Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6808/2019 14.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Xətai Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(011)-1581/2019, hakim S.B.Mehrəliyev) İddiaçı Cavabdeh qarşı cavabdehdən 52.000 ABŞ dolları məbləğin də pulun ödəniş gününə manata olan məzənnəyə uyğun olaraq alınıb ona ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-6135/2019, hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev, A.Ə.Hüseyn) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 23 noyabr 2018-cu il tarixdə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 52.000 ABŞ dolları məbləğində pulun ödəniş gününə manata olan məzənnəyə uyğun olaraq alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ ş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iddia tələbini tam araşdırmadan və təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət vermədən qanunvericiliyin tələblərinə zidd qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı bundan əvvəl də cavabdehə qarşı borcun qaytarılması tələbinə dair iddia qaldırmış, Xətai Rayton Məhkəməsinin 22 noyabr 2016-cı il tarixli qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. Həmin vaxt cavabdeh iddiaçıya 3.000 manat pul ödəmiş, qalan pula da mənzil verəcəyəni vəd etmiş, iddiaçı da bu səbəbdən həmin məhkəmə qərardadı ilə razılaşmışdır. Eyni zamanda iddiaçı tərəfindən cinayət işin başlanılması nın rədd edilməsi barədə qərar da təqdim etmiş, lakin apellyasiya məhkəməsi iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilənin olmasının sübuta yetirilməməsi barədə əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddianı rədd edən birinci instansiya məhkəməsi qətnaməsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372, 373, 375-ci maddələrinə istinad edərək onunla əsaslandırmışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməklə, cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiyinə görə iddia tələbi təmin edilməməlidir. İddiaçı həmin qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, bundan əvvəl də cavabdehə qarşı borcun qaytarılması tələbinə dair iddia qaldırmış, Xətai Rayon Məhkəməsinin 22 noyabr 2016-cı il tarixli qətnaməsi ilə işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilmişdir. Həmin vaxt cavabdeh iddiaçıya 3.000 manat pul ödəmiş, qalan pula da mənzil verəcəyəni vəd etmiş, iddiaçı da bu səbəbdən həmin məhkəmə qərardadı ilə razılaşmışdır. Qeyd edilən halın təsdiq edilməsi üçün sübut kimi cavabdehin ona verdiyi mənzilə dair müqavilənin mənzilin təhvil verilməsi tələbinə dair Yasamal Rayon Məhkəməsinə verdiyi iddiasının surəti də təqdim edilmişdir. Lakin məhkəmə təqdim edilmiş sübutları nəinki araşdırmamış, ümumiyyətlə hər hansı münasibət bildirməmişdir. Apellyasiya şikayətini təmin etmədən, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayan apellyasiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600-cü maddəsinə istinad edərək qətnaməsini onunla əsaslandırmışdır ki, həmin maddənin tələblərinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Lakin hazırkı işdə qeyd edilən maddənin dispozitiv şərtlərinin mövcudluğu sübut edilmir. Belə ki, tərəflər arasında malların alqı-satqısı, o cümlədən nisyə alqı-satqısı ilə bağlı hər hansı bir müqavilənin bağlanması təsdiq edilmir. İddiaçı cavabdehin ondan 52.000 ABŞ dolları dəyərində qum və çınqıl aldığını bildirsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. Aşağıdakılara əsasən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmaq olmaz. K.Bünyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin h üquqi mövqeyi ondan ibarətdir ki, kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir. İddiaçı Beyləqan rayonu, Daşburun qəsəbəsində yerləşən qum, çınqıl sexinin sahibi cavabdehin isə beton istehsal edilən zavodun sahibi olmaqla, ondan mütəmadi olaraq mal alaraq pulunu nəğd ödədiyini, lakin sonradan nisyə aldığı malların dəyərini ödəmədiyini və ona olan borcunun 53.650 ABŞ dolları məbləğinə çatdığını, dəfələrlə hüquq-mühafizə orqanlarına şikayət etdiyini, lakin şikayətinin dəlillərinə mülki qaydada baxılmalı olması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar qəbul edildiyini, 2016-cı ildə həmin məbləğin qaytarılması barə də tələblə məhkəməyə müraciət etdiyini, həmin ərizə məhkəmənin icraatında olarkən cavabdehin ona 3.000 manat məbləğində pul verdiyini, qalan məbləğin əvəzi olaraq ona mənzil verməyi vəd etdiyini göstərərək 52.000 ABŞ dolları məbləğində borcun cavabdehdən onun xeyrinə tutulması barədə hazırki tələbi irəli sürmüşdür. Apellyasiya məhkəməsinin də istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin nisyə satılmış əşyanın ödənilməsi əsaslarını müəyyən edən 600-cü maddəsinin tələblərinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsi ilə iş üzrə məhkəmə baxışının prinsipləri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətb iq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqini təmin etməməklə qeyd edilən normaların tələblərini pozmuşdur. İşin cavabdeh tərəfindən də etiraf edilən və mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı 2008-ci ildən başlamaqla cavabdeh barəsində hüquq mühafizə orqanlarına dəfələrlə şikayət edərək cavabdehin nisyə qaydada ondan aldığı qum-çınqılın dəyəri olan 53.650 ABŞ dolları məbləğində borcunu ödəməkdən boyun qaçırdığını göstərmişdir. İş materiallarında olan 23 iyun 2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, cavabdeh polisə verdiy izahatında göstərmişdir ki, o, hə qiqətən də beton zavodunda işləmiş, lakin qım-çınqılı İddiaçı deyil, onun şəriki olan Qəzənfər adlı şəxsdən nəğd pulla almışdır. X7 borcu yaranmış və Tahir oğlunun ölümündən sonra depresiyaya düşdüyündən, həmin borcu ondan tələb etməyə başlamışdır. Həmin qərarda qeyd edilmişdir ki, İddiaçı bundan əvvəl də eyni məzmunlu şikayət ərizəsi ilə polisə müraciət etmiş, həmin şikayət üzrə 27.11.2008-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Ona izah edilmişdir ki, mülki qaydada məhkəməyə müraciət edə bilər. Bundan sonra, 23 avqust 2016-cı il tarixdə İddiaçı Cavabdeh və X4 qarşı hazırki tələblə eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdehlərdən 52.000 ABŞ dolları məbləğində pulun ödəniş gününə manata olan məzənnəsi ilə alınaraq ona ödənilməsi barədə qət namə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 22 noyabr 2016-cı il tarixli qərardadı ilə həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan görünür ki, iddiaçı həmin məhkəmə iclasında iştirak etməmiş, lakin iclasda Cavabdeh nümayəndəsi A.A.Orucov soyadlı şəxs iştirak etmiş və işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Digər tərəfdən həmin qeyd edilən qərardad qəbul ediləndən 6 gün əvvəl, Cavabdeh həmin A.A.Orucov soyadlı şəxs vasitəsilə Yasamal Rayon Məhkəməsində “xxxx” MTK-ya qarşı 23 yanvar 2008-ci il tarixli müqavilə əsasında əldə etdiyi 3 otaqlı mənzilin onun sahiblik və istifadəsinə verilməsi barədə iddia qaldırmışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, “xxxx” MTK iddiaçının bundan əvvəlki qaldırdığı iddia ərizəsində cav abdeh kimi göstərdiyi X3 direktoru olduğu hüquqi şəxsdir. Göründüyü kimi, iddiaçı cavabdehlə aralarında yaranmış mübahisə ilə bağlı baş vermiş halları ardıcıl olaraq göstərməklə, istinad etdiyi sübutlarla əsaslandırmışdır. Lakin apellyasiya məhkəməsi işin qeyd edilən hallarına ümumiyyətlə hüquqi qiymət vermədən və iddiaçının dəlillərini ümumiyyətlə araşdırmadan tərəflər arasında hər hansı müqavilənin olmaması barədə əsassız nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hall ara və tərəflərin qarşılıqlı münasibətinə əsaslandırılmamışdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası mülki işin ədalətli və qanuna müvafiq həlli üçün iddiaçı tərəfindən kassasiya şikayətində irəli sürülmüş işin faktiki halları barədə dəlillərin mahiyyətinə toxunmayaraq qeyd edir ki, apellyasiya qaydasında işə baxılarkən həmin məqamlar hərtərəfli araşdırılmalı, mübahisəyə maddi və prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassa siya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6808/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6808/2019
14.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver