Məhkəmə qərarları › İş №2(102)-686/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-686/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-686/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: Ləğv prosesində olan İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: «kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi» Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı-nin vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-178/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətna məsindən iddiaçı Ləğv prosesində olan İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı ilə Cavabdeh Nurəli qızı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 29 saylı kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 60.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 29 saylı ipoteka müqaviləsindən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini kimi mülkiyyətində olan ünvan 1, mənzil 56 ünvanda yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. İşdə olan xx xxx 2018-ci il tarixli maliyyə arayışından görü nür ki, xx xxx 2018-ci il tarixinə cavabdehin 21.793 ABŞ dolları əsas borcu, 7.502 ABŞ dolları faiz borcu mövcud olmuşdur. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı Cavabdeh qarşı «kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 21.793 ABŞ dolları əsas borcun, 7.502 ABŞ dolları faiz borcunun, cəmi 29.295 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehə məxsus, ipoteka qoyulmuş ünvan 1 ünvanda yerləşən 56 saylı mənzilə yönəldilməsi, həmin mənzildə olan şəxslərin mənzildən istifadə hüquqlarına xitam verilərək, açıq hərrac yolu ilə satılması, hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(008)-57/2018 saylı qətnaməsi ilə (hakim A.A.Qasımov) iddia qismən təmin edilərək, Cavabdeh 21.793 ABŞ dolları əsas borcun, 7.502 ABŞ dolları faiz borcunun, cəmi 29.295 ABŞ dolları məbləğində borcun (ödənildiyi anda Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus ipoteka qoyulmuş ünvan 1, mənzil 56 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilm əsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan məbləğdən 29.295 ABŞ dolları pulun iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-178/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Z.A.Şirinov və F.Ş.Talışinski) iddiaçı Ləğv prosesində olan İddiaçı-nin Cavabdeh qarşı «kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(008)57/2018 saylı qətnaməsindən və xx xxxx 2018-ci il tarixli, 2(008)-57/2018 saylı əlavə qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikay əti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(008)- 57/2018 saylı qətnaməsi və xx xxxx 2018-ci il tarixli, 2(008)-57/2018 saylı əlavə qətnaməsi qismən, yəni kredit müqaviləsi üzrə faizlərin tutulması və ipotekanın ilkin satış qiymətinin müəyyən olunması hissələrində ləğv olunması, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan faizlərin məbləğinin 994,52 (doqquz yüz doxsan dörd ABŞ dolları, 52 sent) ABŞ dolları(ödənildiyi anda Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə)müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1, mənzil 56 ünvanda yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 110.000 (bir yüz on min) manat müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissələ rdə apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmış, məhkəmə xərci Cavabdeh aid edilmiş, cavabdehdən 200 (iki yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFTBİKCTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilmişdir. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı Ləğv prosesində olan İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasi ya instansiyası məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, faiz borcuna dair hissədə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, faiz borcuna dair hissədə birinci instansiya məhkəməsinin qətnaməsini əsassız olaraq dəyişdirmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil kasasiya şik ayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Tətbiq edilən hüquq «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşü lür. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əs as ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq ilkin olaraq qeyd etmiş dir ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə borcun məbləğinin dəqiqləşdirilməsi üçün ekspertiza təyin etməmiş, yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışına əsaslanmışdır. Apelyasiya icraatı zamanı təyin edilmiş məhkəmə- mühasibatlıq ekspertizasının rəyi (Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 24886 saylı rəyi) ilə müəyyən olunmuşdur ki, cavabdehin xx xxx 2018-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borcu 31.779,47 ABŞ dolları, faiz borcu 994,52 ABŞ dolları təşkil etmişdir. Göründüyü kimi, faiz borcu tələb həddindən az məbləğdə müəyyən olunmuşdur. Bu səbəbdəndə, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin bu istiqamətdə dəlilləri ilə qismən razılaşaraq hesab etmişdir ki, qətnamə faizlərin tutulması hissəsində ləğv o lunmalı, faizlərin məbləği 994,52 ABŞ dolları müəyyən edilməlidir(ekspertiza rəyi ilə əsas borcun məbləği iddia tələbindən yuxarı müəyyən olduğundan, apelyasiya instansiyası məhkəməsi tələbdən kənara çıxmağı zəruri hesab etməmişdir). Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, ipoteka qoyulmuş daşınmaz əmlakın dəyəri müəyyən olunankən onun yerləşdiyi ərazi üzrə deyil, başqa ərazidə müqayisə üçün analoqlar toplanmışdır. Bu səbəbdən də, apelyasiya icraatı zamanı ipoteka qoyulmuş daşınmaz əmlakın dəyərinin müstəqil qiymətləndirici tərəfindən yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır (Apelyasiya instansiyası məhkəməsi həmçinin ipoteka müqaviləsinin bağlanmasından 5 ildən çox müddət keçməsini və bu müddət ərzində daşınmaz əmlakların dəyərinin dəyişməsi ehtimalını da nəzər ə almışdır). İş materiallarında olan qiymətləndirici «xxxx» MMC-nin xx xxxxxx 2020-ci il tarixli rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 110.000 manat müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipotekanın ilkin satış qiymətinin 110.000 manat həddində müəyyən olunması obyektiv və ədalətlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası qeyd edir ki, kassator kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, sübutların yoxlanılmadığını qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-178/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar