Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6888/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “kompensasiya verilməklə qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.04.2019-cu il tarixli 2(103)-4366/2019 nömrəli qətnaməsindən iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyə tinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «kompensasiya verilməklə qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ədalətli şərtlərlə kompensasiya ödənilməklə Cavabdeh ünvan 1 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının zirzəmisindəki 34,7 kv.metr qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 48000 (qırx səkkiz min) manat məbləğində kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının zirzəmisindəki 34,7 kv.metr qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə danışıqlar zamanı ona 2-ci mərtəbədə 20 faiz və daha artıq sahəli qeyri-yaşayış sahəsi, eləcə də istənilən mərtəbədə yaşayış sahəsi təklif edilsə də, o, yalnız birinci mərtəbədə qeyri-yaşayış sahəsi verilməsini tələb edib. Birinci mərtəbədə yerləşən sahələr sökülən binanın eyni mərtəbəsində sahələri olan şəxslərə verilməli olduğundan onun tələbini yerinə yetirmək mümkün olmayıb. Hazırda yaşayış binası sökülüb və onun yerində yeni yaşayış binası inşa edilir. Dövlət və ictimai mənafelərin müdafiəsi, binanın digər mülkiyyətçilərinin mülkiyyət hüquqlarının təmin edilməsi səbəbindən cavabdehə ədalətli kompensasiya verilməklə qeyri-yaş ayış sahəsinə olan mülkiyyət hüququna xitam verilməli və həmin sahədən çıxarılmalıdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Emin Mehdiyev) 2(006)-5138/2018 saylı 26 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin (hakimlər Abiddin Hüseynov - sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) 2(103)-4366/2019 saylı 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)5138/2018 saylı iş üzrə 26 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı 48000 manat kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının zirzəmisindəki 34,7 kv.m. sahədən ibarət qeyri-yaşayış sah əsinə mülkiyyət hüququna xitam verilməsi barədə iddianın təmin edilməmə barədə yeni qətnamə qəbul edilmişdir. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.04.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi əsaslı dəlillərin təqdim etməsi fonunda məhkəmə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmamasına yol verərək əsassız olaraq iddianı tam rədd etmiş və bununla da qanunun tətbiqində səhvlərə yol vermişd ir. Apellyasiya Məhkəməsi ümumi xarakterli (sözügedən münasibətlərlə bağlı hər bir kəsə aid ola bilən) normalara istinadlarla məhdudlaşmışdır. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında Cavabdeh vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin müba hisə edilməyən halları ondan ibarətdir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti tərəfindən ünvan 1 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının zirzəmisindəki 34,7 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi (bundan sonra – mübahisəli sahə) 14 noyabr 2003-cü il tarixdə ******* AZM Cavabdeh (bundan sonra – cavabdeh) satılıb və daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına mülkiyyət hüququ ilə qeydə alınıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına əsasən, Nəsimi Rayon İcr a Hakimiyyətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və XX əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsə dlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini 5 il müddətinə həyata keçirmək tapşırılmışdır. Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 29 noyabr 2017-ci il tarixli, 317 saylı yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında sərəncamına əsasən, Nəsimi rayonu, Ak.M.Mirqasımov, Azadlıq prospekti, İmran Qasımov və Süleyman Rüstəm küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən ərazidəki mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – iddiaçı) istifadəsinə verilmişdir. Sərəncamın 2.2-ci bəndinə əsasən, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikilil ərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binadan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən iddiaçıya tapşırılmışdır. Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında bağlanmış 31.01.2018-ci il tarixli müqaviləyə əsasən, iddiaçı tərəfindən xxxküçələrinin kəsişmələrində yeni çoxmənzilli binaların (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləş dirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) layihələrinə razılığını, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi üçün müqavilələrin imzalanması hazırkı müqavilənin predmetini təşkil edir. Müqavilədə xxxküçələrinin kəsişmələrində tikiləcək binanın (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) İcra Hakimiyyəti tərəfindən layihələrinə razılığın həmin binaların yerləşdiyi ərazidəki, dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi həmin ərazidəki sakinlərlə iddiaçı arasında razılaşmalar əldə olunduqdan və müqavilələ r imzalandıqdan sonra verilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə əsasən, binaların tikintisi üçün zəruri ərazidə yerləşən mənzillərin sakinləri ilə bu müqavilənin imzalandığı tarixdən 2 ay müddətinə tam razılıq əldə edərək zəruri müqavilələr imzalamaq (2.1); Binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan, təmirli mənzil sahəsi ilə, həmin mənzilləri su, qaz və elektrik sayğacı ilə təmin etmək (2.4) iddiaçının öhdəlikləridir. Mübahisəli sahənin yerləşdiyi bina artıq sökülüb və onun yerində yeni yaşayış binasının tikintisinə başlanılıb. Lakin tərəflər arasında iddiaçının yeni tikilən binada yaşayış və ya qeyriyaşayış sahəsi ilə təmin olunmasına dair razılıq əldə edilməyib. Apellyasiy a instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya mübahisəli əmlakın bazar dəyəri məbləğində kompensasiya verməklə cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi tələbini irəli sürmək hüququ verilməmiş, habelə qanunvericilikdə iddiaçının belə səlahiyyəti nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçı “xxxx” Məhdud Məsuliy yətli Cəmiyyətinin hazırki iş üzrə verdiyi iddianı qaldırmağa subyektiv hüququ olmamasına dair nəticəsi işin araşdırılmış hallarına uyğun olduğu üçün qanuni və əsaslı olmuşdur. Belə ki, “xxx şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol veri lə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə müvafiq olaraq heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı cavabdehə müəyyən pul məbləği ödəməklə onun qeyri-yaşayış sahəsinə olan mülkiyyət hüququna xitam verilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Çünki mübahisəli əmlakın dövlət ehtiyacları üçün alınması barədə qanunvericiliyə uyğun hər hansı prosedur başlanmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən isə iddiaçının əmlakının yerləşdiyi bina qə zalı vəziyyətdə olduğu üçün sökülərək yerində yeni binanın tikilməsi və mülkiyyətçilərin həmin binada müvafiq sahələrlə təmin edilməsi nəzərdə tutulmuşdur. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 nömrəli qərarından, Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 29.11.2017-ci il tarixli, 317 nömrəli sərəncamından, habelə Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısı ilə iddiaçı arasında bağlanmış müqavilənin tələblərindən də görünür ki, mübahisəli əmlakın sökülməsinə və cavabdehin köçürülməsinə yalnız mülki qanunvericiliyə uyğun olaraq mülkiyyətçilərin və ya qanuni istifadəçilərlə qarşılıqlı razılıq əsasında müvafiq müqavilələr bağlandıqdan sonra yol verilir. Həmin akt və müqaviləyə əsasən iddiaçı müvafiq ərazidə yerləşə n mülkiyyətçilərə yalnız onun yerində inşa ediləcək binalarda sökülən sahədən 20 faiz artıq sahəsi olan təmirli sahəsi ilə təmin etmək öhdəliyi daşıyır. Həmin sənədlərə əsasən iddiaçıya mübahisəli əmlakın bazar dəyəri məbləğində kompensasiya verməklə cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi tələbini irəli sürmək hüququ verilməmiş, habelə qanunvericilikdə iddiaçının belə səlahiyyəti nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən etmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə kassasiya şikayətində iddiaçı maddi və prossesual hüquq normalarının pozulduğuna istinad etsə də, bu pozunutunun nədən ibarət olduğunu əsaslandırmamışdır. Buna görə də, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.04.2019-cu il tarixli 2(103)4366/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6888/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6888/2019
30.10.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver