Məhkəmə qərarları › İş №2(102)-687/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-687/2021

02.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-687/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” ASC cavabdeh İddiaçı2 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-687/21 (Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh İddiaçı2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)2115/2020 saylı qərardadından cavabdeh İddiaçı2 verdiyi kasasiya şikayəti üzrə işə xx xxxxxx 20 21-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, cavabdehlərin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057/86 saylı məhəllədə yerləşən, 11 saylı evin 87 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, məruzəçi hakim F.H.Qasımov) İddiaçı1 ASC Cavabdeh1 Cəlal oğluna və digərlərinə qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” barədə iddiası təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavab deh2, Cavabdeh3 və İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057/86 saylı məhəllədə yerləşən, 11 saylı evin 87 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və həmin mənzilin boşaldılması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli mənzil üzərində iddiaçının qanuni əsaslarla mülkiyyət hüququ əmələ gəlib və cavabdehlər həmin mənzilə olan istifadə hüquqlarını itiriblər. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin, Mülki Məcəllənin 152.1, 152.5, 157.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh İddiaçı2 qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnam ə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov sədrlik edən və məruzəçi, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.1, 59.2, 59.3-cü maddələrinin və digər maddi, prosessual hü quq normalarının tələbləri ilə əsaslandırıb. xx xxxx 2020-ci il tarixdə cavabdeh İddiaçı2 “poçt göndərişinin çatdırılması” haqqında xəbərnaməli məktuba imza etməklə qətnamənin surətini alıb. xx xxxxxx 2020-ci il tarixdə cavabdeh İddiaçı2 qətnamədən kasasiya şikayəti, eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə verib. Cavabdeh İddiaçı2 ərizəsini belə əsaslandırıb ki, Covid-19 pandemiyasının yayılmasının qarşısının alınması üçün ölkə ərazisində xx xxxxxx 2020-ci il tarixədək sərtləşdirilmiş karantin rejimi elan edilib və bu səbəbdən də qətnamədən verdiyi kasasiya şikayətini vaxtında məhkəməyə göndərə bilməyib. Ona görə də buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş edir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər R.Ə.Qurbanov sədrlik edən, məruzəçi, C.A.Yusifov və V.Ə.Baxışova) ərizə təmin edilməyib, cavabdeh İddiaçı2 həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kasasiya şikayəti geri qaytarılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin surəti rəsmi qaydada cavabdeh İddiaçı2 xx xxxx 2020-ci il tarixdə verilib, sonuncunun qətnamədən verdiyi kasasiya şikayəti isə Bakı Apelyasiya Məhkəməsinə xx xxxxxx 2020-ci il tarixdə daxil olub. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 133.1, 133.2-ci maddələrinin tələbləri ilə əsaslandırıb. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətin in dəlilləri Cavabdeh İddiaçı2 kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, buraxılmış prosessual müddətin bərpası barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, cavabdeh İddiaçı2 qətnamədən kasasiya şikayəti vermək üçün prosessual müddəti üzrlü səbəblərdən ötürməsinə əhəmiyyət verməyib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh İddiaçı2 məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tə ləblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı1 ASC, cavabdeh İddiaçı2 vəkili Vəkil, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1, 130.3 və 133.1-ci maddələrinin mənasına görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş s übutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh İddiaçı2 tərəfindən tam mübahisələndirildiyindən, apelyasiya instansiyası məhkəməsinin qərardadının əsaslılığı kasasiya şikayətinin dəlillərinə əsasən tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya insta nsiyası məhkəməsinin qərardadının kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, cavabdeh İddiaçı2 kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, buraxılmış prosessual müddəti bərpa etməməklə səhv nəticəyə gəlməsini göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Əvvəla, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin surəti rəsmi qaydada cavabdeh İddiaçı2 xx xxxx 2020-ci il tarixdə verilib və sonuncunun qətnamədən verdiyi kasasiya şikayəti isə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinə daxil olub. Kasasiya instansiyas ı məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kasasiya şikayətinin dəlillərini əsassız hesab edib belə qənaətə gəlir ki, sadalanan prosessual normaların mənasına görə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi buraxılmış prosessual müddət işə baxan məhkəmə tərəfindən o, vaxt bərpa edilə bilər ki, müddətin buraxılması üzürlü səbəblərdən baş vermiş olsun. Hazırki işdə belə üzürlü səbəblər yoxdur, cavabdeh İddiaçı2 kasasiya şikayətində prosessual müddəti Covid-19 pandemiyasının yayılmasının qarşısının alınması üçün ölkə ərazisində xx xxxxxx 2020-ci il tarixədək sərtləşdirilmiş karantin rejiminin olması ilə əlaqələndirməyə çalışsa da, kasasiya instansiyası məhkəməsi onun bu dəlili ilə də razılaşmır. Belə ki, əvvəla, Covid-19 pandemiya dövründə bəzi işlərə məhkəmələrdə baxılması müvvəqəti dayandırılsa da, sənədlərin, o cümlədən kasasiya şikayətinin poçta, məhkəməyə təqdim edilməsində heç bir məhdudiyyət olmayıb. Digər tərəfdən, cavabdeh İddiaçı2 xx xxxx 2020-ci ildən xx xxxxxx 2020-ci il tarixədək kasasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə poçta və ya məhkəməyə təqdim etməsi üçün kifayət qədər vaxtı olub, lakin o, bu hüququdan vaxtında yararlanmayıb və prosessual müddəti üzrsüz səbəblərdən ötürüb. İşin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alıb kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı qanuni, əsaslı olduğundan və işdə, qərardadın kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar olmadığından və kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə ap elyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh İddiaçı2 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)2115/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar