Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6885/2019 07.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 07 noyabr 2019-cu il şəhərində İş № 2(102)-6885/2019 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı oğlunun vəkili X1, Cavabdeh vəkili X5 iştirakı ilə, İddiaçı oğlu tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)5809/2019 nömrəli iş üzrə 29 may 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi r ayon məhkəməsinin (hakim Fərrux Qasımov) 23 yanvar 2019-cu il tarixli 2(001)-173/2019 saylı qətnaməsi ilə İddiaçı oğlunun Cavabdeh qarşı 700000 manat məbləğində əsas borc, illik 5% hesablanmaqla 105000 manat olmaqla, ümumilikdə 805000 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Rqib Qurbanov sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Aida hüseyn) 29 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 700000 manat məbləğində əsas borc, illik 5 % hesablanmaqla 105000 manat olmaqla, ümumilikdə 805000 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 14 mart 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 700000 manat məbləğində borc pul vermiş, sonuncu isə həmin məbləği 14 sentyabr 2014-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin vaxtdan 4 ildən artıq müddət keçməsinə baxmayaraq pul vəsaiti qaytarılmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə cavabdehin notarial qaydada yazdığı ərizəni nəzərə almamışdır. Həmin ərizədə cavabdeh ona 700000 manat borcu olmasını etiraf etmişdir. Onun cavabdehə verdiyi pulun mənbəyi, kimdən alınıb verilməsi əhəmiyyət kəsb etmir. Məhkəmə tərəflər arasında bağlanmış borc müqaviləsinin qüvvədə olmasını, məhkəmə qaydasında etibarsız edilməməsini nəzərə almamışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Tərəflərin izahatları: İddiaçı oğlunun vəkili X3məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, o, 14 mart 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 700000 manat məbləğində borc pul vermiş, sonuncu isə həmin məbləği 14 sentyabr 2014-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin vaxtdan 4 ildən artıq müddət keçməsinə baxmayaraq pul vəsaiti qaytarılmamışdır. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən ona heç bir pul vəsaiti verilməmişdir. Belə ki, o, təsisçisi olduğu “xxxx” MMC-nin mülkiyyətində olan torpaq sahəsinin özəlləşdirilməsi və bundan sonra onunla X2 məqsədilə cəmiyyətin 50%-ni sonuncunun qohumu Əmirxan Mehdiyevin adına keçirmiş, lakin sonradan torpaq sahəsini özəlləşdirə bilməmişdir. Sonradan bu məsələ ilə bağlı Sənan ona yanında işləyən İddiaçı oğlu ilə bağlı borc müqaviləsi bağlamağı bildirmişdir. Buna görə o, məcburiyyət qarşısında qalaraq 14 mart 2014-cü il tarixli kredit müqaviləsini imzalamışdır. Lakin nə Sənan Həsənov, nə də iddiaçı tərəf indən ona heç bir pul vəsaiti verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia rədd edilməlidir. Məhkəmə bu qənaətini onunla əsaslandırmışdır ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə borc müqaviləsinin bağlanmış hesab edilməsi üçün borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu bo rc alana verməlidir. Yalnız bu hal baş verdikdən sonra borc müqaviləsi bağlanmış hesab edilir və borc alanın aldığı əşyanın borc verənə qaytarması öhdəliyi yaranır. Lakin hazırkı işdə qeyd olunan şərtlərin mövcudluğu sübut olunmamışdır. Belə ki, iş materiallarında olan 25 dekabr 2018-ci il tarixli ittiham aktından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Həmin ittiham aktından görünür ki, cinayət işi üzrə şahid qismində dindirilmiş İddiaçı oğlu ifadəsində göstərmişdir ki, “2013-cü ildən 2016-cı ilə qədər qohumu X6 yanında işləmiş, Sənan “Həsənoğulları” kiçik müəssisəsinin direktoru olmuşdur. “xxxx” MMC-nin direktoru Cavabdeh Sənanın vasitəsilə tanımış, Akif tez-tez Sonanın ofisinə gəlib getmiş, mütəmadi olaraq öz iş ləri üçün pul almışdır. Sənanın yanında işlədiyi müddətdə Akifin ən xırda problemi olanda Sənana müraciət etdiyini, ondan kömək istədiyinin şahidi olmuş, Sənan da daima Akifə kömək etmişdir. Dəfələrlə Sənanın tapşırığı ilə Akifə aparıb pul vermiş, eləcə də Sənanın ofisə qoyduğu pulu Akifə təqdim etmiş, Akif bəzi hallarda pulunu qaytarmamışdır. Səhv etmirsə 2014-cü ilin fevral - mart aylarında Sənanla Akif oturub hesablaşmış və Akifin Sənana 700000 manat borcunun olması məlum olmuşdur. Sənanın müəyyən borcları Akifə güzəştə getdiyini eşitmişdir. Bundan sonra Sənan və Akif bu məbləğə aralarında borc müqaviləsi bağlamaq barədə razılığa gəlmiş və Sənanın işləri çox olduğundan Sənan ondan borc müqaviləsini bağlamağı xahiş etmiş, o da etiraz etməyərək, Bakı şəhəri 54 saylı notariat kontorunda Ak iflə aralarında 700000 manat məbləğində borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən Akif pulu 6 ay müddətində Sənana qaytarmalı olsa da, sonuncu həmin pulu qaytarmamışdır”. İş materiallarında olan Ağır Cinayətlər Məhkəməsinin 10 may 2019-cu il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 17 sentyabr 2018-ci il tarixdən 10 may 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 7 ay 23 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Cavabdeh üzərində qəti olaraq 4 il 4 ay 7 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Cavabdeh qəti olaraq üzərində saxlanılmış 4 il 4 ay 7 gün müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi və 2 il sınaq müddətinin müəyyən edilməsi hökm edilmişdir İddiaçının həmin cinayət işi üzrə verdiyi ifadəsindən görünür ki, tərəflər kredit müqaviləsini imzalasalar da, iddiaçı tərəfindən cavabdehə hər hansı bir pul vəsaiti verilməmiş və əqdin bağlanmasında tərəflər arasında heç bir iradə ifadəsi mövcud deyildir. İradə ifadəsinin mövcud olması üçün 700000 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən cavabdehə verilməli və sonuncu tərəfindən qə bul olunmalı idi. Lakin həm iddiaçının istintaq zamanı verdiyi ifadədən, həm də cavabdehin izahatından görünür ki, həmin pul vəsaiti iddiaçı tərəfindən cavabdehə verilməmişdir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi tərəflər arasında Mülki Məcəllənin 739.1-ci maddəsində göstərilən borc müqaviləsi bağlanılmamışdır. Belə olan halda isə iddiaçının 14 mart 2014-cü il tarixli kredit müqaviləsinə istinad edərək, hazırkı iddianın irəli sürməsi əsassızdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırkı işdə iddiaçını n istintaq zamanı verdiyi ifadə əsas götürülərək Mülki Məcəllənin 194 və ya 359-cu maddələri tətbiq edilə bilməz. Belə ki, iddiaçı həmin maddələrin tətbiq edilməsi üçün əsas ola biləcək hallara, yəni kreditor olan Sənan Həsənov tərəfindən tələbin ona güzəşt edilməsinə və ya kredit müqaviləsini Sənan Həsənovun təmsilçisi kimi bağlanmasına istinad etməmiş və iddia ərizəsində yalnız cavabdehlə bağlanmış kredit müqaviləsini əsas kimi göstərmişdir. Qeyd olunanalara əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə koll egiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmənin cavabdehin notarial qaydada yazdığı ərizəni nəzərə almaması barədə kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi araşdırması və qanuni qüvvəsini almış məhkəmə hökmü ilə cavabdehin iddiaçıdan 700000 manat borc alması faktı öz təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hazərki iş üzrə iddiaçının nümayəndəsinin pulun cavabdehə verilməsi barədə izahatını, 14 mart 204cü il tarixli tarixdə bağlanmış müqavilə və cavabdehin həmin tarixli ərizəsini deyil, biləbilə yalan ifadə verməyə və ifadə verməkdən imtina etməyə görə cinayət məsuliyyəti haqqında xəbərdar edilməklə dindirilən İddiaçı oğlunun ifadəsini daha mötəbər sübut kimi qiymətləndirmiş, Cavabdeh 700000 manat pulun məhz İddiaçı oğlu tərəfindən verilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Cavabdehin faktın etirafı yalnız yazılı şəkildə olduğu və işin digər halları ilə təsdiq edilməsi halında sübut əhəmiyyəti daşıya bilər. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum o lan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmənin tərəflər arasında bağlanmış borc müqaviləsinin qüvvədə olmasını, məhkəmə qaydasında etibarsız edilməməsini nəzərə almaması barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin hala apellyasiya instansiyası məhkəməsi hüquqi qiymət vermişdir. Apellyasiya instansiyas ı məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfindən cavabdehə hər hansı bir pul vəsaiti verilməmiş və əqdin bağlanmasında tərəflər arasında heç bir iradə ifadəsi mövcud olmamışdır. Digər tərəfdən həmin müqavilə kserosurət olmaqla sənədin əsli iş materiallarına əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu ma ddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı oğlunun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5809/2019 nömrəli iş üzrə 29 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-6885/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6885/2019
07.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver