu il tarixli qətnaməsinə hüquqi qiymət verilməlidir.
46. Birinci instansiya məhkəməsi hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 354.1 və 354.2-ci maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, iddiaçı Cavabdeh1 MTK qanunvericilikdə müqavilənin etibarsızlığı üçün müəyyən edilən 1 illik müddəti ötürdüyündən onun bu barədə iddiası təmin edilməməlidir. Belə ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh1 MTK tərəfindən İddiaçı ilə bağlanmış 24.12.2009-cu il tarixli müqavilədən bütün bu illər ərzində məlumatlı olsa da, onun mübahisələndirilməsi üçün hazırki vaxtda iddia verməsi ilə qanunvericiliklə müəyyən edilmiş bir illik müddət ötürülmüşdür
47. Həmin mülki işdə birinci instansiya məhkəməsi əqdin etibarsızlığı ilə bağlı müəyyən edilmiş bir illik müddəti iddia müddəti olaraq qəbul etsə də, nəticə etibarı ilə həmin iddia tələbinin müddətin keçməsi əsası ilə rədd edilməsi barədə düzgün qənaətə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi qətnaməsinin həmin iddia tələbinin rədd edilməsi ilə bağlı olan hissəsi ilə razılaşır və MPM-nin 385.2-ci maddəsinin tələbləri baxımından qətnamənin həmin hissədə mahiyyətcə düzgün olmasına istinadən onun formal əsaslarla ləğv edilməsi üçün əsas görmür
48. İlkin iddia tələbinin digər, yəni mübahisəli mənzilə Cavabdeh2 sahiblik və istifadə hüququnun tanınması barədə hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 adından əmlak üzərində istifadə və sahiblik hüququnun tanınmasını tələb etmə k və tələbə cavab verməli olan şəxslərdən birinin də Cavabdeh2 üzərinə qoyulmasında iddiaçı MTK haqlı olmamışdır. Belə ki, həmin tələbi irəli sürməkdə MTKnin subyektiv hüququ olmamışdır. Hazırki iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 və Paşa Əhmədova qarşı “müqavilələrin və maliyyə arayışlarının etibarsızlığı, mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” barədə tələblərinə münasibətdə qeyd olunmalıdır ki, yuxarıda da göstərildiyi kimi, İddiaçı ilə MTK arasında müqavilə 24.12.2009-cu il tarixdə bağlanmış, mənzil üçün MTK-ya razılaşdırılmış pay haqqı onun tərəfindən tam ödənilmişdir. Buna görə də İddiaçı əmlakın dəyərini tam şəkildə ödədiyindən həmin əmlakın qanuni sahibi də artıq o olmuşdur.
49. Odur ki, mübahisəli mənzilə dair MTK ilk dəfə, yəni 24.12.2009-cu il tarixdə İddiaçı ilə müqavilə bağlayıb, həmin mənzil üçün pay haqqı sonuncu tərəfindən tam ödənildiyindən və buna görə həmin əmlakın qanuni sahibi İddiaçı olduğundan həmin daşınmaz əmlakla bağlı bütün hüquqlar ona keçmişdir və MTK-nın əmlak üzərində heç bir hüququ qalmamaqla yanaşı, əmlakı özgəninkiləşdirmək səlahiyyəti də olmamışdır. Mübahisəli yaşayış sahəsi MTK-nın rəhbərliyinin qeyri-qanuni hərəkətləri nəticəsində digər fiziki şəxslərə verilmiş, bu isə əsl mülkiyyətçi olaraq İddiaçı iradəsinin ziddinə baş vermişdir. Onunla bağlanan müqavilə qüvvədə olduğu təqdirdə digər şəxslərlə müqavilə bağlanmış, mənzil həmin şəxslərə qanunsuz olaraq satılmışdır. İlkin olaraq İddiaçı ilə bağlanan müqavilə qüvvədə olduğu halda, Paşa Əhmədov və Cavabdeh2 ilə bağlanan müqavilələr ə həmiyyətsiz əqd olmaqla bağlandığı andan etibarsızdır.
50. Məhkəmə kollegiyası Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsinə hüquqi qiymət verərək hesab etmişdir ki, həmin qətnamə üzrə də birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
51. Belə ki, həmin mülki işdən görünür ki, İddiaçı ona məxsus mənzilə dair maneələrin aradan qaldırılmasını tələb edir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası həmin mülki iş üzrə kassasiya instansiya məhkəməsinin qərarında qeyd olunan göstərişlərin MPM-nin 420-ci maddəsinin tələbləri baxımından apellyasiya instansiya məhkəməsi üçün məcburiliyini nəzərə alaraq mübahisəli mənzilə dair müqavilə bağlanmış başqa şəxsi (Cavabdeh2) işə cəlb etmiş (mülki işlər birləşdirilməklə), onun iştirakını təmin etmiş, digər tərəfdən İddiaçı maneələr aradan qaldırılmasını tələb edərkən, onun “Cavabdeh1" MTK-nin rəhbərliyi tərəfindən ona məxsus olan mənzilə gedib-gəlməsinə, həmin mənzildə təmir işlərinin görülməsinə, mənzilə giriş qapısının qoyulmasına yaradılan məneələri nəzərdə tutduğu aydınlaşdırılmışdır.
52. Qeyd olunan mülki işlə bağlı məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı mübahisəli mənzilin qanuni sahibi kimi həmin mənzilinə sahiblik və istifadə etməsi ilə bağlı ona qarşı yaradılan maneələrin aradan qaldırılmasını (giriş-çıxışına, mənzilində təmir işləri aparmasına və giriş napısının qoyulmasına) tələb etməkdə haqlı olmuşdur və onun bu iddiası digər mülki iş üzrə olanmübahisəli mənzilə sahi blik və istifadə hüququnun tanınaraq, mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdeh şəxslərin üzərinə qoyulması barədə olan iddia tələbinin təmin olunması səbəbindən əsaslıdır və təmin olunmalıdır.
53. Hər iki mülki iş üzrə verilmiş apellyasiya şikayətlərinin dəlillərinə gəldikdə isə qeyd olunmalıdır ki, Cavabdeh1 MTK tərəfindən İddiaçı ilə bağlanmış müqavilənin etibarsızlığı iddiası üzrə bir illik müddətin ötürülməməsi, belə ki, MTK-nin həmin müqavilədən məlumatlı olmaması və imzanın yoxlanılması üçün ekspertiza təyin olunması” barədə dəlillər əsassızdır və təmin olunmamalıdır. Belə ki, MTK-nin direktoru Cahangir Alışov apellyasiya baxışı zamanı İddiaçı ilə bağlanmış müqavilədəki imzanın məhz ona məxsus olduğunu bildirmiş və onu mübahisələndirmədiyi üçün MTKnin həmin müqavilənin mö vcudluğundan məlumatlı olması faktı bir daha öz təsdiqini tapmışdır, buna görə də mübahisələndirilməyən imzanın düzgünlüyünün yoxlanılmasına və bunun üçün müvafiq ekspertizanın təyin olunmasına zərurət qalmamışdır. 54. “İddiaçı tərəfindən MTK ilə Cavabdeh2 arasında bağlanmış müqavilənin etibarsızlığı üçün qanunla müəyyən edilmiş bir illik müddətin ötürülməsi” barədə dəlillər isə bu qətnamənin əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır. Belə ki, iş üzrə bir daha təsdiq olundu ki, İddiaçı ilk olaraq ona satılmış mənzilin sonradan MTK tərəfindən başqa şəxslərə satılması barədə məlumatı MTK-nin ona qarşı müvafiq iddia ilə məhkəməyə müraciət etməsindən sonra iş materialları ilə tanış olarkən əldə etmiş və qeyd olunan məsələyə dərhal münasibət bildirərək qarşılıqlı iddia vermiş və bu zaman da qanunla müəyyən edilmiş bir illik müddət tərəfindən ötürülməmişdir.
55. Apellyasiya şikayətində göstərilən mübahisəli mənzilin Cavabdeh2 sahiblik və istifadəsində olması, onun tərəfindən təmir olunması” barədə dəlillər isə məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Bununla bağlı 3-cü şəxs- Cavabdeh2 izah olunmuşdur ki, onun sözügedən mənzildə apardığı təmir işlərinin dəyərinin tutulması ilə bağlı müvafiq müvafiq sübutları təqdim etməklə ayrıca mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ vardır.
56. Bundan başqa məhkəmə kollegiyası hazırki qətnamə ilə Cavabdeh1 MTKnin sonuncu dəfə 11.07.2015-ci il tarixdə Cavabdeh2 ilə bağladığı müqavilə etibarsız hesab edildiyindən Cavabdeh2 tərəfindən sözügedən mənzilin alınması üçün müxtəlif tarixlərdə tərtib edilmiş maliyyə arayışlarına əsasən Cavabdeh1 MTK-ya ödədiyi 28180 manat pul vəsaitinə münasibətdə hesab etmişdir ki, həmin pul vəsaiti həm apellyasiya baxışı zamanı MTK-nin direktoru X verdiyi izahatında mənzili Cavabdeh2 satmasını təsdiq etməsi, həm də MM-nin 337.5-ci maddəsinin tətbiqi baxımından Cavabdeh2 qaytarılmalıdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
57. Müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
58. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 24 dekabr 2009-cu il tarixli müqavilədə və malliyə arayışdakı imzalar bir-birinə uyğun gəlmir. Ona görə də məhkəmədən məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini tələb etsə də, apelyasiya instansiyası məhkəməsi bununla bağlı məhkəməxətşünaslıq ekspertizası təyin etməmişdir.
59. Bununla yanaşı apelyasiya instasniyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
60. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
61. İddiaçının vəkili X10 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasın ı xahiş etdi.
62. Müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2, Cavabdeh2 nümayəndəsi X və vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər.
63. X6 nümayəndəsi X13 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.
64. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh1 MTK, hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə Cavabdeh1 MTK-nın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
65. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
66. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (m addə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
67. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Hazırkı kassasiya şikayətində iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 apyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
69. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və yaayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. (mübahisəli hüquq münasibətləri yarandığı zaman qüvvədə olan redaksiya - maddə 178.8)
70. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1)
71. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələ rə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (maddə 337.4)
72. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. (maddə 337.5)
73. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.(maddə 354.1)
74. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız say ılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. (maddə 354.2) Mülki Prossesual Məcəllə
75. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
76. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
77. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
78. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)
79. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
80. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
81. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə v ə ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
82. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
83. Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 24 dekabr 2009-cu il tarixli müqavilədə və malliyə arayışdakı imzaların yoxlanılması üçün ekspertizanın keçirilməməsi barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə mə hkəmə kollegiyası qeyd edir ki, MTK-nın direktoru X apelyasiya baxışı zamanı İddiaçı ilə bağlanmış müqavilədəki imzanın məhz ona məxsus olduğunu bildirmiş və onu mübahisələndirmədiyi üçün mübahisələndirilməyən imzanın düzgünlüyünün yoxlanılmasına və bunun üçün müvafiq ekspertizanın təyin olunmasına zərurət qalmamışdır.
84. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
85. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103 )-297/2020 nömrəli iş üzrə 26 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.