Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6850/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və iddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3113/2021 nömrəli iş üzrə 29 aprel 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 14 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8500 manat pulun və dövlət rüsumu kimi ödədiyi 30 manatın tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ona verdiyi 637000 manat pulun, ödədiyi 28000 manat icarə pullarının, anbarın, mağazanın təmirinə xərclənmiş 12700 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 677730 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahi ş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İran, Çin, Hindistan dövlətlərindən gətirdiyi santexnika məhsullarının “Sədərək” ticarət mərkəzində və Nizami rayonu 8-ci kilometr bazarında topdan və pərakəndə satışı ilə məşğul olur. Yaxın tanışlıq münasibətləri yarandıqdan bir müddət sonra Nəsimi müraciət edərək ondan mal götürüb Şəki-Oğuz-İsmayıllı rayonları, Sumqayıt şəhərində və Xırdalan şəhərində yerləşən “Eurohome” ticarət mərkəzində satmaq istədiyini bildirib, ona nisyə mal verməsini xahiş etmişdir. Götürülən malların pulunun 30 gün müddətində ödənilməsi şərti ilə Nəsimiyə nisyə mal verməyə razılaşmışlar. Bir müddət normal ticarət əməkdaşlığı olsa da, sonradan cavabdeh pulları vaxtlı-vax tında ödəməmiş və borcu yaranmışdır. Nəsimi 2018-ci ilin avqust ayına qədər bütün borcunu qaytaracağını söz vermiş, borcun bir hissəsini ödəsə də, 8500 manat borcu ödəməmişdir. Borcu ödəmək istəməyən Nəsimi onu bıçaqlamış və iş məhkəmədə olarkən Nəsimi ona borcu olduğunu məhkəmə iclasında etiraf etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-161/2019 saylı 07 iyun 2019-cu il tarixli hökmü ilə onun mülki iddia tələbi qismən təmin edilərək, Cavabdeh 8000 manat pulun tutulub ona ödənilməsi müəyyən edilmişdir. Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmündən apelyasiya şikayəti vermiş, apelyasiya şikayəti hökmün bu hissəsində təmin olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi 1(103)1042/2019 saylı 06 sentyabr 2019-cu il tarixli qərarı ilə bildirmişdir ki, məhkum Cavabdeh ilə zərərçə kmiş şəxs İddiaçı arasında hadisəyə qədər mövcud olmuş ticarət münasibətləri nəticəsində yaranmış borc məbləği hazırkı cinayət işi ilə bağlı olmadığından həmin məbləğin cinayət mühakimə icraatı qaydasında deyil, mülki mühakimə icraatı qaydasında mübahisələndirilərək tələb edilməsi qanunamüvafiq hesab edilməlidir. İddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə 2017-ci ilin may-iyun aylarından gömrük işləri ilə əlaqədar tanışdır. 2017-ci ilin dekabr ayında Rəhman ona iş təklif edərək, maliyyə cəhətdən imkanının olmadığını bildirdimiş və ona şərikli iş görməyi təklif etmişdir. Qarşılıqlı razılaşma əsasında Rəhman ona Xırdalan qəsəbəsində “Eurohome” ticarət mərkəzində santexnika avadanlıqları satılan mağaza açdırmışdır. İlk olaraq 600 kv.m anbar və 120 kv.m satış mağazası açmışdır. Onların təmiri üçün 12.700 manat pul sərf etmişdir. 2018-ci il yanvar ayından avqust ayına kimi hər ay 3500 manat icarə haqqı tərəfindən ödənilmişdir. Yanvar-avqust aylarında, ümumilikdə, 637.000 manat pulu Rəhmana işin qurulması üçün vermişdir. X5 və X6 bu pulların verilməsinin bir qismində iştirak etmişlər. Hətta müəyyən hissəsini Elnur şəxsən özü aparıb Rəhmana vermişdir. O, ilk olaraq həmin məbləğin bir hissəsini Günəşli qəsəbəsində “Ləvəngi” restoranında dostu Elnurun yanında vermişdir. 2-ci hissəsini gömrükdə sənədləşmə işləri ödənişlərinə, qalan ödənişi isə Çin Xalq Respublikasına köçürmək üçün, qalan məbləğləri isə ayrıayrı vaxtlarda dostu Ceyhun və Elnurla birlikdə vermişlər. Tərəfindən bu qədər pul məbləğinin cavabdehə verilməsinə baxmayaraq, açdığı ma ğazaya cəmi bir tır maşın santexnik avadanlıqları gəlmiş, onun da satışını özü həyata keçirmişdir. Cavabdehə məxsus Babək prospektində yerləşən anbarından ümumilikdə 40-50.000 manat dəyərində (hesab fakturalar cavabdehdə var) santexnik avadanlıqlarını rayonlara satışa göndərilmişdir. Malın pulunu anında ona olan aralarındakı borc hesabından çıxmış və əvəzləşmə aparmışdır. Rəhman ona şərikli iş qurmaqları üçün verdiyi pulları öz maraqlarına xərcləyərək onu aldatmışdır. Belə ki, ona barəsində şikayət olduğunu və işin müəyyən vaxt ərzində dayandırıldığını, yolda maşınlarını saxlatdırdığını bildirmişdir. O, isə etiraz olaraq 8 aylıq mağaza icarə haqqlarının tərəfindən ödənildiyini, rayonlardan olan sifarişlərin isə heç birini göndərə bilmədiyini, gələn maşınları öz şəxsi anbarlarına niyə apard ığını bildirmişdir. Rəhman isə ona “bir işdir olub, əsas bandoteldəki məsələ bitsin, yoldaşım uşaq saldı, mənə kömək elə, bu iş bitsin yoldakı maşınların hamısı ikimizə olan anbara gedəcək” deyərək məni sakitləşdirmişdir. 2018-ci ili avqustun 15-i Rəhmanla danışaraq ona borclu olduğu məbləğdən 64.000 manatın təcili çatmalı olduğunu bildirmişdir. Rəhman isə səhər tezdən həyat yoldaşını xəstəxanadan çıxarıb görüşərək pul ödəyəcəyini bildirmişdir. Lakin həmin vaxtdan sonra onunla əlaqə saxlaya bilməmişdir. Telefonları söndürdüyü üçün Sədərəkdəki anbara qardaşının yanına getmişdir. Söhbət əsnasında nə arvadının xəstə olmamasını, nə də ki anbarın fəaliyyətinin dayandırılmadığını öyrənmişdir. Qardaşı vasitəsilə Rəhmanla danışıb görüş yeri təyin etmişlər. Görüşdükdə isə o, Rəhmandan pul tələb e tmişdir. Rəhman onu tanımadığı əraziyə apararaq kimdənsə pul alacağını bildirmişdir. Hansısa evin qarşısında saxlayaraq düşüb getmiş və 20 dəqiqə sonra isə qayıdaraq pulun olmadığını bildirmişdir. Aralarında mübahisə yaranmış və məlum hadisə baş vermişdir. Onun Rəhmana pul verməsini təsdiq edən şahidlər məhkəmə iclasında iştirak edib işin halları ilə bağlı ifadə verməyə hazırdırlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 oktyabr 2020-ci il tarixli 2(008)-1606/2020 nömrəli qətnaməsi ilə (hakim Zaur Hacıyev) ilk və qarşılıqlı iddia tələblərinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli 1(008)- 161/2019 №-li hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cimayət Məcəlləsinin 127.1 və 185.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin, mülki İddiaçı Cavabdeh qarşı mülki iddiası qismən təmin edilərək, sonuncudan 8000 manat məbləğində pulun tutularaq mülki İddiaçı ödənilməsi hökm edilmişdir. Həmin hökmdən İddiaçı və Cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli 1(103)-1042/2019 №-li qərarına əsasən Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, hökmdən mülki İddiaçı Cavabdeh qarşı mülki iddiasının qismən təmin edilməsi və Cavabdeh 8000 manat məbləğində pulun tutularaq mülki İddiaçı ödənilməsinə dair müddəlar xaric edilmişdir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə hökmünə və məhkəmə iclas protokollarına əsaslanır. Yuxarıda qeyd edildiyi ki, İddiaçı Cavabdeh qarşı mülki iddiasının qismən təmin edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli 1(008)-161/2019 №-li hökmü mülki iddiaya aid hissədə dəyişdirilmiş və mülki iddianın qismən təmin edilməsinə dair iddialar hökmdən xaric edilmişdir. Belə olan halda, İddiaçı hazırkı iddia tələbinə münasibətdə preyudisial qüvvəyə malik olmayan hökmə istinad edərək, Cavabdeh pul tələb etməsi əsassızdır. Bundan başqa, məhkəmə, İddiaçı, məh kəmə iclasında Cavabdeh cinayət işinə baxılan zaman barışıq əldə etmək üçün borcunun olmasını etiraf etməsini bildirməsinə istinad etməsini iddianın əsaslığını təsdiq edən hal kimi qəbul etmir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı 677.730 manat məbləğində pulun alınaraq ona verilməsini tələb etmiş, lakin məhkəmə araşdırması zamanı öz tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən qarşılıqlı iddia tələbi öz təsdiqini tapmamışdır. X1 186.000 ABŞ dolları məbləğinin olduğunu qarşılıqlı iddiaçının sözlərindən bildiyini, Nəsiminin Rəhmana 64 min manat pulun verildiyin i görmədiyini, həmin pulun Nəsimi tərəfindən Mayak adlı yerdə yerləşən binada müvafiq hesaba köçürdüyü bildirmişdir. Bundan başqa, pulun verilməsi ilə bağlı X1nun ifadəsi Cavabdeh izahatı ilə ziddiyyət təşkil etmişdir. Bələliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, tərəflər arasında iş birliyinin olduğu işin araşdırılan hallar ilə təsdiq edilsə də, Cavabdeh İddiaçı borc pul verməsi öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 88, 119.1, 124.2, 217.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, onun iddia tələbinin təmin olunmamasına dair hissədə ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, onun qarşılıqlı iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilərək qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Anar Tanrıverdiyev) 29.04.2021-ci il tarixli, 2(103)-3113/2021 saylı qətnaməsi ilə ilk iddia üzrə İddiaçı apelyasiya şikayətinin qismən təmin edilməsi, qarşılıqlı idd ia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1606/2020 saylı 26.10.2020-ci il tarixli qətnaməsinin ilk iddia tələbinin təmin olunmamış hissəsində ləğv edilməsi, ilk iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 8000 manat pul tutulub İddiaçı verilməsi, qətnamənin qalan, qarşılıqlı iddianın təmin olunmamış hissəsində dəyişdiridmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansya məhkəməsi iş üzrə əsassız nəticəyə gəlmiş, tərəflər arasında yaranmış ilkin hüquq münasibətlərini araşdırarkən tərəflər arasında olan borcun olmasını düzgün müəyyən etməmiş və nəticədə tərəflər arasında olan borc mübahisəsini düzgün həll etmək mümkün olmamışdır. Halbuki, işin faktiki hallarından mübahisəsiz göründüyü kimi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-161/2019 saylı 07 iyun 2019-cu il tarixli hökmü ilə İddiaçı mülki iddia tələbi qismən təmin edilərək, Cavabdeh 8000 manat pulun tutulub ona ödənilməsi müəyyən edilmişdir. Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmündən apelyasiya şikayəti vermiş, apelyasiya şikayəti hökmün bu hissəsində təmin olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi 1(103)1042/2019 saylı 06 sentyabr 2019-cu il tarixli qərarı ilə bildirmişdir ki, məhkum Cavabdeh ilə zərərçəkmiş şəxs İddiaçı arasında hadisəyə qədər mövcud olmuş ticarət münasibətləri nəticəsində yaranmış borc məbləği hazırkı cinayət işi ilə bağlı olmadığından həmin məbləğin cinayət mühakimə icraatı qaydasında deyil, mülki mühakimə icraatı qaydasında mübah isələndirilərək tələb edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə mülki iddia rədd edilməmişdir, hökmdən ona görə xaric edilmişdir ki, həmin mülki iddianın predmeti olan pul məbləği cinayət əməli nəticəsində vurulmuş ziyan deyil. Əksinə cinayət işi həmin pulun qaytarılmamasına görə baş vermişdir. Bundan başqa məhkəmə iclas protokolunda da təqsirləndirilən şəxsin etirafı vardır və o, həmin etirafla bağlı məhkəmə iclas protokoluna qeyd verməmişdir. Mülki iddianın təmin olunmasına dair müddəa hökmün nəticə hissəsindən xaric edilsə də, bütövlüklə hökmlə sübuta yetirilir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə borcu olub, o, borcunu istəyən zərərçəkmişi bıçaqlayıbdır. Beləliklə, ilk iddia üzrə İddiaçı 8000 manat borcun olması Cavabdeh tərəfindən yuxarıda qeyd olunan cinayət işinə baxılarkən etiraf edildiyindən, ilk iddia üzrə İddiaçı həmin pulu ondan tələb etməkdə haqlı olmuşdur. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, Cavabdeh İddiaçı 677.730 manat məbləğində pulun alınaraq ona verilməsini tələb etmiş, lakin məhkəmə araşdırması zamanı öz tələbinin əsası kimi istinad etdiyi halları müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları nə birinci instansiya məhkəməsinə, nə də ki, kollegiyanın iclasında təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən qarşılıqlı iddia tələbi öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsində dindirilmiş X1 186.000 ABŞ dolları məbləğinin olduğunu qarşılıqlı iddiaçının sözlərindən bildiyini, Nəsiminin Rəhmana 64000 manat pulun verildiyini görmədiyini, həmin pulun Nəsimi tərəfindən Mayak adlı yerdə yerləşən binada müvafiq hesaba köçürdüyü bildirmişdir. Bundan başqa, pulun verilməsi ilə bağlı X1nun ifadəsi Cavabdeh izahatı ilə ziddiyyət təşkil etmişdir. Bələliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, tərəflər arasında iş birliyinin olduğu işin araşdırılan hallar ilə təsdiq edilsə də, Cavabdeh İddiaçı borc pul verməsi öz təsdiqini tapmamışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni baxılması üçün apelyasiya instans iyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun Rəhmana hər hansı bir borcu olmamışdır və məhkəmələrdə keçirilən məhkəmə iclaslarında ilkin iddiaçı ona borclu olduğunu sübut edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həm ibtidai istintaq zamanı, həm də 1-ci məhkəməsində verdiyi ifadələrində Rəhmanın ona borclu olduğunu, Abdullayevin santexnika avadanlıqlarının satışı ilə məşğul olduğunu, eyni işlə məşğul olmağım ilə əlaqədar olaraq Rəhmanla şərikli iş görməyə razılaşdığını, maliyyə tərəfdən Rəhmana köməklik etdiyini, Çin Respublikasından və İran İslam Respublikasından gələn santexnika avadanlıqlarını gömrükdə rəsmiləşdirərək Azərbaycan Respublikasına keçirdiyini, Rəhmanın satışı həyata keçirmə kdə ona köməklik göstərməyi öhdəsinə götürməsini, qarşılıqlı razılaşma əsasında Xırdalan qəsəbəsində Eurohome ticarət mərkəzində santexnika avadanlıqları satılan mağaza açdıqlarını, lakin Rəhmanın vədinə əməl etməyərək həmin dükana santexnika avadanlıqları vermədiyini bildirmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 161/2019 saylı, 07 iyun 2019-cu il tarixli hökmü ilə heç bir sübut və əsas olmadan mülki İddiaçı mənə qarşı mülki iddia tələbi qismən təmin edilərək, məndən 8000 manat məbləğində pul tutularaq mülki İddiaçı ödənilməsi müəyyən edilmişdir. Onun Rəhmana borcu olmadığına görə həmin hökmün mülki iddia hissəsindən apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilərək mülki iddiaya dair müddəalar hökmdən xaric edilmişdir. Sözügedən məhkəmə qətnaməsində onun Rəhmana borclu olduğunu məhkəmə iclasında etiraf etməyi qeyd edilmişdir. Məhkəmə hökmündə də qərəzli olaraq onun Rəhmana olan borcunu etiraf etdiyi qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarında İddiaçı pul tələbini cinayət mühakimə icraatı qaydasında deyil, mülki mühakimə icraatı qaydasında tələb edilməsi qeyd edilsə də, iddiaçı ona borclu olduğunu sübut etməlidir. Çünki bu halları sübutetmə yükü iddiaçının üzərinə düşür. Bundan başqa, qətnamədə AR MPM-nin 82.4-cü maddəsinə istinad etmişdir. Həmin maddədə qeyd edilir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə o, törətdiyi əməllərə görə təqsirli bilinmiş və cəza almışdır. İddiaçı tərəf məhkəmə hökmünə əsaslanaraq ondan həmin pul məbləğini o zaman tələb edə bilərdi ki, onun təqsirli hərəkəti nəticəsində iddiaçının əsassız tələb etdiyi məbləğ yaranmış olardı. İş materialları ilə isə onun təqsirli hərəkəti ilə Rəhmana maddi ziyan vurulması öz əksini tapmır. Belə olduqda, AR MPM-nin 82.4-cü maddəsinə istinad edilməsi də əsassızdır. İş materiallarında onun etiraf etməsi ilə bağlı nə yazılı ərizə, nə də ki məhkəmə iclas protokolunda imzası yoxdur. Bundan başqa, apelyasiya məhkəməsi onun apelyasiya şikayətini təmin etməməkdə haqlı olmamış və maddi və prosessual hüquq normalarını pozmuşdur. Bundan başqa o, id dia tələbinin əsası kimi cavabdehin ona borclu olmasını və ondan ayrı-ayrı vaxtlarda pul köçürülməsini xahiş edən Whatsap yazışmalarını məhkəməyə təqdim etmişdir. Bundan başqa, onun təşəbbüsü ilə X1 məhkəmə iclasında şahid qismində dindirilmiş və ifadəsində onun cavabdeh İddiaçı ayrı-ayrı vaxtlarda borc pul verdiyini təsdiq etmişdir. Lakin məhkəmə qətnaməsində qərəzli olaraq onun izahatı ilə X1nun izahatının ziddiyyət təşkil etdiyi qeyd edilmişdir. Halbuki, izahat və ifadə arasında heç bir ziddiyyət mövcud olmamışdır. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. X1 işin halları barədə məlumat verməsinə baxmayaraq məhkəmə şahidin ifadəsini nəzərə almamışdır. Cavabdeh İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz təqdim edərkən həmin etiraza aralarında olan Whatsapp yazışmalarını təqdim etmiş və həmin yazışmalara əsasən guya Rəhmanın ona borcunun olmadığını göstərmişdir. Lakin həmin yazışmaların onun Rəhmana xaricdən gələn mallar üçün borc şəklində ödədiyi və hazırda da tələb etdiyi pul məbləği ilə heç bir əlaqəsi yoxdur. Bundan əlavə, apelyasiya şikayətimə baxılması ilə əlaqədar 01.04.2021-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin xəstə olduğundan müvafiq sənədləri məhkəməyə təqdim etməklə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin sonrakı məhkəmə iclasından məlumatı olmamış, 02.04.2021-ci il tarixdə onun nömrəsinə göndərilən sms bildirişdə onu yenidən 01.04.2021-ci il tarixdə məhkəmə iclasına gəlməyi barədə məlumatlandırmışlar. Bu anlaşılm azlığı aydınlaşdırmaq üçün məhkəmə ilə əlaqə saxlamış, lakin məhkəmə iclasının hələ təyin edilmədiyini bildirmiş, ona təzə məlumat göndərməmişlər. Nəticədə,məhkəmə iclaslarında onun iştirakı təmin edilməmişdir. Əgər məhkəmə iclaslarının vaxtı barədə məlumatı olsa idi, məhkəmə iclasında iştirak edər, iddiaya qarşı yuxarıda qeyd etdiyi arqumentlərimi irəli sürərdi, bununla da məhkəmə ədalətli qətnamə çıxarardı. Beləliklə, məhkəmə Mülki Prosessual Məcəlləsinin 76, 80, 89, 217-ci maddələrinin də tələblərini pozaraq, is üzrə mötəbər sübutlara məhəl qoymadan, yalnız ilkin iddiaçının heç bir sübut ilə öz təsdiqini tapmayan izahatına əsasən qanunsuz qətnamə qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil2 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi: Maddə 65.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və ko mmersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iddia tələbinin təmin edilməyən hissəsi üzrə mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, qarşılıqlı iddiaçı kasasiya şikayətində apelyasiya şikayətində olduğu kimi, ilk iddiaçıya borcunun olmadığı, onun borcunu etiraf etmədiyi, ilk iddiaçının ona b orcunun olması, bununla bağlı şahid ifadəsinin nəzərə alınmadığı ilə əsaslandırmağa çalışsa da, apelyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə mülki iddia rədd edilməmiş, hökmdən ona görə xaric edilmişdir ki, həmin mülki iddianın predmeti olan pul məbləği cinayət əməli nəticəsində vurulmuş ziyan deyil. Əksinə cinayət işi həmin pulun qaytarılmamasına görə baş vermişdir. Hökmlə mülki iddia rədd edilmədiyindən qarşılıqlı iddiaçının hökmdə ilk iddiaçıya borcunun 8000 manat olmasını etiraf etməsi apelyasiya kollegiyası tərəfindən düzgün olaraq dəyərləndirilmişdir. Həmçinin qarşılıqlı iddiaçı məhkəmə iclaslarında borcunu etiraf etmədiyini göstərmiş olsa da, iş materialları ilə onun hər hansı məhkəmə iclas protokoluna qeydlər edilməsi ilə bağlı mə hkəməyə müraciət etməsi iş materialları ilə müəyyən edilməmişdir. Belə olan halda, qarşılıqlı iddiaçının kasasiya şikayətində borcunun olmaması, borcunu etiraf etməməsi ilə bağlı göstərdikləri özünü müdafiə xarakterli dəlil olaraq qiymətləndirilməli, həmin dəlillər apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilməməlidir. Həmçinin qarşılıqlı iddiaçının məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlili üzrə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, 01.04.2021-ci il tarixdə tərəflərə 29.04.2021-ci il tarixinə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş ünvanlanmış, 22.04.2021-ci il tarixdə qarşılıqlı iddiaçının ünvanının düzgün olmaması əsası ilə bildiriş məhkəməyə geri qaytarılmışdır. H albuki, məhkəmə bildirişinin ünvanlandığı ünvan qarşılıqlı iddiaçının özünün göstərmiş ünvan olmuşdur ki, bu halda da apelyasiya kollegiyası 29.04.2021-ci il tarixdə yekun məhkəmə aktı qəbul etməklə hər hansı prosessual pozuntuya yol verməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, ümumi kasasiya yoxlaması nəticəsində apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı da müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29.04.2021-ci il tarixli, 2(103)-3113/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.