Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6872/2019 21.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdehn vəkili X7 iştirakları ilə. İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim: Ə.R.Səmədov; 2(008)-1005/201 9) iddiaçı cаvаbdеh Cavabdehn qаrşı «miras əmlakının naturada bölünərək 1/2 payın müəyyən edilməsi, qiymətləndirilməsi və evə köçürülməsi» tələbinə dаir iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: M.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev; 2(103)-7020/2019), ) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı mərhum X2nın xüsusi mülkiyyətində olmuş və Bakı şəhəri, ********************** nömrəli evin (bundan sonra - mübahisəli ev) naturada 1/2 hissəyə bölünməsi və iddiaçının öz payına düşən hissəyə köçürülməsi barədə qətnamənin qəbul edilməsini xahiş etm işdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1968-1970-ci illərdə Rusiyada qazandığı pullarla mərhum anası S8 adına verilmiş “Çıxarışın” texniki pasportunda qeyd olunan mübahisəli evdə 1940-cı ildə inşa edilmiş “B” tikilisinin əlavə tikililərini və 2-ci mərtəbəsini tikdirmişdir. İddiaçı bundan əlavə, anasının adına verilmiş “Çıxarışın” texniki pasportunda qeyd olunan boş torpaq sahəsində də əlavə ev inşa etmişdir. Həmin evin hörgü işlərini tamamlasa da, 1978-ci ildə törətdiyi cinayətə görə həbs edilmiş və həmin evin dam örtüyü vurulmamış qalmışdır. İddiaçı 14 il məhkumluq həyatı yaşadıqdan sonra, 1992-ci ildə yenidən Rusiya Federasiyasına gedərək tikinti şirkətlərində işləmişdir. Ailə üzvlərinin dolanışığını təmin etmək və qardaşının bir neçə nəfərə olan borcunu ödəm ək məqsədi ilə 1997-ci ildə bir tikinti şirkəti ilə müqavilə bağlayıb İspaniyaya işləməyə gedən iddiaçı 2009-cu ildə vətənə qayıdaraq ata ocağında yaşamaq qərarına gəlmiş və yarımçıq qalan tikilini başa çatdırmaq üçün usta və fəhlələri həyətə aparmışdır. Lakin qardaşı, iş üzrə cavabdeh ona hədə-qorxu gələrək, anadan olduğu, boya-başa çatdığı, halal zəhməti ilə iki ev tikdiyi, o cümlədən 1964-cü ildən 1978-ci ilə qədər əmlak və torpaq vergisini ödədiyi ata həyətindən onu qovmuşdur. Yenidən İspaniyaya qayıdan iddiaçı bir daha cinayət törətmiş və 18 il həbs cəzası almışdır. Etdiyi müraciətlərə əsasən 2017-ci ilin sonunda Azərbaycana ekstradisiya olunmuş və 2018-ci ildə vətənə dönmüşdür. Hal-hazırda yaşamağa evi yoxdur. Arvadı vəfat edib, uşaqları isə Rusiya Federasiyasının Çelyabinsk şəhərind ə yaşayırlar. İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və mübahisəli evdə qeydiyyatdadır. Onun həmin evdə yaşamaq hüququ var. Bundan əlavə, Bakı şəhəri, 39 saylı Notariat Kontorunda vərəsələrin dairəsi müəyyənləşmişdir. Lakin qardaşı (cavabdeh) övladları ilə birlikdə iddiaçıya qarşı zor tətbiq edərək valideynlərindən miras qalmış əmlaka sahiblik etməyə imkan vermir. Bu səbəbdən də, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh iddaya etiraz edərək bildirmişdir ki, iddiaçı 1978-ci ildən mübahisəli mənzildə yaşamır. O, analarının ölümündən sonra mirası qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etmək üçün heç bir tədbir görməmişdir. Hal-hazırda evdə olan qeydiyyatı isə formal xarakteri daşıyır. Kassasiya şikayətinin dəl illəri İddiaçıkassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilikin iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 5.3,1-7,60.2-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş və nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kоllеgiyаsının iclаsındа, İddiaçı və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikаyətin təmin еdilməsini хаhiş еtdi. Məhkəmə kоllеgiyаsının iclаsındа, Cavabdehn vəkili X11 kassasiya şikayətini qəbul etməyərək, şikаyətin təmin еdilməməsini хаhiş еtdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalаrınа baxmayaraq, iddiaçı və maraqlı tərəf heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki h alları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edil miş sənədlərdən, o cümlədən iş materiallarında olan Nəsimi Rayon 3 saylı Mənzil İstismar Sahəsinin 16.12.1997-ci il tarixli 429 nömrəli arayışından görünür ki, İddiaçı Bül-bül prospekti, ev 25, mənzil 26 ünvanında yaşamışdır. 14.06.1996-cı il tarixdə həmin ev uçmuşdur. İddiaçının yaşadığı mənzil hazırda mövcud deyil. Sabunçu Rayon Qeydiyyat Şöbəsinin 12.05.2018-ci il tarixli, ********* nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1944-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X2, atası X1r. Sabunçu Rayon Qeydiyyat Şöbəsinin 01.03.2018-ci il tarixli, 516 nömrəli arayışından görünür ki, iş üzrə tərəflərin anası S8 28.02.1988-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, mübahisəli ev S8 adına 1 ci il tarixdə xüsusi mülkiyyət hüququ kimi qeydə alınmışdır. Bakı Şəhəri 39 saylı Notariat Kontorunun xüsusi notariusu R.Y.Qasımlının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə ünvanladığı 2 ci il tarixli 189 nömrəli məktubundan görünür ki, mərhum S8 miras qalmış əmlaka dair “Vərəsəlik hüququ haqqında şəhadətnamənin” verilməsi ilə bağlı vətəndaş (hazırki iş üzrə iddiaçı) İddiaçı tərəfindən 39 saylı Notariat Kontoruna müraciət daxil olmuşdur. S8 28.02.1988-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlum at verilir. “Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan” görünür ki, ümumi sahəsi 208,2 kv.m, torpaq sahəsinin ölçüsü 0,25446 ha olan mübahisəli evin 08.08.2018-ci il tarixə bazar dəyəri 148.000 manat təşkil edir. Şahidlər qismində ifadə vermiş X5, X10 və X8 ifadələrində göstərmişlər ki, İddiaçı vaxtilə yaşadığı mübahisəli evin həyətinə daşlar tökdürməsini görmüşlər. Lakin o, son 30 ildə mübahisəli evdə yaşamamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilimişdir ki, iddiaçı ilə cavabdeh qardaşdırlar; mübahisəli ev onların anasına məxsus olmuşdur; hazırda iddiaçı həmin evdə qeydiyyatdadır; evə faktiki sahibliyi isə Cavabdeh edir. Hazırda iddiaçı mərhum anasına məxsus mənzilin 1/2 hissəsinin naturada bölünərək, həmin h issəyə özünün köçürülməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Azərbaycan Respublikasında 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları baxımından həll edilməlidir. Çünki tərəflər arasında yaranan münasibətlər hazırda qüvvədən düşmüş həmin Mənzil Məcəlləsinin qüvvədə olduğu zaman yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə isə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinin mənasına görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi al tı ay saxlanır. Həmin maddənin 7-ci bəndinə görə, müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi həbs olunduqda - istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə saxlanılır. Məhkəmə bildirir ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı 1978-ci ildə həbs olunsa da, 1992-ci ildə azadlığa buraxılmış və azadlığa buraxıldıqdan sonra Rusiya Federasiyasına, oradan isə İspaniyaya getmiş və uzun müddət vətəndən kənarda yaşamışdır. Bununla da müəyyən olunur ki, iddiaçı 6 aydan artıq müddətə mübahisəli evi tərk etmiş və beləliklə onun həmin evə istifadə hüququ itirilmişdir. Həmçinin qüvvədə olan qanunvericilik mənzildə qeydiyyatda olmanı mənzildən istifadə hüququnun olması kimi qəbul etmir. Mübahisəli evin bir hissəsinin onun vəsaiti hesabına tikildiyini iddia edən iddiaçı isə bu fa ktı mötəbər sübutlarla təsdiq etmək öhdəliyi daşıyır. Lakin iş materiallarında müvafiq sübuta rast gəlinmir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddia ərizəsində anasından qalmış miras əmlakın bölüşdürülməsini və öz payına düşən hissəyə köçürülməsini özü xahiş edir. Belə olan halda, iddiaçının miras əmlakdan pay almaq hüququnun olub-olmamasını müəyyən etmək zərurəti yaranır. “Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə görə, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs h əmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında təlimatın” 7.1-ci bəndinə görə, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsin ə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Təlimatın 7.2-ci bəndinə görə, müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qa nunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası müəyyən etmişdir ki, tərəflərin anası vəfat etdikdən sonra İddiaçı miras əmlaka dair vərəsəlik hüququnu reallaşdırmaq, bir vərəsə kimi miras əmlakı qəbul etmək üçün qanunla müəyyən edilmiş müddətdə hər hansı bir hərəkət etməmiş, bununla da həmin əmlakdan kənarda qalmışdır. Çünki artıq mübahisəli evə dair “Çıxarış” alınmışdır və bu “Çıxarışın” alınması ilə bağlı iddiaçının heç bir rolu olmamışdır. İddiaçı bu məsələni həbsdə olması ilə əlaqələndirsə də, yuxarıda qeyd olunduğu kimi 1992-ci ildə azadlığa buraxıldıqdan sonra onun mirasa əmlaka sahiblik etməyə, həmin əmlakdan öz payını vərəsəlik qaydasında əldə etməyə imkanı və vaxtı olmuşdur. Lakin bu hərəkətlər onun tərəfindən həyata keçirilmədiyi üçün hesab edilməlidir ki, İddiaçı mübahisəli evə vərəsəlik qaydasında da hər hansı hüququ yaranmamışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin təmin olunmaması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 31 may 2019-cu il tarixli qətnaməsi dəyişiklik еdilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6872/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6872/2019
21.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver