Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6819/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2019-cu il tarixli 2(103)8626/19 saylı qərardadından ilkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2019-cu il tarixli qərardadı ilə (hakimlər: Ş.Ə.Məhərrəmova, E.Y.Şamayev və M.Məmmədov) Bakı Apellyasiya Məhkəm əsi Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli qərardadından ilkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İşin halları: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər X2 və Cavabdeh2 qarşı cavabdehlərin mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və s. tələbinə dair ilk, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin hərəkətlərinin qanunsuz hesab edilməsi və qanunsuz hərəkətlərin dayandırılması vəzifəsinin İddiaçı ASC-nin üzərinə qoyulması barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə ilkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işin aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtis adi Məhkəməsinə göndərilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan ilkin iddia tələbi üzrə cavabdehlər şikayət vermiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İlkin iddia tələbi üzrə cavabdehlər 10 iyun 2019-cu il tarixli qərardaddan kassasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin yuxarıda göstərilən 15 iyul 2019-cu il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin də lilləri: İkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. Tərəflər işin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan R espublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 67.1-ci maddəsinə görə kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. (407.3.) Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilm əsini sübut edən sənəd əlavə olunur. (407.4.) Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti qaytarılır. (408.1.3.) İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli qərardadından ilkin iddia tələbi üzrə cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti qanunla müəyyən edilmiş qaydada vəkil tərəfindən tərtib edilməmiş və kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişdir. Belə olan halda kollegiya qeyd edir ki, həmin kassasiya şikayəti prosessual qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edildiyindən düzgün olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılmışdır. Kollegiya apellyasiya instansiya sı məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qərardadı qanuni sayır və hesab edir ki, qərardad prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 15 iyul 2019cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6819/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6819/2019
06.11.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver