Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6854/2021 02.12.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 8562,90 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 8592,90 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(059)-158/2021 saylı qətnaməsi ilə (hakim B.Ələkbərov) iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı İB-yə vurulmuş 1391 manat məbləğində zərərin, 4.80 manat dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə bank hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(103)-7891/2021 nömrəli qətnaməsi ilə (hakimlər F.Babayev, X.Mərdanova, E.Həsənov) İddiaçı İB-nin apellyasiya şikayəti qismən təmin edilmiş, sayğac üzrə qaz sərfiyyatına görə hesablanmış 2196 manat borcun tutulmaması hissəsində ləğv edilib, həmin hissədə iddia təmin edilərək Cavabdeh İddiaçı İB-nin xeyrinə sayğac üzrə qaz sərfiyyatına hesabl anmış 2196 manat borc məbləği tutulmuş və müvafiq olaraq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə bank hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən kassasiya şikayət verilmişdir. Kassasiya kollegiyası belə hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişikliklər edilmişdir. Kassasiya şikayəti MPM-nin yeni qüvvəyə minmiş normalarının tələblərinə cavab vermir. Belə ki, şikayəti nəzərdən keçirtdikdə müəyyən olunmuşdur ki, iş materiallarında olan kassasiya şikayəti iş üzrə cavabdeh yox, başqa şəxs (X1) tərəfindən verilmişdir. Həmin şəxs hazırkı işdə tə rəf və işdə iştirak edən şəxs kimi keçmir. Oktyabrın 1-dən qüvvəyə minmiş MPM-nin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-nin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı,şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti, şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti, şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hi ssədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. MPM-nin 408.1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərinə cavab verməyən kassasiya şikayətini bax ılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 402.1, 407.1, 408.1.7, 408.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6854/2021 nömrəli iş üzrə 11 avqust 2021ci il tarixli qətnaməsindən verilən kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-6854/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-6854/2021
02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver