Məhkəmə qərarları › İş №2(102)-6879/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6879/2019

07.11.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6879/2019 07.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Vəkil, Cavabdeh2 və vəkili X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.05.2019-cu il tarixli, 2(103)6707/2019 nömrəli qətnaməsindən Cavabdeh2 və vəkili X4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Z.Axundova) 04.01.2019-cu il tari xli, 2(003)-43/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh2 (Cavabdeh1 varisi) qarşı “torpağın qanunsuz sahiblikdən tələb edilməsi”tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri, ******************* saylı bağın yerləşdiyi torpaq sahəsinin boşaldılması və həmin ərazidə olan tikililərin Cavabdeh2 hesabına sökülməsi, Bakı şəhəri, *************************** saylı bağın yerləşdiyi torpaq sahəsinin İddiaçı qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xəlilov, X.Cəmilova, İ.Kərimli) 27.05.2019-cu il tarixli, 2(103)-6707/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04.01.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məh kəməsi Mülki Kollegiyasının 27.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “torpaq sahəsinin qanuni sahibinə qaytarılması və qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ************************* saylı bağın yerləşdiyi torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və torpaq sahəsinin onun qanuni sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ************************** saylı bağın yerləşdiyi torpaq sahəsinin boşaldı lması, həmin ərazidə olan tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin onun qanuni istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh2 və vəkili X4 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə hüquqi faktların müəyyən olunması ilə bağlı bütün zəruri tədbirləri həyata keçirməmişdir. İddiaçı Xəzər rayonu, ************************ saylı bağın ona məxsus olduğunu üzvlük kitabından çıxarılmış kimi göstərdiyi saxta sənədlə sübut etməyə çalışmış, yəni iddiaçı sənəddə göstərilən əvvəllər həqiqətən də ona məxsus olmuş eyni ünvandakı 30 saylı bağa dair qeydi silərək, 30 rəqəmini 22 ilə əvəz etmiş, cavabdeh tərəfindən bunun la bağlı ekspertiza keçirilməsinə dair israr olunsa da, heç bir instansiya məhkəmə müəyyənedici sənədin əsl olub-olmadığını müəyyən etməmiş, eləcə də apellyasiya instansiya məhkəməsi cavabdehin bu barədə vəsatətlərinə heç bir münasibət bildirməmişdir. Bununla da Azərbaycan Respublikasının MPM-nin 217-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan əlavə, “Primorye” bağçılıq yoldaşlığı üzvlərinin ilk tərtib olunmuş və birinci sədri olmuş Ə6 imza və möhürü ilə təsdiq edilmiş 03.10.2005-ci il tarixli siyahısı isə sübut kimi qəbul edilməmişdir. Halbuki, iddiaçının məhkəməyə təqdim etdiyi saxta sənəddən fərqli olaraq şikayətçinin təqdim etdiyi sənəd imzalı və möhürlü idi. Beləliklə, məhkəmələr ədalətli araşdırma aparmamış, mübahisə üzrə əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmamışlar. Nəticəd ə İnsan Hüquqları və X1 haqqında Konvensiyanın 6, 8 və 1 saylı Protokolun 1-ci maddələrinin pozuntusu baş vermişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.05.2019-cu il tarixli, 2(103)-6707/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin bütövlükdə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və vəkili X4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.05.2019-cu il tarixli, 2(103)-6707/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qər ar qəbul edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Bakı 1 saylı Ayaqqabı fabrikinin “Primorye” bağçılıq yoldaşlığının üzvü kimi keçmiş Bakı şəhər X2, 07.08.1987-ci il tarixli,********* saylı qərarına uyğun “Primorye” bağçılıq yoldaşlığı tərəfindən 07.07.1990-ci il tarixli iclas protokolu əsasında iddiaçıya Zirə qəsəbəsinin 22 saylı bağ sahəsi ayrılmışdır. İddiaçı onun 01.10.2002-ci il tarixli, 1 saylı iclas protokolu ilə bağçılıq yoldaşlığından xaric edilməsi və ona məxsus bağ sahəsinin cavabdehə veril məsini mübahisələndirmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə qeyd olunan məsələlərə hüquqi qiymət verilmişdir. Apellyasiya kollegiyası hesab etmişdir ki, həmin məhkəmə qərarları ilə müəyyən edilən hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edən hallardır. Belə ki, iş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.11.2016-cı il tarixli qərarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində Primorye Bağçılıq Yoldaşlığının ************ qəsəbəsində ayrılmış ərazidəki 22 və 23 nömrəli bağların yerləşdiyi torpaq sahəsinə üçüncü şəxs Cavabdeh1 mülkiyyət hüquqlarının qeydiyyatının 22 saylı bağ sahəsinə aid olan hissədə ləğv edilməsi qərara alınmışdır. Həmçinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.04.2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Bakı ş əhər İcra Hakmiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş ********* saylı, 26.09.2004-cü il qeydiyyat vəsiqəsinin 22 saylı bağ sahəsinə aid olan hissədə ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.08.2017-ci il tarixli qərarının surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.11.2016-cı il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi və üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi və qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin iş materialla rında olan Bakı Apellayasiya Məhkəməsinin 22.11.2013-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh1 İskəndər oğlu, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı “protokolun etirbarsız hesab edilməsi və bağ sahəsinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17.05.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi ilə apellyasiva şikayəti qismən təmin olunaraq Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17.05.2013-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh1 İsk əndər oğlu, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı “protokolun etibarsız hesab edilməsi və bağ sahəsinin geri qaytarılması” tələbinə dair iddiası qismən təmin olunaraq “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Primorye” Bağçılıq Yoldaşlığının 01.10.2002-ci il tarixli, 1 saylı protokolunun İddiaçı aid hissədə etibarsız hesab edilməsi, iddiaçının "protokolun etibarsız hesab edilməsi" tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.04.2015-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi və üçüncü şəxs Cavabdeh1 qarşı **********saylı, 26.09.2004-cü il tarixli qeydiyyat vəsiq əsinin 22 saylı bağ sahəsinə aid olan hissədə ləğv edilməsi tələbinə dair iddia tələbi təmin olunaraq, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakmiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş ********** saylı, 26.09.2004cü il qeydiyyat vəsiqəsinin 22 saylı bağ sahəsinə aid olan hissədə ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli bağ sahəsi “Primorye” bağçılıq yoldaşlığı tərəfindən 07.07.1990-ci il tarixli protokol əsasında ona verilmiş, hazırda cavabdehin həmin torpaq sahəsinə heç bir hüququ qalmamışdır. Cavabdeh həmin ərazini zəbt etməklə iddiaçı həmin əmlak üzərində hüquqlarından məhrum olmuşdur. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi etirazlar yenidən araşdırıla bilməz. Çünki artıq qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, mübahisəli bağ sahəsi cavabdehin istifadəsində olan bağ sahəsidir və həmin bağ sahəsi iddiaçıya məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əş yaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası şikayətin dəlilləri əsasında işin halları üzrə araşdırma apararkən düzgün hüquqi mövqeyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmiş, hüquqi mövqeyini düzgün ol araq izah etmişdir ki, mübahisəli bağ sahəsi “Primorye” bağçılıq yoldaşlığı tərəfindən 07.07.1990-ci il tarixli protokol əsasında ona verilmiş, hazırda cavabdehin həmin torpaq sahəsinə heç bir hüququ qalmamışdır. Cavabdeh həmin ərazini zəbt etməklə iddiaçı həmin əmlak üzərində hüquqlarından məhrum olmuşdur. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi etirazlar yenidən araşdırıla bilməz. Çünki artıq qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, mübahisəli bağ sahəsi cavabdehin istifadəsində olan bağ sahəsidir və həmin bağ sahəsi iddiaçıya məxsusdur. Belə olan halda İnsan Hüquqları və X1 haqqında Konvensiyanın 6, 8 və 1 saylı Protokolun 1-ci maddələrinin pozuntusundan söhbət gedə bilməz. Odur ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsassızdır və apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.05.2019-cu il tarixli, 2(103)6707/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar