Məhkəmə qərarları › İş №2(102)-6877/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6877/2019

07.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6877/2019 07.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçıoviçin vəkili Məmmədov Ceyhun Hamlet oğlunun və Cavabdeh vəkili **qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.05.2019-cu il tarixli 2(103)6053/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim X.Məhərrəmova ) 03.01.2019-cu il tarixli 2(004)-517/2019 nömrəli qətnaməsi ilə İddiaçıoviçin Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, habelə Cavabdeh İddiaçıoviçə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Sadıqov, A.Hüseynov, A.İmanov) 20.05.2019-cuiltarixli 2(103)-6053/2019 nömrəli qətnaməsi ilə İddiaçıoviç və Cavabdeh Nurəddin qızı tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-517/2019 saylı iş üzrə 03 yanvar 2019cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, İddiaçıoviçin Cavabdeh Nurəddin qızına qarşı pul tələbinə dair iddiasının qismən təmin edilərək, Cavabdeh Nurəddin qızınd an qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla İddiaçıoviçin xeyrinə 8.600 ABŞ dolları məbləğində pulun tutulması, iddiaçı Cavabdeh Nurəddin qızının cavabdeh İddiaçıoviçə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.05.2019-cuil tarixli 2(103)-6053/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçıoviç Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh evini ona satması üçün ödədiyi 8600 ABŞ dolları pulun və 358 ABŞ dolları əldən çıxmış faydanın, mənəvi zərərin əvəzi kimi 3000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun onun xeyr inə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçıoviçə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, evin satılmasından ona vurduğu 25000 manatın, müalicəyə sərf edilmiş 2000 manatın, mənəvi sarsıntı keçirməsinə görə 3000 manatın, cəmi 30000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili **qızı kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, qarşılıqlı öhdəliyi hiss ə-hissə İddiaçı icra etməmiş, bir il ərzində evi almaq istəmədiyi barədə heç bir sübut təqdim edə bilməmişdir və Yasamal rayon Məhkəməsində onun tərəfindən ödənişlər edilməməsi səbəbi ilə alqı-satqının baş tutmamasını etiraf etmişdir. Hazırki işə baxmış apellyasiya kollegiyası öhdəliyin hissəhissə icrasına dair qanunun müddəalarını düzgün tətbiq etməmişdir. İddiaçı öz öhdəliklərini yerinə yetirmədiyi üçün alqı-satqı baş tutmamışdır və müqavilə ləğv edilmişdir. Ona görə də Mülki Məcəllənin 421.2, 447.7, 422.2.3, 432.1, 600.1 və 600.4-cü maddələrinə uyğun olaraq hissə-hissə ödəmə şərtlərini pozduğuna görə o, edilmiş ödənişləri tələb edə bilməz. Bununla da apelyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyas iya Məhkəməsi Mülki Kollegiyasının 20.05.2019-cuiltarixli, 2(103)-6053/2019 nömrəliqətnaməsinin ləğv edərək yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçıoviç və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Abılova Radmila Abdul qızı kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçıoviçin vəkili Məmmədov Ceyhun Hamlet oğlu kassasiya şikayətinə et iraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.05.2019-cu il tarixli, 2(103)-6053/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən alınmış pulun məbləği ilə bağlı qeyd etmişdir ki, Cavabdeh 5.100 ABŞ dolları məbləğində pulu almasını etiraf etsə də, 3.500 ABŞ dolları məbləğində pulun xalası oğlu – şahid İsmayıl İbrahimov tərəfindən ona verilmədiyini bildirmişdir. Bununla bağlı sonuncu ifadəsində göstərmişdir ki, 3.000 ABŞ dollarını Cavabdeh şəxsən əlbəəl vermiş, 500 ABŞ dollarını isə sonuncunun tapşırığı ilə taksi ilə Bakı şəhərinə yola salmışdır ki, Cavabdeh da həmin pulu almışdır. Məhkəmə kollegiyası Cavabdeh ilə şahid İsmayıl İbrahimovun qohum olmasını və sonuncunun məhkəmə iclasında səlist ifadə verməsini nəzərə alaraq, onun həqiqəti danışması qənaətindədir (şahidin həqiqətə uyğun olmayan ifadə verməsi üçün məhkəmə kollegiyasında hər hansı şübhə yaranmamışdır) Bu baxımdan kollegiya hesab edir ki, İddiaçı evə görə Cavabdeh cəmi 8.600 ABŞ dolları məbləğində pul verməsi inandırıcı və işin faktiki hallarına uyğundur. Həmçinin, birinci instasiya məhkəməsi tərəfindən şahid İsmayıl İbrahimovun şəxsiyyət vəsiqəsinin iş materiallarına əlavə edilməsi (i.v. 20) onun həmin məhkəmədə dindirilməsi, lakin ifadəsinin protokola və qətna məyə salınmaması barədə İddiaçı apellyasiya şikayətinin dəlillərinin inandırıcı olmasına dəlalət edir. Qeyd olunanlara əsasən kollegiya hesab etmişdir ki, İddiaçı iddiası 8.600 ABŞ dolları tələbinə aid hissədə əsaslıdır, ona görə də iddia həmin hissədə təmin olunmalıdır. Əldən çıxmış faydaya görə 358 ABŞ dolları və mənəvi zərərin əvəzi kimi 3.000 manat məbləğində pul vəsaitinin tutulması hissəsində isə iddianı əsassız hesab edən kollegiya qeyd edir ki, İddiaçı həmin hissədə iddiasını sübut edə bilməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Nəzərə almaq lazımdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlar ının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qarşılıqlı iddia ilə bağlı kollegiya yuxarıda qeyd olunanların davamı olaraq qeyd etmişdir ki, tərəflər arasında qanunla müəyyən olunmuş qaydada bağlanaraq (rəsmiləşdirilərək), onlar üçün hüquq və vəzifələr yaradan hər hansı əqd mövcud olmamışdır ki, Cavabdeh da uzun müddət İddiaçı gözləmək vəzifəsi (öhdəliyi) daşıyıraq, evini başqasına sata bilməsin və bunun nəticəsində hər hansı zərərə məruz qalsın. Kollegiya onu da qeyd etməyi zəruri hesab etmişdir ki, tərəflər arasında beh və ya ilkin alqı-satqı müqaviləsi də bağlanmamış, İddiaçı evə görə Cavabdeh hissə-hissə ödədiyi 8.600 ABŞ dolları məbləğində pul avans olmuşdur. Belə ki, istər beh (MM 491 m.), istərsə də daşınmaz əşyalarala bağlı ilkin müqavilə (MM 402 m.) yazılı formada ba ğlanmalıdır və həmin formaya riayət edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Beh və avans arasında ən önəmli fərq ondan ibarətdir ki, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədi daşıdığı halda, avans öhdəliyin yerinə yetirilməsi qismində verilir. Fərq həmçinin ondan ibrətdir ki, müqavilə icra olunmadıqda, pozuntuya görə məsul olan şəxs behi itirir (beh alan isə iki mislini qaytarır). Öhdəliyin yerinə yetirilməməsi nəticəsində isə avans qaytarılır. Avans və beh müqavilənin bağlanmasının sübutu kimi çıxış etsə də, behdən fərqli olaraq avans müqavilənin icrasının real təminatı kimi çıxış etmir. Buna görə də, yazılı beh müqaviləsi bağlanmadığı halda, hər bir qabaqcadan ödəniş avans hesab olunur. Odur ki, tərəflərin, onların arasında hər hansı məbləğdə beh mü nasibətləri yaranması barədə dəlilləri əhəmiyyətli sayıla bilməz, çünki, yazılı beh müqaviləsi bağlanmamışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası həmin şikayətin dəlillərinə qiymət verməkdə hüquqi cəhətdən düzgün yanaşmışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunduğu kassasiya yoxlaması zamanı müəyyən edilmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin l əğvi üçün qanuni əsas deyildir. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.05.2019-cu il tarixli, 2(103)-6053/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar