Məhkəmə qərarları › İş №2(102)-68/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-68/2025

23.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-68/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Xaçmaz X2 İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözləri: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Xaçmaz X2 İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1253/2024 nömrəli, 13 avqust 2024-cü il ta rixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh İB-nin Xaçmaz RQİİ-in xx.xx.2023-cü il tarixli 8/3-1K-195/2023 saylı əmri ilə, struktur bölməsi Xaçmaz X2 İdarəsinin Şabran rayonu üzrə Qəza-dispetçer xidməti olan plastmas qaynaqçısı vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli 164 nömrəli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Müqaviləyə xitam verilərkən təminatlar: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə 16 (on altı) təqvim gününün pul əvəzi ödənilməsi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023cü il tarixli 8/31K195/2023 saylı əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi işi buraxma üçün əmək haqqı ödənilməsi və ödədiyi 60 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə 1976-cı ildə başlamışdır. Qaz təsərrüfatında isə əmək fəaliyyətinə xx.xx.2006-cı ildən başlamışdır. Bir müddət ərzində Şabran Qaz istismar sahəsində elektrik qaz qaynaqçısı və plastmas qaynaqçısı peşələrində işləmişdir. X3 Qaz İstismar İdarəsinin İnsan Resursları şöbəsinin rəisi Tengiz Cəlillinin səriştəsizliyi, Əmək Məcəlləsinin müvafiq maddələrində nəzə rdə tutulan əsaslara və qaydalara əməl edilmədiyi halda o, Xaçmaz RQİİ-nin rəisi A.Abasovun xx.xx.2023-cü il tarixli əmri ilə xəbəri olmadan işdən azad olunmuşdur. Əlavə məlumat üçün bildirir ki, o, menyer xəstəliyi ilə əlaqədar xx.xx.2023-cü ildən xx.xx.2023cü ilə kimi Z.Əliyeva adına Mərkəzi Klinika tərəfindən ambulator müalicədə olmuşdur. xx.xx.2023-cü il tarixindən işə başlamışdır. 12 sentyabr 2023-cü il tarixində ona Xaçmaz RQİİ-nin İRŞ-nin şöbə rəisinin tapşırığına əsasən DSMF-dən pensiya alıb-almamağı barədə arayışı almağı bildirilmişdir. O, da öz növbəsində yaşadığı Şabran rayonundakı DSMF-nin qəbul şöbəsinə bu barədə müraciət etmişdir. 13 sentyabr 2023-ci ii tarixində pensiya almağı barədə DSMF-nin publik hüquqi şəxsinin Siyəzən şəhərində yerləşən 2 saylı Quba-Xaçmaz Regional fili alından ərizəsinə əlavə etdiyi ƏƏSMN-nin mərkəzləşdirilmiş electron informasiya sistemindən əldə olunmuş ********** saylı arayışı alaraq 19 sentyabr 2023-cü il tarixdə Xaçmaz RQİİ-də Tengiz Cəlilliyə təqdim etsə də, həmin bu sənədi qəbul etməmiş və ona bildirmişdir ki, ona möhürlü, qeydiyyat və ştamplı, imza ilə təsdiq olan arayış gətirsin. Ona arayışı Quba Asan Xidmətdən almağını bildirmişdir. O, məcburiyyət qarşısında qalıb Quba “Asan xidmət”ə getmişdir. Oradan da idarənin İRŞ-nin şöbə rəisi Tengiz Cəlillinin tələb etdiyi qaydada olan arayışı verməmişdirlər. Bu barədə ona dedikdə bildirmişdir ki, tapsın, dediyi formada arayışı gedib Bakıdan DSMF-dən alıb gətirsin. O, Tengiz Cəlilliyə e-sosial.az portalından yoxlayıb məlumatlanmasını bildirmişdir. Hətta onu da bildirmişdir ki, güzəştli şə rtlərlə 57 yaş həddində pensiya təyin olunmağı barədə RQİİnin sorğusuna əsasən xx.xx.2015-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə pensiya almağı barədə şəxsi işində DSMF-nin Şabran rayon şöbəsinin rəsmi məktubu da var. Cavabında ona bildirmişdir ki, həmin məktub köhnədir. O, qərara gəlmişdir ki, xx.xx.2023cü il tarixində idarəyə pensiya almağı barədə arayışı təqdim edəndə xx.xx.2023-cü ildən işdən də azad olsun. Bu barədə ərizə də yazmışdır, idarənin İRŞ-nin şöbə rəisinin T.Cəlillinin səriştəsizliyi, qanunvericiliyi bilməməsi və mərkəzləşdirilmiş Elektron informasiya sistemindən əldə edilmiş sənədlərə inamsızlığı, tərəfindən pensiya almağı barədə DSMF-nin Şabran rayon şöbəsindən alaraq Xaçmaz F.C.İ-nin kadrlar şöbəsinə təqdim etdiyi və şəxsi işində olan sənədin köhnə olması səbəbində n baxılmayaraq qəbul edilməməsi və onu süründürməçiliyə salması, onun xəstəliyinin kəskinləşməsinə səbəb olmuşdur. xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək təkrarən əmək qabiliyyətinin müvəqqəti itirməyinə səbəb olmuşdur. xx.xx.2023-cü il tarixdə o, Şabran rayon Mərkəzi xəstəxanasında həkim qəbulunda olarkən İRŞ-nin şöbə rəisi T.Cəlilli onunla telefon əlaqəsi zaman Bakıdan DSMF-dən arayış almağını soruşdu. O, isə ona izah etmişdir ki, onu əsəbləşdirdiyinə görə xəstədir. Sonra isə bildirmişdir ki, Səhiyyə Nazirliyinə sorğu verəcək. Haradan xəstəlik vərəqəsi açılmasını müəyyənləşdirəcək. O, isə ona bu bərədə də demişdir ki, hansı xəstəxanadadır. Təxminən xx.xx.2023-cü il tarixində işlədiyi Xaçmaz RQİİ-nin Şabran rayonu üzrə xidməti sahəsinin kargüzarlıq xidmətinin texniki ona zəng edib bil dirmişdir ki, bəs RQİİ-dən Tengiz müəllim dedi ki, Nazim bir ərizə yazsın ki, pensiya alır. O, da xidməti sahəyə birtəhər getmiş. Kiminsə tərəfindən onun adından yazılan pensiya almağı barədə ərizəyə imza atmış. Əmək müqaviləsinə xitam verilməsi barədə məlumat isə ona xx.xx.2023-cü ildə işlədiyi Şabran xidmət sahəsinin texniki Könül vermişdir. İdarənin xx.xx.2023-cü il tarixli “Əmək kitabçasının təhvil verilməsi barədə” məktubunu da xidmət sahəsinin işçisindən xx.xx.2023-cü il tarixdə almışdır. xx.xx.2023-cü il tarixdə isə xx.xx.2023-cü il tarixdən etibarən açılmış ******* saylı xəstəlik vərəqəsini Xaçmaz RQİİ-nə təqdim etmək istəyərkən şöbə rəisi Tengiz Cəlilliyə şöbənin işçisi Murad zəng edib bildirmişdir ki, Şabranda İddiaçı xəstəlik vərəqəsini gətirib. O, isə bildirmişdir ki, qəbul etm əyin və onlar da qəbul etməmişdirlər. Hesab edir ki, onun işdən çıxarılması barədə xx.xx.2023cü il tarixl i8/3-lK-195/2023 saylı əmr qanunsuz verilib. Onun işdən çıxarılmağı Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə ziddir.

4. İddia ərizəsinə cavabdeh tərəf etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı öz iddiasının əsası kimi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinin pozulduğuna görə əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olduğunu göstərmişdir. O, iddia ərizəsində xx.xx.2023-ci il tarixli 8/3-1 К195/2023 saylı əmrin verildiyi vaxt xx.xx.2023-cü il tarixdən açılmış ******* nömrəli xəstəlik vərəqəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirdiyini göstərmiş və bu halın 79-cu ma ddədə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar kimi qeyd edildiyinə görə əmrin qanunsuz verildiyini sübut etməyə çalışmışdır. Lakin onun bu arqumentləri reallığı əks etdirmir. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsasları ilə (yəni Əmək Məcəlləsinin 70-ci və 73-cü maddəsində nəzərdə tutulmuş əsaslarla) əmək müqaviləsinə xitam verilərkən əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar sadalanmışdır. xx.xx.2023-cü il tarixli 8/3-1K-195/2023 saylı əmrlə isə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2-ci maddəsi rəhbər tutulmaqla (bu maddənin tələblərinə əməl edilməklə, tərəflərin müəyyən etdikləri digər hallar) onunla bağlanmış əmək müqaviləsinin müəyyən etdiyi hallara ə sasən xitam verilmişdir.

5. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1335/2024 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Qasımova) İddiaçı Cavabdeh İB-nin Xaçmaz RQİİ-nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin olunmamışdır.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2023-ci il tarixli əmrlə İddiaçı əmək müqaviləsinə qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdığı üçün xitam verilmişdir. Qeyd olunan əsasla işçinin əmək müqaviləsinə xitam verilməsinə dair müddəa işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin şərtlərində öz əksini tapmış, işçi işəgötürən ilə əmək müqaviləsi bağlayarkən əmək müqaviləsinin şərtləri ilə tanış olmuş, müqavilənin şərtlərini qəbul e tməsini öz imzası ilə təsdiq etmişdir.

7. İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır.

8. İddiaçı məhkəməyə bildirdiyi əsas dəlilinə, yəni onun əmək müqaviləsinə əmək fəaliyyətini müvəqqəti itirdiyi dövrdə xitam verilməsinin qanunsuz olduğuna münasibətdə qeyd etmişdir ki, işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsində tərəflərin özlərinin müəyyənləşdirdiyi şərtlər öz əksini tapmışdır. Tərəflərin özlərinin müəyyənləşdirdiyi şərtlərdən biri də sözügedən müqaviləyə işçi qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda işəgötürən tərəfindən bir ay ərzində xitam verilməsi hal ı olmuşdur. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçının irəli sürdüyü bu dəlil Əmək Məcəlləsinin 73.2 və 79-cu maddəsinin təsiri altına düşmür. Belə olan halda əmək müqaviləsinə qanunvericiliyin şərtlərinə əməl edilməklə xitam verilmişdir.

9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 42, 68, 70, 75 və 79-cu maddələrinin tələbləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin, yəni əmək müqaviləsinin ləğv edilməsi üçün əmək qanunvericiliyində kon kret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilir. Qanunvericikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Lakin hazırda mübahisələndirdiyi iş üzrə cavabdeh tərəf olan işəgötürən onun bir işçi kimi əmək hüquqlarını kobud şəkildə pozaraq bağlanmış əmək müqaviləsinə müvəqqəti əmək qabiliyyətli olmadığı müddətdə xitam vermişdir. İddia ərizəsi və eləcə də, hazırkı şikayətinə əlavə etdiyi xx.xx.2023-cü il tarixli Şabran Rayon Mərkəzi Xəstəxanasının SN 00008 seriyalı, ******* nömrəli həmin xəstəxananın baş həkiminin imza və möhürlə təsdiq edilmiş “Əmək qabiliyyətinin olmaması vərəqəsi”nə nəzər yetirsək görərik ki, menyer xəstəli yi diaqnozlu olsa da işdən azad edilir- xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək, işə başlanılır - xx.xx.2023-cü il tarixdə. Qeyd olunan Şabran Rayon Mərkəzi Xəstəxanasının SN 00008 seriyalı, ******* nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi” ilə təsdiq olunur ki, xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək əmək qabiliyyətini müvəqqəti itirmişdir. İşə götürən isə xx.xx.2023-cü il tarixli 14-2-2-8/3-1K195/2023 saylı əmrlə onu işdən azad etmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri əmək qabiliyyətini müvəqqəti itirən işçi ilə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsini birbaşa qadağan edir. Belə ki, həmin Məcəllənin 79-cu maddəsində imperativ norma kimi birbaşa əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar göstərilib:

1. İşəgötürən tər əfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Göründüyü kimi, Cavabdeh İB-nin Xaçmaz RQİİ mənimlə bağlamış olduğu əmək müqaviləsinə müvəqqəti əmək qabiliyyətli olmadığı, yəni müvafiq tibbi arayışa əsasən xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək aralığında xəstə olduğu müddətdə xitam verməklə əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 avqust 2024-cü il tarixli, 2(105)-1253/2024 nömrəli qətnaməsi ilə (hakimlər: Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və Almaz Süleymanova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmiş, Cavabdeh İB-nin Xaçmaz RQİİ-in xx.xx.2023-cü il tarixli 8/3-1K195/2023 saylı əmri ləğv edilmiş, İddiaçı Xaçmaz X2 İdarəsinin Şabran rayonu üzrə Qəza-dispetçer xidməti struktur bölməsində plastmas qaynaqçısı vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxma üçün əmək haqqı ödənilməsi qət edilmişdir.

13. Məhkəmə müəyyən etmişdir ki, xx.xx.2023-ci il tarixli əmrlə iddiaçının əmək müqaviləsinə qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdığı üçün xitam verilmişdir. Qeyd olunan əsasla işçinin əmək müqaviləsinəxitam verilməsinə dair müddəa işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin şərtlərində öz əksini tapmışdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 9.5.1-ci bəndində əsasən, işçi Azərbaycan Respublikasının Qanunverciliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda bu əmək müqaviləsinə işəgötürən tərəfindən 1 ay müddətində xitam verilə bilər.

14. İddiaçı öz iddiasının əs ası kimi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinin pozulduğuna istinad edirək göstərir ki, mübahisələndirilən əmr onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə verilmişdir.

15. Cavabdeh isə göstərilən halı mübahisələndirmir və göstərir ki, xx.xx.2023-cü il tarixli 8/3-1K-195/2023 saylı əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2-ci maddəsi rəhbər tutulmaqla (bu maddənin tələblərinə əməl edilməklə, tərəflərin müəyyən etdikləri digər hallar) onunla bağlanmış əmək müqaviləsinin müəyyən etdiyi hallara əsasən xitam verilmişdir. Bu hal isə Əmək Məcəlləsinin 79-cu maddəsinin təsiri altına düşmür.

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü bu dəlil Əmək Məcəlləsinin 73.2 və 79-cu maddəsinin təsiri altına düşmür. Belə olan halda əmək müqaviləsinə qanunvericiliyin şərtlərinə əməl edilməklə xitam verilmişdir.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətsiz əmək müqaviləsidir və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2-ci maddəsinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin 73-cü maddəsi isə müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasını tənzimləyir.

18. Əmək Məcəlləsinin əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar adlanan 79-cu maddəsində, həmin maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəaların Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən h allara şamil edilmədiyi konkret olaraq göstərilmişdir. Göründüyü kimi əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçiləri və halları müəyyən edən normada Əmək Məcəlləsinin 75.2-ci maddəsi ilə əmək müqaviləsinə xitam verilməsi hallarına şamil edilmədiyi kimi müddəa nəzərdə tutulmamışdır.

19. Əmək Məcəlləsinin 76-cı maddəsində göstərilmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

20. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə v ə işin faktiki hallarına əsasən hesab etmişdir ki, işəgötürən cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə əməl edilməmiş, belə ki, iddiaçı ilə olan əmək müqaviləsinə onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə xitam vermişdir. Odur ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ-in xx.xx.2023-cü il tarixli 8/3-1K195/2023 saylı əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işi buraxma üçün əmək haqqının ödənilməsi barədə iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır.

21. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh pensiya yaşına çatması ilə əlaqədar iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam vermək barədə iradəsini açıq şəkildə ifadə edib və bu barədə müvafiq əmr imzalayıb. Kollegiya qeyd etmişdir ki, həmin ə mrin ləğv edilməsi onun müqavilə ilə şərtləşdirilmiş qaydada əmək müqaviləsinə xitam vermək hüququnu aradan qaldırmır, sadəcə bu hüququn realizəsini gecikdirir. Belə ki, cavabdehin əmrdə qeyd olunan maddənin tələbinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermək hüququ olub, lakin bu hüququ iddiaçının xəstəlik vərəqinə əsasən onun işə çıxdığı gün həyata keçirməli olduğu halda, həmin müddəti gözləmədən mübahisəli əmri qəbul etmişdir. Bu hal müvafiq əmək haqqının hesablanma zamanı da nəzərə alınmalıdır.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci, Əmək Məcəlləsinin 5, 11, 42.1, 75, 79. 300-cü, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 88, 217.3, 217.4, 372.6, 372.7, 385, 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (vəkil- Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, fərdi əmək mübahisəsinin həll edilməsi məqsədilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi zamanı Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş 1 təqvim ayı prosessual müddəti ötürülmüşdür. Həmçinin Əmək müqaviləsi bağlanan zamanı, işçi, qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda işəgötürən tərəfindən bir ay ərzində əmək müqaviləsinə xitam verilməsi halına razılıq verdiyi üçün, iddiaçının irəli sürdüyü dəlil (əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə əmək müqaviləsinə xit am verilməsi) Əmək Məcəlləsinin 73.2 və 79-cu maddələrinin təsiri altına düşmür. Belə olan halda əmək müqaviləsinə qanunvericiliyin və əmək müqaviləsinin 9.5.1-ci yarımbəndinin “d” bəndinin 1-ci halında göstərilən şərtlərə əməl edilməklə xitam verilmişdir. Kassasiya şikayəti Əmək Məcəlləsinin 296.2-ci maddəsinə, Əmək müqaviləsinin 9.5.1-ci yarımbəndinin “d” bəndinin 1-ci halına istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)1253/202 4 nömrəli, 13 avqust 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

26. Maddə

5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

27. Maddə

11. İşəgötürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;

28. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

29. Maddə

75. Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənz imlənməsi

1. Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.

2. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; d) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə; e) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar.

3. Tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər.

4. Əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır.

30. Maddə

79. İşəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hal ların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas o la bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütö vlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. İşdən görünür ki, xx.xx.2023-ci il tarixli əmrlə İddiaçı əmək müqaviləsinə qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdığı üçün xitam verilmişdir. Qeyd olunan əsasla işçinin əmək müqaviləsinə xitam verilməsinə dair müddəa işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin şərtlərində öz əksini tapmışdır.

43. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 9.5.1-ci bəndində əsasən, işçi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş pensiya yaşına çatdıqda bu əmək müqaviləsinə işəgötürən tərəfindən 1 ay müddətində xitam verilə bilər.

44. İddiaçı öz iddiasının əsası kimi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblər inin pozulduğuna istinad edir.

45. Belə ki, mübahisələndirilən əmr onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə verilmişdir. Cavabdeh isə göstərilən halı mübahisələndirmir və sadəcə hesab edir ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2-ci maddəsində müəyyən edilən hallarda xitam verilməsi Əmək Məcəlləsinin 79-cu maddəsinin təsiri altına düşmür.

46. İddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətsiz əmək müqaviləsidir və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2-ci maddəsinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin 73-cü maddəsi isə müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasını tənzimləyir.

47. Əmək Məcəlləsinin əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar adlanan 79-cu maddəsində, həmin maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəala rın Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmədiyi konkret olaraq göstərilmişdir.

48. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

49. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində isə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məq sədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi əmək qanunvericiliyinin vəzifələri və prinsipləri sırasında təsbit edilib.

50. Əmək münasibətləri dedikdə - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə Əmək Məcəlləsinin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-c i hissəsi).

51. Qeyd edilməlidir ki, əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflərin qarşılıqlı razılığı ilə bağlanmış əmək müqaviləsinin işçinin pensiya yaşına çatdıqda əmək müqaviləsinə işəgötürən tərəfindən 1 ay müddətində xitam verilməsi hüququnun olduğunu qəbul edir, lakin hesab edir ki, bu hüquq müqaviləyə istənilən vaxt xitam verilməsi anlamına gəlmir, çünki Əmək Məcəlləsində işçinin iş yerində olmadığı üzrlü hallar təsbit edilmişdir. Onlarda biri də işçinin xəstələnməsi, əmək qabiliyyətini müvəqqəti itirməsidir. İşçinin müvəqqəti əmək qabiliyyətsizliyi dövründə əmək müqaviləsinə xitam verilməsinin qadağan edilməsi sosial ədalət prinsipindən, onların sosial müdafiəsinin təmin edilməsindən irəli gəlir.

52. Buna görə də, məhkəmə kollegiyası iddiaçının müvəqqəti əmək qabiliyyətsiz olduğu dövrdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmrinin ləğv edilməsi barədə apellyasiya məhkəmsinin mövqeyi ilə razılaşır.

53. Lakin hesab edir ki, apellyasiya məhkəməsi iddiaçının işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının tutulması tələblərini təmin edərkən öz qətnaməsinin 46 və 47-ci bəndlərində (bu qərarın 22-ci bəndində) göstərdiyi nəzərə alınmalı olduğunu vurğuladığı halları özü nəzərə almamış, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxma üçün əmək haqqı ödənilməsi barədə qətnamə qəbul etmişlər ki, bu yanaşma isə hüquqi müəyyənlik prinsiplərinə zidd olmaqla, qətnamənin gələcəkdə icrası nət icəsində çaşqınlıq yaranmasına gətirib çıxaracaqdır. Məhkəmə hesab edir ki, apellyasiya qətnaməsi iddiaçının pozulmuş hüquqlarının bərpası baxımından mütənasiblik prinsipini aşmaqla, onun haqqı çatmayanları əldə etməsinə və nəticədə işəgötürənin hüquqlarının əsassız pozulmasına gətirib çıxarır.

54. Belə ki, hər hansı hüquq pozuntusuna görə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin yol verilmiş pozuntunun xarakterinə, ağırlığına və digər vacib xüsusiyyətlərinə mütənasib olması hüququn hamılıqla qəbul edilmiş ümumi prinsiplərindən biridir. Bu prinsipdən çıxış edərək qeyd olunmalıdır ki, məhkəmə qaydasında hüquqlar yalnız pozulduğu hədlərdə bərpa edilə bilər. Həmin hədlərin aşılması bir tərəf üçün əsassız əlverişli nəticələr yaratmaqla, qarşı tərəfin hüquqlarının pozulması və Əmək Məcəlləsini n 300-cü maddəsinin 1-ci hissəsinin düzgün tətbiq olunmaması deməkdir.

55. Belə ki, sözügedən normanın mənasına görə əgər, işəgötürən əmək müqaviləsinin 75-ci maddəsində nəzərdə tutulan ləğv edilmə əsaslarını pozaraq, işçi ilə əmək münasibətinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə, ilk növbədə iddia ərizəsini və işin faktiki hallarını araşdırmaqla və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarmalıdır.

56. Cavabdehin iddiaya etiraz ərizəsindən, habelə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, işəgötürən işçinin pensiya yaşına çatdıqdan sonra 1 ay ərzində işçi ilə bağladığı əmək müqaviləsinə xitam vermək barədə iradəsini açıq şəkildə ifadə edib və bu barədə müvafiq əmr imzalayıb. Həmin əmrin işçinin müvəqqəti əmək qabiliyyətsiz olduğu dövrdə verilməsi səbəbi ilə ləğv edilməsi işəgötürənin əmək müqaviləsinə həmin əsasla xitam vermək hüququnu aradan qaldırmır, sadəcə bu hüququn realizəsini gecikdirir.

57. Yəni, bir halda ki, işəgötürən işçi ilə bağladığı əmək münasibətini davam etdirməmək barədə iradəsini ifadə edib və bu iradə ifadəsi əlavə heç bir şərtdən asılı olmadan müqaviləyə xitam verilməsi üçün yetərlidir, bu zaman işçinin onun iradəsinə zidd olaraq əmək müqaviləsində nəzərdə tutulmuş müddət (pensiya yaşına çatma müddətinin ) çatdığı halda yeni tarixlə işə bərpa olunması, onunla yeni əmək müqaviləsi bağlanması və bu tarixədək olan bütün müddət üçün məcburi iş buraxmaya görə əmək haqqı tutulması düzgün yanaşma deyil və bu ya naşma açıq-aşkar qeyri-mütənasib olmaqla, iddiaçının haqqı çatmayanları əldə etməsinə və nəticədə işəgötürənin ağır iqtisadi sanksiyaya məruz qalmasına səbəb olur.

58. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, mübahisənin düzgün hüquqi həlli baxımından, işçinin xəstəliyi səbəbindən işdə olmadığı vaxt nəzərə alınmaqla, onunla bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verildiyi 21 sentyabr 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni əmək qabiliyyət bərpa olunaraq, işə çıxmalı olduğu xx.xx.2023-cü il tarixədək olan müddətdə işə bərpa edilməli və həmin müddət üçün ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir.

59. Əks yanaşma yuxarıda da qeyd olunduğu kimi, işəgötürənin hüquqlarının pozulması deməkdir. Yəni işəgötürən tərəfindən işçinin xəstə o lduğu müddətdə əmək müqaviləsinə xitam verilməsəydi belə, işçi ilə bağlanmış əmək müqaviləsinin davam edəcəyi ən uzun müddət işçinin xəstə olduğu müddət və bundan sonra işə çıxdığı günü əhatə edəcəkdi və həmin müddətin sonunda işəgötürən əlavə heç bir əsaslandırma aparmadan sahib olduğu hüquqdan istifadə edərək, əmək müqaviləsinə xitam verəcəkdi.

60. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin iddia müddətinin keçməsi ilə bağlı dəlillərini isə əsassız hesab edir və qeyd edir ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, cavabdeh isə birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermədiyindən kassasiya şikayətində iddia müddətinin keçməsinə istinad etməsi əsassızdır.

61. Beləliklə, kassasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq, hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi “əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsi” tələblərinə aid hissələrdə ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilərək, iddia qismən təmin olunmalı, iddiaçının işdən azad olunması barədə əmr ləğv edilərək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Xaçmaz X2 İdarəsinin Şabran rayonu üzrə Qəzadispetçer xidməti struktur bölməsində plastmas qaynaqçısı vəzifəsinə bərpa olunmalı və həmin müddət üçün ona məcburi iş buraxma üçün əmək haqqı ödənilməli, məhkəmə aktı qalan hissədə, mediasiya xərcinin tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

62. Göstərilənlər ə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi qərara aldı: Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2024-cü il tarixli 2(105)-1253/2024 saylı qətnaməsi qismən, iddianın təmin olunan hissəsində ləğv edilsin, həmin hissədə yeni qərar qəbul edilsin, iddia qismən təmin edilsin. Cavabdeh İB-nin Xaçmaz RQİİ-in xx.xx.2023-cü il tarixli 8/3-1K195/2023 saylı əmri ləğv edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Xaçmaz X2 İdarəsinin Şabran rayonu üzrə Qəza-dispetçer xidməti struktur bölməsində plastmas qaynaqçısı vəzifəsinə bərpa olunsun və həmin müddət üçün ona məcburi iş bur axma üçün əmək haqqı ödənilsin. Qətnamə mediasiya xərcinin tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar