Məhkəmə qərarları › İş №2(102)-683/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-683/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-683/2021 08.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 “, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, kredit, ipoteka və zaminlik müqaviləsinə xitam verilməsi” tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3581/2020 nömrəli iş üzrə 20 iyul 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı BOKT ASC ilə X1 oğlu (borc alan) arasında bağlanmış 27 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi ilə cavabdehə bağ evinin təmiri məqsədi ilə illik 23 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 70 000 ABŞ dolları məbləğində kredit verilmişdir. 17 iyul 2012-ci il tarixli 313/12/ÇF/PB nömrəli ipoteka müqaviləsinə edilmiş 27 oktyabr 2015-ci il tarixli 3 №-li əlavə ilə ünvan 1 ünvanında yerləşən 0,115398 ha torpaq s ahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320,02 kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğular girov müqaviləsi ilə yüklü edilmişdir. 27 oktyabr 2017-ci il tarixli arayışı məlmatlarnıa əsasən kredit müqaviləsi üzrə 68613,38 ABŞ dolları əsas, 68401,38 ABŞ dolları faiz, 91966,44 ABŞ dolları dəbbə pulunun, cəmi 228999,49 ABŞ dolları borcu mövcuddur. 27 oktyabr 2015-ci il tarixli zaminlik müqaviləsi ilə zamin Cavabdeh1, borclunun 27 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə kreditor qarşısında b orclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 oğlu 30 dekabr 2016-cı il tarixdə ölmüşdür. 05 iyul 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən X1 oğlunun mülkiyyətində olan 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320,02 kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinin real bazar qiyməti 485000 manat təşkil edir. 13 sentyabr 2018-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, 27 oktyabr 2015-ci il tarixli 0733/15/ÇF/PB nömrəli kredit müqaviləsi üzrə 30 dekabr 2016-cı il tarixə cavabdehin 68631,67 ABŞ dolları əsas, 17232, 27 ABŞ dolları faiz, 27 oktyabr 2017-ci il tarixə cavabdehin 68631,67 ABŞ dolları əsas, 30255,13 ABŞ dolları faiz borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə İddiaçı BOKT ASC arasında bağlanılmış 27 oktyabr 2015-ci il tarixli 0733/15/ÇF/PB nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən İddiaçı BOKT ASC-nin xeyrinə 27 oktyabr 2015-ci il tarixli 0733/15/ÇF/PB nömrəli kredit müqaviləsi üzrə 68613,38 ABŞ dolları əsas, 68401,38 ABŞ dolları faiz, 91966,44 ABŞ dolları dəbbə pulunun, cəmi 228999,49 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun, 500 manat hüquqi yardıma görə xə rcin tutulmasına, ipoteka predmetinin 120000 manat qiymətləndirilməsi, borcun əvəzi bu qiymətlə ünvan 1 ünvanında yerləşən X1 oğlunun mülkiyyətində olan 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320,02 kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğulara yönəldilməsi, fərdi yaşayış evi və tərkibindəki tikili və qurğular açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, ünvan 1 ünvanında yerləşən X1 oğlunun mülkiyyətində olan 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320,02 kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğulardan orada yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və C avabdeh4 çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı BOKT ASC iddia tələbinin həcmini artıraraq cavabdehdən İddiaçı BOKT ASC-nin xeyrinə 27 oktyabr 2015-ci il tarixli 0733/15/ÇF/PB nömrəli kredit müqaviləsi üzrə 68170,70 ABŞ dolları əsas, 127 197,79 ABŞ dolları faiz, 185 448,20 ABŞ dolları dəbbə pulunun, cəmi 380 816,69 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, ipoteka predmetinin 120000 manat qiymətləndirilməsi, borcun əvəzinin bu qiymətlə ünvan 1 ünvanında yerləşən X1 oğlunun mülkiyyətində olan 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320,02 kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğulara yönəldilməsi, fərdi yaşayış evi və tərkibindəki tikili və qurğuların açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, ünvan 1 ünvanında yerləşən X1 oğlunun mülkiyyətində olan 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320,02 kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğulardan orada yaşayanların fərdi yaşayış evi aşıq hərracda satışdan sonra bir ay ərzində könüllü tərk etmədikdə məcburi çıxarılması, evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə X1 oğlu arasında bağlanmış 27 oktyabr 2015-ci il tarixli 0733/15/ÇF/PB nömrəli kredit müqaviləsinə əsas ən cavabdehə illik 23 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 70 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq ünvan 1 ünvanında yerləşən X1 oğlunun mülkiyyətində olan 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320,02 kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğular girov müqviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariusda təsdiq edilmiş, dövlət qeydiyyatına alınmışdır. Borcun təminatı olaraq, Cavabdeh1 ilə 27 oktyabr 2015-ci il tarixli 0733/15/ÇF/PB-Z nömrəli zaminlik müqaviləsi bağlanmışdır. DİN-nin BPQMİ-nin 28 noyabr 2017-ci il tarixli MAPS arayışına əsasən X1 oğlu vəfat etmiş, bu səbəbdən Cavabdeh1 göstərilmişdir. Lakin cavabdeh yuxarıd a qeyd olunan müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməyərək kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Nəticədə cavabdehin 27 oktyabr 2015-ci il tarixli 0733/15/ÇF/PB nömrəli kredit müqaviləsi üzrə 68170,70 ABŞ dolları əsas, 127 197,79 ABŞ dolları faiz, 185 448,20 ABŞ dolları dəbbə pulunun, cəmi 380 816,69 ABŞ dolları borcu yaranmışdır. Cavabdeh müqavilələr üzrə öhdəliklərini yerinə yetirməsi üçün dəfələrlə şifahi və yazılı xəbərdar edilməsinə baxmayaraq, kredit borcunu və ona hesablanmış faizləri qaytarmamışdır. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit, ipoteka və zaminlik müqaviləsinə xitam verilməsi” tələ binə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 oğlu vəfat etdiyindən onunla bağlanmış 27 oktyabr 2015-ci il tarixli 0733/15/ÇF/PB nömrəli kredi müqaviləsinə, onun tərkib hissəsi olan 17 iyul 2012-ci il tarixli 313/12/ÇF/PB nömrəli ipoteka müqaviləsinə edilmiş 27 oktyabr 2015-ci il tarixli 3 N-li əlavə, həmçinin 17 iyul 2015-ci il tarixli 0733/15/ÇF/PB-D nömrəli daşınar əmlakın girov müqaviləsi, o cümlədən onunla bağlanmış 17 iyul 2015-ci il tarixli 0733/15/ÇF/PB-Z nömrəli zaminlik müqaviləsi qüvvədən düşdüyündən həmin müqavilələrə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.Əkbərov, iş № 2(003)-56/2019) ilkin iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı BOKT ASC-n in xeyrinə 27 oktyabr 2015-ci il tarixli 0733/15/ÇF/PB nömrəli kredit müqaviləsi üzrə 68631,67 ABŞ dolları əsas, 30255,13 ABŞ dolları faiz borcu, 100,00 ABŞ dolları dəbbə pulu, cəmi 96986,80 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, ipoteka predmeti olan ünvan 1 ünvanında X1 oğlunun mülkiyyətində olan 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320,02 kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuların 485000 manat ilkin satış qiyməti ilə qiymətləndirilməsi və tələbin həmin əmlaka yönəldilməsi, fərdi yaşayış evi və tərkibindəki tikili və qurğular açıq hərracda satılaraq əldə edilən vəsaitin tələb edilən borcun ödənilməsinə yön əldilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edimişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında qanunla müəyyən olunmuş qaydada kredit müqaviləsi, zaminlik və ipoteka müqaviləsi bağlanmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianın əsassız olması nəticəsinə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyul 2020-ci qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov, iş № 2(103)3581/2020) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xə zər Rayon Məhkəməsinin 2(003)-56/2019 saylı iş üzrə 12 noyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 27.10.2015-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərinin icrasında iddiaçı qarşısında onunla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Borclu X1 oğlu kreditin qaytarılması üzrə öhdəliyini icra etməmiş və 30 dekabr 2016-cı il tarixdə ölmüşdür. Borclunun vərəsələrinin mirası qəbul, öhdəliyi icra etmələri təsdiq edilməmişdir. Cavabdeh1 borclu N.Babayevin ölməsi ilə kredit müqaviləsinə xitam verildiyini və onun qüvvədən düşdüyünü qeyd edir, həmçinin zaminlik müqaviləsinə xitam verildiyini hesab edir. Apellyasiya insta nsiya məhkəməsi hesab etmişdir ki, borclunun ölməsi zaminlik müqaviləsinə xitam verilməsinə əsas vermir, Mülki Məcəllənin 558.1-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Borclunun ölümü o halda öhdəliyin xitamına səbəb olur ki, onun şəxsi iştirakı olmadan həmin öhdəliyi icra etmək mümkün olmasın. Hazırki işdə isə belə hallar mövcud deyildir. “İddiaçıbank” ASC ilə X1 oğlu arasında bağlanmış 17.07.2012-ci il tarixli kredit müqaviləsi üzrə borc öhdəliyinin icrasının təmin edilməsi üçün tərəflər arasında 17.07.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Müqavilədən aydın olur ki, 27.10.2015-ci il tarixdə 17.07.2012-ci il tarixli ipoteka müqaviləsinə 03 nömrəli əlavə bağlamaqla tərəflərin iradə ifadəsi 27.1 0.2015-ci il tarixdə bağlanan kredit müqaviləsi üzrə borc öhdəliklərinin icrasının təmin edilməsinə yönəlmişdir. Müqavilə (Əlavə) notariat qaydada təsdiq olunmuş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, cavabde hin istinad etdiyi hal əsas öhdəliyin icrası müddətinin göstərilmədiyi və ya müəyyənləşdirilə bilmədiyi hallara aiddir ki, hazırki iş üzrə də əsas öhdəliyin icrası müddəti göstərilmişdir, belə ki, öhdəliyin icra müddəti 27.10.2018-ci il tarixdə bitdiyi halda, iddiaçı hazırki iddianı hələ bu müddət bitmədən 21.12.2017-ci il tarixdə qaldırmışdır. MM-nin 477.0.4-cü maddəsinin tətbiqi yalnız o halda mümkün olardı ki, hazırki iddia müqavilə müddəti (öhdəliyin icrası vaxtı) bitdiyi tarixdən 1 il keçdikdən sonra qaldırımış olardı. Odur ki, həmin normanın dispozisiya şərtləri hazırki iş üzrə yaranmamışdır. Mərhum X1 oğlu Cavabdeh1 bacısının əri olmuşdur, yəni borclu və zamin qohum olmuşlar. Hazırki iş üzrə ipoteka ilə yüklü edilmiş yaşayış evində də Cavabdeh1 və onun ailə üzvləri olan digər cavabd ehlər yaşayırlar. Lakin mərhum N.Babayevdən qalmış mirasın (ipoteka predmetinin) hər hansı vərəsəsi tərəfindən qəbul edilməsi iş materiallarından müəyyən olunmur. Müəyyən olunan isə odur ki, mübahisəli yaşayış evi faktiki olaraq Cavabdeh1 məxsusdur, mərhum N.Babayev isə ailəsi ilə birlikdə Maştağa qəsəbəsində yaşamışdır. İddiaçı BOKT ASC kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə müvafiq cavabdehlərə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Miras əmlakın hansı vərəsələr tərəfindən qəbul edilməsini gözləmək faydasız və mübahisənin uzun müddət həll edilmədən qalmasına səbəb ola bilər. Miras əmlakın bu və ya digər vərəsə tərəfindən qəbul edilməsi də tutmanın həmin əmlaka yönəldilməsinin qarşısını almır. Kassasiya şikayətinin və on a etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)3581/2020 nömrəli iş üzrə 20 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətində göstərilənlər eyni ilə apellyasiya şikayətində göstərilənlərlə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və y eri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən m üəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin cavabdehin şikayətində göstərilənlərə münasibətdə yoxlanmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icras ını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi büt ün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 558.1-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına s əbəb olur. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1273-1-ci maddəsinə əsasən isə vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə mir as qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzəri nə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesa blanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. “İpoteka haqqında” Qanunun 59-cu maddəsində qeyd edilir ki, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və satıldıqda bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla bi rlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədənotariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şa hidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüqu q normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına, tələbin düzgün cavabdehə yönəlməməsi, iddia ərizəsinin forma və məzmununa əməl olunmamasına, kredit müqaviləsi üzrə öhdəliklərin tam icra olunmasına, tələbin ipoteka predmtinə yönəlməsi üçün əsasların olmamasına, iddia müddətinin əsassız olaraq tətbiq edilməməsinə istinad edir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində istinad olunan dəlillər apellyasiya şikayətndə göstərilən dəlillərlə eyni olmuşdur. Məhkəmə kollegiyası mülki işlə rə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü t ərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolle giyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3581/2020 nömrəli iş üzrə 20 iyul 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar