Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6884/2019 28.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, iddiaçı “xxxx” MMC-nin vəkili X6, Cavabdeh və cavabdehin vəkili X4 iştirakları ilə. Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 may 2019-cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh 9765,31 (doqquz min yeddi yüz altmış beş manat otuz bir qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 9795(doqquz min yeddi yüz doxsan beş manat otuz bir qəpik) pulun tutularaq İddiaçı MMC –yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim: R.Ə.Qurbanov;(sədrlik edən), hakimlər E.Q.Nəbiyev və A.Ə.Hüseyn 2(103)3372/2019) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Sabunçu rayon məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9765,31(doqquz min yeddi yüz altmış beş manat otuz bir qəpik) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəb ul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx MMC-nin direktoru X2 ilə Cavabdeh arasında 01.01.2018-ci il tarixdə məhsulların nisiyə alqı-satqı müqaviləsi bağlanmışdır.Tərəflər arasında qarşılıqlı razılıq əldə olunaraq, heç bir təsir olmadan müqavilə bağlanılmışdır.Müqavilənin şərtlərinə əsasən cavabdeh 9765,31(doqquz min yeddi yüz altmış beş manat otuz bir qəpik) manat dəyərində müxtəlif çeşidli məhsulları “ xxxx” MMC-dən nisiyə şəkildə qəbul edərək satmalı, məhsulların satış pulunu 1 ay müddətində pul şəklində “xxxx” MMC-yə ödəməyi öhtəsinə götürmüşdür. Lakin cavabdeh 01.01.2018-ci il tarixdə tərtib edilmiş təhvil-təslim aktlarında göstərilən 12+12 adda məhsullarıqəbul etdikdən sonra onların dəyərini qeyd olunan müddətdə “xxxx” MMC-yə ödəməmişd ir.Dəfələrlə cavabdehə borcun qaytarılması barədə xəbərdarlıq edilsə də,cavabdeh götürdüyü məhsulların pulunu ödəyəcəyinə söz vesə də, ödəməmişdir. Hətta cavabdeh “xxxx” MMC-yə gələrək borcu 28 aprel 2018-ci il tarixə kimi ödəyəcəyini öhdəsinə götürsə də borcu ödəməmişdir.Qeyd olunanlara əsasən,məhkəmədə Cavabdeh 01.01.2018-ci il tarixli məhsulların nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 9765,31(doqquz min yeddi yüz altmış beş manat otuz bir qəpik) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətrnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiaçı “xxxx” MMC-nin iddiasının təmin edilməməsi barədə qərar qəbul e dilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci və 88–ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işinin faktiki halları aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış, nəticədəəsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Cavabdeh və onun vəkili X1 məhkəmə kollegiyasından kasassiya şikayətinin təmin olunmasını və iddiaçı “xxxx” MMC-nin iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı xahişetdi. “xxxx” MMC-nin vəkili X6 kassasiya şikayətinin təmin olunmamasını Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, i şin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması və iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 9765,31 manat təşkil edən məhsulların təhvil verilməsi yazılı qaydada tərtib olunaraq imzalanmış 11 yanvar 2018-ci il tarixli məhsulların nisyə alqı-satqı müqaviləsi və təhvil təslim aktı ilə təsdiq olunur. Eyni zamanda müqavilədə göstərilən icra müddəti (əşyaların dəyərinin ödənilməsi tarixi) çatmış, lakin cavabdeh tərəfindən hər hansı ödəniş aparılmamışdır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiya hesab etmişdir ki, müqavilədə qeyd olunan 9765,31 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı ilə cavabdeh arasında Mülki Məcəllənin 567 və 600.1-ci maddələrinə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların dəyərini satıcıya ödəməyi vəzifəsini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən verilmiş əşyaların dəyərlərinin ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, o, istinad etdiyi halların, yəni yuxarıda istinad olunan nisyə alqı-satqı müqaviləsi, təhvil-təslim aktı və həmin müqavilə üzrə borcunun etirafı barədə ərizəni aldadı laraq imzalamasını təsdiq edən heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Həmçinin cavabdehin vəsatətinə əsasən Cavabdeh tərəfindən “xxxx” ASC-nin Quba filialı vasitəsilə X3 debitor kartına ödənilmiş bütün pul vəsaitlərini təsdiq edən sənədlər, yəni ödəniş qəbzləri, kassa mədaxil orderləri və s. digər ödəniş sənədlərin məhkəməyə təqdim edilməsi üçün “xxxx” ASC-yə sorğu göndərilmiş və sorğuya cavab olaraq bildirilmişdir ki, “xxxx” ASC-nin Quba filialı vasitəsilə X3 debitor kartına hər hansı pul vəsaiti mədaxil olunmamışdır. Göründüyü kimi cavabdeh tərəfindən X3 hesabına hər hansı pul vəsaitinin köçürülməsi də müəyyən olunmur. Bundan başqa cavabdehin İddiaçı MMC-nin işçisi olması faktı da təs diq olunmur. Çünki cavabdehin bununla bağlı təqdim etdiyi sənədlərdə İddiaçı MMC-nin adı deyil, başqa bir hüquqi şəxs - “xxxx” MMC-nin adı qeyd olunmuşdur. Həmçinin tərəflər arasında bağlanmış 11 yanvar 2018-ci il tarixli məhsulların nisyə alqı-satqı müqaviləsinin 9-cu bəndinə əsasən tərəflər arasında bu müqavilə ilə gələcəkdə mübahisə yaranarsa, münaqişənin həllinə satıcının olduğu ünvan üzrə Sabunçu rayon məhkəməsi tərəfindən baxılacaq. Mülki Prosessual Məcəllənin 40.2-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Bu baxımdan apellyasiya aydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, iddia ərizəsinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə verilməsi prosess ual qaydalara uyğun olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək nəticəyə gəlmişdir ki, iddia əsaslıdır və birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6884/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6884/2019
28.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver