Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-683/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “Avro-Asiya İnşaat” Korporasiyası "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: işin kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “X1 "xxxx" ASC-yə qarşı əmrin qanunsuz hesab edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kol legiyasının 2(103)-5835/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı “X1 "xxxx" ASC ilə 17 avqust 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsi əsasında elektromexanik vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsinin müddəti bir ay müəyyən edilmişdir.
2. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə “X1 "xxxx" ASC üzrə 17 dekabr 2020-ci il tarixli, 194 nömrəli əmrlə, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (müqavilə müddətinin bitməsinə görə) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh “X1 "xxxx" AS C-yə (bundan sonra – cavabdeh) iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onun işdən çıxarılması barədə 17 dekabr 2020-ci il tarixli, 194 saylı əmrin ləğv edilməsi, 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları üçün əmək haqlarının ödənməsi, məbləğin qanunvericiliyə uyğun hesablanması, məcburi iş buraxma müddəti üçün 17 dekabr 2020-ci il tarixdən hesablanmaqla işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-4442/2021 nömrəli, 03 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim X.B.Xudayev) iddia tələbi rədd edilmişdir.
5. Bi rinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçının 17 dekabr 2020-ci il tarixli 194 nömrəli əmrin mövcudluğu barədə məlumatı olmuş, bu hal iddia ərizəsində, X3 Xidmətinin Bakı şəhər İdarəsinin iddiaçıya ünvanlanmış 18 yanvar 2021-ci il tarixli cavab məktubunda, həm də iddiaçının izahatında öz əksini tapmışdır. İddiaçı 2021-ci ilin yanvar ayında 17 dekabr 2020-ci il tarixli 194 nömrəli əmrin mövcudluğunu bilməklə, hüququnun pozulduğunu aşkar etmiş, lakin həmin vaxtdan məhkəməyə müraciət etdiyi vaxtadək 3 aydan çox müddət keçməklə (29 aprel 2021-ci il tarixdə) məhkəməyə müraciət etmişdir və iddiaçı 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək müddətini ötürmüşdür. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
6. İddiaçı apellyasiya şikayəti verərə k qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9448/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və X.Ə.Sarıyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
9. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qəra r çıxarılmasını xahiş etmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)3773/2022 nömrəli, 04 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Abbasov (məruzəçi), E.R.Vəliyeva və E.Y.Şamayev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənilməsi, məbləğin qanunvericiliyə uyğun hesablanmasına aid hissədə ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır.
11. Məhkəmə kollegiyası hesab etmişdir ki, 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənilməsi, məbləğin qanunvericiliyə uyğun hesablanması hissəsi ilə bağlı iddia tələbinin təmin edilməyən hissəsin də qətnamə əsaslı deyil.
12. Belə ki, işdən göründüyü kimi nə birinci, nə də apellyasiya instansiya məhkəməsi iddianı bu hissədə təmin etməsələr də, həmin hissədə iddiaya ümumiyyətlə, qiymət verməmiş, həmin iddianı nəyə görə təmin etmədiklərini qətnamədə əsaslandırmamış, həmin tələbi açıq saxlamışlar. Halbuki iddianın bu hissəsi işə bərpa tələbindən asılı olan tələb deyil, iddiaçı işdən çıxarılanadək ona hesablanıb verilməli olan əmək haqqının ödənilmədiyini bildirir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
13. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-5835/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və F.Ş.Talışinski) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəmə sinin qətnaməsi iddia tələbinin “2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsi və məbləğin qanunvericiliyə uyğun hesablanmasının” təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilmiş, 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsi və məbləğin qanunvericiliyə uyğun hesablanmaqla İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh “X1 "xxxx" ASC-nin üzərinə qoyulması qət edilmişdir.
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsi və məbləğin qanunvericiliyə uyğun hesablanmasının təmin edilməməsi hissəsi ilə bağlı qənaətini qanuni və əs aslı hesab etməmiş və qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşdən çıxma barədə əmrin tarixini və məhkəməyə müraciət tarixini nəzərə alan məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları üzrə ödənilməmiş əmək haqqının pulun tələb edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bir illik iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir.
15. İş materiallarında olan ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 15586 nömrəli müqavilədən görünür ki, müqavilə 1 ay müddətinə, yəni, xx.xx.2020ci il tarixədək bağlanmış, əmək haqqı 599 manat müəyyənləşdirilmişdir.
16. Kollegiya qeyd etmişdir ki, hazırkı iddia tələbi üzrə ASC iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam vermiş olsa da, iddiaçıya son haqq-hesab ödənilməmişdir. Bu hal işin yuxarıda qeyd edilən halı ilə təsdiq edilir. Kollegiya hesab edir ki, hazırki halda İddiaçı 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları üzrə əmək haqqının ödənilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. İş materiallarından isə göründüyü kimi, cavabdeh tərəfindən İddiaçı 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları üzrə əmək haqqının ödənilməsini təsdiq edən hər hansı süb ut məhkəməyə təqdim edilməmişdir.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, ASC tərəfindən iddiaçıya 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları üzrə əmək haqqının ödənilmədiyi təsdiq edildiyindən, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayətində Əmək Məcəlləsinin 296-cı, Mülki Məcəllənin 375.2-ci, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 iyun 2013-cü il tarixli Plenum Qərarına, MPM-in 66.1 və 88-ci maddələrinə istinad edilərək göstərilmişdir ki, iddiaçı məhkəməyə müraciət edən zaman artıq iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı 15 yanvar 2021-ci il tarixdə Əmək Müfəttişliyinə, daha sonra isə məhkəməyə müraciət etmişdir. b)
20. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiy a kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
22. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;...
23. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
24. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
25. Maddə 417.1.7. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayətinin icraata qəbul olunması barədə qərardad ləğv edilərək iş kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə q aytarılmalıdır.
27. Belə ki, Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
28. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayə ti verilə bilər.
29. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
30. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblə rə tam əməl etməmişdir. Belə ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Çünki iddiaçı 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları üçün əmək haqlarının ödənməsi, məbləğin qanunvericiliyə uyğun hesablanmasını tələb edir. İddiaçı iddia ərizəsində və daha sonra məhkəmələrdə verdiyi izahatlarında tutulmalı məbləği dəqiq göstərməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsində əmək haqqının məbləği 599 manat müəyyən edilmişdir. Bu halda ödənilməli məbləğ 5000 manat məbləği keçmir. Yəni cavabdehin mübahisələndirdiyi hissədə iddianın məbləği 5000 manat təşkil etmir.
31. Qətnamənin mübahisələndirilən hissəsində iddianın məbləği 5000 manatdan az old uğuna görə Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən, iddiaçının apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ yoxdur. İddiaçının kassasiya şikayəti MPM-nin tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur. MPM-nin 417.1.7-ci maddəsinə əsasən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edilərsə, kassasiya instansiyası məhkəməsinin icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarmaq səlahiyyəti vardır.
32. Çünki kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin beş min manatdan az olması), apellyasiya instansiyası məhkəməsi tərəfindən ka ssasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
33. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 402.1, 417.1.7 və 408.1.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5835/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh “Avro-Asiya İnşaat” Korporasiyası "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki Kollegiyasının 06 yanvar 2023-cü il tarixli saylı qərardadı ləğv edilsin. Kassasiya şikayəti geri qaytarılması üçü n mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.