Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6814/2019 14.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və X1 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-4931/2018, hakim R.N.Quliyev) İddiaçı cavabdehlər “xxxx” M MC, 9 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi idarəsinə qarşı alqı-satqı müqaviləsinin və daşınmaz əmlaka dair verilmiş çıxarışın ləğv edilməsi, onun adına yeni çıxarışın verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-6244/2019 E.M.Həsənov, X.A.Mərdanova, F.F.Babayev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamədəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: 22 dekabr 2015-ci il tarixli alqı-satqı müqavilə sinə əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 124 saylı mənzilini “xxxx” MMC-yə 100.000 manata satmışdır. 22 dekabr 2015-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən həmin mənzil “xxxx” MMC tərəfindən X4 lizinqə verməyi, sonuncu isə bunun müqabilində lizinq şirkətinə 35.000 ABŞ dolları məbləğində əsas borc, 7.766 ABŞ dolları mükafat ödəməyi öhdəsinə götürmüşdür. 21 sentyabr 2018-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək onunla “xxxx” MMC arasında bağlanmış 22 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 124 saylı mənzilinə dair onun adına yeni çıxarış verilməsi barədə qətnamə qəbul edilməs ini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onun tərəfindən verilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətinə məhkəmə heç bir münasibət bildirməmişdir. Habuki 100.000 manat pulun bankdan çıxarılmasına dair kassa məxaric orderində olan imza ona aid deyil və həmin imza “xxxx” MMC-nin öz əməıkdaşları tərəfindən icra edilmişdir. “xxxx” MMC iddiaçıdan mənzili 100.000 manata alıb həmin gün 35.000 ABŞ dollarına, yəni həmin tarixə manata məzənnə ilə 54.250 manata başqa bir şəxsə satmışdır. Bu hal həmin müqavilənin şübhəli olmasına dəlalət edir. Məhkəmə kollegiyasının iclasında kassatorun və cavabdehin nümayəndələri vəkilsiz iştirak etmişlər. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş hüquqmüəyyənedici sənədin ləğv edilməsi təşkil edir. İddia onunla əsaslandırılmışdır ki, qeyd edilən alqı-satqı müqaviləsi bağlandıqdan sonra alıcı lizinq şirkəti tərəfindən hər hansı məbləğ ödənilməmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar təqdim edilməmiş, əksinə məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərdən müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə notarial qaydada təsdiq edildikdən sonra mənzilin alqı-satqısı üçün ödənilmiş 100.000 manat məbləğində pul vəsaiti notaius tərəfindən “xxxx” MMC-nin depozi t hesabına mədaxil edilmiş, sonradan isə qeyd edilən pul vəsaiti İddiaçı tərəfindən məxaric edilmişdir. Beləliklə, iddiaçı alqı-satqı nəticəsində ona pul ödənilmədiyini, məhz bu səbəbdən də alqı-satqı müqaviləsinin ləğv edilməsi zərurəti yarandığını sübut edə bilməmiş, həmin hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamış, iddiaçının iddia tələbinin əsası kimi qeyd etdikləri onun subyektiv mülahizələri olmaqla heç bir mötəbər sübut növü ilə təsdiq edilmir. İddiaçı həmin qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 100.000 manat pulun satıcıya ödənilməsinə dair kassa məxaric orderində olan imza ona aid deyil və həmin imza “xxxx” MMC-nin öz əməkdaşları tərəfindən icra edilmişdir. Həmin halın müəyyən edilməsi üçün, onun tərəfindən verilmiş məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətinə məhkəmə heç bir münasibət bildirməmişdir. “xxxx” MMC iddiaçıya məxsus mənzili 100.000 manata alıb həmin gün 35.000 ABŞ dollarına, yəni həmin tarixə manata məzənnə ilə 54.250 manata başqa bir şəxsə lizinqə vermişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün iddiaçının irəli sürdüyü faktiki hallar həmin tələbin qanuni əsasının dispozitiv əlamətləri ilə uzlaşmamaqdadır və birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. İşin mü bahisələndirilməyən halları ilə müəyən edilir ki, 22 dekabr 2015-ci il tarixdə iddiaçı ilə cavabdeh lizinq şirkəti arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçıya məxsus mənzil şirkətə 100.000 manata satılmışdır. Elə həmin tarixdə lizinq şirkəti ilə bağlanmış daxili lizinq müqaviləsinə əsasən həmin mənzil üçüncü şəxsə, 35.000 ABŞ dolları qiymətləndirilməklə lizinqə verilmişdir. 21 sentyabr 2018-ci il tarixdə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2015-ci ilin sonlarında onun ailəsinin pula ehtiyacı olduğuna, mənzillərini banka girov qoyaraq bankdan pul götürmək qərarına gəldiklərinə, bu məqsədlə cavabdeh “xxxx” MMC ilə aralarında həmin mənzilə dair notarial qaydasında təsdiqlənmiş müqavilə bağlandığına, sonradan ona hər hansı bir məbləğin verilmədiyinə, lak in mənzilin də öz sahibliyində qaldığından MMC-yə qarşı hər hansı tələbi olmadığına istinad edərək həmin müqavilənin və onun nəticələrinin ləğv edilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halı, yəni cavabdeh MMC tərəfindən mənzilə görə ona hər hansı məbləğin verilmədiyinin müəyyən edilməsi üçün xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət verərək, 100.000 manat pulun alınması barədə qəbzdəki imzanın ona aid olub-olmamasının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184-cü madd əsi ilə işin və mübahisənin vəziyyətinin müzakirə edilməsi, işdə iştirak edən şəxslərin vəsatətlərinin həlli əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş vəsatətə ümumiyyətlə hüquqi qiymət verməmiş, iddiaçı qəbzdəki imzanın onun tərəfindən icra edilmədiyini israrla bildirdiyi halda, həmin halın əksi müəyyən edilmədən, iddiaçının ona pulun ödənilməməsi ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmədiyi barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə apellyasi ya instansiyası məhkəməsində işə baxılmanın hədləri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yuxarıda qeyd edildiyi kimi iddiaçı apellyasiya şikayətində 100.000 manat pulun ödənilməsinə dair kassa məxaric orderində olan imzanın onun tərəfindən icra edilmədiyini, bunun müəyyən edilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətinə məhkəmə tərəfindən heç bir münasibət bildirilmədiyini göstərmişdir. Apellyasiya məhkəməs i həmin dəlilin araşdırılmasına ümumiyyətlə ehtiyac olmaması, çünki işin həlli üçün həmin dəlilin əhəmiyyəti olmaması barədə əsassız nəticəyə gəlmişdir. Halbuki, apellyasiya məhkəməsinin də qətnaməsində göstərdiyi kimi mülki qanunvericiliyin müddəalarına görə, müqavilənin ləğv edilməsi üç halda mümkündür; bunlardan birincisi Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırki halda bu hal istisna olunur, çünki tərəflərin razılaşması yoxdur. İkinci hal Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən edilmiş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır. Buna görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o müqavilə bağlanarkən ümuid etməyə ha qqı çatanlardan xeyli dərəcədə məhrum olur. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit edilmiş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsi halıdır. İddiaçının ləğvini mübahisələndirdiyi müqavilə alqı satqı müqaviləsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin maddənin məzmunundan göründüyü kimi, alqı-satqı müqaviləsi alıcı və satıcının qarşılıqlı iradə ifadəsi əsasında bağlanmaqla hər iki tərəf üçün hüquq və vəzifələr yaradır. Müqaviləyə əsasən, əşyanı alıcının mülkiyyətinə vermək satıcının vəzifəsi, onun dəyərini ödəmək isə alıc ının vəzifəsidir. Deməli, hazırda mübahisələndirilən müqavilə üzrə mənzilin dəyərinin ödənilməsi müqavilənin əsas şərtidir. Müqavilə tərəfi olan alıcı razılaşdırılmış dəyəri ödəməmişdirsə və ödəməkdən yayınırsa digər tərəf müqavilənin ləğvini tələb edə bilər. Lakin apellyasiya məhkəməsi mübahisəyə prosessual qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, iddiaçının irəli sürdüyü dəlilləri araşdırmadan rədd etməklə bərabər, müqavilənin ləğvi əsaslarını müəyyən edən qanunvericilik normalarını da səhv təfsir etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibə tinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə zidd olmaqla qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Məhkəmə kollegiyası iddiaçının işin faktiki halları barədə kassasiya şikayətində irəli sürülmüş dəlillərin mahiyyətinə toxunmayaraq hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən həmin dəlillər araşdırılaraq mülki və mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi George Rumıniyaya qarşı iş üzrə 15 mart 2007-ci il tarixli qərarında ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun pozulduğuna dair qənaətə gələrkən mövqeyini həm də onunla əsasla ndırmışdır ki, məhkəməyə şikayətində, ərizəçinin irəli sürdüyü və həlledici əhəmiyyətinə görə konkret və aydın qiymət tələb edən dəlili məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 may 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6814/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6814/2019
14.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver