Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-685/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməasi tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4166/2021 nömrəli iş üzrə 24 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 21.12.2012-ci il tarixli 03L000008768 saylı kredit xətti müqaviləsindən görünür ki, cavabdehə 120 (yüz iyirmi) ay müddətinə 1.000.000 (bir milyon) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 13.02.2014-cü il tarixli 03R000025353 saylı kredit razılaşmasına əsasın 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 49.000 (qırx doqquz min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 16.05.2016-cı il tarixli 03R000025353S saylı, 22.02.2017-ci il tarixli 03R000025353SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İbrahı mov Cəfər Qadir oğlu, Cavabdeh3, Cavabdeh4 03S000016708, 03S000020319, 03S000016702 nömrəli müqavilələrdən görünür ki, həmin kredit müqaviləsi üzrə İddiaçı QSC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlik müqaviləsi bağlamışlar. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan Cavabdeh4 AccessBank QSC ilə bağladığı 06.02.2014-cü il tarixli 03M000001463 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən təsdiq edilib) əsasında Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsindəki 40 saylı binanın 3-cü mərtəbəsində 64.73 m2 ümumi 46.73 m2 yaşayış 18 m2 yardımçı sahədən ibarət 3 otaqlı 9 nömrəli mənzili iddiaçının xeyrinə ipot eka ilə yüklü etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, İbrahimov Cəfər Qadir oğluna, Quliyev Murad Ənvər oğluna, Aslanova Əntiqə Allahverdı qızına, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Novruz qızına qarşı borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 03R000025353 saylı kredit razılaşması üzrə 33.564,53 ABŞ Dolları kredit borcu, 12.492,83 ABŞ Dolları faiz borcu və 12.886,68 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 58.944 (əlli səkkiz min doqquz yüz qırx dörd) ABŞ Dolları 14 sent məbləğində borcun, məhkəmədə iddia qaldır maq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 40 saylı evin 9 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 40 saylı evin 9 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 həmin mənzilə istifadə hüququnun itirilməsi, onların mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 30995 nömrəli 20.12.2019-cu il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarışlardan və İddiaçı KB ASC ilə Cavabdeh1 arasında 21dekabr 2012-ci il tarixində 03L000008768 saylı kredit xətti müqaviləsinə əsasən 13 fevral 2014-cü il tarixdə 03R000025353 saylı kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə bitən müddətə Cavabdeh1 13.02.2017-ci il tarixə banka olan borcu 43031.59 ABŞ dolları əsas, 717.19 ABŞ dolları faiz, 150 ABŞ dolları cərimə borcu qeyd edilir ki, hesabdan çıxarış məlumatlarından göründüyü kimi, “AccessBank» KB ASC ilə Ca vabdeh1 arasında 21 dekabr 2012-ci il tarixində 03L000008768 saylı kredit xətti müqaviləsinə əsasən 13 fevral 2014-cü il tarixdə 03R000025353 saylı kredit razılaşması üzrə müqavilə müddətindən sonra 6000.47 ABŞ dolları məbləğində borclu tərəfindən ödənişləri olması müəyyən olunur. 43898.78 Abş dolları-6000.47 ABŞ dolları=37898.31 ABŞ dolları təşkil edir. Məhkəmə qərardadı ilə iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 9/382 nömrəli 08.04.2020-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarışlardan və İddiaçı KB ASC ilə Cavabdeh1 arasında 21 dekabr 2012-ci il tarixində 03L000008768 saylı kredit xətti müqaviləsinə əsasən 13 fevral 2014-cü il tarixdə 03R000025353 saylı kredit razı laşmasının və 22.02.2017-ci il tarixli müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə bitən müddətə Cavabdeh1 15.01.2018-ci il tarixə banka olan borcu- 41.116.52 ABŞ dolları əsas, 3925.70 ABŞ dolları faiz borcu, 905 ABŞ dolları cərimə borcu təşkil edir. 0111/19/AB seriyalı 14.03.2019-cu il tarixli "xxxx"MMC-nin ekspert rəyindən görünür ki, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi40 saylı binanın 3-cü mərtəbəsində 64.73 m2 ümumi 46.73 m2 yaşayış 18 m2 yardımçı sahədən ibarət 3 otaqlı 9 nömrəli mənzilinin hazırki bazar qiyməti 90000 manat təşkil edir. Bakı şəhər Nizami rayon Məhkəməsinin 06.10.2020-ci il tarixli, 2(007)-49/2020 saylı qətnaməsi ilə (X2 oğlu) iddia qismən təmin edilmiş, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı S əhmdar Cəmiyyətinin xeyrinə 03R000025353 saylı kredit razılaşması üzrə 33564.53 ABŞ Dolları kredit borcu, 3925 ABŞ Dolları faizborcu və 905 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 38394 (otuz səkkiz min üç yüz doğsan dörd) ABŞ Dolları məbləğində borc ödəniş günü (manatın ABŞ dollarına məzənnəsi nəzərə alınmaqla manatla) tutulması, tələbin Cavabdeh4 mülkiyyətində dəyəri 90000 manat müəyyən olunmuş Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 40 saylı evin 9 nömrəli mənzilinə yönəldilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 40 saylı evin 9 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabde h5, Cavabdeh6 və Cavabdeh7 həmin mənzilə istifadə hüquqları itirilməsi, onların mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Digər cavabdehlər isə zaminlik vəzifəsini yerinə yetirməmişlər. Ona görə də əsas borc və faizlərin tələb olunması hissəsində iddia əsaslı, dəbə pulu isə azaldılmalıdır. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən MM-nin 739, 442, 448, 467, MPM-nin 119-cu maddələrinə istinad etmişdir. Bakı şəhər Nizami rayon Məhkəməsinin 06.10.2020-ci il tarixli, 2(007)-49/2020 saylı qətnaməsindən iddiaçı v ə cavabdeh apellyasiya şikayəti vermişdir. İddiaçının apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ekspert cavabdehin müqavilə üzrə borcunu hesablayarkən kredit razlaşmasının restruktrizasiya edilməsi barədə sazişin şərtlərini nəzərə almamışdır, həmçinin birinci instansiya məhkəməsiqətnaməsində, cərimə borcu məbləğini müqavilə üzrə cəmi 905 ABŞ dolları müəyyənləşdirərkən vəümumilikdə tələb olunan 12886.68 ABŞ Dolları məbləğində cərimə borcunu 905 ABŞ dolları məbləğinədək azaldarkən kreditorun əmlak və digər əsaslı mənafeləri nəzərə almamış, yalnızborcluların mənafeyindən çıxış etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə Bakı şəhər, Nizami rayonu C.Naxçıvanski küçəsi, 40 saylı binanın 3-cü mərtəbəsində 64.73 kv.m ümumi sahəsi 46.73 yaşayış sahəsi yardımçı tikintidən ibarət 3 otaqlı, 9 nömrəli mənzilin bazar qiyməti 90.000 azn dəyərində qiymətləndirilmişdir. Bu kimi qiymətləndirmə yardımçı sahədən birlikdə olan bu evin qiymətinin 90.000 azn olması əsassız və qanunsuzdur. Bu hissədə evin yenidən qiymətləndirilməsi tələb olunduğundan bu hissəyə yenidən baxılmalıdır. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya məhkəməsi tərəfindən iş üzrə ipotekanın qiymətləndirilməsi üzrə ekspertiza təyin edilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş ƏEM/İ 70-729/21 saylı 16 iyul 2021-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 40 saylı binanın 3-cü mərtəbəsində 64.73 kv.m ümumi 46.73 kv.m yaşayış 18 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 9 nömrəli mənzilini n bazar dəyəri 107.000 manat, likvid dəyəri isə 100.000 manat müəyyən edilmişdir. Həmçinin apellyasiya məhkəməsi iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında əvvəlki ekspert rəyləri zamanı faiz borcu hesablanarkən 22.02.2017-ci il tarixli ödəniş planında göstərilən 8188,64 ABŞ dolları faizin nəzərə alınıb-alınmaması, kredit xətt müqaviləsi və ona əlavə edilmiş sazişlərə uyğun olaraq 15.01.2018-ci il tarixə və qətnamə qəbul edilən 06.10.2020-ci il tarixə əsas borc, faiz və cərimə borcunun müəyyən edilməsi barədə suallar qoylmuşdur. Məhkəmə kollgiyasına təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3133 saylı 31.05.2021-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarışlardan və İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 21 dekabr 2012-ci il tarixində 03L000008768 saylı Kredit Xətti Müqaviləsi üzrə 13 fevral 2014-cü i! tarixdə 03R000025353 saylı kredit razılaşmasına əsasən 22.02.2017-ci il tarixli 03R000025353SA nömrəli Saziş Müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə bitən müddətə Cavabdeh1 banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; 15.01.2018-ci il tarixə (kredit müqaviləsi üzrə öhdəliklərin icrasının müddətinin sonuna) əsas borc üzrə — 41.116,52 ABŞ dolları; faiz borcu üzrə — 3.925,70 ABŞ dolları: cərimə borcu — 905,0 ABŞ dolları; 06.10.2020-ci il tarixə (qətnamə qəbuledilən tarixə) əsas borc üzrə — 41.116,52 ABŞ dolları; faiz borcu üzrə — 25.202,58 ABŞ dolları:(3925,70 ABŞ dolları + 21.276,88 ABŞ dolları) cərimə borcu — 5.810 ABŞ dolları. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 22.02.2017-ci il tarixli ödəniş planında (səh.16) göstərilmiş 8.188,64 ABŞ dolları ödəniş olanında göstərilən aylıq ödəniş 1.000,00 ABŞ dolları güzəşt olunaraq ödənilməmiş 8.188,64 ABŞ dolları məbləğində faiz borcu müqavilənin sonunda yəni 15.01.2018-ci il tarixdə ödənilməsi nəzərdə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər-Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X1 və X5 ) 2(103)-4166/2021 nömrəli iş üzrə 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı QSC-nin və Cavabdeh1 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(007)-49/2020 saylı qətnaməsi faiz, cərimə və ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş,cavabdehlərdən müştərək qaydada 3925,70 ABŞ dolları məbləğində faiz borcu və 1000 ABŞ dolları məbləğində cərimə borcu (ödəniş zamanı Azərbaycan Respublikası Mərkəzi Bankıtərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə) tutularaq, İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 40 saylı binanın 3-cü mərtəbəsində 64.73 kv.m ümumi 46.73 kv.m yaşayış 18 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 9 nömrəli mənzilin likvid qiyməti 100.000 manat müəyyən edilməsi qət edilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmşdır. Məhkəmənin mövqeyinə görə, birinci instansiya məhkəməsi faiz məbləğini, 3925 ABŞ dolları müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, faiz borcunun tutulması hissəsi ek spert rəyinə uyğun olaraq, müqavilənin sonunadək olan məbləğ 3925,70 ABŞ dolları müəyyən edilməlidir. Bundan başqa iddianın cərimə borcu ilə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd olunan hissədə səhv nəticəyə gəlmişdir. İddiaçı iddia tələbində cərimə borcunun 12886,68 ABŞ dolları tutulmasını xahiş edir. Sonuncuekspert rəyində isə cərimə borcu qətnamə qəbul edilən tarixə 5810 ABŞ dolları müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, müqavilə şərtlərinə uyğun olaraq, cərimə borc 1000 ABŞ dolları müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tələbin ipoteka ilə yüklü edilmiş ipoteka predmetinə yönəldilməsi, həmin daşınar əmlakın açıq hərraca çıxarılması, satılması və əldə ediləcək vəsaitin banka olan borcunun ödənilməsinə yönəld ilməsi, satışdan əldə edilmiş vəsait kifayət etmədiyi təqdirdə borcun ümumi qaydada icra edilməsi barədə düzgün nəticəyə gəlsədə, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməlidir. Məhkəmə kollegiyasına təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş ƏEM/İ 70-729/21 saylı 16 iyul 2021-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 40 saylı binanın 3-cü mərtəbəsində 64.73 kv.m ümumi 46.73 kv.m yaşayış 18 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 9 nömrəli mənzilinin bazar dəyəri 107.000 manat, likvid dəyəri isə 100.000 manat müəyyən edilmişdir. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər- hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Kollegiya hesab etmişdir ki, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 40 saylı binanın 3-cü mərtəbəsində 64.73 kv.m ümumi 46.73 kv.m yaşayış 18 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 9 nömrəli mənzilinin likvid dəyəri ekspert rəyi əsas götürülməklə 100.000 manat müəyyən edilməlidir. Məhkəmə öz mövqeyini əsaslandırarkən “İpoteka haqqında” qanunun 39, MPM-nin 107,119, MM-nin 460,462-ci maddələrinə istinad etmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4166/2021 nömrəli iş üzrə 24 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək, qətnamənin faiz borcu hissəsində dəyişdirilməsini, cavabdehlərdən tutulmalı olan faiz borcunun artırılaraq 12.114,34 ABŞ dolları müəyyən olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin də lilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələblərinə görə kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış kredit razılaşmasının şərtlərini nəzərə almamışdır. Belə ki, kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Nəzərə alınmalıdır ki, banklar bağladıql arı kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Apellyasiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş mühasibatlıq ekspertizasının rəyinə məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmiş, həmin rəy apellyasiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmamış və bununla da qətnamədə göstərilmiş nəticələr işin halları ilə uyğunsuzluq təşkil etmişdir. Ekspert rəyində qeyd edilmişdir ki, cavabdehlərin kredit müqaviləsi üzrə 22.02.2017-ci il tarixli ödəniş planında göstərilən ödənilməmiş 8188.64 ABŞ Dolları məbləğində faiz borcunun müqavilənin sonunda yəni, 15.01.2018-ci il tarixdə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdehlərin müqavilə müddəti başa çatan tarixə yəni 15.01.2018-ci il tarixə banka olan faiz borcu 12114.34 ABŞ Dolları təşkil edir. (8188.64+3925) Lakin apellyasiya instansiyası məhkəməsi ekspert rəyində göstərilən, müqavilə müddətinin sonunda cavabdehlər tərəfindən ödənilməli olan 8188.64 ABŞ Dolları məbləğində faiz borcuna dair hissədə bankın iddia tələbini əsassız olaraq təmin etməmişdir. Kassator kassasiya şikayətini əsaslandırarkən MM-nin 445,448,449,739, MPM-nin 88,217-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prossesual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müdd əalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərt ərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət h əddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya i nstansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi faiz borcunun təmin edilməmiş hissəsid ə mübahisələndirildiyindən qətnamə həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, 8188,64 ABŞ dolları məbləğində faiz borcunun rədd edilməsi hissəsində qətnamə ləğv edilməli və bu hissədə iş yeni baxışa göndərilməlidir. Belə ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 22.02.2017-cı il tarixli, № 03R000025353SA saylı “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında” sazişə əsasən bank ilə kredit alan arasında 21 dekabr 2012-ci il tarixli 03L000008768 saylı Kredit Xətti Müqaviləsi üzrə 13 fevral 2014-cü ildə bağlanmış 03R000025353 Kredit Razılaşması əsasında verilmiş krediti n qalıq məbləğinə 21.02.2017-ci il tarixdən aylıq 1.5833% dərəcəsi ilə faizlər hesablanması və kredit alanın kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 22.02.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməli olduğu razılaşdırılmışdır. (iş v.14) Həmin Sazişə əlavə olunan 22.02.2017-ci il tarixli ödəniş planından görünür ki, 22.02.2017-ci il tarixə borcalanın 36.343,3 ABŞ dolları əsas borcu, 8814,55 ABŞ dolları faiz borcu mövcud olmuşdur. Ödəniş qrafikinə əsasən həmin faizin 8188,64 ABŞ dolları hissəsinin müqavilə müddətinin sonunda 15.01.2018-ci il tarixdə ödənilməsi razılaşdırılıb, 36343,3 ABŞ dolları əsas borc və 22.02.2017-ci il tarixdən həmin borca hesablanmalı olan aylıq 1,5833% dərəcəsi ilə faizlər isə aylıq ödəniş 100 0 ABŞ dolları, 15.01.2018-ci il tarixdə isə 39934, 03 ABŞ dolları ödənilməklə, müqavilənin sonuna cəmi 50.934,03 ABŞ dolları, yəni sön ödəmə günü yəni 15.01.2018-ci il tarix üçün ö əsas məbləğ 36343.3 AZN, faiz məbləği 5776.18, ödənilməmiş faiz məbləği isə 8814.55 AZN ödənilməl idi. Apellyasiya məhkəməsi tərəfindən faizin 8188,64 ABŞ dolları hissəsinin əvvəlki ekspert rəylərində nəzərə alınıb-alınmaması ekspert qarşısında sual qoyulmuş, ekspert rəyində bu məsələ ilə bağlı qeyd edilmişdir ki, ödəmələr nəzərə alınmaqla, 15.01.2018-ci il tarixə (kredit müqaviləsi üzrə öhdəliklərin icrasının müddətinin sonuna) əsas borc üzrə — 41.116,52 ABŞ dolları; faiz borcu üzrə — 3.925,70 ABŞ dolları: cərimə borcu — 905,0 ABŞ dolları təşkil edir. Həmçinin 22.02.2017-ci il tarixli ödəniş planında (səh.16) g östərilmiş 8.188,64 ABŞ dolları ödəniş planında göstərilən aylıq ödəniş 1.000,00 ABŞ dolları güzəşt olunaraq ödənilməmiş 8.188,64 ABŞ dolları məbləğində faiz borcu müqavilənin sonunda yəni 15.01.2018-ci il tarixdə ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, ekspert rəyində də 22.02.2017-ci il tarixli ödəniş planı nəzərə alınmaqla 8188,64 ABŞ dolları faiz borcunun sonuncu gün, yəni 15.01.2018-ci il tarixdə ödənilməsinin nəzərdə tutulması göstərilməsinə və tərəflər arasında bağlanmış son sazişlə bu məbləğin ödənilməsinin razılaşdırımasını baxmayaraq, məhkəmə kollegiyası bu sübutları düzgün qiymətləndirməmiş və 8188,64 ABŞ dolları hissəsində faizin təmin edilməməsi səbəblərini qətnamədə əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbləri nə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya sı məhkəməsinin qətnaməsi qismən 8188,64 ABŞ dolları faiz borcunun rədd edilməsi hissəsində ləğv olunub, həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməlidır. Çünki iş üzrə yeni qərar qəbul edilməsi üçün əsaslaar mövcud deyildir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4166/2021 nömrəli iş üzrə 24 avqust 2021-ci il tarixli qətnaməsi, 8188,64 ABŞ dolları ödənilməmiş faiz borcuna dair hissədə ləğv edilsin. Həmin hissədə iş yenidən baxılması üçün apelyasiya instansiyas ı məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.