Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6862/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kassasiya şikayətinin qaytarılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7236/2019 nömrəli iş üzrə 30 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında a çıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 2016-cı il tarixli sərəncamı ilə N küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması İddiaçı MMC-yə tapşırılmış və həmin ərazidə yerləşən torpaq sahəsi MMC-nin icarəsinə verilmişdir. Bakı şəhəri, N-də yerləşən evin sakinləri Cavabdeh1 və qeyriləri (cəmi 15 nəfər) onlara faktiki yaşadıqları mənzilin sahəsinə əlavə 15 faiz əlavə sahə təklif edilməsinə baxmayaraq yaşadıqları mənzili boşaltmaqdan imtina etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2018-ci ilin dekabr ayında İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin əlavə 15 faiz olmaqla ye ni yaşayış sahəsi ilə təmin olunmaqla faktiki yaşadıqları evdən çıxarılmaları və mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1234/2019 saylı, 20 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim: N.T.Tağıyeva) iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh15 və Cavabdeh14 qətnamədən apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7236/2019 saylı, 30 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – T.S.Səmədov (sədrlik edən və məruzəçi), E.C.Kazımov və İ.S.Şirinov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsim i Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2021-ci ilin fevral ayında qətnamədən eyni zamanda Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 məhkəmənin 20 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. 2021-ci ilin aprel ayında Cavabdeh1 prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə vermiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tar ixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə prosessual müddət ötürülməmiş hesab edilmiş və mülki iş apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri mümkün hesab edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizəsi təmin edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7236/2019 saylı, 30 may 2 019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 403.1 Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405.0.1 Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətinə verilir. Maddə 417.1.7 Kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, iş kassasiya şikayəti baxışdan çıxarılaraq apellyas iya instansiyası məhkəməsinə göndərilməlidir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının mübahisələndirilən qətnaməsi 30 may 2019-cu il tarixdə qəbul edilmiş, Cavabdeh1 tərəfindən həmin qətnamədən kassasiya şikayəti isə 2021-ci ilin sentyabr ayında verilmişdir. Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətinə verilir. Bundan başqa, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdehlər Cavabdeh5, Cavabdeh15 və Cavabdeh14 apellyasiya şikayətləri vermiş və işə onların şikayəti əsasında baxılaraq qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 40 3.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Cavabdeh1 şikayəti üzrə apellyasiya qaydasında işə baxılmamaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsi olmadığından, onun tərəfindən verilmiş kassasiya şikayətinə baxıla bilməz və bununla əlaqədar iş kassasiya baxışından çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 403,408-ci maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsindən vermiş olduğu kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 05 noyabr 2021-c i il tarixli qərardadı ləğv edilsin. Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinə baxılması istisna olunduğundan iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6862/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6862/2021
08.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver