Məhkəmə qərarları › İş №2(102)-688/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-688/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-688/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh və Maraqlı şəxs qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulmasının ipoteka predmetinə yönəldilməsi, əmlakın likvid qiyməti, ipoteka predmetinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Maraqlı şəxs qarşı qətnamə üzrə yaranmış borcun ödənilməsi üçün tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)1551/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 21 oktyabr 2013-cü il tarixli 3818 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti Maraqlı şəxs kreditdən istifadəyə görə illik 6 faiz ödəməsi şərti ilə 36 ay müddətinə 15000 manat məbləğdə kredit vermiş, həmin kredit müqavilələri üzrə öhdəliyin icrasının təminatı kimi Cavabdeh məxsus olan Biləsuvar şəhəri X9 küçəsində yerləşən 174.5 kvm ümumi, 91.6 kvm yaşayış və 82.9 kvm yardımçı sah əsindən ibarət bir mərtəbəli 4 otaqlı fərdi yaşayış evini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmiş və müvafiq dövlət orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürmüşdür. İpoteka predmeti tərəflərin razılığı ilə 25000 (iyirmi beş min) manat qiymətləndirilmişdir.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən № ******* saylı (reyestr nömrəsi **********43-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2103-cü il) çıxarışa əsasən Cavabdeh məxsus Biləsuvar şəhəri, X9 küçəsi ev 20 ünvanında yerləşən fərdi yaşayış evi 0.12 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixə kimi (36 ay) Zaminbank ASC Biləsuv ar filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, Zaminbank ASC-nin daşınmaz əmlak üzərində hüququ daşınmaz əmlakın Dövlət reyestrində 3 nömrəli reyestr kitabının 117 nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. Biləsuvar Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(022)-1077/2019 saylı qətnaməsinə əsasən cavabdeh Maraqlı şəxs ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 21 oktyabr 2013cü il tarixli 3818 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 11650 (on bir min altı yüz əlli) manat, habelə ödənilmiş dövlət rüsumuna xərclənmiş pul vəsaitinin bir hissəsinin əvəzi qismində 25 (iyirmi beş) manat məbləğdə pul vəsaitinin tutulması qət edilmişdir. 4. 29 oktyabr 2021-ci il tarixli LM ********* saylı restruktirzasiya müqavilə sinə əsasən İddiaçı ASC ilə borclu Maraqlı şəxs arasında bağlanmış müqaviləyə əsasən ləğv prosesində olan bank tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 3818 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 11650 (on bir min altı yüz əlli) manat məbləğ restruktirzasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür 5. 29 oktyabr 2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlakı «Borclu»nun 29 oktyabr 2021-ci il tarixli LM ********* saylı r estruktirzasiya müqaviləsinə əsasən yaranmış öhdəliyinin təminatı kimi ipoteka saxlayana girova verir. Hazırkı müqavilə üzrə sonrakı ipoteka ilə təmin edilən öhdəliyin əmələ gəlməsi üçün əsas ləğv prosesində olan İddiaçı və Maraqlı şəxs arasında bağlanmış 29 oktyabr 2021-ci il tarixli LM102100339 saylı restruktirzasiya müqaviləsidir. Müqavilə notarial qaydada təsdiq edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh və Maraqlı şəxs qarşı iddia ərizəsi ilə müraciət edərək, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(022)-1077/2019 saylı qətnaməsi ilə Maraqlı şəxs Banka ödənilməmiş 11 650 (on bir min altı yüz əlli ma nat) manat icra edilməmiş əsas borc, 1666,98 (bir min altı yüz altmış altı manat 98 qəpik) manat faiz, 1869.82 (bir min səkkiz yüzaltmış doqquz) manat cərimə olmaqla, cəmi 15 186.80 (on beş min bir yüz səksən altı manat 80 qəpik) manat və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh Xanalı oğluna məxsus olan Biləsuvar şəhəri, X9 küçəsində yerləşən, 174,5 kv.m ümumi, 91,6 kv.m yaşayış və 82 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli 4 otaqlı 20 nömrəli fərdi yaşayış evinə və mülkiyyətində olan 0.12 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq ləğ v prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Maraqlı şəxs arasında bağlanmış xx.xx.2013- cü il tarixli, 3818 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 6% (altı faiz) ödənilmək şərtilə 15.000 (on beş min) manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu əsas borcun hesabdan çıxarıldığı günə müvafiq olaraq, növbəti aydan etibarən hər ayın eyni günündə banka ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh Maraqlı şəxs kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Həmin borcun tutulması üçün iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Maraqlı şəxs qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdehin Banka ödənilməmiş 11 650 (on bir min altı yüz əlli manat) manat əsas borcu, 1666,98 (bir min altı yüz altmış altı manat 98 qəpik) manat faiz borcu, 1869.82 (bir min səkkiz yüzaltmış doqquz) manat cərimə olmaqla cəmi 15 186.80 (on beş min bir yüz səksən altı manat 80 qəpik) manat borcu mövcud olmuşdur. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(022)-1077/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin etmiş, cavabdeh Maraqlı şəxs banka ödənilməmiş 15 186.80 (on beş min bi r yüz səksən altı manat 80 qəpik) əsas və 25 (iyirmi beş) manat dövlət rusumunun tutulması qət edilmişdir. Həmin qətnamədən tərəfimizdən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(106)- 1268/2020 saylı qətnaməsi ilə iddiaçının şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(106)- 1268/2020 saylı qətnaməsindən iddiaçı tərəfində verilən kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)-99/2020 saylı qərarı ilə dəyişdirilməmiş saxlanılmışdır. Qeyd olunan kredit məbləği bank tərəfindən veriləndə tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hü ququ üzrə Cavabdeh Xanalı oğluna məxsus Biləsuvar şəhəri, X9 küçəsində yerləşən, 174,5 kv.m ümumi, 91,6 kv.m yaşayış və 82 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı 20 nomrəli fərdi yaşayış evi və mülkiyyətində olan 0.12 ha torpaq sahəsi ipoteka qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh Xanalı oğlu arasında xx.xx.2013-cü il tarixli 3383 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Bu səbəbdən Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(022)-1077/2019 saylı qətnaməsi ilə təmin olunan borc məbləğinin ödənilməsi üç ün tələb ipoteka predmetinə yönəldilməlidir. Cavabdeh Maraqlı şəxs kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanın təsir dairəsinə düşmüşdür. Tərəflərindən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsi hazırlanmış və Fərmanla tövsiyə edilən tədbirlər tərəflərindən təmin edildiyi halda, cavabdehlər bankla restrukturizasiya müqaviləsini və ipoteka müqaviləsini imzalasa da, qanunun tələblərinə uyğun olaraq məlum olmayan səbəbdən notarial qaydada imzalanması üçün notariat ofisinə getməkdən imtina etmişlər. Sonda iddiaçının nümayəndəsi X3 iddianın təmin olunmasını xahiş etmişdir.

8. Məhkəmə t ərəfindən ipoteka predmeti olan əmlakın likvid satış qiymətinin müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməsi üçün qərardad qəbul olunmuş və "xxxx" MMC-nin 21 may 2024-cü il tarixli № 0251a/24/ZB saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabata əsasən Biləsuvar şəhəri, X9 küçəsində, Cavabdeh Xanalı oğlunun mülkiyyətində olan 0,12 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 174,50 m2 ümumi, 91,60 m2 yaşayış, 82,90 m2 yardımçı sahədən və tikintialtı sahəsi 7,50 m2 olan hamam (liter V), 9,60 m2 olan təsərrüfat damı (liter D), 4,0 m2 olan ayaq yolu (liter İ), 4,0 m2 olan su hovuzu (liter İİ), 14,0 m2 olan hasar (liter İİİ), darvaza (liter İV), hasardan (liter V) ibarət 20 nömrəli fərdi yaşayış evinin likvid qiyməti 50 000 (əll i min) manat təşkil edir.

9. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-19/2024 saylı qətnaməsi ilə (hakim Nüsrət Mirzəyev) iddia qismən təmin edilərək Biləsuvar Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(022)-1077/2019 saylı qətnaməsi ilə Maraqlı şəxs İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması müəyyən edilmiş 21 oktyabr 2013-cü il tarixli 3818 saylı kredit müqaviləsi üzrə 11650 (on bir min altı yüz əlli) manat əsas borc, habelə ödənilmiş dövlət rüsumuna xərclənmiş pul vəsaitinin bir hissəsinin əvəzi qismində 25 (iyirmi beş) manat pulun ipoteka qoyulmuş Cavabdeh məxsus Biləsuvar şəhəri X9 küçəsi ev 20 ünvanında 0,12 ha torpaq sahəsi ilə birlikdə 174,5 kvm ümumi, 91.6 kvm yaşayış və 82 kvm yardımçı sahədən ibarət 1 mərtəbəli 4 otaqlı yaşayış evinə yönəldilm əsi, həmin ev və torpaq sahəsinin açıq hərracda satılması, satışdan əldə edilmiş vəsait hesabına 11650 (on bir min altı yüz əlli) manat borcun Zaminbank ASC-yə ödənilməsi, satışdan əldə edilmiş vəsatin qalan hissəsinin Cavabdeh qaytarılması, Biləsuvar şəhəri X9 küçəsi ev 20 ünvanında 0,12 ha torpaq sahəsi ilə birlikdə 174,5 kv.m ümumi, 91.6 kv.m yaşayış və 82 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli 4 otaqlı evin likvid qiyməti 50000 (əlli min) manatın müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumuna görə ödənilmiş 25 (iyirmi beş) manat pulun Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

10. İş materiallarına əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş sübutlara diqqəti çəkən birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, n ə qədər ki, mövcud olan sübutlar əsaslı və təkzib olunmazdır, həmçinin işin faktiki və mübahisəsiz hallarını da özündə ehtiva edir bu baxımdan iddia tələbi əsaslıdır və təmin olunmalıdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 307, 317.1, 385.1, 386.1, 319.6-cı, “İpoteka haqqında” Qanununun 33, 39.1, 39.3, 39.3.3, 59.1, 59.3.3-cü, Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 216-220, 227, 358-360 və 362ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həqiqətən də xx.xx.2013-cü ildə "xxxx" ASC ilə Maraqlı şəxs arasında kredit müqaviləsi bağ lanmışdır. Kreditin təminatı kimi həmin tarixdə onunla "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək mülkiyyətində olan Biləsuvar şəhəri X9 küçəsi 20 ünvanda olan həyətyanı torpaq sahəsi və evi ipotekə qoyulmaqla, ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi, onun bankla bağladığı ipoteka müqaviləsinin müddəti 3 il olmuş və həmin müddət 2016-cı ilin oktyabr ayında bitmişdir. Yəni 8 il bundan qabaq. Həmin müddət bitdikdən sonra isə ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində aparılmamışdır. Belə olan halda, məhkəmə əsassız olaraq 8 il bundan əvvəl müddəti bitmiş müqavilə üzrə onu mülki məsuliyyətə cəlb etməklə əmlakını qanunsuz əlindən alır. Məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan, ipoteka müqaviləsin in müddətinin bitməsi halı və ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində aparılmaması halı nəzərə alınmamışdır.

14. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1551/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X4) Cavabdeh nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-19/2024 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilərək, iddia tələbinin rədd edilməsi qət edilmişdir.

15. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər aras ındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, Biləsuvar Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(022)- 1077/2019 saylı qətnaməsinə diqqəti çəkən kollegiya bildirmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(022)1077/2019 saylı qətnaməsi ilə Maraqlı şəxs ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 21 oktyabr 2013-cü il tarixli 3818 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 11650 manat məbləğində pul vəsaitinin tutulması qət edilmiş, bundan sonra tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 3818 saylı kredit müqaviləsinə görə müəyyənləşdirilmiş 1165 0 manat məbləğ 29 oktyabr 2021-ci il tarixli LM ********* saylı müqavilə ilə restrukturizasiya olunmuş və borclu həmin müqavilə üzrə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Habelə 29 oktyabr 2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlakı 29 oktyabr 2021-ci il tarixli LM ********* saylı restrukturizasiya müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana girova vermişdir. Lakin ipotekanın əlavə dövlət qeydiyyatı notarial qaydada təsdiq edilməmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu fakt iddia ərizəsinin məzmunundan da aşkar olur. Buna görə də, hazırkı iddianın təmin edilməsinin hüquqi əsası mövcud deyildir.

16. Kollegiya qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 11-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. Həmin Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. İpoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir.

17. Kollegiya habelə qeyd etmişdir ki, adıçəkilən qanunun 14-cü maddəsinin tələblərinə görə ipotekanın əlavə dövlə t qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə aparılır. İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən və daşınar əmlakın rəsmi reyestrindən çıxarışla, ipoteka kağızında isə müvafiq qeydin edilməsi ilə təsdiq edilir.

18. Həmin Qanunun 36-cı maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklül üyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

20. Yekun olaraq kollegiya Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına istinad edərək hesab etmişdir ki, cavabdehin nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-19/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh və Maraqlı şəxs qarşı qətnamə üzrə yaranmış borcun ödənilməsi üçün tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 317.1, 385.1, 386.1, “İpoteka haqqında” Qanununun 11, 11.3, 11.4, 14, 33, 36, 36.2-ci; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2, 372.1, 372.6, 372.7, 384.0.2, 385.1.1, 402.1-ci maddələrinə həmçinin “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, kassasiya şikayətinin təmin edilməsini, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1551/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəb ul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka qoyan Cavabdeh xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsini notarial qaydada imzalanması üçün notariat ofisinə getməkdən və ipoteka predmetinin yüklü edilməsi üçün əlavə dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Bu səbəbdən də LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə cavabdeh Maraqlı şəxs arasında imzalanmış xx.xx.2021-ci il tarixli, LM102100339 saylı restrukturizasiya müqaviləsi əsasında kreditor borclu münasibəti yeni şərtlərə uyğun yaranmamış və cavabdehdən kredit borcunun ödənilməsi xx.xx.2013-cü il tarixli, 3818 nömrəli kredit müqaviləsi əsasında tələb olunmuşdur. Həmçinin Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(022)-1077/2019 saylı q ətnaməsi üzrə verilən icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı aidiyyatı icra şöbəsinə müraciət olunmamışdır.

24. Bundan başqa Bank ilə borclu arasında hər hansı kredit müqaviləsi və ya restrukturizasiya müqaviləsi imzalandıqdan sonra borc məbləği və onun ödənilməsi ilə bağlı məlumatlar Mərkəzləşdirilmiş Kredit Reyestrində qeydə alınır və bununla bağlı məlumatlar borclunun kredit tarixçəsinə öz əksini tapır. Lakin hazırkı mübahisə predmeti üzrə tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, LM102100339 saylı restrukturizasiya müqaviləsi Mərkəzləşdirilmiş Kredit Reyestrində qeydə alınmamışdır. Əksinə tərəflər arasında imzalanmış xx.xx.2013-cü il tarixli, 3818 nömrəli kredit müqaviləsi üzrə öhdəlik Mərkəzləşdirilmiş Kredit Reyestrində icra olunmamış qalmaqdadır. Bu da o dem əkdir ki, LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə nə cavabdeh Maraqlı şəxs arasında xx.xx.2021-ci il tarixli, LM102100339 saylı restrukturizasiya müqaviləsi üzrə, nə də Cavabdeh xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsi üzrə yenidən kreditor borclu münasibətləri yaranmamışdır.

25. Qeyd olunmalıdır ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan, tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərz də hərəkət etmələri tələb olunur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Qeyd olunanları nəzərə alaraq hesab edirk ki, belə olduğu halda Şirvan Apellyasiya Məhkəməsi iddia tələbinin rədd olunması ilə bağlı qəbul etdiyi qətnamədə mübahisənin mahiyyətinə düzgün hüquqi qiymət verilməmiş və əsassız qərar qəbul olunmuşdur.

26. Məhkəmə iddia tələbinin hüquqi əsasına və işin faktiki hallarına əhəmiyyət verməmiş və nəticədə iddiaçının hüquqları kobud şəkildə pozmuşdur.

27. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edil diyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Lakin hazırkı iş üzrə məhkəmə səhvən xx.xx.2021-ci il tarixli, LM102100339 saylı restrukturizasiya müqaviləsi və ya xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinə istinad edərək iddia tələbini rədd etmişdir.

28. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilk dəfə İddiaçı ASC ilə cavabdeh Maraqlı şəxs arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 3818 nömrəli kredit müqaviləsi üzrə qalıq borcun tutulması tələbi ilə məhkəməyə müraciət edərkən mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin hakimi olmuş Pərviz Əhmədov tərəfindən baxılmış və xx.xx.2019-cu il tarixli, 2(022)- 1077/2019 saylı qətnamə qəbul olunmuşdur. Hesab edir ki, hazırkı iş üzrə də Şirvan Apellyasiya Məhkəməsində 2(106)1551/2024 saylı iş üzrə sədrlik edən Pərviz Əhmədov omuşdur. Mübahisə predmeti olan kredit müqaviləsi üzrə iş Biləsuvar Rayon Məhkəməsinin və Şirvan Apellyasiya Məhkəməsində icraatında eyni hakim tərəfindən baxılması yolverilməzdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

30. Maddə 307.6. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır.

31. Maddə 307.7. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.

32. Maddə 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.

33. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

34. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

35. Maddə 531.1. Öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir.

36. Maddə 531.2. Həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin və alimentlərin ödənilməsi üzrə öhdəliklər barəsində novasiyaya yol verilmir.

37. Maddə 531.3. Əgər ayrı qayda nəzərdə tutulmayıbsa, novasiya ilkin öhdəliklə bağlı olan əlavə öhdəliklərə xitam verir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

38. Maddə

11. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. Nəz ərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. İpoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir.

39. Maddə

14. İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə aparılır. İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən və daşınar əmlakın rəsmi reyestrindən çıxarışla, ipoteka kağızında isə müvafiq qeydin edilməsi ilə təsdiq edilir.

40. Maddə

33. Borclu əsas öhdəliyi icra et mədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

41. Maddə

36. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 19.1. Hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir:

24. Maddə 19.1.3. O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə;

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üç ün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillə rindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası h esab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Əlavə olaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının 21 oktyabr 2013-cü il tarixli 3818 saylı kredit müqaviləsinə və eyni tarixli ipoteka müqaviləsinə istinad edərək məhkəmə qətnaməsi ilə təmin edilmiş 11650 manat məbləğində pul vəsaitinin ipoteka predmetinə yönəldilməsini tələb etməsi əsassızdır.

34. Belə ki, Bi ləsuvar Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(022)1077/2019 saylı qətnaməsi ilə Maraqlı şəxs ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 21 oktyabr 2013cü il tarixli 3818 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 11650 manat məbləğində pul vəsaitinin tutulması qət edilmiş, bundan sonra tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 3818 saylı kredit müqaviləsinə görə müəyyənləşdirilmiş 11650 manat məbləğ 29 oktyabr 2021-ci il tarixli LM ********* saylı müqavilə ilə restrukturizasiya olunmuş və borclu həmin müqavilə üzrə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Habelə 29 oktyabr 2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsu s olan və bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlakı 29 oktyabr 2021-ci il tarixli LM ********* saylı restrukturizasiya müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana girova vermişdir.

42. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında 29 oktyabr 2021-ci il tarixli LM ********* saylı müqavilə bağlanmaqla 21 oktyabr 2013-cü il tarixli 3818 saylı kredit müqaviləsi üzrə borc məbləği restrukturizasiya olunmuş, yəni əvvəlki öhdəlik yeni icra üsulu nəzərdə tutan öhdəliklə əvəz edilmiş, əvvəlki öhdəliyə novasiya nəticəsində xitam verilmişdir.

43. İddiaçı 29 oktyabr 2021-ci il tarixli LM ********* saylı müqavilənin bağlanmadığını kassasiya şikayətində qeyd etsə də, həmin müqavilə sadə yazılı formada bağlanmalı olan müqavilə olduğundan Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 405.1- ci və 407.2-ci maddələrinə əsasən müvafiq qaydada imzalandığı andan bağlanmış hesab edilir.

44. Eyni tarixli ipoteka müqaviləsi isə notarial qaydada təsdiq edilmədiyindən bağlanmış hesab edilmir və dövlət qeydiyyatına alınmadığından həmin müqavilə üzrə ipoteka hüququ yaranmamışdır.

45. Mülki Məcəllənin 531.1-ci maddəsinə görə öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. Həmin Məcəllənin 531.3-ci maddəsinə əsasən isə əgər ayrı qayda nəzərdə tutulmayıbsa, novasiya ilkin öhdəliklə bağlı olan əlavə öhdəliklərə xitam verir.

46. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normalara əsasən hesab edir ki, nov asiya zamanı əvvəlki ipoteka müqaviləsinin qüvvədə qalması razılaşdırılmadığından, əksinə sonrakı ipoteka müqaviləsi hazırlandığından novasiya nəticəsində 21 oktyabr 2013-cü il tarixli 3818 saylı kredit müqaviləsi üzrə ilkin öhdəliklə yanaşı eyni tarixli ipoteka müqaviləsi üzrə əlavə öhdəliyə də xitam verilmişdir.

35. Buna görə də, apelyasiya instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə mövqeyi düzgün olmuşdur.

36. Kollegiya kassasiya şikayətinin digər dəlilinə münasibətdə isə qeyd edir ki, (LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilk dəfə İddiaçı ASC ilə cavabdeh Maraqlı şəxs arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 3818 nömrəli kredit müqaviləsi üzrə qalıq borcun tutulması tələbi ilə məhkəməyə müraciət edərkən mülki iş üzrə Biləsuvar Rayon Məhkəmə sinin hakimi olmuş Pərviz Əhmədov tərəfindən baxılmışdır. Apellyasiya qaydasında baxılan hazırki iş isə əvvəlki qətnamənin qanuniliyinin yoxlanılması deyil, borcun ipoteka predmetinə yönəldilməsi barədə başqa bir mülki işə baxılmasıdır və belə olan halda işdə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 19.1.3-cü ( o, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə) maddəsində nəzərdə tutulan hakim tərəfindən işə baxılmasına yol verilməyən hal mövcud olmamışdır.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin h əlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

38. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1551/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar