Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-689/2021 11.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qzına qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikilidən çıxarılma, preyudisiya, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, onun vəkili X1, cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3797/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları ünvan 1 daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10042/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qismən, yəni Cavabdeh mənzildən 2017-ci ilin dekabr ayından bu vaxta kimi yaşamaqla istifadə etdiyi dövr üzrə kirayə haqqı olaraq 750 manat pulun tutularaq İddiaçı verilməsi hissəsində təmin edilməmiş, qətnamə qalan hissədə, yəni Cavabdeh ün van 1 ünvanında İddiaçı şəxsi pul vəsaiti hesabına bitişik şəkildə inşa edilmiş, ona məxsus 1 otaqlı tikilidən çıxarılması və sonuncunun həmin mənzilə köçürülməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında (bundan sonra – mübahisəli ünvan) yerləşən şəxsi pul vəsaiti hesabına inşa etdiyi iddiaçıya aid digər əlavə tikililərdən və mənzilin altında yerləşən zirzəmidən çıxarılması, iddiaçının həmin tikililərə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əvvəllər cavabdehə qarşı qaldırdığı iddiaçıya məxsus 1 otaq lı tikilidən çıxarılması, iddiaçının həmin ünvana köçürülməsi barədə iddia tələbi təmin edilmiş, həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. 2019-cu ilin fevral ayında cavabdeh tikilidən çıxarılmışdır. Tikilidən çıxarılan kimi cavabdeh həmin tikili ilə bir həyətdə yerləşən iddiaçının şəxsi vəsaiti hesabına inşa etdiyi digər əlavə tikililərə (əvvəlki qətnamə ilə çıxarılması qət olunan tikilinin yanında inşa edilmiş digər tikililərə) və mənzilin altında yerləşən zirzəmiyə girmiş, hazırda da oradan çıxmaq istəmir. Cavabdehin iddiaçının vəsaiti hesabına tikdirdiyi tikililərə və tikinti materiallarına heç bir aidiyyəti yoxdur. Həmin tikililər iddiaçının vəsaiti hesabına 2002-ci ildə inşa olunmuşdur, iddiaçının sahibliyində və istifadəsindədir. Mənzilin alt zirzəmisi isə mənzi l iddiaçının mülkiyyətinə keçdikdən sonra onun qanuni istifadəsindədir. Birinci instansiya məhkəməsində izahat verən cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, mübahisəli tikililər iddiaçı tərəfindən inşa olunmuş, o, həmin tikililərdə kirayəçi kimi yaşamağa başlamış, həmin tikililər iddiaçı tərəfindən ona satıldığına görə iddiaçıya ödədiyi məbləğ sonuncu tərəfindən ona qaytarıldıqdan sonra oradan çıxacaqdır. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o da əvvəllər həmin tikililərdə kirayəçi kimi yaşamışdır. İş üzrə cavabdehi tanımır, həmin tikililər iddiaçıya məxsus olmuşdur. İddiaçı ilə aralarında heç bir söz-söhbət olmamış, rayona getməli olduğu üçün kirayə qaldığı tikilidən çıxmışdır. Şahid qismində dindirilmiş X4 ifa dəsində göstərmişdir ki, o, iddiaçının qonşusudur. İddiaçını müəllimə kimi tanıyır, iddiaçının evi ilə aralarında 30 metr məsafə vardır. O, iş üzrə cavabdehi də qonşu kimi tanıyır. Belə ki, cavabdeh iddiaçıya məxsus tikilidə kirayədə yaşayır. Şahid bilir ki, həmin tikililər iddiaçı tərəfindən tikilmişdir. Belə ki, həmin tikililər onun tanıdığı fəhlələr və ustalar tərəfindən inşa olunmuşdur. 146 saylı Mənzil Kommunal İstismar Sahəsinin 19 saylı, xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı məxsus xxxxxxx saylı mənzilinə bitişik həyətdə əlavə artırma şəklində inşa edilmiş tikililər sonuncu tərəfindən 2002-ci il tarixdə inşa etdirilmiş, həmin tikililərə o sahiblik edir və yaşayır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)- 3861/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Paşayeva) iddianın təmin edilməsi, cavabdehin mübahisəli ünvandakı, iddiaçının şəxsi pul vəsaiti hesabına inşa etdiyi iddiaçıya aid tikililərdən və mənzilin altında yerləşən zirzəmidən çıxarılması və iddiaçının həmin tikililərə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin mübahisəli tikililər üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Belə ki, həmin maddəyə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə qeyd etmişdir ki, cavabdeh qeyd olunan qadağaned ici normanı pozmuşdur və pozuntu davam etməkdədir. Ona görə də, pozuntu aradan qaldırılmalı və iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Məhkəmə öz mövqeyini həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-12145/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – E.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Qurbanov və A.Hüseyn) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddiaçının mübahisəli ünvandakı tikililərə və mənzilin altında yerləşən zirzəmiyə köçürülməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi rədd edilmiş, qətnamə qalan hissədə, yəni cavabdehin mübahisəli ünvandakı, iddiaçının şəxsi pul vəsaiti hesabına inşa etdiyi iddiaçıya aid tikililərdən və mənzilin altında yerləşən zirzəmidən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında iddiaçının köçürülməsini tələb etdiyi tikililərə dair xüsusi mülkiyyət hüququnu təsdiq edən hər hansı sübut yoxdur, odur ki, onun mübahisəli tikililərə köçürülməsini tələb etmək üçün hüquqi əsasları yoxdur. Qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini iddiaçının mübahisəli tikililərə köçürülməsi hissəsində təmin edərkən düzgün nəticəyə gəlməmişdir. Bununla belə, məhkəmə cavabdehin iddiaçıya aid tikililərdən və mənzilin altında yerləşən zirzəmidən çıxarılması hissəsində birinci instansiya məhkəməsin gəldiyi nəticə ilə razılaşmış və bununla bağlı qeyd etmişdir ki, iddiaçının qeyd olunan tikililərə dair mülkiyyət hüququ öz təsdiqini tapmasa da, əmlaka sahiblik edən şəxs qismində cavabdehin həmin tikililərdən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsinin İ və İİ hissələrinə, Mülki Məcəllənin 157.8, 180.1, 180.2-ci, MPM-nin 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respubl ikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-1232/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov) tərəflərin verdiyi kassasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi biri digərindən asılı olan iki tələb üzrə fərqli qərar qəbul etməklə iş üzrə ziddiyyətli nəticəyə gəlmişdir. Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin əsaslılığına qiymət verərkən ilk növbədə iddiaçını n hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmadığını müəyyən etməli idi. Məhkəmə vurğulamışdır ki, həmin halın müəyyən edilməsinin məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli təsiri olduğundan, işə apellyasiya qaydasında yenidən baxılarkən iddiaçının mübahisələndirdiyi tikililərin və tikililərin yerləşdiyi torpaq sahəsinin hüquqi statusu və iddiaçının həmin tikililər və torpaq sahəsi üzərində nə kimi hüquqa malik olması aydınlaşdırılmalı, cavabdehin həmin tikililərdən istifadəsini məhkəmə qaydasında mübahisələndirmək üçün iddiaçının nə kimi subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməli və işin müəyyən edilən hallarına uyğun gələn maddi və prosessual hüquq normaları tətbiq olunmaqla iddia tələbinə qiymət verilməlidir. Kassasiya məhkəməsi göstərmişdir ki, mübahisəli tikililərin və yerləşdiyi torpaq sahəsinin hər hansı fiziki şəxsin mülkiyyətində olduğu müəyyən edildiyi təqdirdə cavabdehə qarşı mübahisəli tikililərdən çıxarılma tələbi yalnız həmin şəxs tərəfindən, belə hal müəyyən edilmədiyi təqdirdə isə tikililərin, yaxud tikililərin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olan bələdiyyə, yaxud müvafiq icra hakimiyyəti orqanı tərəfindən qaldırıla bilər. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-3797/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə MPM-in 420-cı mad dəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında irəli sürdüyü hüquqi mövqeyi nəzərə alaraq, Mülki Məcəllənin 157.4, 157.8, 180.1, 180.2-ci maddələrinin, habelə MPM-nin 82.3-ci maddəsinin tələblərinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad edərək, göstərmişdir ki, daha əvvəl cavabdehin iddiaçıya məxsus mübahisəli ünvanda bitişik şəkildə inşa edilmiş bir otaqlı tikilidən çıxarılması və iddiaçının ora köçürülməsi tələbinə dair mülki iş olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Beləliklə, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olub-olmaması da əvvəlki məhkəmə aktları ilə ar aşdırılmışdır. Məhkəmə qeyd etmişdir ki, özbaşına tikili hesab olunan və cavabdehin yaşadığı və boşaltmaq istəmədiyi yaşayış sahəsinin (otağın) məhz iddiaçının vəsaiti hesabına inşa olunması, habelə mənzilin altındakı zirzəminin iddiaçının istifadəsində və sahibliyində olması mübahisəsizdir, belə olan halda isə hazırkı iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüquqa malik olması da mübahisə doğurmur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəm əsi işin hallarına hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuş, nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, tərəflər arasında digər mübahisə üzrə qəbul edilmiş qətnamə hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etmədiyi halda, apellyasiya məhkəməsi həmin qətnaməyə istinad etmiş, Ali Məhkəmənin göstərişlərinə məhəl qoymamışdır. Kassator qeyd etmişdir ki, əslində mübahisəli otağı iddiaçıdan almaq barədə onunla razılığa gəlmiş, buna görə iddiaçıya ümumilikdə 21500 manat pul ödəmiş, aralarında səmimi münasibətlər olduğundan rəsmiləşdirmə aparmamışlar. İddiaçı vətəndaşların ağır sosial vəziyyətindən istifadə edir, özbaşına tikili üçün əllərində olan pulu alıb dəfələrlə bu cür qanunsuzluqlara yol vermişdir. Cavabdeh mübahisəli evdə n iddiaçıya ödədiyi pul qaytarıldığı təqdirdə çıxmağa razıdır. Kassasiya şikayətində həmçinin göstərilmişdir ki, iddiaçının subyektiv hüququ olmadığına görə, o, cavabdehin tikilidən çıxarılmasını tələb edə bilməz. Cavabdeh iddiaçının mənzilindən, yaxud da zirzəmisindən istifadə etmir. O, iddiaçının yaşadığı mənzilin yaxınında olan, lakin binadan aralı məsafədə olan özbaşına tikilidə yaşayır. Kassasiya şikayətinin əsası kimi MPM-nin 4.1, 8.1, 9.1, 14, 77.1, 88, 217, 218.1, Mülki Məcəllənin 14.1, 14.3, 139.3, 146.1, 146.2, 180.1, Mənzil Məcəlləsinin 12.1, 12.2-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən edən kassatoru n vəkili şikayətin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etdi. İddiaçı və onun vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdilər. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onla ra qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən q əbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə
43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Mülki Məcəllə Maddə
180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq s ahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (maddə 82.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin lə ğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kolleg iyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3797/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.