Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-689/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X1 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və cavabdeh oğluna qarşı ilk, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X2 qarşı qarşılıqlı iddialar barədə iş üzrə QƏRARİ (Açar sözlər: ilk iddia-yaşayış sahəsindən istifadə hüququna xitam, qarşılıqlı iddia-mənzilə istifadə hüququnun kompensasiya ilə əvəz edilməsi və mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8426/2021 nömrəli iş üzrə 07 sentyabr 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və cavabdeh Bağırov Zeynal Şəki oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Yasamal Rayon Məhkəməsinin 2(004)-2876/2020 saylı iş üzrə 27.07.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında 28 dekabr 2002-ci il tarixdə, 2231 saylı akt qeydi ilə Səadət Sarayında bağlanmış nikahın pozulması qət edilmişdir. 08.02.2000-ci il tarixli “X8 X4 Mənzilin Texniki Pasportu”ndan görünür ki, X3 mənzilə şəxsi mülkiyyət hüququ vardır. 13 sentyabr 2008-ci il tarixli, 257869 nömrəli müqaviləyə əsasən müəyyən olunur ki, Gədəbəy rayonu, Zəhmət kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh satılmışdır. Arayışa əsasən müəyyən edilir ki, Gədəbəy rayonu, Zəhmət kəndində yerləşən fərdi yaşayış evi 2008-ci il tarixdə tikilmişdir. 0.10 ha torpaq sahəsində yerləşir. 1 mərtəbəli, 4 otaqlı, 78.3 kv.m yaşayış, 39.1 kv.m köməkçi sahədən ibarətdir. 3878130 nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən müəyyən edilir ki, İddiaçı 30 iyul 2003-cü il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında qeydiyyatdadır. Eyni sənədə əsasən, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında qeydiyyatda olan digər şəxslər sırasındadır. 4069166 nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən müəyyən edilir ki, Bağırov X6 rayonu, Zəhmət kəndində anadan olmuş, 28 avqust 2004-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. 0004415 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən görünür ki, Gədəbəy rayonu, Zəhmət kəndində Cavabdeh mülkiyyətində olan 0.10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 78.3 kv.m yaşayış, 39.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabında qeydiyyata alınmışdır. 036583 nömrəli qeydiyyat vəsiqəsinə əsasən müəyyən edilir ki, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında yerləşən mənzil X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 19. 04.2000-ci il tarixdə, 548 nömrəli reyestr kitabında qeydiyyat aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmiş, məhkəmədən cavabdehlər Cavabdeh və Bağırov Zeynal Şəki oğlunun İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 28.12.2002-ci il tarixdə, Bakı şəhəri, Səadət Sarayında 2231 saylı akt qeydi ilə bağlanmış nikahla ailə qurub. Onların bu nikahından 04.03.2004-cü il təvəllüdlü X5 adlı övladları dünyaya gəlib. Tərəflərin xasiyyətinin uyğunsuzluğu nəticəsində onlar arasındakı nikah Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27.07.2020-ci il tarixli, № 2(004)-2876/2020 nömrəli qətnaməsi ilə pozulub və yetkinlik yaşına çatmayan uşaq ananın himayəsində saxlanılıb. Cavabdeh evləndiyi vaxtdan 2020-ci ilin əvvəllərinədək tərəflərin nikahından əvvəl əldə edilmiş və iddiaçının adına olan Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında yerl əşən mənzildə yaşayıb. Lakin 2020-ci ilin əvvəllərindən o, həmin mənzili tərk edib, Nizami rayonu ərazisində özünə məxsus olan mənzilə köçüb. Tərəflər arasındakı nikah da pozulduğu üçün cavabdeh artıq daimi olaraq özünə məxsus olan mənzildə yaşamağa başlayıb. Onun eyni zamanda, Gədəbəy rayonu, Zəhmət kəndində 4 otaqlı evi də var, o tez tez oraya baş çəkir, həftəsonlarını orada keçirir. Lakin, bu qeyd edilənlərə baxmayaraq, cavabdeh hələ də iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Bu hal iddiaçının öz mülkiyyət hüquqlarını sərbəst həyata keçirməyinə, bu əmlak barəsində sərəncam verməyinə mane olur. Odur ki, iddiaçı və cavabdeh arasında nikahın pozulduğu, cavabdehin 2020-ci ilin əvvəllərindən həmin mənzildə yaşamadığı şəraitdə onun sözügedən mənzildən istifadə hüququna xit am verilməsi və həmin mənzildən çıxarılması zərurəti yaranıb. Lakin, tərəflər arasında ümumiyyətlə ünsiyyət olmadığı üçün, bu məsələnin məhkəmədənkənar qaydada həll edilməsi müşkülə çevrilib. Buna görə də, iddiaçı öz hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Ərizədə qeyd etmişdir ki, ikinci cavabdeh kimi göstərilən Bağırov Zeynal Şəki oğlu birinci Cavabdeh atasıdır və o da iddiaçının mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında yerləşən mənzildə yaşayış yeri üzrə qeydiyyatda imiş. Bu fakt ikinci məhkəmə baxışı zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yaşayış barədə yeni arayışdan sonra məlum olub. Bağırov Zeynal Şəki oğlu ümumiyyətlə heç vaxt iddiaçıya məxsus mənzildə yaşamayıb və ordan istifadə hüququ əldə etməyib. Əsas iddia ərizəsində də qeyd olunduğu kimi tərəflər arasında ailə münasibəti sona çatdığı üçün iddiaçının artıq cavabdehlərin heç biri ilə ailə bağı qalmayıb və onlar artıq qohum sayılmırlar. Bağırov Zeynal Şəki oğlu həmişə öz oğluna məxsus olan Gədəbəy rayonu, Zəhmət kəndində yerləşən evdə yaşayıb. Hər iki cavabdehin pasport qeydiyyatına düşməsi üçün heç vaxt iddiaçı tərəfindən notarial qaydada təsdiq edilmiş razılıq verilməyib. Onlar həmin mənzildə yalnız ərazi üzrə mənzil istismar sahəsinin qeydiyyat jurnalında qeydiyyatdan keçməklə yeni şəxsiyyət vəsiqəsi almağa nail olublar. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbin in təmin edilərək Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, 117 saylı ünvanda yerləşən evə istifadə hüquqlarının 30000 manat kompensasiya ödənilməklə əvəz edilməsi və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Bağırov Zeynal Şəki oğlu və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət etmiş, məhkəmədən ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilərək Cavabdeh və Bağırov Zeynal ünvan 2 ünvanda yerləşən evə istifadə hüquqlarının cəmi 30000 manat kompensasiya ödənilməklə əvəz edilməsi və ya Cavabdeh və Bağırov Zeynal ünvan 2 ünvanda yerləşən evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsini n 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim K.Xudayev, iş № 2(004)-2520/2021) ilkin iddia qismən təmin edilərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi, ilkin iddianın qalan hissədə, yəni “cavabdeh Bağırov Zeynal ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi” hissəsində Bağırov Zeynal Şəki oğlunun həmin mənzildən istifadə hüququnun yaranmaması səbəbindən rədd edilməsi, bu qətnamənin Bağırov Zeynal ünvan 3 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması, qarşılıqlı iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 117 ünvanında yerləşən mənzil ilkin iddia üzrə İddiaçı mülkiyyətindədir, Cavabdeh isə yaşamaq üçün başqa yaşayış yeri olduğu halda iddiaçıya məxsus mənzildə yaşaması iddiaçının ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək kimi hüquqlarının həyata keçirilməsinə maneə törədir. Həmçinin, cavabdehin hazırda şəxsi mülkiyyətində yaşayış sahəsi olduğundan iddiaçı tərəfindən kompensassiya verilmədən onun mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilə bilər. Eyni zamanda qeyd edilir ki, qeydiyyat istifadə hüququ yaratmır. İddiaçı, iddia ərizəsində istifadə hüququna xitam verilməsini xahiş etsə də, bu hüququn yaranması (ümumiyyətlə yaranıb-yaranmaması, yarandığı təqdirdə hansı tarixdən yaranması) və onun aradan qaldırılması üçün mötəbər sü butlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh Bağırov Zeynal Şəki oğlunun mənzilə istifadə hüququnun yaranması vaxtı müəyyən olunmadığından, istifadə hüququnun yaranmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə mübahisəli hüquq münasibətinin yaranması vaxtını və buna uyğun tətbiq edilməli olan maddi hüquq normasını müəyyən edə bilmir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh Bağırov Zeynal Şəki oğlunun mənzildə qeydiyyatda olması onun həmin mənzilə istifadə hüququnun olmasını təsdiq edən hüquqi fakt kimi çıxış edə bilməz. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov, iş № 2(103)-8426/2021) cavabdeh, qarşılıqlı idd ia üzrə iddiaçı Cavabdeh və cavabdeh Bağırov Zeynal Şəki oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2520/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kollegiya qeyd etmişdir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və cavabdeh Zeynal Bağırovun apellyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və cavabdeh Zeynal Bağırov apellyasiya şikayətində qeyd etdikləri hallarla bağlı hər hansı sübutu apellyasiya şikayətinə əlavə etməmiş və apellyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İlk iddia üz rə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və cavabdeh Bağırov Zeynal Şəki oğlu (vəkil Nümayəndə2) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8426/2021 nömrəli iş üzrə 07 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə idd iaçı Cavabdeh və cavabdeh Bağırov Zeynal Şəki oğlu kassasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını xahiş etmişdirlər. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinə münasibətdə tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. 29-cu maddəsinə görə də hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsindən görünür ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi s ahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 228.2.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkə mə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında “yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ”na anlayış verilərək qeyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə e tdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə işti rak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin möv qeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla, apellyasiya şikayətində istinad olunan dəlillərlə eynilik təşkil etməklə formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və cavabdeh Bağırov Zeynal Şəki oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8426/2021 nömrəli iş üzrə 07 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-689/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-689/2022
25.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver