Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6801/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyinə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlu Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2021-ci il tarixli, 2(106)-1725/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdim, İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavab deh2 və Cavabdeh3 qarşı 6 sot həyətyanı torpaq sahəsi almaq üçün cavabdehlərə onun tərəfindən verilmiş 6500 manat pulun onlardan müştərək qaydada alınıb iddiaçıya verilməsi, əlavə olaraq Cavabdeh1 pensiya düzəltmək adı ilə ona verdiyi 1400 manatın, ödənilmiş dövlət rüsumuna görə 30 manatın və hüquqi yardım üçün ödənilmiş 70 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Sabirabad Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tаrixli qətnaməsi ilə (hakim F.Pənahov, iş № 2(056)-76/2021) iddia qismən təmin edilməsi, Cavabdeh1 6500 manat, ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat və hüquqi yardım üçün ödənilmiş 70 manat, cəmi 6600 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddia tələbinin Cavabdeh3 və Cavabdeh2 aid hissədə və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Həsənov (sədrlik edən və məruzəçi), Z.Zeynalov və Z.Allahyarov, iş № 2(106)-1725/2021) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(056)-76/2021 nömrəli qətnaməsinin qismən, yəni Cavabdeh1 6500 manat, ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat və hüquqi yardım üçün ödənilmiş 70 manat, cəmi 6600 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməsi, İddiaçı iddia tələbinin həmin hissədə təmin edilməməsi, Sabirabad Rayo n Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(056)-76/2021 nömrəli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kasasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2021-ci il tarixli, 2(106)-1725/2021 nömrəli qətnaməsinin (“Sabirabad Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(056)-76/2021 nömrəli qətnaməsinin qismən, yəni Cavabdeh1 6500 manat, ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat və hüquqi yardım üçün ödənilmiş 70 manat, cəmi 6600 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilsin” hissəsində) ləğv edilərək, mülki işə yenidən baxılması üçü n Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 402-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 407.1.4-cü maddəsinə əsasən şikayəti verə n şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göst ərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə. 408.2-ci maddəsinə əsasən İşin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət bu maddədə nəzərdə tutulmuş əsaslarla birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 409-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası m əhkəməsinin mövqeyi Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, iddiaçının kassasiya şikayətinin məzmunu Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır. Kassasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı işin hallarını, iş üzrə qəbul edilmiş məhkəmə qərarlarını sadalamış, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olduğunu göstərmişdir. Lakin kassator qeyd olunan hüquq normalarının pozulmasının nədən ibarət olmasını, hazırki mübahisədə necə tətbiq edilməli olmasını göstərməmiş və bununla da, Azərbaycan Respublikası MPM-in 407.1.4-cü maddəsinin tələblərini pozmuşdur. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması ü çün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kasasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2021-ci il tarixli, 2(106)-1725/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəb
Məhkəmə qərarları › İş №2(102)-6801/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-6801/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver